Azərbaycan Respublikasının Torpaq Məcəlləsi



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə3/25
tarix31.08.2018
ölçüsü1,04 Mb.
#66063
1   2   3   4   5   6   7   8   9   ...   25

məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına 

şamil edilir. 

3. Bir çox kateqoriyalara aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən 

edilmiş qaydalar və məhdudiyyətlər qüvvədədir. Torpaq sahəsinin hüquqi rejimi barədə 

mübahisə zamanı daha ciddi hüquqi rejimə malik olan torpaq kateqoriyasına üstünlük 

verilir. 

4. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən 

edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində 

torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, 

istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq 

mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. 

5. Torpağın kateqoriyaları torpağın verilməsi barədə 

müvafiq icra hakimiyyəti orqanının

 

və ya bələdiyyənin qərarında, torpaq üzərində hüquqları təsdiq edən dövlət aktlarında, 



şəhadətnamələrdə, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və 

bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. (

12



Maddə 11. Torpaq sahələrinin məhdudiyyətli istifadəsi  



1. Torpaq sahələrinin məhdudiyyətli istifadəsi — torpaq sahəsindən onun məqsədli 

təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla 

istifadədir. 

2. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaqların zonalaşdırılması, şəhərsalma və 

yerquruluşu sənədləri əsasında həmin torpaq sahəsi üzərində olan hüquqların 

formasından asılı olmayaraq müəyyən edilir. 

3. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin əhatə etdiyi tələblər müvafiq normativ-

hüquqi aktlarla tənzimlənir. 

4. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin özbaşına dəyişdirilməsinə yol verilmir. 

III fəsil. Kənd təsərrüfatı təyinatlı torpaqlar 

Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi  

1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün 

nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. 

2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), 

meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, 

sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında 

olan torpaqlar daxildir. 

3. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan 

torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. 

4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd 

təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə 



və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, 

müvafiq icra hakimiyyəti 

orqanının

 və ya bələdiyyənin qərarı ilə yol verilir. 



5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-

kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra 

hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar. (

19



Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi  

1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 

habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri 

üçün istifadə edilir. 

2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün 

vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti 

tikililər və qurğular quraşdırmaq olar. 

3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu 

Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 

Maddə 14. Kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün torpaq 

sahələri  

1. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı 

məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini aşağıdakı 

qaydalarla əldə edirlər: 

 

«



Torpaq islahatı haqqında

» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq

sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından ayrılan payların xüsusi 

mülkiyyətə verilməsi;  

 

bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin 



mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın 

alınması;  

 

dövlət və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadəyə və icarəyə, bələdiyyə 



mülkiyyətində olan torpaqlardan isə icarəyə torpaq sahəsi götürülməsi..  

2. Əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər kənd təsərrüfatı 

məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini yalnız icarə 

hüququ əsasında əldə edə bilərlər. (

20



Maddə 15. Kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-



təcrübə və sınaq məqsədləri üçün torpaq sahələri  

1. Kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq fəaliyyəti ilə 

məşğul olan dövlət müəssisələrinə, idarələrinə və təşkilatlarına torpaq sahələri, bir qayda 

olaraq, kənd təsərrüfatı təyinatlı dövlət torpaqlarından istifadəyə verilir. 

Bələdiyyə mülkiyyətində olan bu kimi müəssisələrə torpaq sahələri, bələdiyyələrin kənd 

təsərrüfatı təyinatlı torpaqlarından qanunvericiliklə müəyyən edilmiş qaydada istifadəyə 

və icarəyə verilir. 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə