Azərbaycan Respublikasının Torpaq Məcəlləsi



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə4/25
tarix31.08.2018
ölçüsü1,04 Mb.
#66063
1   2   3   4   5   6   7   8   9   ...   25

2. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin xüsusi mülkiyyətində olan 

kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq fəaliyyəti ilə 

məşğul olan müəssisələr, idarələr və təşkilatlar kənd təsərrüfatı təyinatlı torpaq sahələrini 

bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada satınalma və 

icarə hüququ əsasında əldə edə bilərlər. 

3. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin 

mülkiyyətində olan kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və 

sınaq fəaliyyəti ilə məşğul olan müəssisələrə kənd təsərrüfatı təyinatlı torpaq sahələri 

yalnız icarə hüququ əsasında verilə bilər. (

20



Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin 

xüsusiyyətləri  

1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara 

olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları 

dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, 

müvafiq icra 

hakimiyyəti orqanlarının

 qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir. 

2. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün 

bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə 

yalnız icarəyə verilir. 

3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri 

ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə 



qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. 

4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. 

Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi 

və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, 

otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə 

müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla 



bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və 

icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə 

ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə 

haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır. 

5. Qış otlaqlarına tələbat hesablanarkən otlaqların bitki örtüyündən, keyfiyyətindən, 

tutumundan, habelə torpaqların mexaniki tərkibindən və humus qatının qalınlığından asılı 

olaraq, hər hektara 1—4 baş, yay otlaqlarında isə iki dəfə artıq davar nəzərdə tutulur. 

Ümumi istifadədə olan örüş sahələrinə, habelə hüquqi və fiziki şəxslərin icarəsinə verilən 

örüş və biçənək sahələrinə tələbat hesablanarkən mal-qaranın sayı, sahələrin həcmi, 

tutumu və yerləşməsi, suvarma imkanları, torpaqların keyfiyyəti və digər normativ-

texniki tələblər nəzərə alınır. 

6. Yay və qış otlaqlarının əkilməsinə yol verilmir, istifadə edilən sahənin yalnız 3 faizə 

qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər. 

7. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən 

səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara 



düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət 

etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər 

mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə 

bilər. 


8. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə 

edilməsi qaydaları qanunvericiliyə uyğun olaraq 

müvafiq icra hakimiyyəti orqanı

 

tərəfindən müəyyən edilir. (



20



Maddə 17. Kənd təsərrüfatı ehtiyacları üçün torpaqların yararlılığının 



müəyyən edilməsi  

Torpaqların kənd təsərrüfatı ehtiyacları üçün yararlı olub-olmadığı dövlət torpaq kadastrı 

məlumatlarına əsasən, dövlət yerquruluşu xidməti tərəfindən müəyyən edilir. 

IV fəsil. Yaşayış məntəqələrinin torpaqları 

Maddə 18. Yaşayış məntəqələrinin torpaqları və onların tərkibi  

1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış 

məntəqələrinin torpaqları hesab edilir. 

2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: 

 

ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, 



ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə 

tutulan torpaq sahələri;  

 

ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, 



meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının 

ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri;  

 

sənaye, kommersiya, kommunal, anbar tikinti massivlərində sənaye, kommunal, 



anbar tikililəri altında olan və bu kimi istehsal obyektlərinin inşası üçün nəzərdə 

tutulan torpaq sahələri;  

 

nəqliyyat, rabitə və mühəndis kommunikasiyaları torpaqlarında dəmir yolu, 



avtomobil, çay, dəniz, hava, boru kəməri nəqliyyatına, mühəndis infrastrukturu və 

rabitə magistralına aid binalar, tikililər və qurğular altındakı, habelə bu məqsədlər 

üçün nəzərdə tutulan torpaq sahələri;  

 



təbiət abidələri, təbii parklar, milli dendroloji parklar, nəbatat bağları, meşə 

yerləşən, turizm və rekreasiya, habelə əhalinin kütləvi istirahəti üçün istifadə 

olunan xüsusi qorunan ərazilərin, təbiəti mühafizə, təbii qoruq, sağlamlaşdırma, 

istirahət (rekreasiya) və tarix-mədəniyyət təyinatlı obyektlərin torpaqları, habelə 

təbii müalicəvi xassəyə malik olan mənbələr yerləşən və tarix-mədəniyyət 

abidələri, muzey-qoruqlar və xatirə parkları, qəbiristanlıqlar, məzarlar, arxeoloji 

abidələr və digər obyektlər yerləşdiyi torpaq sahələri;  

 



yerüstü su axarları, sututarlar, akvatoriyalar, su mühafizə zonaları, hidrotexniki və 

digər su təsərrüfatı qurğularının yerləşdiyi su obyektləri torpaqları;  

 

kənd təsərrüfatı üçün istifadə olunan torpaqlardan şum və çoxillik əkmələr, habelə 



kənd təsərrüfatı binaları, tikililəri və qurğuları altındakı torpaq sahələri;  

 



hərbi və digər xüsusi hüquqi rejimli zonaların torpaq sahələri;  

 



şəhərsalmaya və digər fəaliyyətə cəlb olunmayan ehtiyatda qalan torpaq sahələri.  


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə