Azərbaycan Respublikasının Torpaq Məcəlləsi



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə5/25
tarix31.08.2018
ölçüsü1,04 Mb.
#66063
1   2   3   4   5   6   7   8   9   ...   25

3. Ərazi quruluşu və inzibati ərazi bölgüsü müvafiq qanunla nəzərdə tutulmuş qaydada 

müəyyən edilir. (

2



18



Maddə 19. Yaşayış məntəqələrinin hüdudları (sərhədi)  

1. Yaşayış məntəqələrinin hüdudları — şəhər, qəsəbə və kənd torpaqlarını digər 

torpaqlardan ayıran sərhəddir. 

2. Yaşayış məntəqələrinin hüdudları təsdiq olunmuş şəhərsalma və yerquruluşu sənədləri 

əsasında müəyyənləşdirilir. 

Yaşayış məntəqəsinin hüdudu vətəndaşların və hüquqi şəxslərin torpaq sahələrinin 

sərhədləri üzrə müəyyən edilir. 

3. Torpaq sahəsinin şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin hüduduna daxil 

edilməsi torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsinə 

səbəb olmur. 

Maddə 20. Yaşayış məntəqələrinin torpaqlarından istifadə  

1. Yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması 

və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə 

istifadə edilir. 

2. Yaşayış məntəqələrinin baş planları mənzil, sənaye, mədəni-məişət obyektlərinin 

tikintisi və başqa tikintilər, əhalinin istirahət yerlərinin müəyyənləşdirilməsi və 

abadlaşdırılması üçün şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin 

torpaqlarından istifadənin əsas istiqamətlərini müəyyən edir. Baş plan əsasında 

hazırlanmış planlaşdırma və tikinti layihələri tikinti üçün torpaqlardan istifadəni müəyyən 

edir. 


3. Ərazinin yerquruluşu-təsərrüfat planları tikinti işləri aparılmalı olmayan və tikinti işləri 

müvəqqəti aparılmayan şəhər torpaqlarından istifadənin əsas istiqamətlərini müəyyən 

edir. 

4. Yaşayış məntəqələrinin ərazisindən torpaq sahələrinin yerquruluşu-təsərrüfat planları 



üzrə verilməsi və geri alınması qaydaları, habelə həmin sahələrdən istifadə edilməsi 

şərtləri bu Məcəllə ilə və digər normativ-hüquqi aktlarla müəyyən edilir. 



Maddə 21. Şəhərətrafı zonaların torpaqları  

1. Şəhər hüdudlarından kənarda yerləşən, şəhər ərazisinin genişləndirilməsi üçün ehtiyat 

sayılan, abadlaşdırma və şəhər təsərrüfatının normal işləməsi ilə əlaqədar zəruri 

qurğuların yerləşdirilməsi və tikilməsi üçün nəzərdə tutulan torpaqlar, habelə qoruyucu 

və sanitariya-gigiyena məqsədləri güdən və əhalinin istirahət yeri olan meşələrlə, meşə-

parklarla və digər yaşıllıqlarla örtülü torpaqlar aidiyyəti üzrə 

müvafiq icra hakimiyyəti 

orqanları

 ilə razılaşdırılaraq bələdiyyələr tərəfindən şəhərin şəhərətrafı zonasına ayrılır. 

2. Şəhərətrafı zonaların torpaqları bu zonaların təsdiq edilmiş planlaşdırma layihəsinə 

uyğun olaraq istifadə edilir. Bu torpaqlar xüsusi mühafizə edilir və orada sanitariya-

gigiyena, sağlamlaşdırıcı funksiyalar və əhalinin istirahətinin təşkili məqsədləri ilə bir 

araya sığmayan tikili və qurğuların inşa edilməsi qadağandır. 



3. Torpaq sahələri şəhərətrafı zonaların tərkibinə daxil edilərkən həmin sahələr üzərində 

torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları saxlanılır. 

4. Şəhərətrafı zonaların ayrılması, habelə bu zonalardakı torpaqlardan istifadə edilməsi 

qaydaları müvafiq normativ-hüquqi aktlarla müəyyən olunur. 



V fəsil. Sənaye, nəqliyyat, rabitə, və digər təyinatlı 

torpaqlar 

Maddə 22. Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar  

1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin 

yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və 

əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. 

2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər 

təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi 

(qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. 

Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o 

cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması 

normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. (

14



3. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən 

çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən 

edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində 

hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq 

mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl 

etməyə borcludurlar. 

4. Təsərrüfat dövriyyəsindən çıxarılan torpaq sahələri xüsusi hüquqi rejimli mühafizə 

zonaları yaradılacaq müəssisələrə verilir və ya ehtiyat fondu torpaqlarına aid edilir. 

5. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları 

müvafiq icra 

hakimiyyəti orqanı

 tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının 

müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. 

Maddə 23. Müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar  

1. Hərbi hissələrin, hərbi təhsil (təlim) müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanları 

müəssisələrinin, idarələrinin və təşkilatlarının daimi yerləşdirilməsi və fəaliyyət 

göstərməsi üçün verilmiş torpaqlar müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab 

edilir. 

2. Mühafizə, sanitariya və qoruyucu zonaları müəyyən edilən, hərbi obyektlərin tikintisi 

üçün verilən torpaq sahələri həmin zonaların əhatə etdiyi torpaqlarla birlikdə təhkim 

edilir, kənd təsərrüfatı və meşə təsərrüfatı itkilərinin əvəzi ümumi sahə üçün ödənilir. 

3. Müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar dövlətin müstəsna mülkiyyətində olur və 

onların istifadəsi üzrə məhdudiyyətlər Azərbaycan Respublikasının müvafiq 

qanunvericilik aktları ilə tənzimlənir. 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə