Azərbaycan Respublikasının Torpaq Məcəlləsi



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə6/25
tarix31.08.2018
ölçüsü1,04 Mb.
#66063
1   2   3   4   5   6   7   8   9   ...   25

4. Müdafiə və təhlükəsizlik təyinatlı torpaqlardan istifadə rejiminin əhalinin 

təhlükəsizliyini təmin edəcək tələbləri 

müvafiq icra hakimiyyəti

 və yerli özünüidarə 

orqanları ilə razılaşdırılaraq müəyyən edilir. 

5. Müdafiə və təhlükəsizlik ehtiyacları ilə əlaqədar müvəqqəti keçirilən təlimlər və digər 

tədbirlər üçün vətəndaşların və hüquqi şəxslərin torpaq sahələri müdafiə və təhlükəsizlik 

orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının istifadəsinə 

müvafiq icra 

hakimiyyəti orqanının

 müəyyən etdiyi qayda, müddət və şərtlərlə verilə bilər. 

6. Müdafiə və təhlükəsizlik ehtiyacları üçün verilmiş torpaqların istifadə edilməyən və 

kənd təsərrüfatına yararlı sahələri bu maddənin 1-ci bəndində göstərilən istifadəçinin 

razılığına əsasən, 

müvafiq icra hakimiyyəti

 və yerli özünüidarə orqanlarının qərarı ilə 

kənd təsərrüfatı istehsalı üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin 

müvəqqəti istifadəsinə və icarəsinə verilə bilər. 

7. Müdafiə və təhlükəsizlik təyinatlı torpaq sahələrinin istifadəyə verilməsi müddəti 

bitdikdən sonra bu maddənin 1-ci bəndində göstərilmiş istifadəçilər öz hesablarına həmin 

sahələri təyinatı üzrə əvvəlki vəziyyətə gətirməyə borcludurlar. 

8. Müdafiə və təhlükəsizlik ehtiyacları üçün torpaq sahələrinin verilməsi, istifadəsi və 

geri alınması qaydaları 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən müəyyən edilir. (

20



VI fəsil. Xüsusi qorunan ərazilərin torpaqları 

Maddə 24. Xüsusi qorunan ərazilərin torpaqları və onların tərkibi  

1. Xüsusi qorunan ərazilərin torpaqları — xüsusi təbiəti mühafizə, elmi, tarix-

mədəniyyət, estetik, turizm və rekreasiya, sağlamlaşdırma və digər qiymətli əhəmiyyətə 

malik olan, 

müvafiq icra hakimiyyəti

 və yerli özünüidarə orqanları tərəfindən təsərrüfat 

istifadəsindən və mülki dövriyyədən tamamilə və ya qismən çıxarılan və üzərində xüsusi 

hüquqi rejim müəyyən edilən torpaqlardır. 

2. Xüsusi qorunan ərazilərin torpaqlarına aşağıdakılar aid edilir: 

 



təbiəti mühafizə təyinatlı torpaqlar;  

 



təbii qoruq təyinatlı torpaqlar;  

 



sağlamlaşdırma təyinatlı torpaqlar;  

 



turizm və rekreasiya təyinatlı torpaqlar;  

 



tarix-mədəniyyət təyinatlı torpaqlar;  

3. Torpaqların xüsusi qorunan ərazilərin torpaqlarına aid edilməsi, onların istifadəsi və 

mühafizəsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə 

müəyyən edilir. (

18



Maddə 25. Təbiəti mühafizə təyinatlı torpaqlar  



1. Təbiəti mühafizə təyinatlı torpaqlara: 

 



yerüstü su axınlarının və sututarların suqoruyucu zonalarının;  

 



kürü tökülməsi üçün mühafizə zolaqlarının;  

 



qoruyucu vəzifələri yerinə yetirən meşələrin;  


 

otlaqqoruyucu, tarlaqoruyucu, suqoruyucu və eroziyaya qarşı meşə əkmələrinin;  



 

təbiəti mühafizə vəzifələrini yerinə yetirən digər torpaq sahələri aiddir.  



2. Təbiəti mühafizə təyinatlı torpaqlarda qanunvericiliklə onlar üçün müəyyən edilmiş 

hüquqi rejimə əməl etməklə məhdud təsərrüfat fəaliyyətinə yol verilir. 

3. Çayların, göllərin, su anbarlarının, digər su təsərrüfatı obyektlərinin sərhədlərində, 

habelə təbiəti mühafizə təyinatlı digər torpaqların hüdudlarında xüsusi hüquqi rejimli 

mühafizə zonaları müəyyən edilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və 

icarəçilərinin təbiəti mühafizə təyinatlı torpaqların hüdudlarında yerləşən torpaq sahələri 

geri alınmır. Həmin sahələrdən qanunvericiliklə müəyyən edilmiş hüquqi rejimə riayət 

etməklə istifadə olunur. 

4. Təbiəti mühafizə təyinatlı torpaqları olan müəssisələr, idarələr və təşkilatlar həmin 

torpaq sahələrinin sərhədlərində xüsusi xəbərdarlıq nişanları basdırmalıdırlar. 



Maddə 26. Təbii qoruq təyinatlı torpaqlar  

1. Təbii qoruq təyinatlı torpaqlara qoruqların, yasaqlıqların (ov yasaqlıqları istisna 

edilməklə), təbiət abidələrinin, təbii (milli) dendroloji və zooloji parkların, nəbatat 

bağlarının torpaqları aiddir. 

2. Qoruqların torpaqları dedikdə, hüdudlarında elmi və mədəni dəyərə malik olan təbiət 

obyektləri (tipik və nadir landşaftlar, nadir geoloji törəmələr, bitki və heyvan növləri, 

canlı orqanizm qrupları və s.) olan və qanunvericilikdə müəyyən edilmiş qaydada qoruq 

təşkilatlarına təhkim edilmiş torpaq sahələri nəzərdə tutulur. Qoruq torpaqları bu landşaft 

zonası üçün tipik və nadir olan təbii komplekslərin bütün komponentləri ilə birlikdə 

onların təbii vəziyyətinin qorunub saxlanması, orada baş verən proseslərin və təzahürlərin 

təbii axarının və təbiətin mühafizəsinin elmi əsaslarının öyrənilməsi üçün istifadəyə 

verilir. 

Qoruqların ərazisində, eləcə də onların ətrafında müəyyən edilmiş mühafizə zonalarında 

qoruqların təbii komplekslərini pozan və ya xüsusi elmi, yaxud mədəni dəyərli təbii 

obyektlərin mühafizəsi üçün təhlükə törədən hər hansı fəaliyyət qadağan edilir. 

3. Yasaqlıqların torpaqlarına təbii ehtiyatların qorunub saxlanılması, bərpası, artırılması, 

eləcə də landşaftların və kompleks bioloji, paleontoloji, hidroloji və geoloji obyektlərin 

ümumi ekoloji tarazlığının qorunub saxlanması üçün nəzərdə tutulan torpaqlar aid edilir. 

4. Təbiət abidələrinin torpaqları nadir və ya tipik, eləcə də elmi, mədəni və 

sağlamlaşdırma cəhətdən qiymətli abidələrin (tarix-mədəniyyət abidələrindən başqa) 

torpaq sahələri hesab edilir. 

5. Təbii qoruq təyinatlı torpaqlarda onların məqsədli təyinatına aid olmayan fəaliyyətlər 

qadağan edilir. Bu torpaqlar onlar üçün müəyyən edilmiş mühafizə rejiminə uyğun 

gəlmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsərrüfat istifadəsindən geri 

alınır. 

6. Milli parkların torpaqları, təbii və mədəni landşaftları xüsusi ekoloji, tarixi və estetik 

dəyərə malik olan torpaq sahələri hesab edilir. Dendroloji və zooloji parkların, nəbatat 

bağlarının torpaqlarına süni şəraitdə müxtəlif flora və fauna ehtiyatlarının saxlanılması, 




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə