Azərbaycan Respublikasının Torpaq Məcəlləsi



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə7/25
tarix31.08.2018
ölçüsü1,04 Mb.
#66063
1   2   3   4   5   6   7   8   9   10   ...   25

öyrənilməsi və artırılması, eləcə də onlardan səmərəli elmi-mədəni və təsərrüfat fəaliyyəti 

üçün istifadəyə verilən torpaq sahələri aiddir. 



Maddə 27. Sağlamlaşdırma təyinatlı torpaqlar  

1. Sağlamlaşdırma təyinatlı torpaqlara xəstəliklərin profilaktikasının və müalicə işinin 

təşkili üçün istifadə edilən və ya edilə bilən, əlverişli təbii müalicə amillərinə malik olan 

müalicə-sağlamlaşdırma yerlərinin və kurortların (çimərliklər, mineral su mənbələri, 

müalicəvi neft və palçıq yataqları və s.) torpaq sahələri aiddir. 

2. Təbii müalicə amillərinin mühafizəsi məqsədi ilə bütün kurortların ərazilərində 

müalicə-sağlamlaşdırma yerləri və sanitariya mühafizə dairələri müəyyən edilir. Bu 

dairələrin hüdudları daxilində fəaliyyəti təbii müalicə xassələrinin və əhalinin istirahəti 

üçün əlverişli şəraitin mühafizəsi ilə bir araya sığmayan müəssisələrin, idarələrin və 

təşkilatların istifadəsinə və ya icarəsinə torpaq sahələrinin verilməsi qadağan edilir. 

3. Müəyyən edilmiş sanitariya rejimi ilə əlaqədar torpaq sahələrinin təsərrüfat 

dövriyyəsindən tam çıxarılması nəzərdə tutulduğu hallar istisna edilməklə, sanitariya 

mühafizə zonalarının hüdudlarında olan torpaq sahələri torpaq mülkiyyətçilərindən

istifadəçilərindən və icarəçilərindən geri alınmır. 



Maddə 28. Turizm və rekreasiya təyinatlı torpaqlar  

1. Əhalinin istirahətinin, turizm, bədən tərbiyəsi və idman fəaliyyətinin təşkili üçün 

nəzərdə tutulan və istifadə edilən torpaqlar turizm və rekreasiya təyinatlı torpaqlar sayılır. 

2. Bu torpaqlara ərazisində istirahət evlərinin, pansionatların, kempinqlərin, turist 

bazalarının, uşaq turist stansiyalarının, meşə-parkların, şəhərətrafı yaşıllıq zonalarının, 

tədris-məşq, turist cığırlarının, nişanlanmış yolların, uşaq və idman düşərgələrinin və bu 

kimi digər obyektlərin yerləşdiyi torpaq sahələri aiddir. 

3. Üzərindən tədris-məşq və turist cığırlarının, nişanlanmış yolların keçdiyi torpaq 

sahələri mülkiyyətçilərdən, istifadəçilərdən və icarəçilərdən geri alınmır, onların razılığı 

ilə servitut hüququ (özgə torpaq sahəsindən məhdud istifadə hüququ) əsasında istifadə 

olunur. 

4. Turizm və rekreasiya təyinatlı torpaqlardan təyinatı üzrə istifadə edilməsinə maneçilik 

törədən hər hansı fəaliyyət qadağan edilir. (

18



Maddə 29. Tarix-mədəniyyət təyinatlı torpaqlar  

1. Tarix-mədəniyyət təyinatlı torpaqlara tarix-mədəniyyət qoruqlarının, xatirə parklarının, 

qəbiristanlıqların, məzarların, arxeoloji abidələrin və nadir geoloji törəmələrin torpaqları 

aiddir. 


2. Tarix-mədəniyyət təyinatlı torpaqlarda onların məqsədli təyinatına zidd olan hər hansı 

fəaliyyət qadağan edilir. 



Maddə 30. Mühafizə və sanitariya zonaları sərhədlərinin müəyyən 

edilməsi  


1. Mühafizə və sanitariya zonaları qoruq torpaqlarının, yaşayış məntəqələrinin 

sağlamlaşdırma zonalarının, çayların, bulaqların, su hövzələrinin, hidrotexniki və 

sugötürmə qurğularının, içməli və texniki su təchizatı mənbələrinin ətrafında yaradılır. 

2. Mühafizə və sanitariya zonası torpaqlarından istifadə qaydaları, şərtləri və onların 

ölçüsü müvafiq normativ-hüquqi aktlarla müəyyən edilir. 

VII fəsil. Meşə fondu, su fondu və ehtiyat fondu 

torpaqları 

Maddə 31. Meşə fondu torpaqları  

1. Meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə 

təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və qeyri-meşə torpaqları meşə 

fondunun torpaqları hesab edilir. 

2. Meşə fondu torpaqları əsasən meşə təsərrüfatının aparılması və genişlənməsi 

(meşələrin bərpası, meşələr salınması və i.a.) məqsədləri üçün istifadə edilir. 

3. Meşə fondu torpaqlarından meşə təsərrüfatını aparmaq üçün meşə təsərrüfatı orqanları, 

habelə öz nizamnamə fəaliyyətinin həyata keçirilməsini təmin etmək üçün meşə fondu 

torpaqlarının təhkim olunduğu digər dövlət və qeyri-dövlət müəssisələri, idarələri və 

təşkilatları istifadə edirlər. 

4. Meşə fondu torpaqlarından qanunvericiliklə müəyyən olunmuş qaydada, meşədə 

oduncaq və digər meşə materialları tədarük edən və ya başqa işlər görən (binalar və digər 

qurğuların tikilməsi, yolların salınması, elektrik xətlərin çəkilməsi və i.a.) müəssisələrin, 

idarələrin, təşkilatların istehsal və digər ehtiyaclarının təmin edilməsi üçün istifadə edilir. 

5. Meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqısına, 

girov qoyulmasına (ipotekasına) və digər əqdlərə, habelə başqa məqsədlər üçün 

istifadəsinə yol verilmir. 

6. Meşə fondu torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə 

Azərbaycan 

Respublikasının Meşə Məcəlləsində

 nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər. 

7. Meşə fondu torpaqları ilə həmsərhəd torpaqların istifadəçiləri öz torpaq sahələrində 

meşələrin yanğından və digər fəlakətdən mühafizə edən tədbirlər görməlidirlər. 

8. Meşəsi olmayan və meşəsi az olan rayonlarda meşə salmaq, dərə və yarğanların 

böyüməsinin qarşısını almaq, qoruyucu meşə zolaqları salmaq, şəhərlərin və sənaye 

mərkəzlərinin ətrafında yaşıllıq zonaları yaratmaq məqsədilə meşə fondu torpaqlarının 

tərkibinə müəyyən olunmuş qaydada, başqa təyinatlı torpaqlar, ilk növbədə kənd 

təsərrüfatına yararsız və ya az yararlı yerlərdən torpaqlar verilə bilər. 

9. Meşə fondu torpaqlarının verilməsi, geri alınması və istifadə qaydaları bu Məcəllə, 

Azərbaycan Respublikasının Meşə Məcəlləsi

 və digər normativ-hüquqi aktlarla müəyyən 

edilir. 


Maddə 32. Su fondu torpaqları  


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə