Azərbaycan Respublikasının Torpaq Məcəlləsi



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə8/25
tarix31.08.2018
ölçüsü1,04 Mb.
#66063
1   ...   4   5   6   7   8   9   10   11   ...   25

1. Su fondunun torpaqlarına aşağıdakı torpaq sahələri daxildir: 

 



Azərbaycan Respublikasının daxili sularının və Xəzər dənizinin (gölünün) 

Azərbaycan Respublikasına mənsub olan bölməsinin altında olan torpaqlar;  

 

su mühafizəsi zonalarının və sahilboyu zolaqların altında olan torpaqlar, adalar və 



bataqlıqlar;  

 



hidrotexniki qurğuların, meliorasiya və su təsərrüfatı obyektlərinin altında olan 

torpaqlar.  

2. Su fondu torpaqları əhalinin içməli suya tələbatını, məişət, sağlamlaşdırma və digər 

ehtiyaclarını təmin edən qurğuların tikintisi və istismarı üçün, eləcə də su təsərrüfatı, 

kənd təsərrüfatı, balıqçılıq təsərrüfatı sənaye, energetika, nəqliyyat və digər dövlət 

ehtiyaclarının və ya ictimai ehtiyacların təmin edilməsi üçün istifadə edilir. 

3. Su fondu torpaqları bu Məcəllə, 

Azərbaycan Respublikasının Su Məcəlləsi

 və digər 

qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada bələdiyyə mülkiyyətinə, hüquqi və fiziki 

şəxslərin istifadəsinə və icarəsinə verilə bilər. 

4. Su fondu torpaqlarının verilməsi, geri alınması və istifadə qaydaları bu Məcəllə, 

Azərbaycan Respublikasının Su Məcəlləsi

 və digər normativ-hüquqi aktlarla müəyyən 

edilir. (

13



16



20



Maddə 33. Ehtiyat fondu torpaqları  

1. Ehtiyat fondu torpaqları dövlət və bələdiyyə ehtiyat torpaqlarından ibarətdir. 

2. Dövlət ehtiyat fondu torpaqlarına bələdiyyələrin, vətəndaşların və hüquqi şəxslərin 

mülkiyyətinə, istifadəsinə və icarəsinə verilməmiş dövlət torpaqları daxildir. 

Dövlət ehtiyat fondu torpaqlarına istifadə hüququna xitam verilən, habelə konservasiya 

nəticəsində təsərrüfat dövriyyəsindən çıxarılmış torpaq sahələri aid edilir. 

3. Bələdiyyələrin ehtiyat fondu torpaqlarına bu Məcəllənin 47-ci maddəsinin 5-ci bəndi 

ilə müəyyən olunmuş torpaqlar aid edilir. 

4. Ehtiyat fondu torpaqlarının istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən 

sonra yol verilir. 

5. Ehtiyat fondu torpaqlarının istifadəsi qaydaları müvafiq normativ-hüquqi aktlarla 

müəyyən edilir. 



VIII fəsil. Torpaqların mühafizəsi 

Maddə 34. Torpaqların mühafizəsinin məqsədi və vəzifələri  

1. Torpaqların mühafizəsi onlardan səmərəli istifadə edilməsi, daha qiymətli torpaqların 

kənd təsərrüfatı və meşə təsərrüfatı dövriyyəsindən əsassız çıxarılmasına yol 

verilməməsi, onların zərərli təbii və antropogen təsirlərdən qorunması, habelə torpaqların 

münbitliyinin, meşə fondunun bərpası və artırılması məqsədilə həyata keçirilən hüquqi, 

təşkilati, iqtisadi və digər tədbirlər sistemindən ibarətdir. 




2. Torpaqların mühafizəsi zona və region xüsusiyyətləri nəzərə alınaraq onlara mürəkkəb 

təbii (ekoloji) sistemlər kimi kompleks yanaşılması əsasında təbiətin mühafizəsini, təbii 

ehtiyatlara qənaəti və torpaqların qorunub saxlanmasını, bitki və heyvanlar aləminə, 

geoloji törəmələrə və ətraf mühitin digər tərkib hissələrinə zərərli təsirin 

məhdudlaşdırılmasını nəzərdə tutur. 

3. Torpaqların mühafizəsi istifadənin optimal strukturunu özündə əks etdirən, elmi 

cəhətdən əsaslandırılmış torpaq istifadəçiliyi normativlərinin praktikada tətbiqi, habelə 

yerquruluşu əsasında ərazinin səmərəli təşkili vasitəsilə həyata keçirilir. 

4. Suvarılan və meliorasiya olunmuş torpaqların səmərəli istifadəsi, onların keyfiyyətinə 

nəzarət, münbitliyin qorunması və artırılması, su, duz, hava və qida rejimlərinin 

tənzimlənməsi, əkinçiliyin, rasional strukturunun formalaşdırılması məqsədilə 

aqrotexniki, aqromeliorativ və meliorativ tədbirlərin həyata keçirilməsi və qarşılıqlı 

münasibətlərin əlaqələndirilməsi dövlət tərəfindən müəyyənləşdirilmiş xüsusi proqramlar 

üzrə aparılır. 

5. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaqların mühafizəsi sahəsində 

aşağıdakı istiqamətdə tədbirləri həyata keçirməlidirlər: 

 

torpağın münbitliyinin və digər faydalı xassələrinin qorunması, bərpa edilməsi və 



yüksəldilməsi;  

 



torpaqların su və külək eroziyasından, sellərdən, su basmaqdan, bataqlaşmaqdan, 

təkrar şoranlaşma, kipləşmə və quraqlıqdan, istehsalat və məişət tullantılarından, 

kimyəvi və radioaktiv maddələrlə çirklənmədən, səhralaşma, sürüşmələr, abraziya 

və digər dağıdıcı proseslərdən qorunması;  

 

kənd təsərrüfatı torpaqlarının kol-kos basmaqdan, torpaqların mədəni-texniki 



vəziyyətini, habelə meliorasiya və irriqasiya sistemlərinin vəziyyətini pisləşdirən 

digər proseslərdən qorunması;  

 

keyfiyyəti pisləşmiş kənd təsərrüfatı torpaqlarının münbitliyinin bərpa edilməsi 



üçün onların konservasiya edilməsi;  

 



korlanmış torpaqların yenidən yararlı hala salınması (rekultivasiyası), onların 

münbitliyinin və torpağın digər faydalı xassələrinin yüksəldilməsi;  

 

təsərrüfat fəaliyyəti nəticəsində torpaqların korlanması ehtimalı labüd olan 



hallarda onların münbit qatının götürülməsi və təkrar istifadə edilməsi.  

6. Torpaqların vəziyyətinə zərərli təsir göstərə bilən təzə tikililər, qurğular və yenidən 

qurulan obyektlər yerləşdirilərkən, layihələşdirilərkən, tikilərkən və istismara verilərkən

habelə yeni texnologiyalar tətbiq edilərkən torpaqların mühafizəsi sahəsində zəruri 

tədbirlər nəzərdə tutulmalı və həyata keçirilməlidir. 

7. Torpaqların tənəzzülə uğramadan və dağılmadan qorunması tədbirləri ilə təmin 

edilməmiş obyektlərin və texnologiyaların istismara verilməsi və tətbiq edilməsi qadağan 

olunur. 


8. Torpaqların vəziyyətinə zərərli təsir göstərə bilən obyektlərin yerləşdirilməsi aidiyyəti 

olan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri, eləcə də 

müvafiq icra hakimiyyəti 

orqanları

 ilə razılaşdırılır. 

9. Torpaqların mühafizəsi qaydaları müvafiq normativ-hüquqi aktlarla müəyyən edilir. 



Maddə 35. Torpaqların mühafizəsinin iqtisadi stimullaşdırılması  


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə