Azərbaycan Respublikasının Torpaq Məcəlləsi



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə9/25
tarix31.08.2018
ölçüsü1,04 Mb.
#66063
1   ...   5   6   7   8   9   10   11   12   ...   25

1. Torpaqların mühafizəsinin iqtisadi cəhətdən stimullaşdırılması torpaq 

mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpağın münbitliyinin qorunması və 

yüksəldilməsində marağının artırılması, təsərrüfat fəaliyyətinin zərərli təsirindən 

torpaqların qorunması məqsədilə həyata keçirilir. 

2. Torpaqların mühafizəsinin iqtisadi stimullaşdırılması ilə əlaqədar qaydalar torpaqların 

münbitliyinin bərpasını, meşə-meliorasiya işlərinin görülməsini, istehsal və sosial 

infrastruktur obyektlərinin, yaşayış məntəqələrinin abadlaşdırılmasını və bu istiqamətdə 

dövlət və yerli proqramların yerinə yetirilməsini, habelə torpaq mülkiyyətçiləri

istifadəçiləri və icarəçilərinin torpaqdan istifadəyə görə müəyyən müddətə torpağa görə 

haqdan azad edilməsini, təbii fəlakət, torpaqların konservasiyası və digər hallarda onlara 

dəyən ziyanın ödənilməsini və bu kimi digər tədbirlərin həyata keçirilməsini nəzərdə 

tutan müvafiq normativ-hüquqi aktlarla müəyyən edilir. 



Maddə 36. Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaqların 

istifadəsi  

1. Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış, əhalinin həyatına və sağlamlığına 

təhlükə yarada bilən, habelə məhsul istehsalı üçün sanitariya tələblərinə, müvafiq 

normalara, qaydalara və normativlərə cavab verməyən torpaqlar kənd təsərrüfatı 

dövriyyəsindən çıxarılır və konservasiya edilməsi üçün dövlət ehtiyat torpaq fonduna 

keçirilir. Belə torpaqlarda rekultivasiya işləri aparılıb sağlamlaşdırılana qədər kənd 

təsərrüfatı məhsullarının istehsalı qadağan edilir. 

2. Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaqların təsərrüfat 

dövriyyəsindən çıxarılması, konservasiya edilməsi, mühafizəsi, sağlamlaşdırılması və 

istifadəsi qaydaları 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən təsdiq edilmiş normativ-

hüquqi aktlarla müəyyən edilir. 

Maddə 37. Ekzogen geoloji proseslərə məruz qalmış torpaqların 

istifadəsi  

Ekzogen geoloji proseslərə (sürüşmə, sel, aşınma, uçqun, tökülmə, eroziya, abraziya, 

deflyasiya, eol, bataqlaşma, yarğan və s.) məruz qalmış torpaq əraziləri texniki 

meliorasiya və yararlaşdırma (bərpa) işləri aparılanadək təsərrüfat fəaliyyəti 

dövriyyəsindən çıxarılır və prosesin miqyasından asılı olaraq müvafiq ehtiyat fondu 

torpaqlarına keçirilir. Belə torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin 

aparılmasına həmin ərazilərin (sahələrin) yararlı hala salınmasından sonra 

müvafiq icra 

hakimiyyəti orqanı

 tərəfindən müəyyən edilmiş qaydada icazə verilir. 



IX fəsil. Torpaq fondunun istifadəsi və mühafizəsinin 

dövlət tənzimlənməsi 

Maddə 38. Torpaq fondunun istifadəsi və mühafizəsi sahəsində dövlətin 

vəzifələri  

Torpaq fondunun istifadəsi və mühafizəsi sahəsində dövlət aşağıdakı vəzifələri həyata 

keçirir: 



 

torpaqlardan səmərəli istifadə edilməsinin təşkili və onların mühafizəsi sahəsində 



dövlət siyasətinin həyata keçirilməsi;  

 



torpaqlardan istifadə olunmasına və onların mühafizəsinə dövlət nəzarətinin 

həyata keçirilməsi;  

 

dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu ilə əlaqədar işlərin 



və torpaq üzərində hüquqların dövlət qeydiyyatının həyata keçirilməsi, torpaq 

balansının tərtibi;  

 

qanunla nəzərdə tutulmuş qaydada dövlət ehtiyacları və ictimai ehtiyaclar üçün 



torpaqların geri alınması və verilməsi, torpaqların əsas məqsədli təyinatının 

dəyişdirilməsi və digər yerquruluşu məsələlərinin həlli ilə bağlı 

sənədlərin

 

rəsmiləşdirilməsi, onların 



müvafiq icra hakimiyyəti orqanlarının

 təsdiqinə təqdim 

edilməsi;  

 



müəyyən olunmuş qaydada, 

müvafiq icra hakimiyyəti orqanlarının

 və 

bələdiyyələrin torpaq qanunvericiliyinə uyğun gəlməyən 



qərarlarının

 

(müqavilələrinin) ləğv edilməsi barədə məsələlərin qaldırılması;  

 

torpaq fonduna vurulan zərərin, kənd təsərrüfatı və meşə təsərrüfatı istehsalı 



itkilərinin torpaq qanunvericiliyinin pozulmasına görə cərimələrin və maliyyə 

sanksiyalarının ödənilməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada 

müvafiq məhkəməyə müraciət edilməsi, iddialar qaldırılması;  

 



torpaq sahələrinin yerquruluşu planından və dövlət torpaq kadastrı 

məlumatlarından çıxarışların verilməsi;  

 

torpaq qanunvericiliyinin və torpağın mühafizəsi tələblərinin pozulması ilə həyata 



keçirilən tikinti işlərinin, habelə faydalı qazıntıların hasilatı, aqrokimyəvi, meşə-

meliorasiya, geoloji-kəşfiyyat və başqa işlərin dayandırılması, aşkar edilən 

pozuntuların aradan qaldırılmasına qədər göstərilən işlərin qadağan edilməsi 

təklifi ilə 

müvafiq icra hakimiyyəti orqanlarına

, bələdiyyələrə müraciət edilməsi;  

 

torpaqların münbitliyinin bərpası və yaxşılaşdırılması, onların istifadəsi və 



mühafizəsi üzrə investisiya proqramlarının ekspertizasının həyata keçirilməsi;  

 



torpaq qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslərin müəyyən edilmiş 

qaydada inzibati məsuliyyətə cəlb edilməsi;  

 

qanunvericiliklə müəyyən edilmiş digər vəzifələrin həyata keçirilməsi. (



16

20



22

)  



Maddə 39. Torpaq ehtiyatlarından istifadənin planlaşdırılması  

1. Torpaq ehtiyatları — istifadə olunan və ya istifadə oluna bilən torpaqlardır. 

2. Torpaq ehtiyatlarının istifadəsi və mənimsənilməsi 

müvafiq icra hakimiyyəti 

orqanlarının

 və bələdiyyələrin ərazinin inkişafının planlaşdırılması haqqında qərarları 

əsasında həyata keçirilir. 

3. Torpaq ehtiyatlarından istifadənin planlaşdırılması sosial-iqtisadi proqramlar

yerquruluşu, şəhərsalma, təbiətqoruyucu və digər sənədlər əsasında ərazinin 

uzunmüddətli inkişaf perspektivlərini müəyyən etmək məqsədilə aparılır. 



Maddə 40. Torpaqların zonalaşdırılması  

1. Torpaqların zonalaşdırılması — onların müxtəlif təyinatlı və hüquqi rejimli torpaq 

sahələrinə bölünməsidir. 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə