Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası haqqında Əsasnamə



Yüklə 271,94 Kb.
Pdf görüntüsü
tarix31.10.2018
ölçüsü271,94 Kb.
#77660


Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası haqqında  

 

ƏSASNAMƏ 

Azərbaycan Respublikası Prezidentinin  

2015-ci il 21 oktyabr tarixli 655 nömrəli Fərmanı ilə  

TƏSDİQ EDİLMİŞDİR 

  

1. Ümumi müddəalar 



1.1. Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası (bundan sonra – 

Koordinasiya Şurası) tranzit yüklərin ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinə cəlb olunmasını və yüksək 

keyfiyyətlə daşınmasını təmin etmək məqsədi ilə yaradılmış kollegial icra hakimiyyəti orqanıdır. 

1.2. Koordinasiya Şurası mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi və fiziki 

şəxslər tərəfindən dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma, tranzit yüklərlə bağlı liman və 

nəqliyyat-ekspedisiya xidmətləri göstərilməsinə görə tariflərin dövlət tənzimlənməsini həyata keçirir, bu sahədə 

daşıma prosesinin bütün iştirakçılarının, o cümlədən sərhədkeçmə prosedurlarını həyata keçirən dövlət 

orqanlarının fəaliyyətinin əlaqələndirilməsini təmin edir. 

1.2.1. Nəqliyyat-ekspedisiya xidmətləri - bu Əsasnamənin 2.0.1-ci yarımbəndinin 1-3-cü abzaslarında 

göstərilən xidmətlər üzrə nəqliyyat müəssisələri ilə birbaşa müqavilə əsasında hüquqi və fiziki şəxslər 

tərəfindən göstərilən xidmətlərdir. 

1.3. Koordinasiya Şurası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan 

Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan 

Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı 

beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur. 

1.4. Koordinasiya Şurası öz fəaliyyətini mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə 

orqanları, habelə hüquqi və fiziki şəxslərlə əlaqəli həyata keçirir. 

  

2. Koordinasiya Şurasının vəzifələri 



2.0. Koordinasiya Şurasının vəzifələri bunlardır: 

2.0.1. tranzit yüklərlə bağlı vahid tarif siyasətinin həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə aşağıdakı 

sahələrdə tariflər müəyyən etmək: 

1. dəmir yolu ilə tranzit yüklərin daşınması;  

2. dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması; 



3. tranzit yüklərlə bağlı liman qurğularının istismarı, dəniz terminalları tərəfindən yükaşırma və dəniz 

limanında göstərilən digər xidmətlər; 

4. bu Əsasnamənin 2.0.1-ci yarımbəndinin 1-ci – 3-cü abzaslarında göstərilən xidmətlər üzrə nəqliyyat-

ekspedisiya xidmətləri.  

2.0.2. ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən 

tranzit yükdaşımaların bütün iştirakçılarının qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsini təmin etmək; 

2.0.3. ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən 

tranzit yükdaşımaların ahəngdarlığının, səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi üçün 

tədbirlər görmək; 

2.0.4. ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən 

tranzit yükdaşıma müddətlərinin azaldılması, yükdaşımalar üzrə daşıma qaydalarının, şərtlərinin və 

prosedurlarının şəffaflaşdırılması, asanlaşdırılması və sadələşdirilməsi üzrə təkliflər hazırlamaq və aidiyyəti 

üzrə təqdim etmək; 

2.0.5. ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən 

tranzit yükdaşıma müqavilələrinin bağlanması prosedurlarının şəffaflaşdırılması, asanlaşdırılması, 

elektronlaşdırılması və bu sahədə “bir pəncərə” prinsipinin tətbiqi məqsədi ilə aşağıdakı tədbirlərin həyata 

keçirilməsini təmin etmək: 

1. tranzit yükün daşınması ilə əlaqədar müqavilənin bağlanması üçün daşıyıcılar və ya müştərilərdən birbaşa və 

ya ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları xidmətləri göstərən nəqliyyat 

müəssisələri vasitəsilə daxil olmuş müraciətlərin (o cümlədən elektron müraciətlərin) qəbulunu; 

2. ölkə ərazisindən dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit 

yüklərin daşınması şərtləri (vahid tariflər, müddətlər və s.) barədə məlumatın daşıyıcı şirkət və ya müştərilərə 

verilməsini; 

3. daxil olmuş müraciətlərin koordinasiyası (razılaşdırılması) məqsədi ilə onların dəmir yolları, dəniz 

nəqliyyatı, dəniz limanları, dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşımalar sahəsində 

nəqliyyat müəssisələrinə və nəqliyyat-ekspedisiya xidmətləri göstərən hüquqi və fiziki şəxslərə göndərilməsini; 

 

4. dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları, dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit 



yükdaşımalar sahəsində nəqliyyat müəssisələri və nəqliyyat-ekspedisiya xidmətləri göstərən hüquqi və fiziki 

şəxslərlə daşıyıcılar və ya müştərilər arasında tranzit yüklərin daşınması ilə bağlı razılaşdırılmış müqavilələrin 

bağlanması üçün şərait yaradılmasını; 

 

5. dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit 



yükdaşımalar sahəsində nəqliyyat müəssisələri və nəqliyyat ekspedisiya xidmətləri göstərən hüquqi və fiziki 

şəxslər tərəfindən bağlanmış daşıma və nəqliyyat-ekspedisiya müqavilələrinin, habelə tranzit yüklərlə bağlı 

daşıma sənədlərinin surətlərinin alınmasını; 

 

6. tranzit yüklərin daşınması ilə bağlı bağlanmış müqavilələrin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları, 



dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşımalar sahəsində nəqliyyat müəssisələri və 

nəqliyyat-ekspedisiya xidmətləri göstərən hüquqi və fiziki şəxslər tərəfindən keyfiyyətli icrasının 

əlaqələndirilməsini; 



2.0.6. dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə daşınan tranzit yüklərin 

Azərbaycan Respublikasının dövlət sərhədindən (sərhəd və gömrük nəzarətindən) keçməsi prosedurlarının 

asanlaşdırılması, şəffaflaşdırılması və elektronlaşdırılması məqsədi ilə bu sahədə tranzit yükdaşıma fəaliyyətini 

müvafiq dövlət orqanları ilə əlaqələndirmək; 

2.0.7. ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən 

tranzit yükdaşımalar sahəsində nəqliyyat müəssisələrinin, daşıyıcıların, ekspeditorların və operatorların 

qarşılıqlı fəaliyyəti üçün vahid prinsiplərin və şərtlərin müəyyən olunması ilə bağlı təkliflər hazırlamaq və 

aidiyyəti üzrə təqdim etmək; 

2.0.8. ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən 

tranzit yükdaşımalar sahəsində nəqliyyat infrastrukturunun inkişafı, daşıma proseslərini idarəetmə sistemlərinin 

təkmilləşdirilməsi və səmərəliliyin artırılması istiqamətində təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim 

etmək; 


2.0.9. tranzit yüklərin ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinə cəlb olunması və yeni tranzit imkanlarının 

yaradılması məqsədi ilə təhlillər aparmaq, proqramlar hazırlamaq və aidiyyəti üzrə təqdim etmək; 

2.0.10. ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən 

tranzit yükdaşımaların inkişafına maneələrin aradan qaldırılması ilə bağlı təkliflər hazırlamaq və aidiyyəti üzrə 

təqdim etmək;  

2.0.11. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrinə uyğun istiqamətlərdə hüquqi aktların layihələrini 

hazırlamaq və aidiyyəti üzrə təqdim etmək, digər orqanlar tərəfindən hazırlanmış belə layihələrə dair rəy və 

təkliflər vermək; 

2.0.12. ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən 

tranzit yükdaşımalar sahəsində mövcud infrastruktur obyektlərinin potensialından maksimum istifadə edilməsi 

ilə bağlı təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək; 

2.0.13. tranzit yüklərin ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinə cəlb olunması, yeni tranzit imkanlarının 

yaradılması və tranzit yükdaşımaların inkişafına maneələrin aradan qaldırılması məqsədi ilə dövlət orqan və 

təşkilatları, hüquqi və fiziki şəxslər, habelə xarici dövlətlərin müvafiq qurumları və tranzit təşkilatlar ilə 

əməkdaşlıq etmək 

 

2.0.14. Koordinasiya Şurasının qəbul etdiyi qərarların tətbiqinə dövlət nəzarətini həyata keçirmək, yol verilən 



nöqsanlarla bağlı qanunla müəyyən edilmiş məsuliyyət tədbirlərinin görülməsi üçün aidiyyəti üzrə müraciət 

etmək; 


2.0.15. Koordinasiya Şurasının qəbul etdiyi qərarlarla bağlı şərh vermək; 

2.0.16. haqsız rəqabətə şərait yaratmadan ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz 

terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşımalar sahəsində tariflər (qiymətlər) üzrə güzəştlərin 

müəyyən edilməsi qaydasına dair təkliflər vermək; 




2.0.17. dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yükdaşıma 

iştirakçılarının müraciətlərinə baxmaq, onların hüquqlarının müdafiəsi məqsədi ilə tədbirlər görmək, mübahisəli 

məsələlərin həlli ilə bağlı qərarlar qəbul etmək; 

2.0.18. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, rəsmi internet saytının yaradılmasını, siyahısı 

qanunla müəyyən edilmiş açıqlanmalı olan informasiyanın həmin saytda yerləşdirilməsini və informasiyanın 

daim yenilənməsini təmin etmək; 

2.0.19. ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərini təşviq etmək. 

 

3. Koordinasiya Şurasının hüquqları 



3.0. Koordinasiya Şurası öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir: 

3.0.1. bu Əsasnamə ilə müəyyən edilən vəzifələrinə uyğun olaraq görülən işlərə nəqliyyat bazarının 

iştirakçılarını cəlb etmək; 

3.0.2. dövlət orqanlarından, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi, 

habelə fiziki şəxslərdən Koordinasiya Şurasının səlahiyyətlərinə aid olan məsələlərlə bağlı zəruri sənədlər və 

məlumatlar almaq; 

3.0.3. Koordinasiya Şurasının fəaliyyətinə ekspert və məsləhətçilər cəlb etmək; 

3.0.4. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrinin icrası ilə bağlı qərarlar qəbul etmək; 

3.0.5. Koordinasiya Şurasının qərarlarının yerinə yetirilməsinin monitorinqini aparmaq və nöqsanların aradan 

qaldırılması üzrə tədbirlər görmək. 

4. Koordinasiya Şurasının fəaliyyətinin təşkili 

4.1. Koordinasiya Şurasının tərkibi (sədri və üzvləri) mərkəzi icra hakimiyyəti orqanlarının, digər dövlət idarə 

və təşkilatlarının nümayəndələrindən ibarət olmaqla, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 

müəyyən edilir. 

4.2. Koordinasiya Şurasının sədri aşağıdakı vəzifələri yerinə yetirir: 

4.2.1. Koordinasiya Şurasının fəaliyyətinin cari və perspektiv istiqamətlərini müəyyənləşdirir, onun fəaliyyət 

proqramını təsdiq edir və həyata keçirir; 

4.2.2. Koordinasiya Şurasının fəaliyyəti ilə bağlı zəruri olan metodiki sənədləri, aktları, əmrləri, göstərişləri, 

məktubları və digər sənədləri imzalayır; 

4.2.3. Koordinasiya Şurasının fəaliyyətinin təşkili ilə bağlı digər işləri həyata keçirir. 

4.3. Koordinasiya Şurası üzvlərinin hüquq və vəzifələri aşağıdakılardır: 

4.3.1. Koordinasiya Şurasının iclaslarında və fəaliyyətində iştirak etmək; 




4.3.2. Koordinasiya Şurasının iclaslarının gündəliyi, eləcə də gündəliyə daxil edilmiş məsələlər barədə təkliflər 

vermək; 


4.3.3. Koordinasiya Şurasının fəaliyyəti ilə bağlı digər işləri həyata keçirmək. 

4.4. Koordinasiya Şurasının cari fəaliyyətinin təşkili Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 

Katibliyi (bundan sonra – Katiblik) tərəfindən həyata keçirilir.  

4.5. Koordinasiya Şurasının gündəliyinə daxil edilmiş sənədlər adi hallarda 5 gün, təcili olduqda isə 2 gün 

müddətində Koordinasiya Şurasının üzvlərinə təqdim edilir və onlara Koordinasiya Şurasının iclasında baxılır. 

4.6. Koordinasiya Şurasının iclasları aşağıdakı qaydada keçirilir: 

4.6.1. Koordinasiya Şurasının iclasları onun üzvlərindən azı yeddi nəfər iştirak etdikdə ixtiyarlı sayılır; 

4.6.2. Koordinasiya Şurasının iclasları rübdə bir dəfədən az olmayaraq və ya Koordinasiya Şurası sədrinin və ya 

üzvlərinin müraciətinə əsasən keçirilir; 

4.6.3. Koordinasiya Şurasının iclaslarında səsvermə açıq keçirilir və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. 

Səslər bərabər olduqda, Koordinasiya Şurası sədrinin səsi həlledicidir; 

4.6.4. Koordinasiya Şurasının iclaslarında qəbul edilmiş qərarlar protokolla rəsmiləşdirilir, Koordinasiya 

Şurasının sədri və üzvləri tərəfindən imzalanır. Koordinasiya Şurasının iclaslarında bu Əsasnaməyə uyğun 

olaraq qəbul edilmiş qərarlar bütün dövlət və yerli özünüidarə orqanları, həmçinin fiziki və hüquqi şəxslər üçün 

məcburidir; 

4.6.5. Koordinasiya Şurasının gündəliyinə daxil edilən məsələlər Koordinasiya Şurasının təsdiq etdiyi iş planı 

əsasında formalaşır; 

4.6.6. Koordinasiya Şurasının gündəliyinə daxil edilmiş məsələlər barədə Koordinasiya Şurasının sədri və ya 

üzvlərindən biri məlumat verir; 

4.6.7. Koordinasiya Şurasının hər bir iclasının reqlamentini, müzakirə olunacaq məsələlərdən asılı olaraq, 

Koordinasiya Şurasının sədri üzvlərin rəyini nəzərə alınmaqla müəyyənləşdirir. 

4.7. Koordinasiya Şurasının iclaslarına dəvət olunan ekspert və məsləhətçilərin yalnız təkliflər vermək və 

müvafiq məsələlərə rəy bildirmək hüququ vardır. 

4.8. Koordinasiya Şurasının iclaslarında baxılan məsələlər barədə məlumat Koordinasiya Şurasının sədri və ya 

onun razılığı ilə Katiblik tərəfindən kütləvi informasiya vasitələri və Koordinasiya Şurasının rəsmi internet 

saytı vasitəsilə yayılır. 

4.9. Koordinasiya Şurasının yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata 

keçirilir. 



 

Yüklə 271,94 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə