Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən



Yüklə 10,52 Kb.
Pdf görüntüsü
tarix18.04.2018
ölçüsü10,52 Kb.
#38987


Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən 

səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin 

edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 

Fərmanı 


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq

xarici ölkələrdə ölkəmizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun 

qorunması və təmsil edilməsi, yerli məhsulların xarici ölkələrin bazarlarına çıxışının 

genişləndirilməsi, ixracın stimullaşdırılması ilə bağlı tədbirlərin tətbiqində səmərəliliyin və 

təsərrüfat subyektləri arasında işgüzar əlaqələrin qurulmasında çevikliyin artırılması 

məqsədi ilə qərara alıram: 

1. Azərbaycan Respublikasının iqtisadiyyat naziri Azərbaycan Respublikasının Prezidenti ilə 

razılaşdırmaqla, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və 

konsulluqlarında ticarət nümayəndələri təyin etsin. 

2. Müəyyən edilsin ki: 

2.1. ticarət nümayəndəsi təyin olunduğu ölkə ilə Azərbaycan Respublikasının iqtisadi-ticarət 

ə

laqələrinin genişləndirilməsi və iqtisadi maraqlarının qorunması, Azərbaycan mallarının və 



xidmətlərinin ixracının artırılması, ölkəmizin biznes mühitinin və investisiya imkanlarının 

təbliği istiqamətində tədbirlər görür

2.2. ticarət nümayəndəsi öz funksiyalarını təyin olunduğu səfirlik və konsulluqların 

tərkibində həyata keçirir; 

2.3. ticarət nümayəndəsi ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün şəxsən 

məsuliyyət daşıyır və Azərbaycan Respublikasının iqtisadiyyat nazirinə tabedir, konsulluğa 

təyin olunan ticarət nümayəndəsi Azərbaycan Respublikasının həmin ölkədəki səfirliyinə 

təyin olunmuş ticarət nümayəndəsinin ümumi rəhbərliyi altında fəaliyyət göstərir. 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 

3.1. ticarət nümayəndələrinə ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsi 

verilməsi və diplomatik pasportla təmin olunması məqsədilə “Diplomatik xidmət haqqında” 

və “Pasportlar haqqında” Azərbaycan Respublikasının qanunlarına müvafiq dəyişikliklər 

edilməsi ilə bağlı qanun layihələrini bir ay müddətində hazırlayıb Azərbaycan 

Respublikasının Prezidentinə təqdim etsin; 

3.2. ticarət nümayəndələrinin fəaliyyətinin dövlət büdcəsindən maliyyələşdirilməsi üçün 

tələb olunan vəsaitin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ayrılmasını təmin 

etsin; 

3.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair 



təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim 

etsin; 


3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana 

uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə 

məlumat versin; 

3.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana 

uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində 

Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. 




4. Azərbaycan Respublikasının 

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının 

normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını 

təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin. 

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Xarici 

İşlər Nazirliyi bu Fərmandan irəli gələn digər məsələləri həll etsinlər. 

  

İlham 


Əliyev 

Azərbaycan Respublikasının Prezidenti 



Bakı şəhəri, 26 yanvar 2017-ci il. 

 

Yüklə 10,52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə