Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün



Yüklə 42,26 Kb.
Pdf görüntüsü
tarix06.02.2018
ölçüsü42,26 Kb.
#26049


"Azərbaycan  Respublikasının  xarici  ölkələrdəki  səfirlik,  konsulluq  və  başqa 

diplomatik nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün 

əcnəbi  vətəndaşlara  verilən  viza  blankının  təsviri  və  spesifikasiyası"nın  təsdiq 

edilməsi haqqında  

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

 

 

Azərbaycan  Respublikasının  xarici  ölkələrdəki  səfirlik,  konsulluq  və  başqa  diplomatik 



nümayəndəlikləri  tərəfindən  ölkədən  getmək  və  ölkəyə  gəlmək  üçün  əcnəbi  vətəndaşlara 

verilən  viza  blankının  təsviri  və  spesifikasiyasının  təsdiq  edilməsi  məqsədi  ilə  Azərbaycan 

Respublikasının Nazirlər Kabineti qərara alır: 

1. "Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik 

nümayəndəlikləri  tərəfindən  ölkədən  getmək  və  ölkəyə  gəlmək  üçün  əcnəbi  vətəndaşlara 

verilən viza blankının təsviri" təsdiq edilsin (1 nömrəli əlavə). 

2. "Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik 

nümayəndəlikləri  tərəfindən  ölkədən  getmək  və  ölkəyə  gəlmək  üçün  əcnəbi  vətəndaşlara 

verilən viza blankının spesifikasiyası" təsdiq edilsin (2 nömrəli əlavə). 

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, viza blankının təsvirinə 

və spesifikasiyasına uyğun istehsalına başlanılması üçün qanunvericilikdə nəzərdə tutulmuş 

qaydada müvafiq tədbirlərin görülməsini təmin etsin.  

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.  

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ 



 

 

Bakı şəhəri, 1 dekabr 2003-cü il 



№ 153 

 

i



 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  

2003-cü il 1 dekabr tarixli 153 nömrəli qərarı ilə təsdiq edilmişdir  

1 nömrəli əlavə  

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  



2007-ci il “22 “iyun” tarixli “100” nömrəli qərarı ilə  

təsdiq edilmiş redaksiyada  

 

Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik 

nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara 

verilən viza blankının 



 

TƏSVİRİ 

 

Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik 



nümayəndəlikləri  tərəfindən  ölkədən  getmək  və  ölkəyə  gəlmək  üçün  əcnəbi  vətəndaşlara 

verilən  viza  blankının  təsviri  İCAO-nun  (Beynəlxalq  Mülki  Aviasiya  Təşkilatının)  9303 

nömrəli  sənədinin  ikinci  hissəsində  nəzərdə  tutulmuş  maşınla  oxunan  viza  (MRV-A) 

formatına uyğun çap olunur.  

Vizada aşağıdakı məlumatlar göstərilir:  

Azərbaycan  və  ingilis  dillərində  Azərbaycan  Respublikasının  adı  və  Dövlət  gerbi, 

habelə “VİZA” sözü, viza blankının iki latın hərfindən ibarət olan seriyası və yeddirəqəmli 

nömrəsi;  

viza  sahibinin  adı,  soyadı,  onun  pasportunun  nömrəsi,  cinsi,  anadan  olduğu  tarix, 

vətəndaşlığı və gedənlərin ümumi sayı;  

vizanın verildiyi yer (şəhər), vizanın etibarlılıq müddətinin başlandığı və bitdiyi tarix, 

vizanın  növü  (giriş,  qayıdış,  tranzit,  çıxış  və  s.),  girişin  sayı  (birdəfəlik,  çoxdəfəlik  və  s.), 

kateqoriyası (adi, xidməti, diplomatik və s.) və məqsədi (turist, biznes, tranzit və s.), ölkədə 

qalmaq üçün icazə verilmiş günlərin sayı, vizanın verildiyi tarix;  

vizanı verən səlahiyyətli şəxsin imzası və müvafiq dövlət orqanının möhürü;  

viza sahibinin şəkli.  

Viza  blankının  aşağı  hissəsində  maşınla  oxunan  zona  (MRZ)  yerləşir  və  vizaya  daxil 

edilən məlumatların maşınla oxunan formada təqdimatını təmin edir.  

Qeyd.  Vizada  nəzərdə  tutulmuş  parametrlərin  adları  Azərbaycan  və  ingilis  dillərində  yazılır.  Viza 

doldurularkən qeyd olunan məlumatlar ingilis dilində verilir.  

 

 

 



 

 

 



 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  



2003-cü il 1 dekabr tarixli 153 nömrəli qərarı ilə  

TƏSDİQ EDİLMİŞDİR  



2 nömrəli əlavə  

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  



2007-ci il “22” “iyun” tarixli “100” nömrəli qərarı ilə  

təsdiq edilmiş redaksiyada  

 

Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik 

nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara 

verilən viza blankının 

 

SPESİFİKASİYASI 

 

Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik 



nümayəndəlikləri  tərəfindən  ölkədən  getmək  və  ölkəyə  gəlmək  üçün  əcnəbi  vətəndaşlara 

verilən  viza  blankının  spesifikasiyası  İCAO-nun  (Beynəlxalq  Mülki  Aviasiya  Təşkilatının) 

9303  nömrəli  sənədinin  ikinci  hissəsində  nəzərdə  tutulmuş  maşınla  oxunan  viza  (MRV-A) 

formatının spesifikasiyasına uyğundur.  

Viza  blankı  80x120  mm  ölçülü,  üfüqi  şəkildə  küncləri  yarımdairəvi  formada  olan  bir 

səhifədən  və  kötükdən  ibarətdir  və  arxa  hissəsi  yapışqanlıdır.  Kağızın  tərkibi  100% 

sellülozdan  olan  viza  blankı  ofset,  çoxçalarlı  intaqlio  və  metalloqrafik  üsulla  çap  olunur. 

Kağız,  istifadə  olunmuş  boya  və  yapışqan  viza  blankının  lazer  printerində  çap  olunması 

üçün müvafiq hərarət dərəcəsinə davamlı olmalıdır.  

Viza  blankının  üzərində  görünən  və  görünməyən  formada  Azərbaycan 

Respublikasının  simvolları,  mərkəzi  hissəsində  böyüdülmüş  formada  Azərbaycan 

Respublikasının  Dövlət  gerbi  göstərilir.  Viza  blankının  maşınla  oxuna  bilən  hissəsi 

ikizolaqlıdır.  



Viza  blankının  səthi  hamardır.  Viza  blankının  kağızının  tərkibində  görünən  və 

flüoresent  liflər  vardır.  Viza  blankının  istehsalı  üçün  istifadə  olunan  kağız  optik  cəhətdən 

ultrabənövşəyi  şüaları  əks  etdirmir.  İstehsalında  giyoş,  mikro  çap  və  qabarıq  çap 

üsullarından istifadə olunur.  

Viza blankının şəxsi məlumatlara aid hissəsi “göy qurşağı” çap üsulu ilə təsvir olunur. 

“VİZA”  sözünün  yazılışında  optik  dəyişən  mürəkkəbdən  istifadə  edilir.  Viza  blankının 

seriyası  və  nömrəsi  maqnetik  mürəkkəblə  çap  edilir.  Viza  blankındakı  bir  sıra  elementlər 

infraqırmızı optik mürəkkəblə təsvir olunur və qoruyucu əlamətlər viza blankının üzərində 

proporsional şəkildə yerləşdirilir.  

Viza blankının üzərində Azərbaycan Respublikasının Dövlət gerbi həkk olunmuş kiçik 

ölçüdə holloqram və ya kineqram vardır.  

Viza blankı üçün istifadə olunmuş kağız, boya və yapışqan ən azı on il keyfiyyətini və 

xüsusiyyətini saxlamalıdır.  

Viza  blankının  üzərində,  onu  pasportdan  qoparmağa  çalışarkən  vizanın  bir  neçə 

hissəyə bölünməsinə gətirib çıxaran kəsiklər vardır.  

 

 



 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 

 

1.

 

20 oktyabr 2005-ci il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 

(Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №10, maddə 985

 

2.

 

22  iyun  2007-ci  il  tarixli  100

 

nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı  



(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 704

 

 

 



QƏRARA  EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI 

 

 



 

                                                           

i

 

22 iyun 2007-ci il tarixli 100



 

nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı  

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 704) ilə 1 və 2 

nömrəli əlavələr yeni redaksiyada təsdiq edilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 



                                                                                                                                                                                     

Azərbaycan Respublikası Nazirlər  

Kabinetinin 2003-cü il 1 dekabr  tarixli 

153 nömrəli qərarı ilə  

TƏSDİQ EDİLMİŞDİR  

1 nömrəli əlavə 

 

Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik 

nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən 

viza blankının  

TƏSVİRİ  

 

Viza  blankının  üzərində  Azərbaycan  Respublikasının  adı  Azərbaycan  və  İngilis  dillərində 

göstərilmiş,  iki  hərfdən  ibarət  seriya  və  altırəqəmli  nömrə  üçün  yer  qoyulmuşdur.  Viza  blankının 

üzərində  görünən  və  görünməyən  formada  Azərbaycan  Respublikasının  simvolları,  mərkəzi 

hissəsində  dərin  çapla  böyüdülmüş  formada  Azərbaycan  Respublikasının  gerbi,  aşağı  hissəsində 

İKAO-nun tələblərinə cavab verən, maşınla oxuna bilən ikizolaqlı optik nəzarət oxusu hissəsi vardır.  

Viza blankının səthi hamardır. Viza blankının üzərində Azərbaycan  və İngilis dillərində "VİZA" 

sözü  yazılmış,  etibarlılıq  müddətinin  göstərilməsi  üçün  yer  qoyulmuşdur.  Viza  blankında  fotoşəkil 

üçün yer ayrılmışdır.  

Viza  blankının  sol  tərəfinə  Azərbaycan  və  İngilis  dillərində  alt-alta  "giriş  sayı,  verildiyi  yer, 

verilmə tarixi, vizanın növü və qeydlər" sözləri yazılmışdır.  

Viza blankının sağ tərəfində şəxsi məlumatlar hissəsində Azərbaycan və İngilis dillərində alt-alta 

"qalma müddəti, məqsəd, adı, soyadı, pasport nömrəsi" sözləri yazılmışdır. 

 

Azərbaycan Respublikası Nazirlər  



Kabinetinin 2003-cü il 1 dekabr  tarixli 

153 nömrəli qərarı ilə  

TƏSDİQ EDİLMİŞDİR  

2 nömrəli əlavə 

 

Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik 

nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən 

viza blankının  

SPESİFİKASİYASI 

 

Viza blankı 105x74 mm ölçülü, üfqi şəkildə küncləri yarımdairəvi formada olan bir səhifədən və 

kötükdən  ibarətdir  və  arxa  hissəsi  yapışqanlıdır.  Kağızın  tərkibi  100%  sellülozdan  olan  viza  blankı 

ofset,  çoxçalarlı  intaqlio  və  metalloqrafik  üsulla  çap  olunur  və  kimyəvi  maddələrin  təsirinə 

davamlıdır.  

Kağızın tərkibində flüoresent nöqtələr, görünən və flüoresent liflər vardır.  

Viza  blankının  istehsalı  üçün  istifadə  olunan  kağız  optik  cəhətdən  ultrabənövşəyi  şüaları 

buraxmır. İkiölçülü ştrix koda malik və istehsalında kompüterləşdirilmiş giyoş, mikro çap və qabarıq 

çap  üsullarından  istifadə  olunmuş  viza  blanklarının  maşınla  oxunan  hissəsində  optik  dəyişən 

elementlərdən istifadə olunur.  

Viza blankının şəxsi məlumatlara aid hissəsi ultrabənövşəyi fon çapı ilə (və yaxud da göy qurşağı 

çap  üsulu  ilə)  təsir  olunur.  "VİZA"  sözünün  yazılışında  optik  mürəkkəbdən  istifadə  edilir.  Viza 

blankının üzərində olan seriya və nömrələr maqnetik mürəkkəblə çap edilir. Viza blankındakı bir sıra 



                                                                                                                                                                                     

elementlər  infraqırmızı  mürəkkəblə  təsir  olunur,  qoruyucu  əlamətlər  viza  blankının  üzərində 

proporsional şəkildə yerləşdirilir.  

Viza  blankının  yuxarı  sol  hissəsində  kiçik  ölçüdə  holloqram  və  ya  kineqram  üzərində  həkk 

olunmuş Azərbaycan Respublikasının Dövlət gerbi vardır.  

Viza blankının üzərində onu pasportdan qoparmağa çalışarkən vizanın bir neçə hissəyə bölünməsinə 



gətirib çıxaran kəsiklər vardır. 

Yüklə 42,26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə