Azərbaycan respublġkasi əMƏK



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə1/25
tarix26.09.2017
ölçüsü0,58 Mb.
#2136
  1   2   3   4   5   6   7   8   9   ...   25


 

 

 



 


 

 

 

 

AZƏRBAYCAN RESPUBLĠKASI ƏMƏK 

 VƏ ƏHALĠNĠN SOSĠAL MÜDAFĠƏSĠ 

 NAZĠRLĠYĠ 

 

 

 

 

 

 

 

 

ƏMƏK VƏ SOSĠAL PROBLEMLƏR ÜZRƏ ELMĠ- 

TƏDQĠQAT VƏ TƏDRĠS MƏRKƏZĠ 

 

 

 

 

 

 

 

 

 

ƏLĠLLĠK MƏSƏLƏLƏRĠ ÜZRƏ TERMĠNLƏRĠN 

ĠZAHLI LÜĞƏTĠ 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI – 2016 

 


 

ƏLĠLLĠK MƏSƏLƏLƏRĠ ÜZRƏ TERMĠNLƏRĠN 

 ĠZAHLI LÜĞƏTĠ 

 

 

 

 

Lüğət V.A.Həsənovun rəhbərliyi və ümumi redaktəsi ilə işçi qrup tərəfındən hazırlanmışdır. 

 

 

Rəyçi: i.e.d., prof. R.K.İsgəndərov 

Elmi redaktorlar: 

t.f.d.,dos. N.Q.Quliyeva  

i.f.d.,dos. S.R.Bayramova  

Texnikl redaktor: H.S.Hümbətov 

 

 



 

  Bu lüğətdə  əlillik  məsələlərinə dair yerli qanunvericilikdə göstərilən, habelə beynəlxalq 

təcrübədə    qəbul  olunmuş  terminlərin  izahı,  istifadəsi  məsləhət  görülməyən  söz  və  ifadələr, 

reabilitasiya  vasitələri  və  protez-ortopedik  məmulatların  siyahısı,,  əlilliyi  olan  şəxslərlə  bağlı 

milli  vəbeynəlxalqvə  bu  sahədə  mövcud  olan  beynəlxalq  təsisatlar  əks  olunmuşdur.Lüğət  geniş 

oxucu  auditoriyası,  xüsusəndə  müvafiq  icra  hakimiyyəti  orqanları,  dövlət  və  özəl  təşkilatlar, 

müstəqil  ekspertlər,  əlilliyi  olan  şəxslər,  bu  istiqamətdə  fəaliyyət  göstərən  Qeyri-Hökümət 

Təşkilatları üçün yardımşı vasitə kimi nəzərdə tutulmuşdur. 

Lüğətin  hazırlanması  zamanı  Fransadan  olan  ekspertlər  Kristian  Mutiye  (Christian 

Moutier) və Bernard Laborelin (Bernard Laborel) rəy və təklifləri nəzərə alınmışdır. 

Lüğət  Əmək və Sosial  Problemlər üzrə Elmi- Tədqiqat və Tədris Mərkəzi  Elmi Şurasının 

qərarı ilə nəşr olunur (11 noyabr 2016-cı il tarixli 14 saylı protokol) 

 

 

 



 

 

 



 

4702060104-98 

 

   8032-2016 



 

 

 



 

 

 



 

 

 



 

                                                                                                © "AVROPA " nəşriyyatı, 2016 

 

 

 

 




 

MÜNDƏRĠCAT 

 

 

 

 

 

Ön söz................................................................................................ ......4 

1. Əsas hissə (izahlı terminlər siyahısı).................................................. 10 

2. İstifadəsi   məsləhət   görülməyən   söz  və ifadələr........................... 85 

3. Reabilitasiya vasitələri  va protez-ortopedik məmulatların siyahısı....89 

4. Təsisatlar................................................. ...........................................112 

5. Əlilliyi olan şəxslərlə bağlı milli va beynalxalq qanunvericilik.........139 

6. Ədabiyyat siyahısı............................................................................. 144 

 

 

 



 

 

 



 

 

 



 

  

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




                                       Ön söz 

Tarixən  əlilliyi  və  məhdudiyyəti  olan  şəxslərə  qarşı  cəmiyyət  və  dövlət 

tərəfindən  münasibət  fərqli  idi.  Əhalinin  digər  həssas  qrupları  kimi,  əlilliyi  olan 

şəxslər  də  özlərinə  qarşı  münasibətin      müxtəlif      dövrlər      üzrə      dəyişməsinin   

şahidi olmuşdurlar. Qədimdə onlara qarşı münasibət və onlarla rəftar aqressiya və 

dözümsüzlüyə  arxalanırdı.  Bioloji  patologiyalarla,  xəstəliklərlə  və  zədələrlə 

doğulan  uşaqlar  cəmiyyət  tərəfındən  birmənalı  olaraq  "qüsurlu"  kimi  qəbul 

olunurdu  və  bu  cür  körpələrin  dünyaya  gəlməsi  tanrının  insanlara  törətdiyi 

əməllərə və   günahlara   görə   göndərdiyi   cəza   və   ya   sınaqla əlaqələndirilirdi. 

Belə  yanaşma  və  rəftar  hüquqi  sistemdə  də  institusional  şəkildə  əks  olunmuşdur. 

Misal  üçün,  Likurq  və  Spartanın  qanunlarına  əsasən,  əlilliklə  doğulan  uşaqlar 

təcrid  və  ya,  ümumiyyətlə,  fiziki  məhv  olunmalı  idi.  Antik  dünyada  əlilliyi  olan 

şəxslər  vətəndaş  kimi  deyil,  hüquqi  stastusuna  görə  kölələrə  bərabər  tutulurdu. 

Qanunvericilik  hətta  ali  təbəqənin  nümayəndələrini  də  əlilliyinə  görə  seçərək, 

onları "tam dəyərli" (tanınan) və "dəyərsiz" (tanınmayan) qruplara ayırırdı. Bunun 

nəticəsində      onlar      fərqli      münasibətlə      qarşılaşırdılar.      Belə  vəziyyət    əlilliyi   

olan   şəxslərin  ekslyuziyasının  təməlinin qoyulmasına gətirib çıxartmışdır. Daha 

sonrakı dövrlərdə, Xristianlığın və İslamın bərqərar olunması ilə bu insanlara qarşı 

münasibət aqressiya və dözümsüzlükdən şəfqətə doğru dəyişildi. Qərbi Avropada 

ilk  hospislər  və  sığınacaqlar  yaradılmışdır.  Əlilliyi  olan  şəxslər  artıq  fıziki  məhv 

olunmur,  əksinə  onlara  qida  və  tibbi  müayinə  və  müalicə  xidmətləri  təklif 

olunurdu.  Əlilliyi  olan  şəxslər  üçün  fəaliyyət  göstərən  ixtisaslaşmış  himayədar 

təsisatlar  adətən  dini  qurumların  nəzdində,  daha  sonra  isə  rəsmi  hakimiyyət 

orqanlarıın  nəzdində  çalışırdı.  Lakin  göstərilən  xidmətlərə  rəğmən,  bu 

kateqoriyaya aid olan insanlar ictimai proseslərdə iştirak etmir, qərar qəbul etmək 

hüququna  malik  deyildilər,  hətta  cəmiyyətdə  onlarla  bağlı  çoxsaylı  xürafat  və 

mövhumat mövcud idi. Beləliklə, onlar cəmiyyətdən təcrid olunmuşdur. 

Reabilitasiya xidmətlərinin təkmil olmaması səbəbindən, habelə təhsil və peşə 

istiqamətləndirməsi üzrə xidmətlərin göstərilməməsi səbəbindən bu insanlar əmək 

fəaliyyəti  ilə  məşğul  olmaq  və  müstəqil  həyat  tərzi  sürmək  imkanından  məhrum 

idi.  Belə  münasibət  və  rəftar  əlilliyi  olan  şəxslərin  seqreqasiyasına  təsir  göstərir.  

İntibah  dövründən etibarən, humanizm və insanın hər şeydən üstün tutulması kimi 

ideyaların  yayılması  mühitində  əlilliyi  olan  şəxslərə  qarşı  münasibət  müsbətə 

doğru dəyişməyə başlamışdı. İlk növbədə sensor pozulmaları olan insanların təhsil 

sisteminə  çıxışını  təmin  etmək  məqsədilə  Parisdə  1770-ci  ildə  eşitmə  və  nitq 

məhdudiyyəti  olan,  1784-cü  ildə  görmə  qabiliyyəti  məhdud  olan  insanlar  üçün 

xüsusi məktəblər açıldı. Sankt-Peterqburda 1806-cı ildə eşitmə məhdudiyyəti olan 

insanlar,  1807-ci  ildə  görmə  qabiliyyəti  məhdud  olan  uşaqlar  üçün  məktəblər 

açılmağa  başlandı  və  artıq  XX  əsrin  əvvəlindən  Avropa  ölkələri  əlilliyi  olan 

uşaqların  bir  qisminin  təhsillə  əhatə  olunması  sistemindən  tam  şəkildə  əhatə 

olunması sisteminə keçməyə müvəffəq olmuşdular. Həmçinin, XX əsrdə sağlamlıq 

imkanları məhdud insanlar üçün iş yerləri də yaranmağa başlamış və belə iş yerləri 

onlar üçün nəzərdə tutulmuş xüsusi müəssisələrdə yaradılmışdır. Nəticədə əlilliyin 

"institutlaşması" baş vermiş və onların paralel inkişafı üçün şərait   yaradılmışdır.   

Bu   mərhələ   əlilliyi   olan   şəxslərin inteqrasiya mərhələsi kimi adlandırılır. 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə