Azərbaycan respublġkasi əMƏK



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə2/25
tarix26.09.2017
ölçüsü0,58 Mb.
#2136
1   2   3   4   5   6   7   8   9   ...   25

13  dekabr  2006-cı  il  tarixində  BMT  tərəfindən  "Əlilliyi  olan  Şəxslərin 

Hüquqları  haqqında  Konvensiya"nın  qəbul  olunması  ilə  əlilliyi  olan  şəxslərin 

həyatında yeni dönəm formalaşmağa başladı. Konvensiyanın  əsas məqsədlərindən 

biri  də  əlilliyi  olan  şəxslərin  ləyaqətinə  hörmət  edilməsini  həvəsləndirməkdən 

ibarətdir. Qeyd etmək lazımdır ki, bu Konvensiya dünyada əlillik anlayışını köklü 

şəkildə dəyişərək,əlilliyin tibbi modelindən sosial modelinə keçidlə bağlı təklifləri 

özündə  ehtiva  etmişdir.  Ənənəvi  qəbul  edilmiş  tibbi  model  əlilliyin  məhz  şəxsin 

daxilində  yaranan  "qüsurlar",  "zədələr"  və  xəstəliklər  sayəsində  disfunksiyaların 

aşkarlanması və həmin şəxslərin "əlillər" qrupuna daxil olmasını iddia edirdi. Belə 

şəxslər  "qüsurlu"  və  tibbi  korrektəyə  möhtac  olan  insanlar  kimi  qələmə  verilirdi. 

Sosiai  modeldə  isə,  əlillik  ətraf  mühitin  çoxsaylı  amillərinin  təsiri  nəticəsində 

əlilliyi  olan  şəxslərin  məhdudiyyətlərlə  və  maneələrlə  rastlaşdığı  vəziyyət  kimi 

qəbul edilir. Sosial modeldə əlilliyi olan şəxslərin "düzəlməsinə", "korreksiyasına" 

ehtiyac  duyulmur,  əksinə,  ətraf  mühitin  həmin  şəxslərin  məxsusi  ehtiyaclarına 

uyğunlaşdırılmasını  nəzərdə  tutur.  Sosial  modeldə  əlilliyi  olan  şəxslərə  qarşı 

mərhəmət və şəfqət istənilmir, cəmiyyət üzvlərinin özlərini onların yerinə qoyması, 

onları başa düşməsi və bütün vətəndaşlar kimi onların da tam bərabərhüquqlu şəxs 

olması  nəzərdə  tutulur.  Bu  modelin  təməlini  müyəssərlik  və  müstəqil  həyat 

prinsiplərinin  tətbiqi  təşkil  edir.  Bu  prinsiplərə  əsasən,  ətraf  mühit  obyektləri, 

xidmətləri  və  ehtiyatları  əlilliyi  olan  şəxslər  üçün  əlçatan  olmalıdır,  gündəlik 

həyatda  isə  onlar  imkan  daxilində  özlərini  idarə  edib,  müstəqil  şəkildə  qərarları 

qəbul etməli və heç kəsdən asılı olmamalıdır. Konvensiyanın müddəalarına əsasən, 

əlilliyi  olan  şəxslərə  qarşı  bütün  ayrıseçkilik  formaları  ləğv  olunmalı,  onların 

hüquq və azadlıqları təmin olunmalı, ləyaqətləri və dəyərləri qorunmalıdır. 

Bu  Konvensiyanın  tam  tətbiqi  nəticəsində  bəşəriyyət  artıq  keyfiyyətcə  yeni 

mərhələyə,  əlilliyi  olan  şəxslərin  inklyuziyasına  qədəm  qoyacaq.  Əvvəllər  daha 

geniş  yayılmış  inteqrasiya  konsepsiyasından  fərqli  olaraq,  inklyuziya  paralel 

inkişafı  deyil,  məhz  müştərək,  hər  bir  sahəni  əhatə  etməklə,  birgə  inkişafı  ehtiva 

edir  və  əlilliyi  olan  şəxslərin  öz  müqəddəratını  təyin  edib  qərar  qəbul  etmə 

prosesində tam iştirakı nəzərdə tutur. 

2 oktyabr 2008-ci il tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən 

yuxarıda  qeyd  olunan  Konvensiyaya  qoşulmaq  barəsində  qanun  imzalanıb  və  bu 

Konvensiyanın  icrası  ilə  əlaqədar  öhdəliklərin  yerinə  yetirilməsi  üzrə  vəzifələr 

müəyyənləşdirilib. Təqdim olunan Terminlərin İzahlı Lüğəti həmin Konvensiyada 

nəzərdə  tutulmuş  öhdəliklərə  uyğun  olaraq  hazırlanmışdır.  Onların  sırasında 

Konvesiyanın  3-cü  maddəsinin  b)  bəndində  -  ayrı-seçkiliyə  yol  verilməməsi,  d) 

bəndində  -əlilliyi  olan  şəxslərin  xüsusiyyətlərinə  hörmət  olunması  və  onların 

insan müxtəlifliyin komponenti və bəşəriyyətin bir hissəsi kimi qəbul olunması, 

4-cü  maddəsinin  l.b)  bəndində  -əlilliyi  olan  şəxslərə  münasibətdə  ayrıseçkilik 



yaradan  mövcud  qanunların,  qərarların,  adət  və  əsasların  dəyişdirilməsi  və  ya 

ləğv  olunması  üçün  bütün  lazımi  tədbirlərin,  o  cümlədən  qanunvericilik 

tədbirlərinin görülməsi, 8-ci maddəsinin l.a) bəndində -əlillik məsələlərində, ailə 

səviyyəsi  də  daxil  olmaqla,  bütün  cəmiyyətin  maariflənməsini  yüksəltmək  və 

əlilliyi  olan  şəxslərin    hüquqlarına    və    ləyaqətinə    hörmət    olunmasını 

möhkəmləndirmək  və  2.ii)  bəndində  -      əlilliyi  olan  şəxslər  haqqında  müsbət 


təsəvvürlərin  həvəsləndirilməsi  və  onların  cəmiyyət  tərəfindən  daha  dərindən 

başa düşülməsi kimi göstərilən öhdəlikləri qeyd etmək olar. Bu öhdəliklərə əsasən 

və tibbi modeldən sosial modelə keçidlə əlaqədar olaraq əlilliyi olan şəxslərlə bağlı 

"Tipik",  "atipik"  və  "norma"nın  əksini  təşkil  edən        "anormallıq"        terminləri    

istifadə        edilməməlidir.  Ümumiyyətlə,    sosial    modeldə  əlilliyi    olan    şəxslərə 

qarşı  alçaldıcı  və  təhqiramiz  sözlər  və  ifadələr  işlənilməməlidir.  Bunun  bir  neçə 

səbəbi  vardır.  İlk  növbədə  belə  ifadələr  əlilliyi  olan    şəxslərə    qarşı      müəyyən,  

əsasən  mənfı  münasibətin yaranmasına səbəb olur. Bu da, öz növbəsində, əlilliyi 

olan  şəxslərlə  bağlı  stiqmaların  və  stereotiplərin  yaranmasına  təkan  verir. 

Stiqmalar  və  stereotiplər  yekunda  əlilliyi  olan  şəxslərə  qarşı      ayrı-seçkiliyin   

formalaşmasına  gətirib   çıxardır.   Bu səbəbdən həm cəmiyyət, həm əlilliyi olan 

şəxslər öz potensial qabiliyyətləri, bacarıqları və vərdişləri barəsində mənfi fikirdə 

olurlar  və  bir  çox  hallarda,  inklyuziya  ilə  bağlı  çətinliklərlə  rastlaşırlar.  Belə  ki, 

işəgötürənlər  əlilliyi  olan  şəxslərin  əmək  məhsuldartığının  aşağı  səviyyədə 

olmasını  və  icra  edəcəyi  əmək  funksiyalarının  məhdudluğunu  əsas  səbəb  kimi 

götürərək onların işlə təmin olunmasından boyun qaçırırlar. 

Digər  bir  məsələ  isə,  hər  bir  əhali  qrupunun  özü  ilə  əlaqədar  olan  söz  və 

ifadələri özlərinin qəbul etməsidir. Nəzərə alaraq ki, Azərbaycan Respublikasında 

əliliiyi  olan  şəxslərin  tam  əksəriyyəti  "əlil",  "ağıldankəm",  "axsaq",  "autik", 

"Daun",  "debil",  "epileptik",  "dovşandodaq",  "kar",  "kor",  "lal"  və  bunun  kimi 

sözlərin istifadəsini bəyənmir və özlərinə qarşı həmin söz və ifadələri təhqiramiz 

sayır.  Bununla  əlaqədar  olaraq  təqdim  olunan  Terminlərin  İzahlı  Lüğətinin 

tərtibatçıları bu amili nəzərə alaraq "Əlilliklə bağlı İstifadəsi Məsləhət Görülməyən 

Terminlərin Siyahısını işləyib hazırlayıblar. Hal-hazırda bu cür söz və ifadələr həm 

danışıqda, həm də elmi ədəbiyyatda geniş istifadə olunur. Odur ki, həmin söz və 

ifadələrin neytral, mənfı təsəvvürlər yaratmayan söz və ifadələr ilə əvəz olunması 

təklif olunur. 

Bundan başqa, bu lüğətdə dünyada və Azərbaycanda əlilliyi olan şəxslər üçün 

nəzərdə tutulmuş reabilitasiya vasitələri və protez-ortopedik məmulatların siyahısı 

ayrıca  fəsildə  göstərilmişdir.  Lüğətin  digər  fəslində  isə  əlillik  məsələiəri  üzrə 

dünyada  fəaliyyət  göstərən  təşkilatların  siyahısı  təqdim  olunmuşdur.  Təşkilatlar 

haqqında  ətraflı  məlumat  əldə  etmək.  habelə  onlarla  potensial  əməkdaşlıq 

əlaqələrin qurulmasını asanlaşdırmaq məqsədllə, həmin təşkilatların İngilis dilində 

rəsmi adlan və veb-səhifələri qeyd olunmuşdur. 

Əlilliyi  olan  şəxslərlə  bağlı  qəbul  olunmuş  Konvensiyalar,  beynəlxalq 

sənədlər və milli qanunvericilik sənədlərinin siyahısı lügətin müvafiq fəslində qeyd 

olunmuşdur. 

Sonda  Lüğətin  tərtib  olunması  zamanı  istinad  olunan  yerli  və  beynəlxalq 

qanunvericilik, istifadə olunmuş ədəbiyyat siyahısı verilmişdir. 

Lüğət geniş oxucu auditoriyası, xüsusən də müvafıq icra hakimiyəti orqanları, 

dövlət və özəl təşkilatlar, müstəqil ekspertlər, əlilliyi olan şəxslər, bu istiqamətdə 

fəaliyyət  göstərən  Qeyri-Hökumət  Təşkilatları  üçün  yardımçı  vasitə  kimi  nəzərdə 

tutulmuşdur. 

 

 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə