Azərbaycan respublġkasi əMƏK



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə3/25
tarix26.09.2017
ölçüsü0,58 Mb.
#2136
1   2   3   4   5   6   7   8   9   ...   25

                                                                   VÜQAR HƏSƏNOV  

                                                     Əmək və Sosial Problemlər üzrə  

                                   Elmi-Tədqiqat və Tədris Mərkəzinin direktoru 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

Abduksiya  (Abduction)  -  qolun  və  ya  ayağın  tam  və  ya  bir  hissəsinin  bədənin 

şaquli vəziyyətindən kənara doğru hərəkəti. 

Abilitasiya  (Abilitation)  -  əlilliyi  olan  şəxsin  mövcud  potensialını  maksimum 

inkişaf etdirməklə onun sərbəst yaşamaq imkanlarının artırılması. 



Adaptasiya  texnologiyaları  (Adaptive  technology)  -  əlilliyi  olan  şəxslər  üçün 

internet  də  daxil  olmaqla,  istifadəsi  tam  və  ya  qismən  mümkün  olmayan 

informasiya-kommunikasiya texnologiyalarına çıxışı təmin edən proqram təminatı 

və avadanlıq. 



Adaptiv  bədən  tərbiyəsi  (Adaptive  physical  training)  -  əlilliyi  olan  şəxslərdə  və 

məhdud  funksional  qabiliyyətli  insanlarda  müstəqil  həyata,  idmanda  uğurlara, 

həyat  keyfiyyətnin  artırılmasına  nail  olmaq  məqsədilə  həyat  və  peşə  əhəmiyyətli 

zəruri  vərdişlərin,  bacarıqların,  fıziki  və  iradə  imkanlarının  əldə  olunması  ilə 

əlaqəli bədən tərbiyəsinin metodları və vasitələri, habelə məhdud imkanlı insanlar 

üçün  bədən  tərbiyəsi  metodlaının,  vasitələrin  və  prinsiplərin  istifadə  olunmasını 

öyrənən  elmi  istiqamət.  Adaptiv  bədən  tərbiyəsi  adaptiv    fıziki  tərbiyə    (təhsil),  

adaptiv  hərəkət  reabilitasiyası,  adaptiv  fıziki  rekreasiya  və  idman  kimi  sahələri 

ehtiva edir. 

Aqrafiya (Agraphia) - yazı prosesinin ağır dərəcədə pozuntusu. 

Aleksiya  (Alexia)  -  yazılmış  sözlərin  və  ya  hərflərin  tanıma  qabiliyyətinin 

məhdudlaşması səbəbindən mətni oxumaq bacarığının itirilməsi. 



Alternativ  klaviatura  (Alternative  keyboard)  -  adi  klaviaturadan  klavişaların 

həcmi və yerləşməsi ilə fərqlənən və əlilliyi olan insanların istifadəsi üçün nəzərdə 

tutulan klaviatura. 

Amputasiya  (Ampııtation,        ablation,abscision)  -  ətrafların,  yaxud  hər  hansı  bir 

digər orqanın periferik hissəsinin kəsilməsindən ibarət cərrahi əməliyyat. 



Apraksiya  (Apraxia)  -  Böyük  beyin  yarımkürələri  və  ya  döyənək  cismin  aparıcı 

yollarının zədələnməsindən irəli çıxan məqsədyönlü hərəki fəaliyyət pozğunluğu. 



Artroz (Arthrosis) - qığırdaq toxumaının müxtəlif səbəblər üzündən zədələnməsi, 

səthin  kələ-kötür  və  çat-çat  olmasıdır.  Normada  oynaqdakı  sümüklər  arasında 

"yumşaq"  sürüşmə  olduğu  halda,  artroz  zamanı    anormal    sürtünmə  baş  verir  -

sümüklərin hərəkəti zamanı oynaq səthləri bir-birinə "ilişir". 



AĢkar  oluna  bilən  xəbərdarlıq  niĢanları(Detectable  warnings)  -  hərəkət 

istiqaməti  üzrə  görmə  qabiliyyəti  məhdud  olan  şəxslər  üçün  təhlükə  təşkil  edə 

biləcək maneələr haqqında məlumat verən, kəsik qübbə şəklində işlənilmiş və yerə 

bərkidilmiş qurğular. 



Ataksiya 

(atonik-astatik 

forma) 

(Atonic-astatic 

ataxia) 

hərəkətlərin 

əlaqələndirilməsi  təzahürünün  pozulması,  tez-tez  yıxılma  ilə  müşayiət  olunan 

müvazinətin pozulması. 



Autizm  (Autism)  - uşaqlarda üç  yaşından  əvvəl başlayan  və  məhdud davranışlara 

gətirib  çıxaran,  beyinin  inkişafına  maneə  törədən  xəstəlik.  Autizmin  nədən 

yaranmasına fıkir bildirən mütəxəsislər bunu həm irsi, həm hamiləlik zamanı baş 

verən narahatlıqlar, həm də uşaqlıqda edilən peyvəndlərlə əlaqələndirirlər. 




Avropa  Sosial  Xartiyası  (European  Social  Chart)  -  iqtisadi  və  sosial  tərəqqinin 

dəstəklənməsi,  o  cümlədən  şəhər  və  kənd  əhalisinin  həyat  səviyyəsinin  və  rifah 

halının  yaxşılaşdırılması  məqsədilə  1961-ci  ildə  Turində  müxtəlif  dövlətlər 

tərəfındən  imzalanmış  beynəlxalq  sənəd.  Avropa  Sosial  Xartiyası  nəinki  milli 

standartlar  qarşısında  minimum  tələblər  müəyyənləşdirir,  o,  həmçinin,həmin 

Xartiyanı imzalamış ölkələr qarşısında qarşılıqlı öhdəliklər qoyur. Xartiya 1965-ci 

ildə qüvvəyə minib, 1988-ci ildə isə həmin Xartiyaya Əlavə Protokol qəbul olunub. 

Ayrı-seçkilik  (Diskriminasiya)  (Discrimi-nation)  —  insanların  sosial  qruplara 

mənsubiyyətinə  görə  müəyyən  hüquqlardan  məhrum  olunması,  onlara  qarşı 

zorakılıq, ədalətsizlik, qərəz və bu kimi digər mənfi münasibətin göstərilməsi. 

 

 



 

Bandaj  (Korset)  (bandage)  -  ortezin  bir  növü  olub,  gövdənin  zədələnməsi  və 

deformasiyası  zamanı,  qarın  böşluğu  və  qarın  divarının  xəstəliklərində  müdafiə 

məqsədi ilə istifadə olunan ortopedik məmulat. 



Baxıcı (Caregiver) - qayğıya möhtac şəxsə evində yardım göstərən, onun hər cür 

gündəlik  qayğılarını  öz  üzərinə  götürən,  adətən  sertifıkatı  olmayan,  əsasən  ailə 

üzvləri və ya yaxınlarından olan şəxs. 

Beynəlxalq əlillər günü (International Day of Disabled) - Hər il dekabr ayının 3-

də  keçirilən  Beynəlxalq  əlillər  günü,  əlilliyi  olan  insanların  ehtiyaclarını  başa 

düşmək  və  onların  ləyaqət,  hüquq  və  rifahına  dəstəyi  irəli  çəkmək,  bu  insanların 

cəmiyyətin  siyasi,  sosial  və  mədəni  həyatına  cəlb  edilməsinin  yaxşılaşdınlması 

məqsədilə  1992-ci  ildə  BMT-nin  Baş  Assambleyasının  47/3№-li  qətnaməsi  ilə 

bəyan edilmişdir. 



Bədən  funksiyası  (Body  function)  -  bədən  sisteminin  fızioloji  və  psixoloji 

vəzifələri. 



Bələdçi  it  (Dog  guide)  -  görmə  qabiliyyəti  məhdud  olan  insanlar  tərəfindən 

yardımçı heyvan kimi istifadə olunan, onları istiqamətləndirən, mövcud və yarana 

bilən  təhlükələr  haqqında  xəbərdarlıq  edən,  xüsusi  təlim  keçmiş  it.  Bələdçi  it 

əlilliyi  olan  şəxslər  tərəfındən  verilən  əmrləri  fərqləndirməli  və  onlara  riayət 

etməli, maneələrdən uzaqlaşdırmalı, ticarət-iaşə obyektlərində, liftlərdə  və  ictimai 

nəqliyyatda sahibini istiqamətləndirməlidir. 



Bərabərlik  (Equality)  -  əlilliyi  olan  şəxslərin  bütün  şəxslərə  göstərilən 

xidmətlərdən  faydalanmasını  və  istifadəsini  təmin  etmək  üçün  bərabər  şərtlər  və 

imkanlar yaradılması. 

Bərpaedici  terapiya  (müalicə)  (Restorative  treatment,  after-care)  -  insan 

orqanizminin  zədələnmiş  orqan  və  ya  sisteminin  funksiyalarının  bərpasına, 

xəstəliyin  sabitləşməsinə,  orqanizmin  kompensator  qabiliyyətinin  artırılmasına 

yönəlmiş  müalicə      tədbirlərinin      məcmusudur.      Bərpaedici  terapiya 

reabilitasiyanın tibbi aspektlərindən birini təşkil edir və dərmanla müalicəni, fıziki, 

mexaniki metodları, əmək terapiyasını və digər sahələri əhatə edir. 



Bioloji adaptasiya (Biological adaptation, biologic adaptation) - orqanizmin ətraf 

mühitin  sabit  və  dəyişkən  şəraitlərinə,  habelə  xəstəlik  və  zədə  səbəbindən 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə