Azərbaycan respublġkasi əMƏK



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə4/25
tarix26.09.2017
ölçüsü0,58 Mb.
#2136
1   2   3   4   5   6   7   8   9   ...   25

orqanizmin  özündə  yaranan  dəyişikliklərə  uyğunlaşması.  Bioloji  adaptasiyanın 

nümunələri  sırasında  bəzi  psixofızioloji  reaksiyaları,  misal  üçün,  temperatur 

adaptasiyasını qeyd etmək olar. 

Birinci  qrup  əlillik  (Disability  of  Group  I)  -xəstəlik,  travma  və  ya  anadangəlmə 

məhdudiyyətlər  nəticəsində  orqanizmin  həyat  fəaliyyətinin  (təhsilalma,  ünsiyyət, 

uyğunlaşma,  öz  davranışına  nəzarətetmə,  hərəkətetmə,  özünə  xidmətetmə,  əmək 

fəaliyyəti) kəskin məhdudlaşmasıdır. Bununla əlaqədar xəstənin daimi olaraq kənar 

şəxsin yardım və ya qulluğuna ehtiyacı vardır. 

BMT-nın  Əlilüyi  olan  ġəxslərin  Hüquqları  haqqında  Konvensiyası  (UN 

Convention  on  the  Rights  of  Persons  with  Disabilities  )  -  BMT-nin  Baş 

Assambleyası  tərəfındən  13  dekabr  2006-cı  il  tarixində  qəbul  olunan  Beynəlxalq 

sənəddir.  Konvensiyanı  imzalamış  ölkələr  əlilliyi  olan  şəxslərin    insan  haqlarının 

tam  şəkildə  təmin olunmasını və bu şəxslərin ayrı-seçkiliklə qarşılaşmaması ilə 

bağlı  öhdəliklər  götürüb.  Konvensiya  əlilliyi  olan  uşaqlar  və  qadınlar,  əlilliklə 

bağlı məlumatlılıq səviyyəsinin artırılması,  müyəssərlik, müstəqil həyat, təhsil və 

səhiyyə xidmətlərinə çıxış, abilitasiya və reabilitasiya, işlə təmin olunma və s. kimi 

məsələləri əhatə edir. 



Brayl  əlifbası  (Braille,  Braille  script)  -  1821-ci  ildə  Luis  Brayl  tərəfindən  ciddi 

görmə problemli insanların oxuyub-yazması üçün tərtib edilən əlifbadır. 

 

 



 

Cəmiyyətin  həyatında  tam  və  səmərəli  iĢtiraka  mane  olan  sabit  fiziki,  psixi, 

əqli və ya hissiyyat məhdudiyyətləri (Long-term physical, mental, intellectual or 

sensory  impairment  hindering  full  and  effective  participation  of  persons  with 

disabilities  in  society)  -  şəxsin  müstəqil  yaşamaq,  özünəxidmət,  hərəkət, 

səmtlənmək,  ünsiyyət,  öz  davranışına  nəzarət,  habelə  təhsil  almaq  imkanlarının 

işləmək qabiliyyətinin tam və ya qismən itirilməsi. 

 

 



Ç 

 

ÇıxıĢ  maneələri  (Access  barriers)  -  əlilliyi  olan  insanların  standart  qurğu  və 

vasitələrdən,  avadanlıqlardan,  proseslərdən,  fəaliyyətlərdən  və  ya  ehtiyatlardan 

yararlanmasını məhdudlaşdıran faktor. Maneələr fıziki, institusional, infrastruktur, 

memarlıq, ayrı-seçkilik və s. kateqoriyalara aid ola bilər. 

 

 



 

 



 

DaĢıyıcı  (Carrier)  -  xəstəliyin  genetik  defektini  özündə  daşıyan  və  xəstəliyin 

klinik əlamətləri olmayan şəxs. 




Daun  sindiromu  (Down's  syndrome,  Down  syndrome,  trisomy  21  syndrome)  

xromosom  saylarında  olan  patoloji  dəyişikliklər  nəticəsində  əmələ  gələn 

xəstəliklərdən  ən  çox  təsadüf  edilən  patoloji  formadır.  Bu,  genetik  nizamsızlıq 

nəticəsində insanın 21 xromosom cütündə artıqdan bir xromosom olması vəziyyəti 

və bunun nəticəsi olaraq ortaya çıxan xəstəliyə verilən addır. Bu sindrom 1866-cı 

ildən  məlumdur.  İngilis  həkimi  Lanqdan  Daun  xarakter  xüsusiyyəti  olan  bu 

xəstəliyi  bir  qız  uşağında  müşahidə  edib  və  onu  "monqolizm"  adlandırıb.  Ancaq 

asiyalı  alimlərin  xəstəliyin  "monqolizm"  adlandırılmasına  təpgisindən  sonra  bu 

xəstəlik onu kəşf edən alimin şərəfinə "Daun sindromu" adını alıb. Daun sindromu 

ilə doğulanların zehni və psixi inkişafı zəif olur. 



Defektologiya (Defectology) - uşaqların fıziki, psixi inkişafinın məhdudiyyətlərini 

və onların təlim-tərbiyə metodlarını öyrənən elm sahəsidir. 



Dekompensasiya  (Decompensation,  incompensation)  -  orqanizmin  uyğunlaşma 

mexanizminin zədələnməsi və ya tükənməsi səbəbindən onun ümumi fəaliyyətinin 

və ya funksional sistem (yaxud orqanlar) fəaliyyətlərinin pozulmasıdır. 

Dezadaptasiya  (Misadaptation,  deconditioning,  disadaptation)  -  insan  orqanizmi 

ilə mühit arasında uyğunsuzluq. 



Diaqnostika  (Diagnostics,  diagnosis,  diacrisis)  -xəstəliyin,  əlilliyin  forma  və 

dərəcəsinin müəyyən edilmə metodlarının və üsullarının məcmusudur. 



Diskineziya (Dyskinesia, dyskinesis) - ətrafların, bədənin, üz əzələlərinin, dilin və 

udlağın qeyriiradi, davamlı, əlaqələndirilməmiş müxtəlif hərəkətləri. Yuxu zamanı 

bu hərəkətlər müşahidə olunmur. 

Diskriminasiya (bax ayrı-seçkilik). 

Disqrafiya (Dysgraphia) - yazı prosesinin qismən pozuntusudur. 

Disleksiya  (Dyslexia)  -  dinləmə,  danışma,  oxuma,  yazma,  fikir  yürütmə  ilə  bağlı 

riyazi qabiliyyətlərin qazanılması və istifadə edilməsi zamanı yaranan çətinliklərlə 

özünü  biruzə  verən  vəziyyətdir  (patologiya).  Oxu  prosesinin  qismən  pozuntusu 

deməkdir.  Hərflərin  tanınmaması,  hecalarda  və  hecaların  sözlərdə  birləşməsi  ilə 

bağlı  çətinliklər  oxunun  ləngiməsinə,  sözün  səs  formasının  səhv  əks  olunmasına, 

hətta ən sadə mətinin səhv başa düşülməsinə səbəb olur. 



Dispraksiya  (Dyspraxia)  -  uşaqlarda  əzələ  tonusu  və  iflic  olmadığı  halda  sadə 

hərəkət qabiliyyətinin (məsələn: geyinmək, yemək, danışmaq və s.) pozıılmasıdır. 



Distrofiya  (Dystrophy,  paratrophid)  -  orqan  və  (oxumalarda  maddələr 

mübadiləsinin pozulmasından baş verən xəstəlik halıdır. Səbəbi orqanizmə kifayət 

qədər qida maddələrinin daxil olmaması və onların yaxşı mənimsənilməməsidir. 

 

 

Ekran  böyüdücüsü  (Screen  enlargement,  screen    enlargement  hardware    or 

software)  -  ekranda  nümayiş  olunan  işarələri  və  ya  mətni  görmə  qabiliyyəti 

məhdud  olan  şəxslərin  oxuması  üçün  böyüdən  kompyuter  avadanlığı  və  ya 

proqram təminatı. 

Ekran  oxucusu  (skrinrider)  (Screen  reader)  -görmə  qabiliyyəti  və  məlumatın 

dərk  olunma  imkanları  məhdud  olan  şəxslər  üçün  kompyuter  ekranında  yazılan 

mətni səsləndirən proqram təminatı. 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə