Azərbaycan respublġkasi əMƏK



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə5/25
tarix26.09.2017
ölçüsü0,58 Mb.
#2136
1   2   3   4   5   6   7   8   9   ...   25

Ekskluziya (Exclusion) - fiziki və əqli cəhətdən sosial həyatdan təcrid olunma. 

Ekzartikulyasiya  (Exarticulation,  amputation  in  contiguity,  disarticulation)  - 

bioloji cəhətdən insanın ətraflarının və ya onların hissələrinin oynaqdan kəsilməsi. 



Empatiya  (Empathy)  -  özünü  başqa  insanın  və  ya  canlının  yerində  hiss  etmə 

bacarığı, başqasının dərdinə şərik olma hissi. 



Epilepsiya (Epilepsy, falling sickness, sacred disease) - şüurun itməsi ilə müşayiət 

olunan qıcolma şəklində xəstəlik. Qıcolmalar tutmaşəkilli olur. 



Erkən  Diaqnoz  Xidmətləri  (Early  detection  services,  early  diagnosis,  early 

recognition,  preliminary  diagnosis)  -  0-6  yaş  arası  uşaqlarda,  yəni  uşaqlıq  və 

məktəbəqədər dövrdə meydana gələn fıziki və zehni inkişafında məhdudiyyətlərin 

erkən  diaqnoz  edilərək,  erkən  müdaxilə  ilə  əlilliyin  qarşısının  alınması  və  erkən 

başlanan reabilitasiya tədbirlərinin məcmusu. 



Erqoterapiya  (Ergotherapy,  occupational  therapy)  -  şəxsin  zəruri  həyat 

vərdişlərinin gündəlik həyatda inkişafı, bərpası və saxlanılması ilə bağlı məsələləri 

öyrənən  tibb  sahəsi.  Erqoterapiya  başlıca  olaraq  aşağıdakı  fəaliyyətlərin  həyata 

keçirilməsinə  təsir  göstərir:  1)  gündəlik  məişət;  2)  instrumental  məişət  (yeməyin 

hazırlanması, alış-satış, uşaqlara və ev heyvanlarına baxım); 3) istirahət və yuxu; 

4)  təlim;  5)  iş;  6)  oyun;  7)  asudə  vaxtın  təşkili.  Erqoterapiya  prosesi  şəxsin 

vəziyyətinin  qiymətləndirilməsi,  tibbi  müdaxilə  və  nəlicələrin  təhlili  sahələrini 

əhatə edir. 



EĢitmə  aparatları  (Hearing  apparatus)  -  eşitmə  funksiyasını  bu  və  ya  digər 

dərəcədə itirmiş şəxslərin eşitmə funksiyalarını nisbətən bərpa elmək üçün istifadə 

olunan cihaz. 

EĢitmə   qabiliyyəti   məhdud   olan   Ģəxs(Person with hearing impairment) - 

müxtəlif  dərəcələrdə  (tək  və  ya  hər  iki  qulağında,  tam  və  ya  qismən)  eşitmə 

qabiliyyətini itirən şəxs. Eşitmə cihazı istifadə edənlər də bu qrupa daxildir. 

EĢitmə  qabiliyyəti  məhdud  olan  Ģəxslərlə  ünsiyyətin  etik  prinsipləri  (Ethical 

principles  of  communication  with  persons  with  hearing  impairment)  -  eşitmə 

qabiliyyəti  məhdud  olan  insanlarla  ünsiyyətin  qurulmasının  qaydaları.  Buna 

əsasən, eşitmə qabiliyyəti məhdud olan insanla danışanda onun düz üzünə baxmaq 

lazımdır,  düzgün  ünsiyyət  üsülunun  seçilməsini  bilmədiyiniz  halda,  həmin  üsulu 

eşitmə  qabiliyyəti  məhdud  şəxsdən  soruşmaq  lazımdır;  belə  insanlarla  danışan 

zaman  onların  diqqətini  cəlb  etmək  üçün  onları  adı  ilə  çağırmaq  lazımdır;  əgər 

həmin  şəxs  sizdən  nəyinsə  təkrar  edilməsini  xahiş  edərsə,  o  zaman  həmin  sözləri 

təkrar edin; xəbərdarlıq etmədən söhbətin mövzusunu dəyişməyin və s. 



Evdə  qıılluq  xidməti  (At-home  services,  home  services,  visiting  services,  home 

attendant  services)  -  sosial  xidmət  işçisi  tərəfindən  ev  şəraitində  aparılan,  evin 

idarəsinə yönəldilmiş gündəlik fəaliyyətlərin məcmusu. 



Evdə  sosial  xidmət  (At-home  social  services)  -xüsusi  qayğıya  ehtiyacı  olan 

şəxslərə  sosial  xidmət  işçisi  tərəfindən  fərdi  qayğı  planı  çərçivəsində  davamlı 

olaraq ev şəraitində təqdim olunan sosial fəaliyyətlərin məcmusu. Xüsusi qayğıya 

ehtiyacı  olan  insanların  (yaşlılar,  əlilliyi  olan  şəxslər,  kəskin  və  xroniki  xəstələr) 

yaşadıqları,  mənimsədikləri  və  özlərini  rahat  hiss  etdikləri  məkanlarda  və  sosial 

mühitdə onların sosial qayğılarına yönəlmiş baxıcı ailə  üzvləri  tərəfındən  və  ya  

sosial  təminat xidmətləri göstərən müəssisə və təşkilatların peşəkar sosial xidmət 



mütəxəssisləri  tərəfindən  qısa  və  ya  uzun  müddətli  olaraq  aparılan  xidmətlərin 

məcmusu. 



Evdə  təhsil  (Homeschooling)  -  sağlamlıq  vəziyyətinə  görə  təhsil  müəssisəsində 

təhsil  almaq  imkanı  olmayan  şəxslərin  müvafıq  təhsil  müəssi-səsinin  pedaqoji 

işçilərinin köməyi ilə ümumtəhsil proqramlarını evdə mənimsəməsi. 

 

Ə 



 

Əqli inkiĢaf məhdudiyyəti olan Ģəxs (Mental (defectiveness, mental deficiency) - 

mərkəzi  sinir  sisteminin  zədələnməsi  nəticəsində  təfəkkürdə  və  yaddaşda  olan 

məhdudiyyətlər. 

Əlil  arabası  (təkərli  oturacaq)  (Wheelchair)  -əliliyi  olan  şəxslərin  hərəkətinin 

mobilliyini  təmin  edən,  onların  məkanda  hərəkət  etmələri  üçün  nəzərdə  tutulmuş 

vasitə. 

Əlillərin hüquqları haqqında BMT (Ümumi Bəyannaməsi (UN Declaration on 

the  rights  of  Disabled  Persons)  -  1975-ci  ildə  BMT-nin  Baş  Assambleyası 

tərəfındən  qəbul  olunmuş  sənəd.    Bəyannamənin  qəbulunun  əsas  məqsədi  əlilliyi 

olan  şəxslərin  həyat  səviyyəsinin  artırılması,  onların  məşğulluğunun  təmin 

olunması,  cəmiyyətin  iqtisadi  və  sosial  sahələrində  tərəqqi  və  inkişafın 

dəstəklənməsidir. 

Əlillərin  Bərpa  Mərkəzi  -  əlilliyi  olan  şəxslərə  kompleks  tibbi-sosial  və  peşə 

reabilitasiyas;nın aparılması üçün nəzərdə tutulan müəssisədir. 



Əlillik (tibbi model) (Disability (according to medical model) - şəxslərin müxtəlif 

maneələrlə  qarşılıqlı  təsir  zamanı  digərləri  ilə  bərabər  səviyyədə  cəmiyyətin 

həyatında  tam  və  səmərəli  iştirakına  maneə  olan  sabit  fiziki,  psixi,  əqli  və  ya 

hissiyyat pozuntusu. 



Əlillik        əlamətinə        görə        ayrı-seçkilik  (Discrimination  on  the  grounds  of 

disability) -siyasi, iqtisadi, sosial, mədəni, mülki və ya digər sahələrdə əlilliyi olan 

şəxslərin  bütün  insan  hüquqları  və  əsas  azadlıqlarının  digərləri  ilə  bərabər 

səviyyədə tanınmasının, həyata keçirilməsinin məhdudlaşdırılmasından və ya inkar 

olunmasından ibarət əlilliklə bağlı istənilən fərq qoyma, istisna və məhdudiyyətlər 

tətbiqetmə,  o  cümlədən  müyəssərliyə  nail  olmaq  üçün  qanunvericiliklə  nəzərdə 

tutulan ağlabatan uyğunlaşmadan imtina. 



Əlillik  riski  (Disability  risk)  -  hər  hansı  səbəbdən  insanın  hər  an  və  hər  yerdə 

əlillik qazana bilmə təhlükəsi. 



Əlillik  səviyyəsi  (Disability  rate)  -  əlilliyl  olan  şəxslərin  sayının  ümumi  əhaliyə 

nisbəti. 



Əlillik növləri (Disability types) - müxtəlif səbəblərdən əlilliklərini fərqli formada 

yaşayan  və  ya  hiss  edən  insanların  əlilliyinin  əlamətlərinə  görə  təsni- 

fatlaşdırılması.  Misal  üçün,  görmə  məhdudiyyətli,  fiziki  məhdudiyyətli,  eşitmə 

məhdudiyyətli, danışma məhdudiyyətli, mental məhdudiyyətli və s. 



Əlilik  vəsiqəsi  (Certificate  of  person  with  disability)  -  əlilliyi  olan  şəxslərə 

müəyyən sosial, mədəni və iqtisadi hüquqlardan daha rahat istifadə etmələri üçün 

verilən sənəd. 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə