Azərbaycan respublġkasi əMƏK


Əsas  həyat  fəaliyyətləri



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə8/25
tarix26.09.2017
ölçüsü0,58 Mb.
#2136
1   ...   4   5   6   7   8   9   10   11   ...   25

Əsas  həyat  fəaliyyətləri  (Major  life  activities)  özünüidarəetmə,  əl  hərəkətlərinin 

edilməsi, gəzmə, görmə eşitmə, nəfəs alma, öyrənmə, cəmiyyətin əmək və ictimai 

həyatında iştirak etmə kimi əməllərin (hərəkətlərin) məcmusu. 

Əzələ hipotonusu (Muscular hypotonia) -əzələlərin boşalması, yumşalması. 

Əzələnin hipertonusu (Muscular hypertonia) -əzələnin yüksək dərəcədə sıxılması, 

gərginliyi. 

 



 

Fəaliyyət  məhdudiyyəti  (A

ct

ivity  limitations)  -gündəlik  fəaliyyətləri  yerinə 

yetirərkən, insanın qarşılaşacağı çətinliklər və maneələrin məcmusu. 



Fəaliyyət  sahəsi  (Activity  fıeld,  scope)  -  gündəlik  normal  həyatın  axınını  təmin 

etmək üçün insanın müxtəlif sahələrdə həyata keçirməli olduğu vəzifə və əməllərin 

məcmusu.  Fəaliyyət  sahələrini  dörd  əsas  qrupda  təsnif  etmək  mümkündür:  1) 

bədən təmizliyi; 2) qidalanma; 3) hərəkət edə bilmə; 4) ev administrasiyası. 



Fəallıq  (Activity)  -  şəxsin  gündəlik  normal  həyatın  axarında  həyata  keçirilmiş  və 

icrası vacib olan vəzifələrin yerinə yetirə bilməsi. 



Fərdi  xidmət  planı  (Individual  service  plan)  -evdə  və  ya  xidmət  mərkəzində 

yaşayan  və  qayğıya  möhtac  olan  insana  veriləcək  standart  sosial  qayğı 

xidmətlərinin növünü, məzmununu və sıxlığını müfəssəl izah edən, həmin insanın 

və ya ailə üzvlərinin istəklərini də nəzərə alan sosial işçi tərəfindən sistemli şəkildə 

hazırlanmış tədbirlərin siyahısı. 

Fiziki  çatıĢmazlıq  (Corporal  defect,  physical  affliction,  physical  handicap)  

insanın  fıziki  inkişafında  və  ya  bədən  üzvünün  (üzvlərinin)  fəaiyyətində  xroniki 

somatik  və  ya  yoluxucu  xəstəliklər nəticəsində  yaranmış  müvəqqəti, yaxud  daimi 

xarakterli pozuntular. 



Fiziki  sağlamlıq  (Physical  health)  -  orqanizmin  fizioloji  sistemlərinin  əsas 

göstəricilərinin  fizioloji  normalar  daxilində  olması  və  onların  insanın  xarici 

mühitlə  qarşılıqlı  fəaliyyət  zamanı  adekvat  dəyişilməsi.  Fiziki  sağlamlıq  insanın 

fizioloji orqanların mövcud vəziyyəti ilə ölçülür. Fiziki  sağlamlığa təsir edən əsas 

amillər: sistemli qidalanma, tənəffüs, fıziki fəaliyyət, gigiyena və s. 

Fizioterapevt  (Physiatrist,  physical  therapist)  –xəstələrin  düzgün  hərəkət 

etməsinə,  gücünün  və  çevikliyinin  artırılmasına  kömək  edən,  xüsusi  məşqlər 

vasitəsilə yaraları, tarazlıq və hərəkət probiemlərini müalicə edən tibb mütəxəssisi. 

Fizioterapiya  (Physiotherapy,  physical  medicine,  iatrophysics)  -  fıziki,  təbii 

vasitələrlə (ultra səs, işıq, elektrik cərəyanı, lazer və s.) sistemli şəkildə müalicə. 



FM  səs  gücləndiricisi  sistemi  (FM  Sound  Amplification  System)  -  üç  ünsürdən 

(mikrofon və ya ötürücü (transmitter), birqulaqlı FM qəbuledicisi və enerji yığımı 

cıhazı) ibarət olan və natiqin dediyini eşitmə məhdudiyyəti olan şəxsə simsiz FM 

yayımı vasitəsilə çatdıran elektron qurğu. 



Funksional  pozğunluq  (Functional  disorder)  -bədən  funksiyalarında  və 

quruluşunda əhəmiyyətli bir itki və ya uyğunsuzluğun olması. 



Funksiyaların kompensasiyası (Functional compensation) - tam inkişaf etməmiş, 

pozulmuş  və  ya  itirilmiş  orqanizm  funksiyalarının  bədənin  qoruyucu 

funksiyalarının tam istifadə olunması sayəsində əvəzlənməsi. 





 

Görmə  qabiliyyəti  məhdud olan  insan (Visually impaired person, person with 

visual impairment)- tək və ya hər iki gözündə tam və ya qismən görmə itkisi və ya 

məhdudluğu olan şəxs. 



Görmə  qabiliyyəti  məhdud  olan  Ģəxslərlə  ünsiyyətin  etik  prinsipləri  (Ethical 

principles  of  communication  with  persons  with  visual  impairment)  -  görmə 

qabiliyyəti  məhdud  olan  insanlarla  ünsiyyətin  qurulmasının  müxtəlif  qaydaları. 

Buna  əsasən,  müşahidə  olunmasından  öncə  görmə  qabiliyyəti  məhdud  olan  şəxsə 

əli  uzatmaq  lazımdır,  bu  zaman  onun  əlini  sıxmaq  və  onu  istiqamətləndirmək    

qətiyyən        məsləhət  görülmür  ;  həmin  insanlarla  danışanda  özünü  adla  təqim 

elmək  lazımdır;  görmə  qabiliyyəti  məhdud  olan    insanlarla  bir  məkanda  olduqda, 

həmin  məkanı  sözlərlə  ona  təqdim  edib,  məkanda  olan  əşyalar  və  maneələr  və 

onların yerləşməsi haqqında məlumat vemək lazımdır; nəyisə təsvir edəndə səsləri, 

ətirləri,  məkanı  əks  etdirən  sözlərdən  istifadə  etmək  zəruridir;  görmə  qabiliyyətli 

məhdud  olan  insan  üçün    mətn  oxunduqdan  əvvəl  mətn  haqqında  qısa  məlumat 

vermək lazımdır və s. 

Görmə qabiliyyətinin məhdudiyyəti (Visual impairment) - anadangəlmə faktoru 

daxil olmaqla, müxtəlif səbəblərdən, o cümlədən, zədələr və ya xəstəliklər fonunda 

yaranan tam və ya qismən görmə qabiliyyətinin itirilməsi. 

Gözdən əlillər günü (Day of the Blind) - 13 noyibr  1745-ci ildə məhşur Fransız 

pedoqoqu,  gözdən    əliliyi  olan    şəxslər  üçün    məktəb  və  müəssilərin  əsasını 

qoymuş  Valentin  Haüynun  anadan        olan        günü.        Ümumdünya        Səhiyyə 

Təşkilatının qərarına əsasən 13 noyabr Beynəlxalq gözdən  əlillər günü kimi qeyd 

olunur. 

Gözə görünməyən  əlillik  (Invisible disability)  -əliliyi  olmayan  şəxslər  tərəfındən 

birbaşa  zahiri  baxış  vasitəsilə  aşkar  oluna  bilməyən  əlillik.  Gözə  görünməyən 

əlillik  misalları  autizmi,  hiperaktivlik  səbəbindən  diqqət  çatışmasızlığını,  bəzi 

xroniki ürək-damar xəstəliklərini və s. ehtiva edir. 

 



 

Hemiparez (Hemiparesis) - bədənin yarı hissəsinin əzələlərində olan qüvvətsizlik, 

iradi hərəkətlərin tamamilə itirilməsi vəziyyəti. 



Hemofiliya  (Hemophilia,  haemophilia,  angiostaxis,  bleeding  sickness)  -  qanın 

laxtalanma  xüsusiyyətinin  pozulması  ilə  xarakterizə  olunan  irsi  qan  xəstəliyi. 

Xəstəlik  zamanı  oynaqlara,  əzələlərə  və  daxili  orqanlara  öz-özünə  zədə  və  ya 

cərrahi müdaxilə nəticəsində qanaxma baş verir. Adətən xəstəlikdən kişilər əziyyət 

çəkirlər,  qadınlar  isə  hemofiliyanın  daşıyıcısı  kimi  çıxış  edirlər  və  xəstəliyə 

tutulmurlar. 



Həkim-psixiatr 

(Psychiatrist, 

mental 

physician, 

mental 

specialist) 

qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  psixiatriya  fəaliyyəti  ilə  məşğul  olan 



mütəxəssis. 


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə