Azərbaycan respublġkasi əMƏK



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə9/25
tarix26.09.2017
ölçüsü0,58 Mb.
#2136
1   ...   5   6   7   8   9   10   11   12   ...   25

Həndikəp (Handicap) - digər şəxslərlə bərabər cəmiyyətin həyatında iştirak etmək 

imkanın  itirilməsi  və  ya  məhdudlaşmasnı  ifadə  edir,  əlilliyi  olan  şəxslərlə  ətraf 

mühit arasında ziddiyyəti təsvir edir. 

Hərəkət  məhdudiyyəti  olan  Ģəxs  (Mobility  impalred,  person  with  mobility 

impairment)  –yerimə  kimi  ümumi  vərdişlərdən  tutmuş  əl  hərəkətlərinə  kimi 

hərəkətləri məhdudlaşmış insan. Bu şəxslərin məhdudiyyətləri ya anadangəlmə, ya 

da yaş xəstəliklər və zədələr nəticəsində inkişaf edə bilər. 

Hərəkət  məhdudiyyəti  olan  Ģəxslərlə  ünsiyyətin  etik  prinsipləri  (Ethical 

principles  of  communication  with  persons  with  mobility  impairment)  -  hərəkət 

məhdudiyyəti olan insanlarla ünsiyyətin qurulması qaydaları. Burada əsasən,təkərli 

oturacaq  hərəkət  məhdudiyyətli  insanların  şəxsi  məkanının  bir  hissəsi  kimi  qəbul 

olur,  odur  ki,  ona  söykənmək,  onu  itələmək  və  yaxud  üzərinə  nəyisə  qoymaq 

qətiyyən  olmaz;yardımın  göstərilməsindən  öncə  hər  zaman  təkərli  oturacaq 

istifadəçisindən həmin yardıma ehtiyacı olub- olmamasını soruşmaq lazımdır; əgər 

təkərli  oturucağı  idarə  edirsinizsə,  o  zaman  bunu  ehtiyatla  və    yavaş  etmək 

lazımdır;  təkərli  oturacaq  istifadəçisinin  getdiyi  məkanın  müyəssər    olub-

olmamasını  soruşmaq  lazımdır;  mümkün  olduğu  halda  təkərli  oturacaq 

istifadəçisinin sifəti həmsöhbəti ilə bir səviyyədə olmalıdır və s. 



Hipodinamiya       (Hypodinamia,       physical inactivity, sedentary lifestyle) - bu 

və  ya  digər  səbəbdən    fiziki    fəaliyyətin    məhdudlaşması    ilə  müşayiət  olunan 

vəziyyət. Oturaq  həyat  tərzi  və  oturaq  peşə  fəaliyyəti  uzun  sürən, kosmik  uçuşlar 

zamanı çəkisizlik vəziyyəti nəticəsində inkişaf edə bilər. 



Hipoksiya (Hypoxia, oxigen deficiency, oxyden deprivation, anoxia) - toxumalarda 

oksigen miqdarının aşağı olması, çatışmazlığı, tənəffüs orqanlarının xəstəliyi, ürək 

çatışmazlığı və s. 

Hippoterapiya  (Therapeutic  horse  riding,  adaptive  riding,  hippotherapy,  equine 

assisted  activity)  -  atların  istifadəsini  ehtiva  edən  müalicə  üsullarının  məcmusu. 

Hippoterapiya  tədbirləri  sayəsində  xəstələrin  tonusu  qalxır,  müvazinət  və 

hərəkətlərin  əlaqələndirilməsində  yaxşılaşma  müşahidə  olunur,  xüsusilə  də 

pasiyentin psixi inkişafında irəliləyiş görünür. 



Hospitalizasiya  (Hospital  admission, stationary  admission, hospital  confınement, 

hospitalization)  -şəxsin  sağlamlıq  vəziyyətində  ciddi  problemlərinin  yaranması 

səbəbindən stasionar tibbi müalicə müəssisəsində yerləşdirilməsi. 

 



 

Xəstələnmə  səviyyəsi  (Morbidity  rate,  incidence  rate,  disease  burden)  -  ümumi 

əhali  və  ya  onun  müxtəlif  qrupları  arasında  xəstəliklərin  yayılma  dərəcəsi.  Bu 

göstərici əhalinin sağlamlıq vəziyyətini əks etdirir və bir il ərzində müvafiq ərazidə 

100, 1000 və 10000 nəfərə düşən qeydə alınmış xəstəliklərin sayı ilə ölçülür. Tibb 

müəssisələrində  ümumi  xəstələnmə  səviyyəsi,  müvəqqəti  iş  qabiliyyətinin 

itirilməsi  ilə  nəticələnən  xəstələnmə  səviyyəsi,  infeksion,      peşə    xəstəliklərinin  

yayılması  kimi göstəricilər qeydə alınır. 

Xəsləliklərin            Beynəlxalq            Təsnifatı    (intcrnational  Classification  of 

Diseases)  -  bütün  elmə  məlum  olan  xəstəliklərin  təsnifat  sistemi.  Təsnifat 



diaqnozun  qoyulması  üçün  zəruri  olan  açar  məlumata  malikdir  (xəstəliklərin 

siyahısı  və  hər  bir  xəstəliyə  verilən  dördrəqəmli  şifrələri  ehtiva  edir).  Təsnifatda 

təsnifatlaşmanın üçrəqəmli və dördrəqəmli vahidləri təsvir edən qlossari (siyahı) də 

daxildir. Təsnifatın nomenklaturasına görə bütün xəstəliklər 17 sinfə bölünür. 



Xidmət keyflyyəti (Service quality) - sosial xidmətlər sahəsində istər evdə, istərsə 

də  xidmət  mərkəzində  olan  və  xüsusi  qayğıya  ehtiyacı  olan  insanlara  qarşı  tətbiq 

olunan  sosial  qayğı  və  xidmətlərin        təşkilati        quruluşundan,        təşkilat 

sistemindən   və   idarəetmə   funksiyasıyalarından məmuniyyətin, razılığın ifadəsi. 



Xidmət  ınərkəzi  (Service  centers)  -  hər  yaşda  qayğıya  ehtiyacı  olan  insanlara 

müddətli  və  ya  daimi  olaraq  təşkilati  sosial  təminat  xidməti  göstərmək  üçün 

yaradılan müstəqil qurum. 

Xidmət  mütəxəssisi  (sosial  xidmət  iĢçisi)  (Social  service  specialist)  -  xüsusi 

qayğıya  ehtiyacı  olan  insana  evdə  və  ya  xidmət  mərkəzində  qulluq  göstərən,  bu 

sahədə professional səviyyədə təhsil almış mütəxəssis. 

Xidmət  sənədi  (Service document)  -  müraciət  edən  şəxsin qayğıya  ehtiyacı olub-

olmadığını,  qayğıya  ehtiyac  dərəcəsini,  xidmət  və  təminat  növlərini  özündə  əks 

etdirən, xidmət heyəti tərəfindən hazırlanmış hesabat. 

Xidmət strukturları (Service institutions, service agencies, service entities) - evdə 

və  ya  xidmət  mərkəzində  xüsusi  qayğıya  ehtiyacı  olan  insanlara  sosial  təminat 

xidmətləri  təqdim  etmək  funksiyasını  daşıyan  hökumət  və  qeyri-hökumət 

qurumları. 



Xroniki  xəstə  (Chronic  patient,  long-term  care  patient)  -  tibbi  müalicə  və 

reabilitasiya  xidməti  almasına  baxmayaraq  öz  fiziki  və  ya  psixi  vəziyyətində 

narahatlığından xilas olmayan şəxs. 

Xroniki  xəstəlik  (Chronic  ailment,  chronic  disease)  -  tibbi  müalicə  və 

reabilitasiyaya  baxmayaraq,  xəstəliyin,  əlilliyin  aradan  götürülməməsi.  Şəxsin 

əmək fəaliyyətinə maneə olan, mütəmadi nəzarət və müalicə tələb edən xəstəliklər 

(qan xəstəlikləri, ürək-damar xəstəlikləri, həzm sistemi xəstəlikləri, sidik yolları və 

çoxalma orqanı xəstəlikləri, dəri xəstəlikləri, xərçənglər, endokrin xəstəliklər, ruhi 

davranış pozğunluqları, sinir sistemi xəstəlikləri). 



Xüsusi  Ģərait  (Special  conditions)  -  sağlamlıq  imkanları  məhdud  şəxslərin 

pedaqoji-psixoloji, tibii, sosiai və digər xidmətlərdən yararlanması məqsədilə təşkil 

olunmuş xarici mühitin əlamətlərinin məcmusu. 

Xüsusi  təhsil  (Special  education)  -  xüsusi  şərait  yaratmaqla  sağlamlıq  imkanları 

məhdud şəxslərin məktəbəqədər, ümumi və peşə-ixtisas təhsilinin alınması prosesi. 



Xüsusi təhsil bölməsi (Special educational branch - sağlamlıq imkanları məhdud 

şəxslərin  təhsil  alması  üçün  ümumi  təyinatlı  təhsil  müəssisəsində  yaradılmış 

struktur hissə. 

Xüsusi  təhsil  müəssisəsi  (Special  educational  institution)  -  sağlamlıq  imkanları 

məhdud şəxslərin təhsil alması üçün yaradılmış təhsil qurumu. 



X

ÜSUS

i

 

t

ƏHSILƏ

  ehtiyacı  olan  Ģəxs  (Person  in  need      special  education)  -  zehni 

qavrama səviyyəsi

     

müxtəlif    səbəblərə    görə,    şəxsi xüsussiyyətləri    və təhsil 

attestasiyaları  baxımından  yaşıdlarından  gözlənilən  orta  göstəricidən  aşağı  olan 

insan. 


 


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə