Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ magġstratura məRKƏZĠ



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə25/25
tarix17.09.2018
ölçüsü0,95 Mb.
#69117
1   ...   17   18   19   20   21   22   23   24   25

 

82 


İE – istehsal ehtiyatları; 

B.M. – bitməmiş məhsul; 

Y.M – yeni məhsul 

Dövriyyə kapitalının hərəkətinin klassik formulası; 

P-Ə…..Ə – istehsal - ……. Ə

1

 – P



1

 

Müəssisələrdə 



dövriyyə 

vəsaitinin 

dövriyyəsi 

ehtiyatlar, 

xərclər, 

hesablaşmalar, ayrı-ayrı növ mal, iş, xidmət və s. üzrə müəyyən edilir. 

Dövriyyə  kapitalının  idarə  olunmasının  qiymətləndirilməsinin  əsas  amilinin 

vaxt  təşkil  etdiyinə  görə  dövriyyə  vəsaitinin  dövriyyəsi  vaxtla  ölçülən  bir  sıra 

aşağıdakı göstəricələrlə xarakterizə olunur: 

1.

 



dövretmə əmsalı; 

2.

 



dövriyyənin yüklənməsi əmsalı; 

3.

 



 bir dövriyyənin uzunluğu əmsalı; 

Dövretmə əmsalının formulu: 

Ə = 

Я

 



Ə – əmtəəlik məhsul (maya dəyəri ilə); 

Do – dövriyyədə iştirak edən dövriyyə vəsaitinin orta qalığı; 

Bu göstərici müəyyən dövr ərzində (il, rub, ay) dövriyyə vəsaiti ilə baş verən 

dövriyyələrin  miqdarını  göstərir.  Məsələn,  müəssisədə  əmtəəlik  məhsul  12000 

min.manat,  dövriyyə  vəsaitinin  orta  qalığı  isə  1500  min  manatdır.  Dövr  etmə 

əmsalı 8-ə bərabərdir. 

Dövriyyə kapitalının bir dövriyyəni uzunluğu göstəricisi aşağıdakı formula ilə 

hesablanılır: 

M = 

Я

G



*

0

 



G – dövriyyənin hesablandığı dövrdə günlərin sayı (il, rub, ay). 

Dövriyyə vəsaitinin sürətlənməsi nəticəçsində dövriyyədən vəsaitlərin nisbi və 

mütləq azad olması baş verir. 

Mütləq  azad  olma  dövriyyə  vəsaitinə  olan  tələbatın  birbaşa  azalması 

deməkdir. Yəni, dövriyyə vəsaitinin həcmi hesabat dövründə planla və ya əvvəlki 



 

83 


illə  müqayisədə  satışın  həcminin  əvvəlki  həcmdə  (və  ya  artımla)  saxlamaqla 

azaldılması  deməkdir.  Başqa  sözlə,  istehsal  planı  plan  tələbatına  görə  az  vəsaitlə 

yerinə yetirilir. 

Lakin dövriyyə vəsaitinin dövriyyəsinin yavaşıması isə müəssisə üçün mənfi 

nəticələrə  gətirib  çıxarır.  Nəticədə  dövriyyəyə  əlavə  vəsaitin  cəlb  olunması  tələb 

edilir. 


Nisbi azadolma istehsal planının artması dövriyyə vəsaitinə olan plan tələbatı 

həcmində  yerinə  yetirilir,  yəni,  istehsalın  artım  tempi  dövriyyə  vəsaitinin  artma 

tempindən üstün olur. 

 

Dövriyyə vəsaitinin mütləq və nisbi azad olmasının hesablanması 



(min.manat) 

Göstəricilər 

2007-ci il 

(hesabat) 

2008-ci il 

plan 


hesabat 

Məhsul satışının həcmi 

25920 

26239 


26442 

Normalaşdırılan dövriyyə vəsaitinin orta illik 

qalığı 

5184 


5102 

5068 


Dövriyyə (günlə) 

72 


70 

69 


 

2008-ci ildə 2007-ci illə müqayisədə dövriyyə vəsaitinin mütləq azad olması: 

Faktiki – 166 mln.manat (5184-5068). 

Plan – 82 mln.manat (5184-5102) 

Hesabat  ilində  satışın  həcmi  2007-ci  illdə  müqayisədə  2,1%  artmış,  lakin 

dövriyyə  vəsaitinin  məbləği  azalmış,  yəni,  vəsaitlərin  nisbi  azad  olması  baş 

vermişdir. Nisbi azad olmuş vəsaitin həcmi sonrakı kimi hesablanılır. 

2007-ci  ildə  normalaşdırılmış  dövriyyə  vəsaitinə  tələbat  (2007-ci  ildəki 

döcvriyyə görə) – 5288 mln.manat olmuşdur. 

Qeyd  edilən  məlumatlardan  aydın  olur  ki,  2007-ci  ildə  hər  min  manat 

dövriyyə vəsaitinə görə 5 mln.manat məhsul satılmışdırsa, bu məbləğ 2008-ci ildə 

5200 manat və 4,3% çox olmuşdur. Belə vəziyyət müəssisədə dövriyyə vəsaitinin 

dövretmə  əmsalının  yüksəldiyini  və  normalaşdırılan  vəsaitlərin  istifadəsinin 

yaxşılaşdığını göstərir. 




 

84 


 

Müəssisələrdə dövriyyə vəsaitinin dövriyyəsi göstəriciləri 

 

№ 

Göstəricilər 

Baza ili 

Hesabat ili 

Məhsul satışından gəlir (min.man) 



109560 

111360 


Dövriyyə vəsaitinin orta qalığı (min.man) 

27600 

30120 


Dövretmə əmsalı (sətr 1: sətr 2) 

4,0 

3,7 


Bir  dövriyyənin  uzunluğu  (360  gün:  sətr  3 

günlə) 

90,0 


97,3 

Dövriyyənin 



yüklənməsi 

əmsaldı 


(sətr2:sətr3) vahidə düşən hissə 

0,25 


0,27 

Dövriyyənin 



yavaşması 

ilə 


əlaqədar 

dövriyyəyə cəlb edilən əlavə vəsait 

)]

0

,



90

3

,



97

(

360



111360

[



х

 

 



 

2258,0 



Mütləq azad olma 





Nisbi azad olma 



 

İstehsal  və  tədavül  sferalarında  dövriyyə  kapitalının  dövr  sürəti  dövriyyə 

vəsaitinin  quruluşundan,  istehsalın  xarakterindən,  satış  və  təchizatın  şərtlərindən 

asılıdır. 



Müəssisələrdə  dövriyyə  kapitalından  istifadənin  səmərəliliyinin  asılı  olduğu 

amilləri 2 qrupa ayırmaq olar: 

- xarici amillər; 

- daxili amillər. 

Xarici amillər müəssisədən asılı olmayan amillərdir. Məsələn, ölkədə iqtisadi 

vəziyyət, vergi qanunvericiliyi, kreditin alınma şərtləri, kredhitlər üçün faizlər və s. 

Son  dövrlərə  qədər  dövriyyə  vəsaitindən  istifadənin  səmərəliliyi  ancaq 

dövriyyə  vəsaitinin  dövriyyəsi  göstərici  ilə,  yəni  bir  dövriyyənin  uzunluğu 

göstərici əsasında müəyyən edilirdi. 

Dövriyyə  vəsaitindən  istifadənin  iqtisadi  səmərəliliyi  yuxarıda  qeyd  edildiyi 

kimi göstəricilər sistemi ilə müəyyən edilirdi: dövretmə əmsalı (hesablanan dövrdə 

dövriyyə vəsaiti baş verən dövriyyələrin sayı); dövriyyənin sürəti (gün hesabı ilə 



 

85 


bir  dövriyyənin  uzunluğu);  fond  verimi  (satılan  məhsulun  həcmi  və  ya  satışdan 

mənfəətin məbləğinin dövriyyə vəsaitinin bir və ya 1000 manata nisbəti). 

Lakin  bazar  iqtisadiyyatı  şəraitində  dövriyyə  vəsaitindən  istifadənin 

keyfiyyətinin vacib xarakteristikası kimi sonrakı göstəricilər də çıxış edir: 

- xüsusi dövriyyə vəsaitinin mövcud həcmi; 

- xüsusi dövriyyə vəsaiti ilə təmin olunma əmsalı. 

Xüsusi  dövriyyə  vəsaitinin  mövcud  məbləği  dövriyyədənkənar  aktivlərin 

uzunmüddətli passivləri ilə qısamüddətli kredit və istiqrazlar arasındakı fərq kimi 

müəyyən edilir. 

Lakin  xüsusi  dövriyyə  vəsaiti  ilə  təmin  olunma  əmsalı  isə  xüsusi  dövriyyə 

vəsaitinin onun ümumi məbləğinə nisbəti kimi müəyyən edilir. 

Müəssisələrdə dövriyyə vəsaitinə olan tələbat bir çox amillərdən asılıdır: 

- istehsal və satışın həcmi; 

- fəaliyyətin miqyası; 

- biznesin növü; 

- müəssisənin kapitalının quruluşu

- maddi-texniki təchizatın təşkili; 

- müəssisənin maliyyə siyasəti

- hesablaşmalar sistemi; 

- materialların alış siyasəti; 

- istehsal tsiklinin uzunluğu; 

- kreditləşmə şərtləri; 

- istifadə olunan materialın növü və quruluşu; 

- istehsal və satışın artım tempi; 

- maliyyəçilərin və menecerlərin bacarığı və s. 

Müəssisədə  dövriyyə  vəsaitinin  dövriyyəsinin  sürətləndirilməsi  üçün  sonrakı 

təkliflərin tətbiqi məqsədəuyğundur: 

1.

 



bitməmiş istehsalda xərclərin əsaslandırılmış şəkildə azaldılması; 

2.

 



istehsal  sferasında  təchizat  işinin  normal  davam  etməsinə  nəzarətin 

gücləndirilməsi; 




 

86 


3.

 

keyfiyyfətli alıcıların seçilməsi; 



4.

 

istehsal və satış proseslərində olan intervalları minimuma çatdırmaq; 



5.

 

əlverişli hesablaşma formalarından istifadə etmək; 



6.

 

optimal kredit şərtlərini müəyyən etmək. 




 

87 


NƏTĠCƏ VƏ TƏKLĠFLƏR 

 

Ölkənin  milli  sərvətinin  əsas  hissəsini  təşkil  edən  kapital  (əsas  və  dövriyyə 



kapitalı istehsalın material bazasını və texniki səviyyəsini təşkil edir. 

Maliyyə  nəzəriyyəsində  və  təsərrüfat  subyektlərinin  fəaliyyətinin 

maliyyələşdirilməsi sistemində ən vacib anlayış kapital təşkil edir. 

İqtisadi yanaşma nöqteyi-nəzərdən kapitalın fiziki konsepsiyası geniş mənada 

cəmiyyətin gəlirlərinin universal mənbəyi olan resursların məcmuu kimi çıxış edir. 

Kapital  özü  real  və  maliyyə  kapitala  ayrılır.  Real  kapital  istehsalın  faktoru 

kimi  (bina,  maşın,  xammal  və  material  və  s.)  maddi-texqniki  bazanı  təşkil  edir. 

Lakin maliyyə kapitalı isə qiymətli kağızlar və pul vəsaiti ifadə olunur. 

Kapital  bir-biri  ilə  əlaqədar  olan  iki  tərəfli  xarakterizə  olunur;  onun 

qoyuluşunun  istiqaməti  və  yaranma  mənbəi.  Buna  uyğun  olaraq  kapital  aktiv  və 

passiv  hissələrə  ayrılır.  Belə  ki,  aktiv  kapital  təsərrüfat  subyektinin  istehsal 

güclərini  təşkil  edir.  Passiv  kapital  isə  vəsaitin  uzunmüddətli  mənbəyidir,  bu 

mənbələr  hesabına  subyektiv  aktivləri  formalaşır.  Passiv  kapital  xüsusi  və  borc 

kapitalından ibarətdir. Aktiv kapital isə müəssisənin əsas və dövriyyə kapitalında 

əks olunur. 

İstehsalla  məşğul  olan  hər  bir  təsərrüfat  subyekti  özünün  xüsusi  kapitalına 

malikdir.  Müəssisənin  öz  kapitalı,  müəssisənin  aketivlərinin  məbləği  ilə  xarici 

öhdəliklərinin fərqindən ibarətdir. Müəssisənin kapitalı öz əksini onun nizamnamə 

fondunda tapır. Bu fond dəyər ölçüsü ilə əsas və dövriyyə kapitalının məcmuundan 

ibarətdir. 

Əsas  fondlar  müəssisənin  maddi-texniki  bazasını  təşkil  edir.  Onların  həcmi 

müəssisənin istehsal gücündən asılıdır. İstehsalda istismar olunduqca əsas fondlar 

fiziki  və  mənəvi  köhnəlməyə  məruz  qalırlar.  Əsas  fondların  köhnəlməsi  ilə 

müəssisələr  müəyyən  itkilərə  məruz  qalırlar.  Həmin  itkilərin  azaldılması  əsas 

fondlardan səmərəli istifadə etməklə nail olmaq olar.  

Əsas  vəsaitlər  –  maddi-əşya  qiymətlərinə  qoyulmuş  vəsaitlərdir.  Biznes 

əvvəllər qoyulmuş kapital (əsas vəsaitlər) nəticəsində fəaliyyət göstərir və inkişaf 



 

88 


edir.  Bu  gün  mənfəətin  alınması  əsas  və  dövriyyə  kapitalına  vəsaitin  qoyuluş 

nisbətlikləri  haqqında  düzgün    qərarların  nəticəsidir.  Həmin  qərarlar  müəssisənin 

fəaliyyəti  başlanana  qədər  qəbul  edilir.  Ona  görə  də  əsas  kapitalın  fəaliyyəti  və 

təkrar istehsalı xüsusiyyətləri haqqında aydın təsəvvürün olmasını nəzərdə tutur. 

Müəssisənin  əsas  vəsaitə  qoyuluşunun  səmərəliliyi  qiymətləndirilən  zaman 

onların təhlili və təkrar istehsalı prosesində sonrakılar əsas götürülməlidir: 

-  əsas  vəsaitlərin  funksional  faydalılığı  uzun  müdət  saxlanılır,  ona  görə  də 

onların alınması və istismarı xərcləri vaxta görə bölünür: 

-  əsas  vəsaitlərin  fiziki  köhnəlməsinin  bərpası  onların  dəyərcə  dəyişməsi 

vaxtına  uyğun gəlmir  və nəticədə itgi və  zərər  yarana bilər ki, bu da  müəssisənin 

maliyyə nəticələrni aşağı salar; 

-  əsas  vəsaitlərin  səmərəli  istifadəsi  onların  növündən,  istehsal  prosesində 

iştirak xarakterindən və təyinatından asılı olaraq qiymətləndirilir. 

Əsas  vəsait  uzunmüddətli  qoyuluşlar  müəssisənin  maliyyə  vəziyyətinə  və 

fəaliyyətinin nəticələrinə çoxplanlı və hər tərəfli təsir göstərir. 

Əsas  kapitalın  geniş  təkrar  istehsalının  əsas  metodunu  birbaşa  investisiyalar 

(kapital qoyuluşu) təşkil edir. 

Birbaşa  investisiyalar  əsas  kapitalın  yeni  obyektin  təşkili  və  eləcə  də, 

fəaliyyətdə olan müəssisələrin genişləndirilməsi, texnika ilə silahlandırılması və s. 

ilə  əlaqədar  xərclərdən  ibarətdir.  Bu  iki  xərc  istiqamətinin  nisbəti  birbaşa 

investisiyaların təkrar istehsal quruluşunu müəyyən edir. 

Birbaşa investisiyaların quruluşuna daxil olan yeni obyektin təşkili xərclərinə 

yeni meydanlarda obyektlərin quraşdırılması xərcləri daxildir. 

Lakin müəssisənin genişləndrilməsinə isə aşağıdakı xərclər daxil edilir. 

- müəssisənin sonrakı növbələrinin tikintisi; 

- əlavə istehsal kompleksləri; 

- istehsal təyinatı obyektlərin genişləndirilməsi. 

Rekonstruksiya  müəssisənin  tam  və  ya  hissə-hissə  yenidən  qurulması  və 

avadanlışlarla təmin edilməsi deməkdir. Rekonstruksiya mənəvi və fiziki cəhətdən 

köhnəlmiş avadanlıqların dəyişdirilməsi yolu ilə baş verir. Rekonstruksiya zamanı 




 

89 


müasir  texnologiyanın  tətbiqi  nəticəsində  istehsalın  həcmi  artır,  keyfiyyəti 

yaxşılaşır və bazarda onun rəqabət qabiliyyəti də yüksəlir. 

Texniki  cəhəmdən  yenidən  silahlanma  istehsalının  ayrı-ayrı  sahələrinin 

avadanlıqların texniki səviyyəsinin müasir dövrün tələblərinə uyğun yüksəldilməsi 

deməkdir.  Bu  iş  yeni  texnikanın  tətbiqi,  mexanikləşmə,  avtomatlaşdırma, 

modernləşmə, fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlıqların yenisi ilə əvəz 

olunmalı və s. nəticəsində əldə olunur

İqtisadiyyatın inkişafında investisiyanın rolu aşağıdakılarla müəyyən edilir: 



- geniş təkrar istehsal siyasətinin həyata keçirilməsi; 

- elmi-texniki tərəqqinin sürətləndirilməsi, ölkədə istehsal olunan məhsulların 

keyfiyyətinin yaxşılaşdırılması və rəqabət qabiliyyətinin təmin edilməsi; 

-  ictimai  istehsalın  strukturca  yenidənqurulması  və  iqtisadiyyatın  bütün 

sahələrinin mütənasib inkişafı; 

- sənayenin zəruri xammal bazasının yaradılması; 

- ətraf mühitin mühafizəsi; 

- tikinti, səhiyyə, mədəniyyət və sair sahələrin inkişafı və sosial problemlərin 

həlli; 

- dövlətin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi. 



Beləliklə, investisiya iqtisadiyyatın inkişafını müəyyən edir. Cəmiyyətin real 

kapitalının  artması  istehsalın  potensialını  artırır,  istehsala,  yeni  texnologiyaya 

investisiya quruluşu artır. 

Müəssisədə  kapitalın  müxtəlif  hissələrinin  dö.vriyyəsinin  məcmuu  onun  tam 

dövriyyəsini və ya təkrar istehsalını (sadə və geniş) xarakterizə edir. 

Əgər  əsas  vəsaitlər  sonradan  alınmaq  şərti  ilə  icarəyə  götürülərsə,  o  zaman 

həmin vəsaitər müəssisə üçün xüsusi əsas vəsaitlər hesab olunur. 

Əsas  vəsaitlərin  dəyəri  onların  faydalı  xidmət  müddətində  tədricən  silinir, 

yəni aylıq amortizasiya ayırmaları formasında istehsal xərclərinə daxil edilir. 

Əsas  kapitalın  tərkibinə  bitməmiş  kapital  qoyuluşu  xərcləri  və  eləcə  cə 

avadanlıq alınması da daxildir. 



 

90 


Başqa  müəssisələrin  nizamnamə  kapitalına  investisiya  qoyuluşu  o  zaman 

səmərəli olar ki, belə investisiyalar müəssisənin əsas fəaliyyəti ilə əlaqədar olsun. 

Bu  zaman  müəssisənin  xammal  və  material  satıcıları  ilə  təsərrüfat  əlaqələri 

yaxşılaşır  (satıcıların  nizamnamə  kapitalında  iştirak  etməklə),  özünün  istehsal 

infrastrukturu  inkişaf  edir  (kapitalı  nəqliyyat  və  buk  imi  müəssisələrə  qoyarsa), 

məhsul satışı imkanları genişlənər və ya başqa bazarlara daxil olar (əgər kapitalın 

qoyuluşu topdan satış ticarətinə, satış-təchzat təşkilatlarına yönəldilərsə). 

Bazar  iqtisadiyyatı  şəraitində  kapitalın  vacib  hissəsini  təşkil  edən  dövriyyə 

vəsaitindən  istifadənin  keyfiyyət  xarakteristikasının  vacib  göstəricilərini  xüsusi 

dövriyyə vəsaitinin faktiki mövcudluğu və müəssisənin xüsusi dövriyyə vəsaiti ilə 

təmin  olunma  əmsalı  təşkil  edir.  Lakin  son  vaxtlara  qədər  isə  müəssisələrdə 

dövriyyə vəsaitindən istfadənin səmərəliliyi ancaq dövretmə əmsalı, fond tutumu, 

bir dövriyyənin uzunluğu göstəriciləri ilə müəyyən edilirdi. 

Müasir 


dövrdə 

müəssisələrdə 

dövriyyə 

vəsaitindən 

istifadənin 

yaxşılaşdırılması üçün bir sıra yolları qeyd etmək olar: 

- müəssisənin maddi-texniki təchizatını təkmilləşdirmək; 

- xammal və materialların keyfiyyəti və quruluşunun yaxşılaşdırılması; 

- tədavül sferasında satış şərtlərini yaxşılaşdırmaq; 

- mütəəqqi hesablaşma formalarından istifadə; 

-  dövriyyə  vəsaitinin  səmərəli  idarə  edilməsi  üçün  keyfiyyətli  maliyyə 

siyasətini hazırlamaq; 

- maliyyə işini keyfiyyətli təşkil etmək

- uçot sistemini yaxşılaşdırmaq; 

- ehtiyatların və hazır məhsulun saxlanılma şəraitinə müntəzəm nəzarət etmək; 

- keyfiyyətli alıcıların seçilməsi; 

- sair. 

Müəssisələrdə maliyyə işinin ən mühüm tərəfini əsas kapitalın idarəolunması 

təşkil edir. Bu istiqamətdə aşağıdakı təkliflərin məqsədəuyğun hesab etmək olar: 

1.

 



düzgün amortizasiya siyasətinin seçilməsi

2.

 



müəssisədə əsas vəsaitlərin optimal quruluşunun saxlanılması; 


 

91 


3.

 

mal quruluşunun saxlanılması; 



4.

 

artıq və lazım olmayan avadanlıqların vaxtında satılması; 



5.

 

müəssisədə  əsas  vəsaitin  istifadəsinin  təhlili  və  planlaşdırılmasının 



idarəolunmasının səmərəli təşkili. 

 



 

92 


ƏDƏBĠYYAT SĠYAHISI 

1.

 



Azərbaycanın statistik göstəriciləri. 2015. 

2.

 



Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Bakı, 2000. 

3.

 



Azərbaycan  Respublikasının  2016-cı  il  üçün  Dövlət  Büdcəsi  haqqında 

Qanun. 2015. 

4.

 

«Müəssisələr haqqında» Azərbaycan Respublikası Qanunu. 1999. 



5.

 

«Səhmdar cəmiyyəti haqqında» Azəbaycan Respublikası Qanunu. 1994. 



6.

 

«İnvestisiya fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanunu. 1995. 



7.

 

«Xarici  investisiyaların  qorunması  haqqında»  Azərbaycan  Respublikasının 



Qanunu. 1994. 

8.

 



«Qiymətli kağızlar haqqında» Azərbaycan Respublikasının Qanunu. 2015. 

9.

 



D.A.Bağırov «Vergi auditi». Bakı, 1999. 

10.


 

 D.A.Bağırov «Vergi nəzarəti»g Bakı, 2006. 

11.

 

 T.Ə.Hüseynov «Firmanın iqtisadiyyatı». Bakı, 2005. 



12.

 

 T.Ə.Hüseynov «Müəssisənin iqtisadiyyatı». Bakı, 2005. 



13.

 

 Ə.H.Abbasov «Maliyyə sistemi və borc bazarı». Bakı, 2004. 



14.

 

 R.Əliyev, 



M.Novruzov 

«İnvestisiyanın 

maliyyələşdirilməsi 

və 


kreditləşdirilməsi». Bakı, 2003. 

15.


 

 Maliyyə dərslik. Bakı, 2001. 

16.

 

 B.A.Xankişiyev Maliyyə nəzarəti. Dərs vəsaiti. Bakı, 2002. 



17.

 

 А.М.Бабич Финансы. Москва. 2002. 



18.

 

 Б.С.Карелин Финансы корпораций. Москва 2005. 



19.

 

 В.В.Ковалев,  Вит.В.Ковалев  Финансы  организаций  (предприятий). 



Москва 2006. 

20.


 

 В.Я.Горфинвель Экономика предприятия. Москва 2003. 

21.

 

А.С.Нешитой  Финансы.  Денежное  обращение  кредит.  Учебник. 



Москва 2009. 

22.


 

 А.Д.Шеремет Финансы предприятий. Москва 1997. 




 

93 


РЕЗЮМЕ 

 

Управлять финансами предприятия – значит управляеть его капиталом. 



Капитал – это средства, вложенные в активы и приносящие доход. 

Активы предприятия – это основные и оборотные средства. 

Активы  предприятия  –  это  имущество  предприятия  и  денежные 

средства. 

Капитал  –  специфическая  категория.  Не  все  финансовые  ресурсы 

являются  капиталом.  Те  финансовые ресурсы  являются  капиталом,  которые 



вложены в предпринимательскую деятельность. 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə