Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ magġstratura məRKƏZĠ



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə4/25
tarix17.09.2018
ölçüsü0,95 Mb.
#69117
1   2   3   4   5   6   7   8   9   ...   25

 

13 


§1.2. Təsərrüfat subyektinin xüsusi və borc kapitalının formalaşması və 

istifadəsi 

 

Təsərrüfat  subyektlərində  kapitalın  malyyələşmə  mənbələrinə  xüsusi  kapital, 



ehtiyatlar, uzunmüddətli borc və qısamüddətli öhdəliklər daxildir. 

Müəssisənin xüsusi kapitalına aşağıdakılar daxildir: 

- nizamnamə kapitalı; 

- əlavə kapital; 

- ehtiyat kapitalı; 

- bölüşdürülməyən mənfəət; 

- sair fondlar. 

Hal-hazırda müəssisənin təsis sənədlərində göstərilən həcmi göstərilən xüsusi 

kapitalın  o  hissəsinin  xarakterinə  əsasən  «nizamnamə  kapitalı»,  «nizamnamə 

fondu», «pay fondu» anlayışlarından istifadə olunur. 



Nizamnamə  kapitalı  –  müəssisə  təşkil  olunan  zaman  təsisçilərin  onun 

əmlakına qoyduqları əmanətin pul ilə ifadəsinin məcmuudur. 

Nizamnamə  kapitalının  həcmi  müəssisənin  fəaliyyətini  təmin  edən  həcmdə 

müəyyən edilir. 



Nizamnamə  fondu  –  dövlət  müəssisələrinə  dövlət  tərəfindən  ayrılan  əsas  və 

dövriyyə vəsaitinin məcmuudur. 



Pay  fondu  –  istehsal  kooperativlərinin  üzvlərinin  pay  ödənişlərinin 

məcmuudur. Həmin pay ödənişləri hesabına sahibkarlıq fəaliyyəti həyata keçirilir. 



Əlavə kapital nizamnamə kapitalından fərqli olaraq paylara bölünmür. Əlavə 

kapital səhmdarların bütün ümumi mülkiyyətini xarakterizə edir. 



Əlavə kapital aşağıdakı tərkibdən ibarət formalaşır

-  emisiya  gəliri.  Bu  gəlir  səhmin  nominal  dəyərdən  yuxarı  qiymətlə  satılan 

zaman, sonra səhmin əlavə emissiyası hesabına yaranır; 

- yenidən qiymətləndirmə zamanı əmlakın dəyərinin artması hesabına; 

- əvəzsiz alınan əmlak; 



 

14 


-  təşkilatın  nizamnamə  kapitalına  təsisçilər  tərəfindən  əmanətlər  köçürülən 

zaman yaranan kurs fərqləri. 



Əlavə kapitalın vəsaiti sonrakı məqsədlər üçün istifadə edilir

1.

 



Nizamnamə kapitalının artırılmasına; 

2.

 



İl  ərzində  işin  nəticələrində  ziyanlar  aşkar  edilərsə,  həmin  əyərlərin 

silinməsinə; 

3.

 

Təsisçilərin arasında bölüşdürülməsi üçün. 



Müəssisə  və  təşkilatlarda  xalis  mənfəət  bölüşdürülən  zaman  ehtiyat  kapitalı 

təşkil  olunur.  Ehtiyat  fondunun  səviyyəsi  nizamnamə  kapitalının  səviyyəsinin 

15%-i  həcmində  təşkil  olunur.  Ehtiyat  fondunun  (risk  fondu)  formalaşması  və 

istifadəsi qaydası təsərrüfat subyektinin nizamnaməsi ilə müəyyən edilir. Lakin bu 

fonda  hər  il  mənfəətdən  ayırmaların  konkret  həcmi  təsərrüfatın  nizamnaməsi  ilə 

müəyyən edilir. Lakin bu ayırmaların həcmi hər il müəssisənin xalis mənfəətinin 

5%-dən  az  olmamalıdır.  Beləliklə,  maliyyə  ehtiyatı  fondunun  formalaşması  və 

tamamlanması  nizamnamədə  göstərilən  səviyyəyə  çatana  qədər  hər  il  ayırmalar 

hesabına baş verəcək. Ehtiyat fondu əvvəlgədən müəyyən edilə bilinməyən zərərlər 

üçün istifadə edilir. 

Müəssisə və təşkilatlarda gələcək xərclər və ödəmələrin ehtiyatları istehsal və 

tədavülün gələcək xərclərinə bərabər həcmlərdə daxil edilir. 

Mühasibat  uçotu  və  hesabatın  aparılmasına  dair  əsasnamədə  aşağıdakı 

istiqamətlərdə ehtiyatlar təşkil edilir: 

- işçilərin məzuniyyət haqları; 

- mükafatlandırma üçün (gələcəkdə); 

- sair xərclər. 

Yığım fondu müəssisə və təşkilatlarda xalis mənfəət hesabına formalaşdırılır. 

Bu fond hesabına aşağıdakı xərclər maliyyələşdirilir: 

- əsas fondlara investisiyalar

- dövriyyə vəsaitinin tamamlanmasına; 

- yeni texnikanın tətbiqinə; 

- sair xərclərə. 



 

15 


Təsərrüfat  subyektlərində  məqsədli  maliyyələşmə  və  daxilolmalar  fondu  da 

formalaşdırılır. Bu fond aşağıdakı istiqamətlərdə vəsait daxil edilir: 

- elmi-tədqiqat işlərindən; 

- geoloji-kəşfiyyat işlərindən. 



Məqsədli  maliyyələşmə və daxil olmaların mənbələrinə daxildir

1.

 



Mərkəzi büdcədən daxilolmalar; 

2.

 



Yerl büdcədən daxilolmalar; 

3.

 



Başqa təşkilatlardan daxilolmalar

4.

 



Xüsusi təyinatlı fondların vəsaiti; 

5.

 



Valideynlərin vəsaiti. 

Məqsədli  maliyyələşmə  və  daxilolmaların  vəsaiti  təsdiq  olunmuş  smeta 

əsasında  xərclənilir.  Qeyd  olunan  vəsaitlərin  öz  təyinatına  görə  xərglənməməsi 

qadağandır. 

Xüsusi  kapitalın  son  mənbəini  bölüşdürülməyən  mənfəət  təşkil  edir.  Belə 

mənfəət hesabat və keçmiş ilin mənfəəti ola bilər. 



Bölüşdürülməyən mənfəət – bazar iqtisadiyyatı şəraitində yeni bir göstəriciir. 

Bu göstərici xüsusi vəsait hesabına müəssisənin iqtisadi artımını xarakterizə edir. 



Bölüşdürülməyən mənfəət iki hissəni xarakterizə edir: 

- mənfəətin bir hissəsi yığılan mənfəətin səviyyəsini xarakterizə edir; 

-  ikinci  hissəsi  isə  sərbəst  mənfəəti  xarakterizə  edir.  Bu  mənfəət  heç  bir 

təyinata malik deyil. 

Qeyd  etmək  lazımdır  ki,  müəssisənin  sərəncamında  qalan  mənfəət  tam 

məbləğdə əsas kapitala daxil edilə bilinməz. 

Çünki, bölüşdürülməyən mənfəət hesabına təşkil olunan istehlak fondu xüsusi 

kapitala  daxil  edilir.  Bu  kapital  təmiz  növdə  müəssisənin  kapitalı  deyil.  Çünki 

müəssisə bu vəsaiti kollektivin sosial ehtiyacları üçün istifadə edir. 

Beləliklə, müəssisə bölüşdürülməyən mənfəət hesabına iki fond təşkil edilir: 

1.

 

Yığım fondu; 



2.

 

İstehlak fondu. 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə