Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ magġstratura məRKƏZĠ



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə6/25
tarix17.09.2018
ölçüsü0,95 Mb.
#69117
1   2   3   4   5   6   7   8   9   ...   25

 

19 


 

 

 

 

 

 

 

 

 

Cədvəl 1.2.3. 

Müəssisə və təĢkilatların bank ssudaları və qarĢılıqlı hesablaĢmalar üzrə 

vaxtı keçmiĢ borclar (ilin sonuna, mln.manat)* 

 

ĠLLƏR 

Bank ssudaları 

2000 


100,1 

2005 


68,2 

2010 


492,9 

2014 


976,3 

* Azərbaycanın statistik göstəriciləri. 2015

 

Yuxarıdakı  cədvəl  məlumatları  müəssisə  və  təşkilatları  bank  ssudaları  üzrə 



vaxtı  keçmiş  borcların  həcmini  xarakterizə  edir.  Cədvəl  məlumatlarından 

göründüyü kimi müəssisələrin kredit üzrə vaxtı keçmiş borcları 2000-ci ildə 100,1 

mln.manat olduğtu halda, bu məbləğ 2014-cü ildə 976,3 milyon manata çatmışdır 

ki, belə vəziyyəti də qənaətbəxş hesab etmək olmaz. 

Müəssisələrdə  xüsusi  və  borc  vəsaitindən  başqa,  cəlb  olunmuş  vəsaitə 

malikdir. 



Cəlb  olunmuş  vəsait  –  kreditor  borcudur.  Bu  vəsait  daima  müəssisənin 

dövriyyəsində olur. 

Kreditor  borcu  debitor  borcundan  çox  olmamalıdır,  əksinə  olarsa,  bu 

müəssisənin ləğv olunması ilə nəticələnir. 

Kreditor  borcunun  idarəolunması  –  maliyyə  menecerinin  funksiyasıdır. 

Menecer vaxtı keçmiş kredito borcunun yaranmasına imkan verməməlidir. 




 

20 


II FƏSĠL 

MÜƏSSĠSƏDƏ ƏSAS KAPĠTALIN ĠDARƏOLUNMASI 

§2.1. Əsas kapitalın mahiyyəti, əhəmiyyəti və təsnifatı 

 

Əsas  istehsal  fondları  istehsal  prosesində  uzun  müddət  iştirak  edir.  Bazar 

iqtisadiyyatı  şəraitində  müəssisələrdə  əsas  fondların  yaradılması  uzunmüddətli 

investisiyalar, əsas vəsaitlərin əvəzsitz alınması və s. yollarla həyata keçirilir. Əsas 

fondların sadə təkrar istehsalı onların aşınma məbləğinə uyğun həcmdə yaradılması 

deməkdir. Lakin əsas fondların geniş təkrar istehsalı ilə onların aşınma dəyərindən 

artıq miqdarda yeniləşməsini nəzərdə tutur. 

Əsas  fondlarla  yönəldilən  uzunmüddətli  investisiyalar  təsərrüfat  subyektinin 

xüsusi vəsaiti, büdcə vəsaiti, xarici investorların vəsaitləri və bank krediti hesabına 

maliyyələşdirilir. 

Əsas  kapitalın  maliyyələşmə  mənbələrinin  seçilməsi  bir  sıra  amillər  nəzərə 

alınmaqla  müəssisələr  tərəfindən  həll  edilir.  Kapitalın  dəyəri,  onun  səmərəliliyi, 

xüsusi  və  cəlb  olunmuş  kapital  arasındakı  nisbət,  müxtəlif  maliyyələşmə 

mənbələrinin  risk  səviyyəsi,  kreditorların  və investorların iqtisadi  maraqları və s. 

həmin  məsələlərə  aiddir  və  bu  məsələlərin  həlli  bazar  münasibətləri  şəraitində 

mühüm əhəmiyyət kəsb edir. Hər bir müəssisə müxtəlif istiqamətlərdə investisiya 

həyata  keçirir.  Müəssisələrdə  investisiya  fəaliyyətinin  Ən  mühüm  obyektini  əsas 

kapital  təşkil  edir.  Əsas  kapital  əsas  vəsaitlərdən,  bitməmiş  uzun  müddətli 



investisiyalardan və sair vəsaitdən ibarətdir

Cədvəl 2.1.1. 

Azərbaycan iqtisadiyyatında əsas fondların  

istifadəyə verilməsi (mln.manat)* 

ĠLLƏR 

MƏBLƏĞ 

2000 


666,9 

2005 


6035,2 

2006 


5402,5 

2010 


5961,3 

2014 


93336 

*Azərbaycanın statistik göstəriciləri.2015. 


 

21 


Yuxarıdakı  cədvəl  məlumatları  Azərbaycan  iqtisadiyyatında  əsas  fondların 

istifadəyə  verilməsi  ilə  əlaqədar  vəziyyəti  xarakterizə  edir.  Cədvəl 

məlumatlarından  göründüyü  kimi  əgər  2000-ci  ildə  666,9  mln.manat  həcmində 

əsas fond fəaliyyətə verilmişdirsə, bu məbləğ 2005-ci ildə 6035,2 milyon manatı, 

2014-cü ildə isə 9336 milyon manatı təşkil etmişdir ki, bu vəziyyəti də qənaətbəxş 

hesab etmək olar. 

Əsas  vəsaitin  fəaliyyətdə  olan  təsnifatına  əsasən  müəssisələrin  əsas  kapitalı 

aşağıdakı əlamətlərə görə təsnifləşdilir. 

- sahə əlamətinə görə

- təyinatına görə; 

- növlərinə görə; 

- istifadəsinə görə; 

- mənsubiyyətinə görə. 

Sahə əlamətinə görə əsas kapitalın mənsubiyyəti, yəni onların sənayeyə, kənd 

təsərrüfatına, nəqliyyata və sair sahələrə aid olduğu müəyyən edilir. 



Təyinatına görə əsas vəsaitlər aşağıdakılara ayrılır

1.

 



Əsas fəaliyyət üzrə əsas istehsal fondları. 

2.

 



Başqa sahələrin əsas istehlak fondları. 

3.

 



Qeyri-istehsal əsas fondlar. 

Müəssisənin əsas fondları növlərinə görə aşağıdakı qruplara ayrılır: 

- bina; 


- qurğu; 

- iş və güc maşınları; 

- ölçü və nizamlayıcı cihazlar və qurğular

- hesablayığı texnika; 

- nəqliyyat vasitələri; 

- istehsal və təsərrüfat inventarları; 

- iş, məhsuldar və cins heyvanlar

- çoxillik əkmələr; 

- təsərrüfatdaxili yollar; 



 

22 


- sair uyğun obyektlər. 

Əsas  fondlar  istehsalda  iştirakına  görə  istehsal  (maşın,  avadanlıq  və  s.)  və 

qeyri-istehsal (mədən-məişət təyinatlı) əsas fondlara ayrılırlar. 

Əsas  fondlar  istehsal  quruluşan  malikdir.  İstehsal  quruluşuna  görə  əsas 

istehsal fondları aktiv və passiv hissələrə ayrılır. 

Aktif  əsas  fondlar  maşın,  qurğu  və  avadanlıqlardan  ibarətdir  və  onlar 

bilavasitə  məhsul  (iş,  xidmət)  istehsalında  iştirak  edirlər.  Müəssisə  əsas  istehsal 

fondlarının  tərkibində  aktiv  fondların  xüsusi  çəkisinin  artmasında  maraqlıdır. 

Ancaq aktiv əsas fondlar müəssisənin istehsal imkanlarını xarakterizə edir. 



Passiv  əsas  fondlara  isə  bina,  inventar  və  s.  daxildir  ki,  onlar  bilavasitə 

istehsal  prosesində  iştirak  etmirlər,  lakin aktiv  əsas  fondların fəaliyyətinə normal 

şərait yaradırlar. 

Əsas istehsal fondlarının quruluşuna təsir göstərən amillər aşağıdakılardır

- buraxılan məhsulun xarakteri; 

- buraxılan məhsulun həcmi; 

- müəssisədə avtomatlaşma və mexanikləşmənin səviyyəsi

- xüsusiləşmənin səviyyəsi və sair. 

Müəssisədə əsas fondların istehsal prosesində uzun müddət iştirak etməsi və 

tədricən  köhnəlməsi  ilə  əlaqədar  onların  bir  neçə  qiymətləndirmə  növü  var. 

Məsələn, ilk dəyər, bərpa dəyəri və qalıq dəyəri. 

Əsas  fondların  hazırlanması,  alınması  və  quraşdırılması  ilə  əlaqədar  xərclər 

onların ilk dəyərini formalaşdırır. 

Müasir dövrdə əsas fondların təkrar istehsalına xərclər onların bərpa dəyərini 

təşkil edir. 

İstehsal  prosesində  iştirak  etdikcə  əsas  fondlar  tədricən  köhnəlir  və  öz  ilk 

(bərpa) dəyərini itirirlər. 

Əsas  fondun  ilk  və  ya  bərpa  dəyərindən  köhnəlmə  dəyəri  çıxıldıqdan  sonra 

onun qalıq dəyəri müəyyən edilir. 

Qeyd  edildiyi  kimi,  əsas  fondlar  istehsalda  iştirak  etdikcə  fiziki  və  mənəvi 

köhnəlməyə məruz qalırlar. Əsas fond fiziki köhnəlmə zamanı özünün ilk istehlak 



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə