Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ magġstratura məRKƏZĠ



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə7/25
tarix17.09.2018
ölçüsü0,95 Mb.
#69117
1   2   3   4   5   6   7   8   9   10   ...   25

 

23 


dəyərini  itirir.  Fiziki  köhnəlmə  hissə-hissə  və  ya  tam  həcmdə  baş  verir.  Əsas 

fondun hissə-hissə fiziki köhnəlməsi əsaslı təmir yolu ilə bərpa edilir. Lakin fiziki 

köhnəlmə tam baş verdikdə, həmin fond ləğv edilir və yenisi ilə əvəz olunur. 

Əsas  fondun  fiziki  köhnəlməsi  onun  faktiki  xidmət  müddətini  normativ 

müddətinə bölüb 100-ə vurmaqla hesablanılır. 

Əsas fondun mənəvi köhnəlməsi yeni texnikanın tətbiqi nəticəsində baş verir 

və köhnə əsas fondlar mənəvi cəhətdən köhnəlmiş hesab olunurlar. 

Əsas  fondların  fiziki  və  mənəvi  köhnəlməsi  sadə  və  geniş  təkrar  istehsala 

investisiya yolu ilə bərpa edilir. 

Əsas  fondlar  istehsal  quruluşan  malikdir.  İstehsal  quruluşuna  görə  əsas 

istehsal fondları aktiv və passiv hissələrə ayrılır. 

Aktif  əsas  fondlar  maşın,  qurğu  və  avadanlıqlardan  ibarətdir  və  onlar 

bilavasitə  məhsul  (iş,  xidmət)  istehsalında  iştirak  edirlər.  Müəssisə  əsas  istehsal 

fondlarının  tərkibində  aktiv  fondların  xüsusi  çəkisinin  artmasında  maraqlıdır. 

Ancaq aktiv əsas fondlar müəssisənin istehsal imkanlarını xarakterizə edir. 

Passiv  əsas  fondlara  isə  bina,  inventar  və  s.  daxildir  ki,  onlar  bilavasitə 

istehsal  prosesində  iştirak  etmirlər,  lakin aktiv  əsas  fondların fəaliyyətinə normal 

şərait yaradırlar. 



Əsas istehsal fondlarının quruluşuna təsir göstərən amillər aşağıdakılardır

- buraxılan məhsulun xarakteri; 

- buraxılan məhsulun həcmi; 

- müəssisədə avtomatlaşma və mexanikləşmənin səviyyəsi

- xüsusiləşmənin səviyyəsi və sair. 

Müəssisədə əsas fondların istehsal prosesində uzun müddət iştirak etməsi və 

tədricən  köhnəlməsi  ilə  əlaqədar  onların  bir  neçə  qiymətləndirmə  növü  var. 

Məsələnilk dəyər, bərpa dəyəri və qalıq dəyəri. 

- Əsas fondların hazırlanması, alınması və quraşdırılması ilə əlaqədar xərclər 

onların ilk dəyərini formalaşdırır. 

- Müasir dövrdə əsas fondların təkrar istehsalına xərclər onların bərpa dəyərini 

təşkil edir. 



 

24 


-  İstehsal  prosesində  iştirak  etdikcə  əsas  fondlar  tədricən  köhnəlir  və  öz  ilk 

(bərpa) dəyərini itirirlər. 

- Əsas fondun ilk və ya bərpa dəyərindən köhnəlmə dəyəri çıxıldıqdan sonra 

onun qalıq dəyəri müəyyən edilir. 

Qeyd  edildiyi  kimi,  əsas  fondlar  istehsalda  iştirak  etdikcə  fiziki  və  mənəvi 

köhnəlməyə məruz qalırlar. Əsas fond fiziki köhnəlmə zamanı özünün ilk istehlak 

dəyərini  itirir.  Fiziki  köhnəlmə  hissə-hissə  və  ya  tam  həcmdə  baş  verir.  Əsas 

fondun hissə-hissə fiziki köhnəlməsi əsaslı təmir yolu ilə bərpa edilir. Lakin fiziki 

köhnəlmə tam baş verdikdə, həmin fond ləğv edilir və yenisi ilə əvəz olunur. 

Əsas  fondun  fiziki  köhnəlməsi  onun  faktiki  xidmət  müddətini  normativ 

müddətinə bölüb 100-ə vurmaqla hesablanılır. 

Əsas fondun mənəvi köhnəlməsi yeni texnikanın tətbiqi nəticəsində baş verir 

və köhnə əsas fondlar mənəvi cəhətdən köhnəlmiş hesab olunurlar. 

Əsas  fondların  fiziki  və  mənəvi  köhnəlməsi  sadə  və  geniş  təkrar  istehsala 

investisiya yolu ilə bərpa edilir. 

Əsas  fondların  sadə  və  geniş  təkrar  istehsalına  investisiya  kapital  qoyuluşu 

yolu  həyata  keçirilir.  Müəssisənin  iqtisadiyyatına  investisiyanın  qoyulması  bazar 

iqtisadiyyatı şəraitində zəruridir və böyük əhəmiyyət kəsb edir. 



İstehsal prosesində iştirak edən əsas istehsal fondlarının köhnəlmə dəyərinin 

pula ifadəsi amortizasiya adlanır. 

Amortizasiya fondunun vəsaiti əsas fondların fiziki və mənəvi köhnəlməsinin 

bərpası  üçün  istifadə  edilir.  Amortizasiya  fondu  pul  fondudur.  Həmin  fonda  illik 

amortizasiya  ayırmaları  köçürülür.  Amortizasiya  fondu  əsas  fondların  xidmət 



müddəti ərzində təşkil olunur. Lakin fondun istifadəsi əsas fondlar faktiki sıradan 

çıxdıqdan  sonrakı  dövrdən  başlanılır.  Beləliklə,  amortizasiya  əsas  fondların 

normativ xidmət müddəti üçün hesablanılır. 

Amortizasiya  ayırmalarının  təyinatı  əsas  fondların  normativ  xidmət  müddəti 

başa çatdıqdan sonra onların təkrar istehsalı üçün pul vəsaitini toplamaqdır. 




 

25 


Əsas  fondların  faydalı  istifadə  müddəti  –  əsas  fondların  müəssisəyə  gəlir 

gətirdiyi dövrdür. Hər il üçün amortizasiya fonduna ayırmalar əsas fondların orta 

illik dəyərini amortiz-asiya normasına vurulmaqla hesablanılır. 

Azərbaycan  Respublikasında  Vergi  Məcəlləsində  ayrı-ayrı  fondlar  üzrə 

aşağıdakı amortizasiya normaları fəaliyyət göstərir: 

- bina, tikili və qurğular – 10%; 

- maşın, avadanlıq və hesablama texnikası – 25%; 

- sair əsas fondlar – 20%. 

Bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatda amortizasiyanın hesablanmasının 

sonrakı üsulları var: xətti, azalan qalıq, məhsulun həcminə mütənasib əsas fondun 

dəyərinin silinməsi, sürətli və s. 

Xətti  üsul  ilə  bərabər  qaydada  əsas  fondların  ilk  dəyəri  və  amortizasiya 

norması  əsasında  amortizasiya  ayırmaları  hesablanılır.  Burada  amortizasiya 

norması  obyektin  faydalı  xidmət  müddətinə  görə  müəyyən  edilir.  Məsələn, 

müəssisə 10 il xidmət müddəti olan avadanlıq almışdır. Burada illik amortizasiya 

norması  10%  olacaqdır.  Bazar  münasibətləri  şəraitində  iqtisadiyyatda  yeni 

texnologiyanın  tətbiqini  sürətləndirmək  üçün  müəssisələrə  sürətli  amortizasiya 

mexanizminin tətbiqi hüququ verilir. Sürətli amortizasiya zamanı illik amortizasiya 

norması  sürətlənmə  əmsalı  qədər  artırılır.  Lakin  həmin  əmsald  12-dən  yuxarı 

olmalıdır. 

  Sürətli amortizasiya əsas fondların yeni xidmət müddətini müəyyən edir. Bu 

metodla  əsas  fondların  dəyərinin  qısa  müddətdə  tam  silinməsi  təmin  olunur. 

Beləliklə,  bazar  iqtisadiyyatı  dövründə  əmtəə  istehsalçılarının  rəqabəti  əsas 

fondların  sürətli  təzələnməsini  zəruri  edir.  Bu  isə  müəssisəni  məcbur  edir  ki, 

avadanlığın  sürətli  silinməsini  təmin  etsin  və  tezliklə  yeni  kapital  qoyuluşu  üçün 

vəsait toplasın. 

 



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə