Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə14/24
tarix23.09.2018
ölçüsü1,45 Mb.
#70284
1   ...   10   11   12   13   14   15   16   17   ...   24

40 

 

inkişafına müsbət təsir göstərir. Mövcud kənd təsərrüfatına yararlı torpaq sahələrinin 



optimal və səmərəli istifadə edilməsi nəticəsində 3,0 mln. tona yaxın taxıl, 840 min 

tona yaxın pambıq, 75 min tona yaxın tütün və s. istehsal etmək mümkündür[36; 37]. 

Beləliklə,  kənd  təsərrüfatı  istehsalının  inkişafı  isə  bəzi  sənaye  sahlərinin  xammal 

bazasını  genişləndirməyə  şərait  yaradır  ki,  bu  da  öz  növbəsində  sənayedə  müştərək 

müəssisələrin  inkişafı  üçün  zəruri  əsasdır.Beləliklə  də,  ölkəmizin  istər  zəngin  təbii-

iqtisadi  resurs  ehtiyyatlarına  malik  olması,  istərsə  də  əlverişli  coğrafi  mövqedə 

yerləşməsi,  yuxarıda  qeyd  etdiyimiz  kimi,  Azərbaycanda  müştərək  sahibkarlığın 

inkişaf imkanlarının mövcudluğunu göstərir ki, bu da, mövcud potensialdan səmərəli 

istifadənin qarşıda duran başlıca məsələlərdən biri olduğunu deməyə əsas verir.  

İnvestisiya qoyuluşlarının cəlb olunmasında mühüm yer tutan amillərdən biri də 

qlobal amillərdir. Bu amillər qrupuna əsasən beynəlxalq səviyyədə gedən proseslərin, 

coğrafi dəyişikliklərin və təbii hadisələrin təsirləri toplanmışdır ki, bunlar da ölkənin 

investisiya  mühitinə  dolayısı  ilə  təsir  etməkdədir.  Siyasi  konfliklər  (əsasən 

müharibələr, ölkələr arasında ziddiyyətlər və s.) iqtisadi böhranlar (dünya bazarında 

müxtəlif  növ  resursların  qiymətlərinin  yüksəlib  enməsi),  təbii  fəlakətlər  və  coğrafi 

dəyişikliklər bu qəbildən olan amillərdəndir. 

 

 

2.2.Azərbaycanda müĢtərək sahibkarlığa investisiya qoyuluĢunun müasir 



vəziyyəti 

Azərbaycan  müstəqillik  qazandıqdan  sonra  ölkəyə  xarici  kapital  axını  və  bunun 

nəticəsində də müştərək tipli müəssisələrin yaradılması və fəaliyyətinin təşkili «Əsrin 

müqaviləsi»  ilə  başlamış  oldu.H.Əliyevin  rəhbərliyi  altında  1994-cü  ilin  sentyabrın 

20-də  Bakıda  Azərbaycan  Respublikasının  Dövlət  Neft  Şirkəti  ilə  dünyanın  10 

aparıcı  transmilli  neft  şirkətlərinin(Amoko  Kaspian  Si  Petroleum  Limited,  Bi-Pi 

Eksploreyşn  (Kaspian  Si)  Limited,  Delta  Nimir  Xəzər  Limited,  Den  Norske  Stats 

Olyeselskap  A.S.,  Lukoyl  Səhmdar  Cəmiyyəti,  Makdermott  Azərbaycan  İnk., 

Pennzoyl  Kaspian  Korporeyşn,  Remko  Xəzər  Enerci  Limited,  Türkiye  Petrolleri 



41 

 

A.O.,  Yunokal  Xəzər,  Ltd)  iştirakı  ilə  «Əsrin  müqaviləsi»  imzalandı.  Müqaviləyə 



görə  Azərbaycan  neft  sənayesinə  8  mlrd.  ABŞ  dolları  məbləğində  xarici  investisiya 

qoyuluşu  nəzərdə  tutulurdu.  Bu  layihə  30  il  ərzində  Xəzər  dənizinin  Azərbaycan 

hissəsindən 510 mln ton neft çıxarılmasına ilk investisiya qoyuluşu idi [32;34;35;37]. 

Nəticədə, Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə böyük miqyasda 

saziş imzalayan ilk dövlət olaraq özünün neft strategiyasını irəli sürmüş oldu. Məlum 

olduğu kimi, Azərbaycan Respublikası özünün coğrafi mövqeyinə, yeraltı və yerüstü 

təbii sərvətlərinə, zəngin xammal ehtiyatlarına və güclü işçi potensialına görə müasir 

dünyanın diqqət mərkəzindədir. 1994-cü ildə Qərbin neft şirkətləri ilə bağlanan neft 

müqavilələri də bu marağın  canlı  təcəssümüdür.Təkcə  bu  müqavilənin imzalanması 

Azərbaycanın xarici ölkələrlə iqtisadi münasibətlərində yeni bir mərhələ oldu və milli 

təsərrüfatın  qlobal  iqtisadi  məkana  sürətli  inteqrasiyasına  xeyli  təkan  verdi.  Bu 

müqavilələrin imzalanması yalnız xam neftin çıxarılması və nəqli üçün yox, həm də 

yeni  texnika  və  texnologiyanın  alınması,  iqtisadiyyatın  əsas  sahələrə  investisiya 

qoyuluşunu  xeyli  artırmaqla  bu  sahələrin  də  dirçəlməsinə  təkan  verdi.  90-cı  illərin 

ortalarından  başlayaraq  Azərbaycana  xarici  investisiyaların  cəlb  edilməsi  və  bunun 

əsasında  da  müştərək  müəssisələrin  yaradılması  sahəsində  müsbət  meyillər 

yaranmağa  başladı  ki,  bu  da  son  nəticədə  bu  sahədə  keyfiyyət  dəyişikliklərinin 

yaranmasına,o  cümlədən,daha  çox  xarici  ivestisiyaların  ölkə  iqtisadiyyatına  cəlb 

olunmasına səbəb oldu.Bunun nəticəsində də ölkədə ötən əsrin sonlarında investisiya 

sıçrayışı baş vermiş,xarici investorlar tərəfindən əsaslı investisiya qoyuluşları həyata 

keçirilmişdir[32; 34;38]. 

Xarici  investisiyaların  ölkə  iqtisadiyyatına  cəlb  edilməsi  öz  növbəsində 

müştərək  müəssisələrin  yaradılmasını  və  fəaliyyət  dairəsinin  genişləndirilməsini 

zəruri edirdi.Aparılan təhlillər göstərir ki, Azərbaycana qoyulmuş xarici investisiyalar 

hesabına ölkədə neft, qaz, energetika, metallurgiya, maşınqayırma, yeyinti sənayesi, 

kənd təsərrüfatı və digər sahələr geniş inkişaf etdirilmiş və bu prosesdə xarici və milli 

tərəfdaşların ortaqlaşa yaratdığı müştərək müəssisələr əhəmiyyətli rol oynamışdır. 



42 

 

Yuxarıda  da  qeyd  olunduğu  kimi,  1994-cü  ildən  etibarən  başlanmış  mühüm 



struktur dəyişikliklərinə uyğun olaraq milli iqtisadiyyatın tikinti, nəqliyyat, rabitə və 

s.  kimi  sahələri  dinamik  olaraq  inkişaf  etmişdir.Əldə  edilən  inkişaf  dinamikasında 

mühüm  amillərdən  biri  də,  xarici  iqtisadi  əlaqələrin  inkişafı,  xarici  investisiyaların 

cəlb  edilməsi  ilə  müxtəlif  mülkiyyət  və  təşkilati  formaya  malik  təsərrüfat 

subyektlərinin yaradılmasıdır. Xüsusilə müasir dövrdə, bu təsərrüfat subyektləri ayrı-

ayrı  ölkələrdə  sahibkarlıq  fəaliyyətinin  başlıca  istiqamətlərindən  birini  təşkili  edir. 

Belə  ki,  iqtisadi  fəaliyyətin  müxtəlif  sahə  və  formalarını  əhatə  edən  müştərək  və  ya 

birgə  müəssisələr,  artıq  milli  təsərrüfatların  ayrılmaz  tərkib  hissəsinə  çevrilmişdir. 

Eyni zamanda, nəzərə almaq lazımdır ki, müştərək fəaliyyətin təşkili nə qədər zəruri 

olsa da, onun səmərəli təşkili də bir o qədər çətin və məsuliyyətlidir. Ona görə ki,belə 

fəaliyyətin  təşkili  bir  sıra  səciyyəvi  xüsusiyyətlərə  malikdir  ki,  bu  da  müştərək 

müəssisələrin  formalaşmasına  daha  ciddi  yanaşılmasım  tələb  edir.Müştərək 

sahibkarlığın  inkişafı  xarici  tərəfkeşin  bazarlarından  faydalanmağa,  ölkəyə  böyük 

həcmdə  xarici  investisiya  gətirməklə  iqtisadiyyatda  diversifıkasiya  probleminin 

həllinə  kömək  edir.Müştərək  müəssisələrin  yaradılmasında  və  ölkələr  arasındakı 

investisiya  axını  nəinki  firmalar,  eləcə  də  iqtisadi  inkişaf  səviyyəsi  müxtəlif  olan 

dövlətlər  arasında  da  iqtisadi  inteqrasiya  prosesini  zəruri  edir.  Məhz  bu  amillərin 

təsiri ilə beynəlxalq iqtisadi inteqrasiya proseslərinin gücləndirilməsi üçün müştərək 

müəssisələrin  yaradılması  və  bu  fəaliyyətin  genişləndirilməsi  meyli  daim 

artmaqdadır. 

Müşahidə    və    araşdırmalar    göstərir    ki,    müasir    dövrdə  bütün    dünyada,    o 

cümlədən  Azərbaycan  Respublikasında  müştərək  müəssisələrin təşkilinə  daha  çox  

rast  gəlinir. Azərbaycan Respublikasında müştərək müəssisələrin 14% iqtisadiyyatın 

aparıcı  sahəsi  olan  sənayedə  fəaliyyət  göstərir.Neft  layihələrinin  həyata  keçirilməsi 

üçün  2  mindən  artıq  Azərbaycan  vətəndaşının  çalışdığı  10  müştərək  müəssisə 

fəaliyyət  göstərir  ki,  onlar  tanınmış  xarici  şirkətlərlə  381  milyon  dollar  dəyərində 

müqavilə işləri almışlar[32].Azərbaycanda fəaliyyət göstərən müştərək  müəssisələrin 

inkişaf  dinamikasını  nəzərdən  keçirsək  görərik  ki,  son  illərdə  bu  tip  müəssisələrin 




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə