Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə3/24
tarix23.09.2018
ölçüsü1,45 Mb.
#70284
1   2   3   4   5   6   7   8   9   ...   24

 

-



 

Azərbaycanda müştərək sahibkarlığın inkişafına və xarici investisiyaların cəlb 

edilməsinə təsir edən iqtisadi, siyasi, sosial, hüquqi, təbii-coğrafi mühit amilləri geniş 

şəkildə tədqiq edilmiş, ölkədəki əlverişli investisiya mühitinin əhəmiyyəti  geniş izah 

olunmuşdur; 

-

 



Azərbaycanda  müştərək  sahibkarlığın  müasir  vəziyyəti,  ölkə  iqtisadiyyatına, 

həmçinin, müştərək sahibkarlığa xarici investisiya qoyuluşu dinamikasının illər üzrə 

geniş müqayisəli təhlini aparılmışdır; 

-

 



müştərək  müəssisələrə  xarici  investisiya  qoyuluşunun  iqtisadi  səmərəlilik 

göstəriciləri ətraflə tədqiq edilmiş və onların  yüksəldilməsi üzrə təklif və tövsiyələr 

işlənib hazırlanmışdır; 

-

 



Azərbaycan müştərək müəssisələrin iqtisadi inkişafı və onlara xarici investisiya 

qoyuluşu üzrə 2014-cü il baza ili götürülməkə 2015-2018-ci illəri əhatə edən proqnoz 

işlənib hazırlanmışdır.  

Tədqiqatın  praktiki  əhəmiyyəti  ondan ibrətdir ki, tədqiqatın əsas müddəaları, 

əsaslandırılmış  konkret  nəticə  və  təkliflər  Azərbaycanda  müştərək  müəssisələrin 

səmərəli 

inkişaf  etdirilməsi,  onların  fəaliyyətiin  iqtisadi  səmərəliliyinin 

yüksəldilməsi, 

müştərək 

sahibkarlığa 

investisiya 

qoyuluşu 

imkanlarının 

yüksəldilməsi,  əlverişli  investisiya  mühitinin  yaradılması  və  s.  istiqamətlərində 

istifadə edilə bilər. 

Dissertasiyada  irəli  sürülən  təkliflər  və  tövsiyələrdən  müştərək  müəssisələrə  yardım 

üzrə  tədbirlərin  işlənib  hazırlanmasında,  əlverişli  investisiya  mühitinin 

formalaşdırılmasında, habelə müvafiq elmi tədqiqatlarda, tədris prosesində, proqram 

və digər normativ-hüquqi sənədlərin hazırlanmasında və s. istifadə oluna bilər. 



 

 

 

 


 

1.FƏSIL: BAZAR MÜNASĠBƏTLƏRĠ ġƏRAĠTĠNDƏ MÜġTƏRƏK 



SAHĠBKARLIĞIN NƏZƏRĠ-METODOLOJĠ MƏSƏLƏLƏRĠ. 

 

1.1. Bazar münasibətləri Ģəraitində müĢtərək sahibkarlığın vəziyyəti və 

məzmunu 

Müasir  dövrümüzdə  dünya  dövlətləri  arasında  iqtisadi  inteqrasiya  prosesləri 

daha  da  yüksələn  xətt  üzrə  inkişaf  etməkdədir.  Dünya    iqtisadiyyatında    təsərrüfat  

həyatının    beynəlmiləlləşməsi  ölkələr    arasında    təkcə    əmtəə    və    işçi    qüvvəsinin  

deyil,  həm  də  kapitalın hərəkətini  gücləndirir və bu isə investisiya  əməkdaşlığının  

müxtəlif    formalarının    inkişafına    səbəb    olur.  İqtisadi  inteqrasiya  kapitalların 

birləşdirilməsi, istehsal-texniki əlaqələrin gücləndirilməsi, resurslardan birgə istifadə, 

əldə  olunan  idarəetmə  təcrübəsinin  bölüşdürülməsi  və  s.  kimi  məsələləri  özündə 

cəmləşdirən iqtisadi prosesdir. İqtisadi inteqrasiya həm ayrı-ayrı dövlətlər, həm də bu 

dövlətlərin  müəssisə  və  firmaları  səviyyəsində  təzahür  edir.  İqtisadi  inteqrasiya 

nəticəsində  formalaşan  istehsalın  beynəlxalq  kooperasiyasının  geniş  yayılmış 

formalarından biri də müştərək müəssisələrdir. Milli  iqtisadiyyatın  formalaşması  və  

inkişafı, beynəlxalq  iqtisadi  əməkdaşlığın,  onun  mühüm  forması  olan  müştərək  

sahibkarlığın    genişləndirilməsini    obyektiv    zərurətə    çevirməkdədir.  Beynəlxalq  

təsərrüfat  əlaqələrinin  formalaşmasında, milli iqtisadiyyatların dünya iqtisadiyyatına 

sıx inteqrasiya  olunmasında  müstəsna  rol oynayan  müştərək  sahibkarlıq  fəaliyyəti  

özbaşına  və  idarə  olunmaz  proses kimi  baş  vermir və  o  əslində  dövlətin  iqtisadi  

siyasətinin  önəmli  istiqaməti , bir qolu kimi  çıxış  edir.  

Məlumdur ki, dünya dövlətlərinin çoxu heçdə öz daxili tələbatlarını öz gücləri 

hesabına  ödəyə  bilmirlər.  Bu  onların  bir  çoxunun  zəngin  təbii  ehtiyyatlara  malik 

olmaması,  əlverişli  təbii-coğrafi  şəraitdə  yerləşməməsi,  elmi-texniki  tərəqqinin 

inkişafının lazımı səviyyədə olmaması, kifayət qədər peşəkar ixtisaslı kadrlara sahib 

olmaması  və  s  kimi  amillərlə  əlaqədardır.  Bu  kimi  amillər  isə  dünya  dövlətəri 

arasında istehsal, ticarət, elmi-texniki, kredit, satış və s. kimi sahələrdə kooperasiya 




 

əlaqələrinin  güclənməsini  bu  isə  öz  növnəsində  müştərək  müəssisələrin  yaradılması 



və inkişafını zəruri edir. 

Müştərək  müəssisənin  mahiyyəti  barədə təsəvvürə  malik  olmaq üçün,  hər  

şeydən   öncə,    müştərək    müəssisə   anlayışı    açıqlamaq,    dərk    etmək  lazım    gəlir.  

Qərb    ədəbiyyatlarında    müştərək    müəssisə    beynəlxalq    əməkdaşlığın    çoxcəhətli  

formalarına  daxil  olmaqla  istehsal  fəaliyyətinin  təşkilinin  xüsusi  hüquqi  forması  

kimi  səciyyələndirilir  və onların aşağıdakı səciyyəvi xüsusiyyətləri  göstərilir:  

-

 

müştərək    müəssisə    iki    və    daha    çox    tərəflərin    aktivlərinin    qismən 



bölüşdürülməsi,  yaxud  tərəfdaşlardan  hər  birinin öz kapital  payını qoyması  yolu  

ilə yaradılır və bu zaman tərəflər arasındakı   kapital  qoyuluşu adətən uzunmüddətli  

olur;  

-

 



müştərək    müəssisə    istehsal,    ticarət,    maliyyə,    elmi-tədqiqat    fəaliyyəti  ilə  

məşğul  ola  bilər;  

-

 

müştərək müəssisələrin idarə edilməsi zamanı tərəfdaşlar  arasında  idarəetmə  



ilə  bağlı  məsuliyyət və risklər  bölüşdürülür və bu zaman mənfəət  və  sahibkarlıq  

riski    tərəfdaşlar    arasında    onlardan    hər    birinin  kapital    qoyuluşunda    payına  

müvafiq    olaraq  bölüşdürülür;  

-

 



müştərək  sahibkarlıq  iştirakçıların  fəaliyyətinin  yalnız  bir  hissəsini əhatə  

edir;  


Müştərək  sahibkarlıq  dedikdə  tərəfdaşların  əsas  və  dövriyyə  kapitalının 

birləşdirilməsi, məhsul istehsalı, xidmət göstərilməsi nəticəsidə əldə olunan gəlirlərin 

bölüşdürülməsi,  müəssisənin  idarə  olunması  və  onun  fəaliyyəti  ilə  baglı  risklərin  

bölüşdürülməsi    əsasında  yaradılan  sahibkarlıq  forması  başa  düşülür.  Müştərək  

müəssisələrin    yaranma  tarixi    çox    qədim    olmasına    baxmayaraq,  indiyədək  

müştərək    müəssisə    məfhumunun    konkret    tərifi    verilməyib.  Bir  sıra  iqtisadçılar 

müştərək müəssisə anlayışına müxtəlif mövqelərdən yanaşırlar. Araşdırmalar göstərir 

ki,  «müştərək  müəssisə»  məfhumu  hələ  XVI  və  XVII  əsrlərdə  İngiltərədə  ticarətlə 

məşğul  olan  «Mercant  Vencers»,  «Centelmen  Advencers»  birliklərinə  şamil 

edilmişdir.  Qərb  ədəbiyatlarında  adətən  müştərək  müəssisə  anlamında  iki  termin 




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə