Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə4/24
tarix23.09.2018
ölçüsü1,45 Mb.
#70284
1   2   3   4   5   6   7   8   9   ...   24

10 

 

işlədilir:  “joint  venture”  və  “mixed  company”.  “Joint  venture”  Azərbaycan  dilində 



“müştərək  müəssisə”  mənasını  verir  və  birgə  fəaliyyətin  müxtəlif  formalarını,  o 

cümlədən firmalararası müqavilə əlaqələrini də özündə əks etdirir. “Mixed company” 

isə  Azərbaycan  dilində  “birgə  müəssisə”  mənasını  verir  və  məzmununa  görə 

“müştərək müəssisə” ilə eynidir. Eyni zamanda, araşdırmalardan aydın olur ki, “joint 

venture” və “mixed company” anlayışları  mülkiyyət formasına görə  müəyyən fərqə 

malikdir.  Belə  ki,  praktikada  xüsusi  mülkiyyət  əsasında  yaradılmış  müəssisələr, 

əsasən  “joint  venture”,  dövlətin  iştirakı  ilə  yaradılmış  müəssisələr  isə  “mixed 

company”  kimi  qəbul  edilir.  ”Joint  venture”  adətən  firmalararası  əməkdaşlığın 

müxtəlif formalarını ifadə edir  [ 11,səh 10-11 ]. 

Müasir qərb  ədədbiyyatlarında  həmçinin  müştərək  sahibkarlıq  müəssisələrarası 

əməkdaşlıgın  və  kooperasiyanın  təzahür  forması  kimi  qeyd  edilir.  Bəzi  iqtisadi 

ədəbiyyatlarda isə müəssisənin nizamnamə kapitalında xarici kapitalın iştirakına görə 

müəssisələri  milli,  müştərək  və  xarici  müəssisələrə  ayırırlar.  Azərbaycanın  mövcud 

qanunvericilik sənədlərində “birgə müəssisə”, “müştərək müəssisə” terminləri işlənsə 

də, onların dəqiq izahı verilməmiş və xarici kapitallı bütün müəssisələr qarışıq və ya 

müştərək  müəssisə  adlandırılmışdır.  Başqa  sözlə  desək,  belə  müəssisələr,  yalnız 

kapital  qoyuluşuna  görə  fərqləndirilmişdir.  Əslində  isə,  qeyd  edildiyi  kimi, 

müəssisələri  yalnız  bu  xüsusiyyətlə  fərqləndirmək  hər  zaman  dəqiq  nəticələrin  əldə 

edilməsinə imakn vermir. 

Bir sıra qərb iqtisadçıları isə müştərək müəssisələrin  səciyyəvi xüsusiyyətlərinin 

müəyyənləşdirilməsində  kəmiyyət  parametrlərinə  də  üstünlük  verirlər.  Belə  ki, 

iqtisadçı alim L.Franko iştirakçılann payı 5 faizdən 95 faizə qədər olan müəssisələri 

müştərək  müəssisə  hesab  edir.  “Müştərək  müəssisə”lərin  kəmiyyət  parametrlərinin 

araşdırılmasında  onların  birbaşa  İnvestisiya  və  ya  portfel  investisiya  əsasında 

yaradılması  da  mühüm  əhəmiyyət  kəsb  edir.  Belə  ki,  bəzi  iqtisadi  ədəbiyyatlarda 

müştərək  müəssisələr,  məhz  birbaşa  investisiyaların  bir  forması  hesab  edilir.  Digər 

iqtisadçılar  isə  xarici  investorun  portfel  investisiya  şəklində  iştirakı  ilə  yaradılan 

passiv müştərək müəssisə ilə xarici investorun birbaşa investisiya şəklində iştirakı ilə 




11 

 

yaradılan  aktiv  müştərək  müəssisələri  fərqləndirirlər.  Birbaşa  investisiya  portfel 



investisiyasından  fərqli  olaraq  müəssisənin  fəaliyyətinə  və  idarə  edilməsinə  birbaşa 

təsir etmək imkanı verdiyi üçün, belə müəssisələr aktiv müştərək müəssisə kimi qəbul 

edilir[ 5, s 143-144]. 

Müşahidələr göstərir ki, iqtisadi ədəbiyyatlarda müştərək müəssisələrin əsas iki 

tipi  göstərilir.  Məsələn,  İtaliya  iqtisadçısı  A.Folo  istehsal,  ticarət,  maliyyə,  elmi 

tədqiqat fəaliyyəti ilə məşğul ola bilən müştərək müəssisələrin səhmdar və müqavilə 

əsasında yaradılan iki tipini fərqləndirir. Çin təcrübəsində də müştərək müəssisələrin 

iki  tipinə  təsadüf  edilir.  Onlardan  biri  paylı,  digəri  isə  kontrakt  (müqavilə  və  ya 

razılaşma)  müştərək  müəssisələri  adlanır.  Təşkilati        nöqteyi-nəzərdən        müştərək    

müəssislər istər  bir, istərsə də çox zavodlu (fabrikli) ola bilər. Qeyd  etmək  lazımdır  

ki,  beynəlxalq iqtisadi münasibətlərdə iştirak edən birzavodlu müəssisələr  qrupunda  

-  kiçik,  orta  və  iri  müəssisələr  vardır,  çoxzavodlu  müəssisələr  qrupunda  –  trestlər,  

konsernlər  və  digər  istehsal  birlikləri  iştirak  edirlər. Müştərək  müəssisələrin  bu  

forması xarici investorları cəlb etməklə, mütərəqqi  avadanlıq, qabaqcıl texnologiya  

və idarəetmə  təcrübəsi əldə etmək  üçün  xüsusi  əhəmiyyət  kəsb  edir. 

Müştərək  müəssisələr  ayrılıqda  iqtisadi  vahid  kimi  milli  təsərrüfatçılıq 

sistemində  və  bütünlükdə  dünya  iqtisadiyyatında  özünün  xüsusiyyət  və  səciyyəvi 

cizgilərinə  malikdir.  Müştərək  müəssisələri  müəyyən  meyarlar  üzrə  (məsələn, 

əməkdaşların  bərabərliyi,  onun  yerləşmə  yeri,  idarəetməyə  tərəflərin  təsiri,  təşkilati 

quruluşu  və  s.)  nəzərdən  keçirtmək  məqsədəuyğundur.  Beləliklə,  müştərək 

müəssisələr təsnifatını aşağıdakı kimi təsvir etmək olar (cədvəl 1.1). 

Ümumilikdə  isə,  istər  ayrı-ayn  ölkələrin  təcrübəsindən,  istərsə  də  müxtəlif 

iqtisadçı  alimlərin  fikirlərindən  belə  nəticəyə  gəlmək  mümkündür  ki,  müştərək 

müəssisələr  birgə  kapital,  birgə  idarəetmə,  eləcə  də  mənfəət  və  risklərin,  idarəetmə 

prosesinin  bölüşdürülməsi  əsasında  yaradılır.  Bu  tip  müəssisələrin  fəaliyyətinin 

əsasını tərəflər arasında texnoloji və emosianal əməkdaşlıq təşkil edir. 

 

 



12 

 

 



(Cədvəl 1.1) 

MüĢtərək müəssisələrin təsnifatı. 

Meyarlar 

Adı 

Mahiyyəti 

ƏməkdaĢlığın 

komplektivliyi 

üzrə 

Bərabərlik 

(ədalətli MM)

 

Hüquqi mənada MM-in təsisçilərinə maliyyə riski



idarəetmə,qəbul edilən məsələlərin həllində ümumi 

cavabdehlik xasdır 

Müqavilə üzrə 

MM

 



Xərclərin riskin bölüşməsinə müəssisə əməkdaşlıq haqqında 

müqavilə bağlıdır. 



YerləĢmə yerinə 

görə 

Ölkə MM 


Partnyorlar bir ölkədən olurlar. Layihələr bir ölkə 

çərçivəsində yerli, regional və milli səciyyə daşıyırlar. 

Beynəlxalq

 

MM



 

Partnyorlar müxtəlif ölkələrdən olurlar. 



Ġqtisadi 

mərhələlərin əlaqə 

növlərinə görə 

Üfuqi MM 

Eyni cür istehsalat və ya ticarət mərhələlərinin 

birləşməsi(inteqrasiyası)

 

Şaquli MM 



Ardıcıl istehsalat və ya ticarət mərhələlərinin birləşməsi 

(inteqrasiyası) 

Diaqonal MM

 

Müxtəlif sahələrin, müəssisələrin kooperasiyası və ya 



müxtəlif istehsal və ticarət mərhələlərinin birləşməsi 

Ġdarəetməyə 

təsirinə görə

 

Bərabər 


hüquqlu MM 

MM-nin bərabər idarə edilməsi. Tərəfdaşlar qərar qəbulunda 

təsir göstərməkdə bərabər hüquqa malikdirlər.

 

Asimmetrik



 

MM

 



Partnyorlarlardan birinin təsiri üstünlük təşkil edir və müxtəlif 

məsələlər üzrə müəssisə qeyri-bərabər idarə edilir.

 

TəĢkilati 

quruluĢuna görə 

Birzavodlu 

 Tərkibində kiçik,  orta  və  iri  müəssisələr  vardır 

Çoxzavodlu 

Tərkibinə trestlər,  konsernlər  və  digər  istehsal  birlikləri 

daxildir. Bu  forma MM-lər  üçün    mütərəqqi  avadanlıq,  

qabaqcıl  texnologiya  və idarəetmə  təcrübəsi  xarakterikdir. 

Mənbə: Cədvəl müəllif tərəfindən tərtib edilmişdir( 17, s 17-19; 3,s 101 ). 

Müştərək müəssisələr, onların xaraktrik xüsusiyyətləri bir sıra nüfuzlu təşkilatlar 

tərəfindən  də  araşdırılmış  onların  mahiyyətinə  dair  müxtəlif  yanaşmalar  irəli 



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə