Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə5/24
tarix23.09.2018
ölçüsü1,45 Mb.
#70284
1   2   3   4   5   6   7   8   9   ...   24

13 

 

sürülmüşdür.  Birləşmiş  Millətlər  Təşkilatının  (BMT)  Avropa  İqtisadi  Komissiyası 



tərəfindən müştərək müəssisələr aşağıdakı kimi təsnifləşdirilmişdir [11,səh 12-13 ] : 

-

 



sahibkarlıq  fəliyyəti  göstərmək  üçün  tərəflər  arasında  ikitərəfli  sazişin 

bağlanılması, 

-

 

qarşıya  qoyduqları  məqsədlərinə  çatmaq  üçün  tərəflərin  öz pul  vəsaitlərindən, 



idarəetmə təcrübəsindən birgə istifadəsinin təmin olunması, 

-

 



məqsədlərə nail olmaq üçün müstəqil idarəetmə orqanının yaradılması, 

-

 



istər  qazancın  istərsədə  itkilərin  tərəflərin  qoyduqları  paya  uyğun  faiz 

nisbətində bölüşdürülməsinin təmin olunması və s. 

Müştərək sahibkarlığın inkişafı ölkəyə böyük həcmdə investisiya cəlb eyməyə, 

xarici tərəfkeşin bazarından faydalanmağa, iqtisadiyyatda diversifikasiya probleminin 

həllinə kömək edir. 

«Müştərək  müəssisə–milli  iqtisadiyyatın  inkişafında  investisiya  qoyuluşunda  

iştirak    edən    yerli    və    xarici    hüquqi    şəxslər    və    ya    fiziki  şəxslər    arasında  

bağlanmış    saziş    əsasında    məhsulun    istehsalı    və    satışı,    işlər  görülməsi    və  

xidmətlər    göstərilməsi    üçün    yaradılan    təsərrüfat    subyektidir».  Müştərək  

müəssisələr        nizamnamə        kapitalı    milli        və        xarici        kapitalın  hesabına 

formalaşan    təsərrüfat    subyektləridir. Müştərək  müəssisələrin  xüsusiyyətlərinə  

iki  və  daha  çox  tərəfdaş  arasında  müqavilənin  mövcudluğu,  hər  bir  tərəfdaşın  

pay  və  iştirak  formasının müəyyən  olunması,  sahibkar  fəaliyyətindəki  maraqların  

ümumiliyi,    müştərək    müəssisə    üzərində    nəzarəti    təmin    edən    payın    müəyyən  

edilməsi,    hər    bir  tərəfdaşın    iştirak    payına    uyğun    olaraq    məsuliyyətlərin  

məhdudlaşdırılması və  müəssisənin  fəaliyyəti  nəticəsində  əldə  edilən  mənfəətin  

müəyyən hissəsini  almaq  hüququ,  fəaliyyət  müddətinin  (məhdud  və  ya  qeyri-

məhdud)  müəyyən    olunması    aiddir.  Müştərək    müəssisələr    birgə    kapital,    bir  

idarəetmə,    mənfəət    və    risklərin  bölüşdürülməsi    əsasında    yaradılır.    Müştərək  

müəssisələrin    nizamnamə  fondu    tərəfdaşların    vəsaitləri    hesabına    formalaşır    və  

həm    idarəetmə,    həm    də  mənfəət    və    riskin    bölüşdürülməsi    bu    paya    uyğun  

həyata  keçirilir. Heç  təsadüfi  deyildir  ki,  hər  vəziyyətdə  xarici  investor   yerli  




14 

 

şəraitə    və    bazara    uyğunlaşır  və    az    kapital    sərfi    ilə    risk    edir.    Müştərək  



müəssisələrin  bu  forması  xarici    investorları  cəlb  etməklə,  mütərəqqi  avadanlıq,  

qabaqcıl  texnologiya  və idarəetmə  təcrübəsi  əldə  etmək  üçün  xüsusi  əhəmiyyət  

kəsb  edir. 

Müştərək    müəssisənin    sosial-iqtisadi    mahiyyəti    tərəfdaşların    texnoloji  və  

emosional    əməkdaşlığı    ilə    müəyyən    olunur.    Əməkdaşlığın    texnoloji    tərəfi 

tərəfdaşların    birgə    sərmayə    qoyuluşlarında    öz    əksini    tapır.    Xarici    investor 

müştərək    müəssisənin    yaradılması    üçün    adətən    yeni    texnika    və    texnologiya, 

ixtisaslı    kadrlar,    uzunmüddətli    kreditlər    cəlb    edir,    milli    investor    isə    torpaq 

sahəsi    verir,    işçi    qüvvəsi,    tikinti    materialları    və    xammalı    cəlb    edir.  

Əməkdaşlığın    emosional    tərəfi    isə    müəssisənin    səmərəli    fəaliyyəti    üçün  

tərəfdaşların    səylərini    birləşdirməsində    öz    əksini    tapır.  Müştərək    müəssisəni  

yaradan  tərəflərin  məqsədləri  üç  əsas  kateqoriyaya  bölünür[ 17, səh 35]:   

-

 

zəruri  istehsal  resursların  əldə  olunması;  



-

 

bazar  motivləri



-

 

riskin  bölüşdürülməsi.  



Tərəfdaşların  öz  istehsal  və  ya  bazar  potensialını  səmərəli  reallaşdırmaq  

üçün  bu  və  ya  digər  resurs  növünə  çatışmazlığı  çox  vaxt  müştərək müəssisənin  

yaradılması  üçün  əsas  olur.  Bu  resurslara  maliyyə  vəsaitləri, istehsal    gücləri,    

xammal və materiallar, texnologiya, patentlər, idarəetmə kadrları,  informasiya,  nou-

hau  və  s.  aid  ola  bilər. Müştərək  müəssisənin  yaradılması  xarici  investora  yerli  

tərəfdaşların köməyilə  ölkənin  iqtisadi  və  siyasi  vəziyyəti  haqqında  informasiya  

almaq, dövlət  orqanları  və  yerli  istehsalçılarla  əlaqə  yaratmaq,  yerli  xammaldan, 

maliyyə  mənbələrindən,  işçi  qüvvəsindən,  yerli  tərəfdaşın  istehsal  güclərindən  

istifadə    etmək    kimi    üstünlüklər    verir.    Yerli    tərəfdaşlar    isə    əlavə    maliyyə  

resursları,    yeni    texnika    və    texnologiya,    idarəetmə    təcrübəsi    cəlb    etməklə  

istehsal  olunan  məhsulun  rəqabətqabiliyyətini  artırmaq  imkanına malik  olur. 

Beləliklə,  müştərək  müəssisənin  üstünlüyü  onun  yaradılması  üçün  birbirini  

tamamlayan  və  qarşılıqlı  səmərəli  iqtisadi  resursların  cəlb  edilməsi  ilə müəyyən  



15 

 

olunur. Müştərək  müəssisə  yerli  bazara  daxil  olan  vasitəsi  kimi  xarici  investora  



daha    geniş    informasiya    bazası,    əlaqə    şəbəkəsi    əldə    etməyə    və    daxili  bazarı    

qiymətləndirməyə,    yerli    istehlakçıların    zövq    və    meyilləri    haqqında  məlumat  

toplamağa,  istehlakçılara  xidmət  göstərməyə  imkan  verir.  Digər tərəfdən  xarici  

investor  yetkin  texnika  və  texnologiyanı  və  məhsul  istehsalını  inkişaf    etməkdə  

olan  ölkələrə  keçirməklə  kapitalın  dövriyyə  müddətini  artırmış  olur.   

Müştərək müəssisələrin yaradılması istər yerli tərəfdaş, istərsə də xarici investor 

üçün  bir  sıra  üstünlüklər  verir.  Belə  ki,  müştərək    müəssisənin    yaradılması    milli  

investorun    xarici    təchizatçı    və    istehlakçılarla    təsərrüfat    əlaqələri    yaratmasına,  

yerli  bazarı daha  tez  mənimsəməsinə  xarici  investorun  satışını  istifadə  edərək  

xarici bazarlara  çıxmasına,  xarici  marketinq  təcrübəsinə  yiyələnməsinə  müsbət 

təsir  göstərir.   Müştərək  müəssisələrin  yaradılması  xarici  yerli  şərait  və  bazar  

haqqında  yerli  tərəfdaşın  biliklərindən  istifadə  edərək  həmin  ölkə  bazarında  az 

xərclə   möhkəmlənməyə   imkan  verir.  Bu  özünü  alıcılarla,  xammal   və  resurs 

təminatı,  işçi  qüvvəsindən  istifadə  və  s.  ilə  əlaqədar  əməkdaşlıq  nəticəsində 

istehsal və tədavül xərclərinin azalmasında,  kapitalın  dövriyyə  sürətinin artmasında  

göstərir.  Milli  tərəfdaşların  müştərək  müəssisədə  iştirakı  xarici tərəfdaşların  yerli  

bazarın  qeyri - sabitliyi  və  onunla  tanışlıq  dərəcəsinin  az olması  ilə  əlaqədar  

təsərrüfat    risklərini    xeyli  azaldır.  Ümumi    kapital  qoyuluşlarının  bölüşdürülməsi  

nəticəsində  bununla   bağlı  risklər  azalır. Beləliklə,  yaradılma  motivlərindən  asılı  

olmayaraq  müştərək  müəssisə tərəfdaşların  ayrı-ayrılıqda  imkanı  xaricində  olan  

işgüzar və  iqtisadi  məqsədlərin   birgə   fəaliyyətlə    əldə  edilməsi  vasitəsidir[17, səh 

41-43].  

Müştərək  müəssisə  yeni    istehsala    başlamaq    üçün    ilkin    şəraitini    xeyli 

yaxşılaşdırsa da, təsisçilərin siyasi, iqtisadi və milli maraqları onların  yaradılmasında  

və  fəaliyyətində  bəzən  mürəkkəb  və  ziddiyyətli  münasibətlərin əmələ  gəlməsinə  

gətirib    çıxarır.    Belə    münasibətlər,    ilk    növbədə,    tərəfdaşların    məqsədlərindən  

asılıdır.  Onların  yaradılması  və  fəaliyyəti  prosesində tərəfdaşların  rəqabət  aparan  

məqsədləri  mövcud  olur.  Bunun  nəticəsində  xarici  investor  mütərəqqi  texnika  




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə