Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə6/24
tarix23.09.2018
ölçüsü1,45 Mb.
#70284
1   2   3   4   5   6   7   8   9   ...   24

16 

 

və  texnologiyanın,  nou-hauların,  idarəetmə  və  marketinq  təcrübəsinin  verilməsini  



minimumlaşdırmağa,  yerli tərəfdaşlar isə maksimumlaşdırmağa  cəhd  edirlər  ki,  bu  

da  müştərək  müəssisələrin  səmərəli fəaliyyətinə  mane  olur. 

Müştərək  müəssisələrin  fəaliyyətinin  mühüm    məsələlərindən  biri  məhsulun  

reallaşdırılması ilə  əlaqədardır.  Əgər  xarici  investorun  əsas məqsədi  yerli  bazarda  

möhkəmlənməkdirsə, milli tərəfdaş  isə məhsul ixracına çalışarsa, bu cür  mənafelərin  

toqquşması    müəssisənin    fəaliyyətinə    mənfi    təsir    göstərir.    Digər    ziddiyyətlər  

istehsalın  genişləndirilməsinə  zəruriyyət  yarandıqda  əlavə  kapital qoyuluşlarının  

həyata  keçirilməsi  ilə  əlaqədardır.  Bir  tərəfdən,  müştərək müəssisənin  iqtisadi  

səmərəliliyini  artırmaq  üçün  əlavə  kapital  qoyuluşlarına zərurət  yaranır,  digər  

tərəfdən,  onun  sərbəst  əmtəə  istehsalçısına  çevrilməsi tərəfdaşlar  tərəfindən  əlavə  

kapital qoyuluşlarının  həyata  keçirilməsini  məhdudlaşdırır.  Beləliklə,  tərəfdaşların  

məqsədlərindəki  ziddiyyətin  olmaması  müştərək  müəssisənin  yaradılması  və  

səmərəli  fəaliyyəti  üçün  əsas  şərtdir [17, səh 25-26 ]. 

Müştərək  müəssisələrin  milli  iqtisadiyyatın  səmərəliliyi  nöqteyi-nəzərindən  

yaradılması    onun    ölkənin    iqtisadi    sisteminə    daha    səmərəli    daxil    olması  

baxımından  qiymətləndirilməlidir.  Bu  məqsədə  o  vaxt  çatmaq  olar  ki, müştərək  

müəssisələrin    formalaşması    və    inkişafı    milli    iqtisadiyyatın    və  ölkədə  

sahibkarlığın    inkişaf    strategiyası    ilə    üzvi    surətdə    əlaqələndirilir,    həmçinin  

müştərək  müəssisələrin  inkişafı  üçün  cəlb  edilmiş  xarici  investisiyalar dərin təhlil 

edilir.  

 

 

1.2. MüĢtərək müəssisələrin səmərəliliyinin qiymətləndirilməsi  



 

Qloballaşma və inteqrasiya proseslərinin sürətlənməsi və bu prosesədən kənarda 

inkişafın  qeyri-mümkünlüyü,  vəsait  çatışmazlığı  və  təcrübə  mübadiləsi  kimi 

zərurətlər  müştərək  fəaliyyətin  göstərilməsini,  xarici  investisiyalı  müştərək  və  ya 




17 

 

birgə  müəssisələrin  formalaşdırılmasım  gündəlik  həyatın  ayrılmaz  tərkib  hissəsinə, 



eləcə  də  uzunmüddətli  dinamik  inkişafın  və  iqtisadi  təhlükəsizliyin  başlıca  amilinə 

çevirmişdir.  Bu  baxımdan  da,  müştərək  fəaliyyətin  səmərəli  təşkili,  müştərək 

müəssisələrin iqtisadi səmərəliliyinin müəyyən edilməsi, müvafiq qiymətləndirmə və 

təhlilllərin aparılması çox vacibdir. Bu həm də ondan irəli gəlir ki, bu səmərə, artıq 

ümumilikdə  milli  təsərrüfatın  səmərəliliyini,  ölkədə  mövcud  sosial-iqtisadi  durumu 

xarakterizə edən bir göstərici kimi qəbul olunur. 

Tədqiqatlar  göstərir  ki,  1990-cı  illərin  axırlarında  Rusiyada  müştərək 

müəssisənin yaradılması, orta hesabla, 50-60 faiz yeni məhsul buraxılışının dəyərini 

aşağı  salmağa,  bunun  üçün  lazım  olan  vaxtı  1-1,5  il  azaltmağa,  xarici  tərəfdaşın 

istehsal etdiyi məhsulun keyfiyyət səviyyəsinin 93-99 %-ə çatdırmağa və müəssisənin 

mənfəətini  70-80  %  artırmağa  imkan  vermişdir  [29,  səh  175;  203].  Ümumiyyətlə, 

əksər  ölkələrin  təcrübəsində,  milli  və  dövlətçilik  prinsipləri  nəzərə  alınmaqla, 

müştərək  fəliyyətin  təşkili  bir  çox  iqtisadi  uğurlarla  müşayiət  olunmuşdur.  Qeyd 

olunduğu kimi, bu, milli tərəfdaşın texniki və texnoloji inkişafında, özünü daha çox 

büruzə  verir.  Belə  ki,  müştərək  müəssisənin  yaradılması  yolu  ilə  texnika  və 

texnologiyanın,  idarəetmə  təcrübəsinin  və  s.  ölkə  iqtisadiyyatına  cəlb  olunması, 

əsasən, aşağıdakı formalarda həyata keçirilir [4,səh 18-19 ]:  

 



müştərək müəssisənin təsisçisi olan xarici tərəfdaş patentə və ya “nou-hau”ya 

görə müştərək müəssisəyə lisenziyanı satır. Lisenziya müqaviləsinin vaxtı bitdikdən 

sonra  müştərək  müəssisə  əldə  ediiən  texnologiyadan  istifadə  etmək  və  onu 

təkmilləşdirmək hüququna malik olur

 

müştərək  müəssisənin  təsisçisi  xarici  firmadan  patentləşdirilmiş  texnologiya 



alır. Texnologiyanın bu üsulla verilməsi adətən, yığma əməliyyatları ilə, xammal və 

materialların emalı  ilə məşğul olan müştərək müəssisələrdə istifadə edilir. Bu halda 

istehsal prosesinin təşkili üçün texnologiya ilə yanaşı avadanlıq da idxal edilir

 



xarici  investor  mülkiyyət  hüququnu  müştərək  müəssisənin  nizamnamə 

kapitalına  öz  payı  kimi  təqdim  edir.  Bu  forma  texnologiyanın  əldə  edilməsinin  ən 

mürəkkəb formasıdır.  



18 

 

Xarici  partntor  iştirakı  ilə  müştərək    müəssisələrin  yaradılmasının  yuxarıda 



sadlanan  müsbət  cəhətləri  ilə  yanaşı  mənfi  cəhətləri  də  vardır.Bu  mənfi  cəhətləri 

aşağıdakılardır: 

 

xarici  tərəfdaşların  müəssisənin  uğursuzluğuna  görə  məsuliyyət  dərəcəsi 



texnoloji  hissədəki  pay  səviyyəsindən  asılıdır  və  texnoloji  hissənin  payı  artdıqca, 

onların məsuliyyəti də azalır. Çünki belə halda xarici tərəfdaş, yalnız texnologiyanın 

tətbiq miqyasının genişlənməsindən əldə etdiyi gəlirin itirilməsi təhlükəsi ilə üzləşir; 

 



müştərək  müəssisədə  texnoloji  hissənin  payı  nə  qədər  çoxdursa,  xarici 

investorun,  maddi-texniki  bazanın,  xüsusilə  maliyyə  resurslarının  formalaşmasında 

iştirakı da bir o qədər azdır. 

Qeyd  olunduğu  kimi,  müştərək  müəssisələrin  yaradılması  milli  iqtisadiyyata 

müəyyən  müsbət  təsirlərlə  xarakterizə  olunur.  Bütün  bunlarla  yanaşı,  təbii  ki, 

müştərək  müəssisələrin  özünün  də  fəaliyyətinin  səmərəliliyi  xüsusi  əhəmiyyət  kəsb 

edir. 

Müştərək  biznesin  yaradılmasında  ictimai  mənafe  və  tərəfdaşların  oxşar  və 



fərqli  məqsədləri  rol  oynayır  və  bunlar  birlikdə  ziddiyyətli  sistem  yaradırlar. 

Belə  bir  vəziyyətdə  müştərək  müəssisələrin  fəaliyyətinin  uğurlu  alınması  bilvasitə 

onun  təsisçilərinin  maraq  və  mənafelərinin  uzlaşmasından  asılıdır.  Bu    baxımdan  

müştərək    biznes  fəaliyyətinin  əsas  məqsədi,  bilavasitə,  onun  təsisçilərinin  maddi 

rifahının    yüksəldilməsindən    ibarətdir  və  hər  bir  təsisçi  də  öz  mənafelərini    tam  

reallaşdırmağa    çalışır.    Eyni    zamanda,    dövlətin    əsas    məqsədi  tənzimləmə  

vasitələrindən  istifadə  edərək  ölkədə  iqtisadi  inkişafa  nail olmaqdan  və  əhalinin  

maddi    rifahının    yüksəldilməsindən    ibarətdir.Bu  baxımdan  da,  müştərək 

müəssisələrin  yaradılmasının  iqtisadi  səmərəliliyi  də,  məhz  sözügedən  məqsədlərin 

vəhdətindən  bilavasitə  asılıdır.  Bütün  bunlar  müştərək  müəssisənin  səmərəliliyini 

müəyyən edir ki, bu da aşağıdakı şəkildə göstərilmişdir (Sxem 1.1). 

Müştərək    biznesin    yaradılması    və    fəaliyyətinin    iqtisadi    səmərəliliyinin 

qiymətləndirilməsi  zamanı  ona  makroiqtisadi    və    mikroiqtisadi    səviyyədə  

baxılmalıdır.   




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə