Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə8/24
tarix23.09.2018
ölçüsü1,45 Mb.
#70284
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

22 

 

səviyyəsindən 7 dəfəyə yaxın,kapital qoyuluşlarının səmərəliliyin isə 2 dəfədən çox 



artmışdır [4,səh 40 ]. 

Ümumiyyətlə, adından da göründüyü ki, müştərək fəaliyyət bütün tərəflər üçün 

səmərəli olmalıdır.Müştərək müəssisələrin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi 

zamanı ayrı ayrı  tərəfdaşların da iqtisadi səmərəliliyini ayrı-ayrılıqda nəzərə almaq 

lazımdır.  Milli  tərəfdaşlar  üçün  iqtisadi  səmərəlilik  mühüm  əhəmiyyət  kəsb  edir. 

Çünki  milli  tərəfin  iqtisadi  fəaliyyətdən  əldə  etdiyi  səmərə  müştərək  müəssisənin 

fəaliyyətindən daha çox asılıdır.  

Müştərək  müəssisələrin  yaradılması  zamanı  əldə  edilən  səmərə  həm  birbaşa 

həmdə  dolayı  yolla  əldə  edilir.  Birbaşa  iqtisadi  səmərə  müştərək  müəssisənin 

fəaliyyətinin iqtisadi səmərəliliyi ilə əlaqədardır. Dolayı iqtisadi səmərə isə istehsalın 

həcminin  və  satış  bazasının  genişləndirilməsi,yetkin  texnika  və  texnologiyaların, 

idarəetmə  metodlarının  tətbiqi,  yetkin  məhsul  istehsalı  və  satışı  ilə  həmçinin  həyat 

tsiklinin  uzadılması  ilə  əlaqədardır.  Çünki  həmin  məhsul  ikişaf  etmiş  ölkələrdə 

köhnəlmiş  olsa  da,inkişaf  etməkdə  olan  ölkələrdə  bazar  üçün  təzə  ola  bilər.Bu 

baxımdan  müştərək  müəssisələrin  istehsal  etdiyi  məhsulun  keyfiyyət  məsələsinin 

təhlili  mühüm  əhəmiyyət  kəsb  edir.Məsələn,  Çinin  Quandun  əyalətində  xarici 

kapitalın iştirakı ilə yaradılan müəssisələrin istehsal etdiyi məhsulların 18 faizi 70-80-

cı  illərin  beynəlxalq  səviyyəsinə  uyğun  gəlir  və  xarici  bazarlarda  rəqabət 

qabiliyyətinə malikdir, 65 % məhsullar 60-70-ci illər səviyyəsinə uyğundur və yalnız 

daxili bazarda reallaşdırıla bilər, 17 % məhsul isə 40-50-ci illər səviyyəsinə uyğundur 

və  daxili  bazarda  çətin  satılır.  Müşahidələr  göstərir  ki,  investisiya  qoyuluşları,  o 

cümlədən  xarici  investisiyaların  səmərəliliyi  baxımından  mühüm  məsələ 

investisiyanın sahə və ərazi quruluşudur.Təcrübə göstərir ki xarici investisiya ən çox 

ölkənin  inkişaf  etmiş  rayonlarına  və  qeyri-istehsal  sahələrinə  yönəldilir.Məsələn 

Çində  xarici  investisiyanın  80  faizi  inkişaf  etmiş  rayonlara  və  50  faizdən  çoxu  isə 

qeyri-istehsal sahələrinə yönəldilir[4,səh 40-41 ]. 

 

 



23 

 

 



1.3. MüĢtərək müəssisələrin səmərəliliyini xarakterizə edən göstəricilər 

Son  zamanlarda  iqtisadi  inteqrasiya  əlaqələrinin  güclənməasi,  kapitalın 

beynəlxalq  axınının  daha  da  genişlənməsi  istər  dünya  miqyasında,  istərsə  də 

Azərbaycanda  müştərək  müəssisələrin  fəaliyyət  dairəsinin  genişlənməsinə,  onların 

ölkənin  istər  makroiqtisadi,  istərsədə  mikroiqtisadi  göstəricilər  sistemində  xüsusi 

çəkisinin  artmasına  səbəb  olmuşdur.  Belə  bir  şəraitdə  bu  tip  müəssisələrin 

fəaliyyətinin  geniş  şəkildə  araşdırılmasına,  onların  fəaliyyətinin  səmərəlilik 

göstəricilərinin  tədqiqinə  zərurət  yaranır.  Təkcə  onu  demək  kifayətdir  ki,  

Azərbaycan  Respublikası  İqtisadiyyat  nazirliyinin  məlumatına əsasən  2016-cı  ilin 1 

yanvar  tarixinə  kimi  ölkəmizdə  qeydiyyata  alınmış  100  325  hüquqi  şəxsin  10646-sı 

dövlət  mülkiyyətinə,  87985-i  xüsusi  mülkiyyətə  1694-ü  isə  bələdiyyə  mülkiyyətinə 

mənsub  olmuşdur. Xüsusi  mülkiyyətli  müəssisələrin  tərkibində  onlardan  5781-i  tam 

xarici investisiyalı, 1850-si müştərək müəssisələrdir (Diaqram 1.1). 

( Diaqram 1.1) 



Azərbaycan müĢtərək müəssisələrinin cəmi müəssisələrin içərisində xüsusi cəkisi(2016-cı il) 

 

Mənbə:Azərbaycan respublikasının İqtisadiyyat nazirliyinin saytındskı (

www.economy.gov.az

) 

məlumatlar əsasında müəllif tərəfindən hazırlanmışdır. 

Xüsusi m. 

87985 

Dövlət m. 



10646 

Bələdiyyə 

m. 1694 

Cəmi müəssisələr 

Digər 


xüsusi m. 

91% 


Müştərək 

m. 


2% 

Xarici 


investisiy

alı m. 


7% 

Xüsusi müəssisələr 


24 

 

 Yuxarıdakı  sxemdən  də  göründüyü  kimi  son  zamanlarda  müştərək 



müəssisələrin  xüsusi  çəkisinin  nəzərə  çarpacaq  dərəcədə  artması  onların 

iqtisadiyyatda  oynadığı  rolu  dahada  artırmaqla  fəaliyyətinin  iqtisadi  səmərliliyinin 

artırılması  istiqamətində  tədbirlərin  görülməsini  vacib  amilə  çevirir.  Müştərək 

müəssisələrin  fəaliyyətinin  iqtisadi  səmərəliliyinin  qitmətləndirilməsi  üçün  müxtəlif 

göstəricilər  sistemindən  istifadə  edilir.  Müştərək  müəssisələrin  fəaliyyətinin  iqtisadi 

səmərəliliyinin  artırılması  üçün  istifadə  edilən  xüsusi  göstəricilər  sistemi  ilə  daha 

yaxından tanış olaq. 

İqtisadi  ədəbiyyatlardan  aydın  olur  ki,  müştərək  müəssisələrin  fəaliyyətinin 

iqtisadi  səmərəliliyi  konkret  göstəricilərlə  deyil,  ümumilikdə  göstəricilər  sistemi  ilə 

qiymətləndirilir.  Müştərək  müəssisələrin  iqtisadi  səmərəliliyi  bir  sira  göstəricilər 

sistemi  ilə  qiymətləndirlə  bilər.  Müştərək    biznesin    yaradılması    və    fəaliyyətinin  

iqtisadi    səmərəliliyinin    qiymətləndirilməsi    metodikası    aşağıdakı    məsələlərin  

həllinə  imkan  verir[ 3, səh 109]:  

 



müştərək    biznesin    yaradılması    və    fəaliyyətinin    makroiqtisadi  

səmərəliliyinin  müəyyən  olunmasına; 

 

müştərək        biznesdə        milli        tərəfdaşın            iştirakının        iqtisadi    



səmərəliliyinin  müəyyən  olunmasına;  

 



müştərək    biznesdə    xarici    tərəfdaşın    iştirakının    iqtisadi    səmərəliliyinin  

qiymətləndirilməsinə; 

 

müştərək  biznesin  yaradılması  üçün  layihələrin  mümkün  variantlarından  



ən  optimalının  seçilməsinə.  

Nəzəri yanaşmalara əsasən belə nəticəyə gəlmək mümkündür ki, məhsul və ya 

xidmətlərin  reallaşdmlmasından  əldə  olunan  mənfəəti  hər  hansı  müştərək 

müəssisənin  təsərrüfat  fəaliyyətinin  nəticəsi  kimi  qəbul  edilə  bilər.  Səmərəliliyin 

qiymətləndirilməsinin  ilk  addımı  kimi  zəruri  göstərirci  olan  məhsulunun 

reallaşdırılmasından  əldə  olunan  mənfəətidir.  Müştərək  müəssisənin  1  ilində 




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə