54
istiqamətlərində investisiya qoyuluşu və risk səviyyəsinin müqayisə edilməsini
nəzərdə tutur. Sosial gəlir norması isə ictimai xeyri göstərir, başqa sözlə desək,
burada maliyyə maraqlarından başqa sosial, ekoloji tələblər və prioritetlər nəzərə
alınacaqdır.Biznesin
strategiyasında investisiya
layihələrinin
səmərəliyinin
qiymətləndirilməsində istifadə olunan prinsiplər bunlardan ibarətdir[13,səh 144-145]:
1. Biznesin strategiyasının layihəsinin həyata keçirilməsi prosesinda təmiz gəlir
və amortizasiya ayırmaları hesabında formalaşan, layihədən gələn pul axının
hesablanması əsasında investisiya olunan kapitalın qaytarılması və gəlirin
alınmasının qiymətləndirilməsi prinsipi.
2. Biznesin strategiyasının layihəsindən gələn gələcək daxilolmaların, onun
hayata keçirilmə vaxtına uyğunlaşdırılması prinsipi.
Hesablamalar aparmaq üçün, diskont dərəcəsi asağıdakı düstur vasitasi ilə hesablanır:
D
d
=F
d
+B
Burada:F
d
-inflyasiyanın səviyyəsini, ssuda faizini nəzərə alan, risksiz qoyuluşlar üzrə
faiz dərəcəsi.
B-investisyalardan gələn gəlirlərdən olan riskləri nəzərə alan risklərə görə
mükafatdır.
3. Biznesin strategiyasinda müxtəlif investisiya layihələri üçün axınları
diskontlaşdırılması prosesində çevik diskont dərəcə seçimi sistemi prinsipi. Bu
zaman, gəlirlilik normasə aşağıdakı amillər nəzərə alınmaqla hesablanır:
-
orta ssuda dərəcəsi;
-
digər mümkun investisiya növləri üzra alternativ gəlirlilik normasi;
-
inflyasiyanın templəri;
-
risklərə görə mükafatlar;
-
layihənin aşağı likvidliyinə görə mükafat.Bu prinsip müxtalif layihələrin
müqayisəli qiymətləndilməsi zamanı lazımdır.
Biznesin strategiyasinda, layihənin işənib hazırlanması zamanı, onun sosial və
ekoloji nəticələrini qiymətləndirmək vacib şərtdir. Layihənin iqtisadi samərəliliyini
55
hesahlamaq üçün bunlara əməl etmək lazımdır:
-
layihələri yerinə yetirən firmalar haqqında informasiya əldə etmak;
-
məhsul və onun satiş bazarları haqqında tam məlumat almaq;
-
investorun imkanları haqqında tam məlumatlar əldə etmək;
-
risklərin qiymətləndirilməsi va s.
İnvestisiya layihələrinin səmərəliliyinin hesablanması üçün istifadə olunan əsas
göstəricilər kimi aşağıdakılar tövsiyə edilir[13,səh 145]::
-
xalis gəlir;
-
xalis diskontlaşdırılmış gəlir;
-
daxili gəlirlilik norması;
-
əlavə maliyyələdirməyə tələbat;
-
xərc və investisiyanın gəlirlilik indeksləri;
-
ödəmə müddəti;
-
layihə istirakçısı olan müəssisənin maliyyə vəziyyətini xarakterizə edən
göstəricilər qrupu.
Maliyyə cəhətdən reallasdırma şərtləri və səmərəlilik göstəriciləri pul axınları
əsasında hesablanır ki, onun da konkret tərkibi qiymətləndirilən səmərəlilikdən
asılıdır. Müxtəlif illərdə əlavə maliyyələşmənin məqsədlərinə və spesifik
xüsusiyyətlərinə müvafiq olaraq investisiya layihəsinin maliyyə göstəriciləri cari və
proqnoz qiymətlərlə hesablanır. Qalan göstəricilər isə cari və deflyasiya olunmuş
qiymətlərlə hesablanır.
İstənilən halda, bu və ya digər investisiya layihəsinin hər hansı ölkədə
reallaşdırılmasından asılı olmayaraq o səmərəlilik baxımından yoxlanılır və
qiymətləndirilir. Qiymətləndirmə üçün istifadə edilən ölçü və meyarlar həm təcrübi,
həm də metodoloji baxımdan fərqlidirlər. İqtisadi ədəbiyyatlarda formalaşan
mövqelərə əsasən metodoloji baxımdan investisiya layihələrini müəyyən səmərəlik
göstəriciləri əsasında qiymətləndirirlər. Məşhur rus alimi V.Z.Çernyak investisiya
layihəsinin səmərəlilik göstəricilərini aşağıdakı kimi qruplasdırır[13,səh 146]:
1.
büdcə səmərəliliyi;
56
2.
iqtisadi səmərəllik;
3.
kommersiya (maliyyə) səmərəliliyi.
İnvestisiiya layihəsinin büdcə səmərəliliyi dedikdə layihənin müvafiq büdcələrin
gəlir və xərclərinə təsir nəticəsi başa düşülür. Büdcə səmərəliliyi göstəricisi olaraq
müvafiq büdcədə büdcə səmərəsi anlayışından istifadə edilir. Büdcə səmərəsi o
deməkdir ki, layihə həyata keçirildikdə onun nəticəsində əldə edilən vəsait həmin
layihənin həyata keçirilməsi üçün çəkilən xərcləri üstələsin.Bu göstəricilərdə
respublika və yerli büdcələr üçün layihənin həyata keçirilməsinin maliyyə nəticələri
əks etdirilir.
İnvestisiya layihəsinin iqtisadi səmərəliliyi dedikdə layihənin həyata keçirilməsi
ilə əlaqədar iştirakçıların birbaşa maliyyə maraqlarında nəzərdə tutulan ölçülərdən
kənara çıxan və dəyər dəyişikliklərini nəzərdə tutan əlavə məsrəfləri başa düşülür.
Belə məsrəflər iştirakçılar tərəfindən həyata keçirilir. Onlara ilkin (kapitalyaratma
investisiyaları), cari və ləğvetmə məsrəfləri ayırd edilir.Eyni zamanda, qeyd etmək
lazımdır ki, hər bir investisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsi
müəyyən prinsiplərə cavab verən aşağıdakı meyarlar nəzərə alınmaqla həyata
keçirilməlidir:
-
vaxta görə pulun dəyərinin təsiri;
-
alternativ xərclərin uçotu;
-
layihənin parametrlərində mümkün dəyişmələrin uçotu;
-
mühasibat göstəricilərinə görə deyil, pul vəsaitlərinin real axını əsasında
hesablamaların aparılması;
-
inflyasiyanın əks etdirilməsi və uçotu;
-
layihənin həyata keçirilməsi ilə əlaqədar riskin uçotu.
İnvestisiya layihələrinin kommersiya səmərəliliyi dedikdə, gələcəkdə layihənin
reallaşmasından sonra təmin ediləcək gəlirlilik norması ilə maliyyə məsrəfləri
arasında olan müqayisəli fərq başa düşülür.Bu göstəricilərdə layihənin birbaşa
istirakçıları üçün onun reallaşdırılmasının maliyyə nəticələri nəzərə alınır.İnvestisiya
layihəsinin kommersiya səmərəliliyi iqtisadi ədəbiyyatlarda formalaşan mövqeyə
Dostları ilə paylaş: |