19
Sxem 1.1:Müştərək müəssisələrin dəyərinin məcmu idarə edilməsi.(Mənbə:4,səh 33).
Müştərək biznesin yaradılmasının makroiqtisadi səmərəliliyinin meyarı bu
prosesdəki xalq təsərrüfatı məqsədlərindən asılıdır. Ayrı-ayrı dövrdən asılı olaraq
bu məqsədlər dəyişə bilər. Məsələn, müştərək biznesin yaradılması yolu ilə
xarici investisiyasının cəlb olunması sənaye istehsalının sahə quruluşunun
təkmilləşməsi, onun texniki-iqtisadi səviyyəsinin yüksəldilməsi, mütərəqqi və
texnologiyanın, idarəetmə təcrübəsinin cəlb olunması və s. məqsədlər daşıya
bilər.Müştərək
müəssisələrin
yaradılması
və
fəaliyyətinin
makroiqtisadi
səmərəliliyini iki formada müəyyən etmək olar. Birinci halda səmərəlilik, milli
təsərrüfata istehsalçı mövqeyindən baxılaraq, müəyyən edilir. Müştərək müəssisələrin
yaradılması hesabına ölkə iqtisadiyyatına modern texnika və texnologiya, idarəetmə
təcrübəsi cəlb etməklə istehsal xərclərinin azaldılması və məhsulun keyfiyyətinin
yüksəldilməsi baş verir. Bu forma özünü müəssisənin iqtisadi səmərəliliyində
İnvestisiya
fəaliyyətinin strateji
planlaşdırılması
Brend strategiyası
Dəyər amillərinin
idarə edilməsi və
monitorinqi
MM-in dəyəri ilə
əlaqədar
mükafatlandırma və
motivasiya sistemi
İnvestorlarla
kommunikasiya
sistemi
20
konkretləşdirsə də, daha geniş mənaya malikdir. Başqa sözlə desək, məhdud iqtisadi
resursların səmərəli istifadəsi və bunun nəticəsində də, xammal və materialların emal
edilməsi səviyyəsinin yüksəldilməsi ilə ölkənin iqtisadi imkanları daha da genişlənir.
Beləliklə də, ölkə milli iqtisadiyyatın uzunmüddətli və fasiləsiz inkişafı üçün olduqca
mühüm əhəmiyyət kəsb edən xammal ixracatçısından hazır məhsul ixracatçısına
çevrilir.
Kiçik dövlətlər xarici iqtisadi əlaqələrdən daha çox asılıdır. Bu asılılıq xalq
təsərrüfatının istehsalçı kimi səmərəliliyinin yüksək olmasını tələb edir. Müasir
dövrdə əlavə gəliri ilk növbədə istehsal xərclərinin azaldılması hesabına əldə
etmək mümkündür. Xalq təsərrüfatının istehsalçı kimi iqtisadi səmərəliliyi nə
qədər aşağıdırsa, ölkənin xarici ticarətində “ticarət şəraiti” bir o qədər pisdir.
Yəni məhsul vahidinə sərf olunan iqtisadi resurslar digər ölkələrə nisbətən
artıqdır. Qeyd etmək lazımdır ki, istehsal növlərindən asılı olaraq xalq
təsərrüfatına istehsalçı kimi baxılması əsasında makroiqtisadi səmərəliliyin
hesablanması dövlətin iqtisadiyyatı istər iqtisadi, istərsə də inzibati yolla
tənzimlənməsində mühüm əhəmiyyətə malikdir. Hazırda ölkənin mövcud iqtisadi
imkanlarından tam istifadə edib maksimum əlavə gəlir yaratmaq geniş mənada
ölkə iqtisadiyyatının səmərəliliyini göstərir. Lakin bu məşğulluğu məhz sərf
olunan xərclər hesabına daha çox səmərə əldə etməklə, istehsal olunan
məhsulların həm qiymət, həm də keyfiyyət baxımından rəqabətqabiliyyətlərinin
artırılması hesabına təmin etmək mümkündür.
Müştərək biznesin milli iqtisadiyyatın inkişafına təsirini səciyyələndirən bir
sıra makroiqtisadi səmərəlilik göstəriciləri mövcuddur. Belə göstəricilərdən biri də
istehsal olunan məhsulun dəyərində milli tərəfdaşların payı – istehsal olunan
məhsulun “millilik səviyyəsi” hesab edilir. Bu göstəricilərin artması ölkədə
daxili əmək bölgüsünün dərinləşdirilməsini və məşğulluğun səviyyəsinin
yüksəlməsini əks etdirir, müştərək biznesin xalq təsərrüfatı çərçivəsində
“muxtariyyət” səviyyəsini göstərir. Məhsulun millilik səviyyəsi nə qədər
yüksəkdirsə xalq təsərrüfatına xarici invesyisiyanın müsbət təsir dərəcəsi də bir o
21
qədər yüksəkdir.Məsələn Çinin Şenjen vilayəyində istehsal onunmuş məhsulun
dəyərinin 50 faizi idxalın hesabına formalaşır. Braziliya azad iqtisadi zonası olan
Manusda televizor, kompüter və başqa məmulatların millili səviyyəsi 75 faizdir[4,səh
39-40 ].
Səmərəliliyi ifadə edən mühüm əhəmiyyətli göstəricilərdən biri də müştərək
müəssisələrin valyuta ilə özünü ödəməsidir ki, bu da, ilk növbədə, ölkənin tədiyyə
balansı ilə əlaqədar olan bır məsələdir. İnvestisiyaların iqtisadiyyata cəlb olunması
zamanı ölkənin iqtisadi inkişaf tempi ilə yanaşı həm də iqtidadiyyatın xarici
investisiyani mənimsəməsi imkanları və xarici borcun səviyyəsi nəzərə alınmalıdır.
Məhz elə buna görə də ölkələrin xarici borc səviyyəsindən asılı olaraq müştərək
müəssisələrin xarici valyuta ilə özünüödəməsi vacib məsələlərdən biridir. Beləliklə,
müştərək biznesin yaradılmasının makroiqtisadi səmərəliliyi onların xalq
təsərrüfatı məqsədlərinin həyata keçirilməsinə təsir ölçüsüdür.
Müştərək müəssisələrin makroiqtisadi səmərəliliyi onların fəaliyyəti üçün zəruri
istehsal
resurslarının verilməsindən və bu resurslar üzərində nəzarətin
minimallaşdırılmasından asılıdır. Bu məsələnin həlli isə tərəfdaşların məqsədlərinin
vəhdətində öz əksini tapır.Tərəfdaşların vəhdət təşkil eden məqsədləri və səmərəli
iqitisadi resurslar fonunda fəaliyyət göstərən müştərək müəssisələrin səmərəliliyi
digərlərinə nisbətən daha yüksək olur.Xarici investorun yeni texnika və
texnologiyası,iadrəetmə təcrübəsi,bazar bilikləri ilə yerli tərəfdaşın yerli şəraiti
bilməsi,bina və tikililəri,torpaq sahəsini istismara verməsi,yerli təchizatçı və alıcıları
taniması və onlarla əlaqəyə girməsi,müəssisənin işçi qüvvəsi ilə təchiz edilməsi və s.
kapital qoyuluşlarının daha tez mənimsənilməsinə,istehsal və dövriyyə xərclərinin
azaldılmasına, kapitalın dövriyyə sürətinin yüksəldilməsinə və yekunda isə mənfəətin
artırılmasına gətirib çıxarır.Qeyd edilən göstəricilər ilk növbədə müəssisənin
səmərəlilik göstəricilərinin və əmək məhsuldarlığının artırılmasına şərait
yaradır.Məsələm Çinin Şenjen xüsusi iqtisadi zonasında xarici investisiyaların cəlb
olunasına əlverişli imkan yaradılmaqla əmək məhsuldarlığının orta sənaye