Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə3/27
tarix05.04.2018
ölçüsü0,68 Mb.
#36031
1   2   3   4   5   6   7   8   9   ...   27

 

 



 

I FƏSĠL ĠNHĠSARÇILIQ VƏ ONUN NƏZƏRĠ METODOLOJĠ ƏSASLARI 

1.1 Rəqabət, inhisar və onun formaları, antiinhisar tənzimlənməsi 

 

Rəqabət  cox  fərqli  məqsədlərlə  fərqli  ünsürlər  araĢdırılaraq  təyin  edilə  bilən, 



iqtisadi, siyasi və sosiyal sərhədləri olan bir anlayıĢdır. Rəqabət, ən geniĢ mənası ilə 

məhdud  bir  Ģeyi  bölüĢmək  və  yaxud  bir  məqsədə,  mükafata  çatmaq  məqsədi  ilə 

müəyyən  qaydalar  və  məhdudiyyətlər  çərçivəsində  insan    azadlığının  və  insan 

haqlarının  siğorta  altına  alındığı  və  heç  bir  ayri-seçkiliyin  olmadığı  bir  mühitdə 

birdən çox oyunçu arasında oynanan bir oyun və ya bir yarıĢ olaraq qeyd edilə bilər. 

Həmçinin marketinq sahəsində rəqabət anlayıĢının ―müĢtərilərin firmanın təklif etdiyi 

əmtəə  və  xidmətləri  onların  alternativləri  qarĢısında  seçməsinin  uzun  müddətlyini 

təmin  edə  bilmək  bacarığı‖  olduğu  fikridə  çox  iqtisatçılar  tərəfindən  qəbul 

olunmaqdadır. 

 

Rəqabətin  meydana  gəlməsi  tarixən  mülkiyyət  ayrıseçkiliyinin  və  əmək 



bölgüsünün Ģərtləndirdiyi əmtəə istehsalının meydana gəlməsi dövrünə təsadüf edir, 

əmtəə  istehsalının  inkiĢafı  ilə  iqtisadi  inkiĢafın  ən  fəal  ünsürünə  çevrilir.  Ġstehsal 

vasitələri  üzərində  xüsusi  mülkiyyət  rəqabətin  mövcudluğunu  Ģərtləndirir.  Rəqabət 

latın sözüdür. ―Concurero‖ yəni toqquĢma, üz-üzə gəlmə mənalarını daĢıyır. Rəqabət  

həmçinin  bazarın  təbiətinə  daxilən  xas  olan  bir  ünsür  olub,  bazar  iqtisadiyyatını 

inkiĢaf  etdirən  baĢlıca  amillərdən  biri  kimi  çıxıĢ  edir.  Rəqabət  bir  tərəfdən 

istehsalçıların  öz  aralarında,  ikinci  tərəfdən  istehsalçılarla  istehlakçılar  arasında, 

üçüncü tərəfdən isə istehlakçıların öz aralarında olan mübarizəni əks etdirir. Rəqabət 

bazar  iqtisadiyyatı  Ģəraitində  müəssisələrin,  xüsusi  sahibkarlıq  fəaliyyətinin 

səmərəliliyinin yüksəldilməsinin baĢlıca amilidir. 

 

Rəqabətin  təyin  olunmasında  və  ölçülməsində  ortaya  çıxan  əsas  çətinlik 



rəqabətin ölkə, bölgə və ya iqtisadi proseslər  tərəfindən fəqlilik göstərməsidir. Məhz 

bu  səbəbdən  bu  prosesləri  daha  yaxĢı  müəyyən  etmək  üçündə  rəqabət  gücü 

anlayıĢından istifadə olunur. Rəqabət gücü iqtisadi ədəbiyyatlarda cox tez-tez istifadə 

olunan  lakin  bir  cox  təriflər  verilən  bir  anlayıĢdır.  Rəqabət  gücü  anlayıĢının  ümumi 




 

qəbul olunmuĢ bir tərifinin olmadığını qeyd edən Porter, beynəlxalq aləmdə rəqabət 



gücünün  faydalılıqla eyni anlam daĢıdığını qeyd etmiĢdir 

1



 

Ġqtisadi    iĢbirliyi  və  inkiĢaf  təĢkilatının  ―Texnologiya  və  Ġqtisadiyyat‖ 

proqramına görə rəqabət gücü, sərbəst bazar qaydaları çərçivəsində, bir ölkənin real 

milli  gəlirini  artirmasına  paralel  olaraq  xarici  rəqabətə  dayana  biləcək  mal  və 

xidmətin  istehsal  edə  bilmək  qabiliyyətidir.  Rəqabətçi  Siyasət  ġurasına 

(Competitiveness  Policy  Council)  görə  isə  rəqabət  gücü  bir  tərəfdən  ölkə  daxili 

bazarlarda  qərarli  bir  Ģəkildə  gəlirləri  artira  bilmə,  digər  tərəfdən    isə  beynəlxalq 

bazarlarda mal sata bilmə qabiliyyətidir

2

. Beləliklə yuxarida qeyd olunan izahlardan 



da göründüyü kimi rəqabət gücünün daĢıdığı anlam artmaqdadır. Beynəlxalq rəqabət 

gücünün  daha  cox  yönlü  bir  anlam  olduğunu  deyə  bilərəm.  Bu  anlamda  rəqabət 

gücünün ortaya qoyulmasında milli və beynəlxalq rəqabət ilə qiymət-xərc rəqabəti və 

qiymətdən  kənar  rəqabət  olmaq  üzrə  iki  formaya  ayrılır.  Beynəlxalq  rəqabət  gücü 

anlayıĢı  iki  təməl  faktora  əsaslanmaqdadır.  Bunlardan  birincisi,  rəqabət  edə  bilmə 

qabiliyyəti, ikincisi isə nisbi olaraq daha az xərclə əlaqəli olan uzunmüddətli rəqabət 

avantajıdır

3

. Rəqabət gücü makroiqtisadi dəyiĢiliklər ilə birbaĢa bağlıdır. Bu anlamda 



beynəlxalq  rəqabətin  xüsusi  ilə  qiymətlərin  təyin  olunmasında,  faiz,  inflyasiya  və 

iĢsizlik səviyyəsi  kimi dəyiĢkənlikləri nəzəzrə almaq lazimdır. Dolayısı ilə maliyyə 

siyasəti,  iqtisadi  quruluĢ,  siyasi  sabitlik,  iqtisadi  subyektlərin  davranıĢları  da  bir 

sənayenin  beynəlxalq  bazarlardakı  rəqabət  gücünə  önəmli  səviyyədə  təsir 

etməkdədir

4



 

Rəqаbət  аzаd  bаzаr  Ģərаitində,  çохsаylı  əmtəə  sаhiblərinin  müstəqil  fəаliyyət 

göstərdiyi  və  bаzаr  qiymətlərinin  sərbəst  fоrmаlаĢdığı  bir  Ģərаitdə  аzаd  Ģəкildə 

аpаrılmalıdır. Аzаd bаzаrdа аlıсı və sаtıсı bаzаr qiymətlərindən аsılıdır. Оnlаrın hər 

biri  sərbəst  Ģəкildə  bаzаrı  tərк  еdib  digər  bаzаrа  dахil  оlа  bilərlər.  Bazar 

iqtisadiyyatına  malik  olan  bütün  ölkələrdə  rəqabətin  ədalətli  aparılmasının  iqtisadi 

inkiĢafda  böyük  rolu  vardır.  Bazar  iqtisadiyyatına  malik  ölkələrdə  ədalətsizliyə  yol 

                                                           

1

 Reinert,  1994 :2 



2

 Aiginger, 1998: 178 

3

 Gorton and Davidova, 2001: 3 



4

 Kannapiran and Fleming, 1999: 11 




 

 



 

verməmək  üçün  ―Haqsız  rəqabət  haqqında‖  qanun  qəbul  edilir.  Haqsız  rəqabətə 

aĢağıdılar  aid  edilir:  rəqibin  təsərrüfatının  təqlidi,  rəqibin  təsərrüfat  fəaliyyətinin 

gözdən  salınması,  rəqibin  təsərrüfat  fəaliyyətinə  müdaxilə,  haqsız  sahibkarlıq 

fəaliyyəti,  haqsız  iĢgüzarlıq  davranıĢı  istehlakçıların  çaĢdırılması.  Bu  tip  halların 

qanunla  qarĢısının  alınması  bazar  subyektlərinin  əsassız  üstünlük  əldə  etməsini 

aradan qaldırır. Ġqtisadçılar azad rəqabətin 2 əsas formasını qeyd edirlər: 

 

Sahədaxili  rəqabət-  burada  rəqabət  еyni  sаhədə  fəаliyyət  göstərən  sаhibkаrlаr 



аrаsındа  bаĢ  vеrir.  Eyni  bir  tip  əmtəəni  çoxlu  istehsalçılar  istehsal  etsədə  onların 

istehsal  Ģəraitləri  eyni  olmur,  bu  da  öz  növbəsində  təsirini  istehsal  xərclərinə 

göstərir.Belə olan zaman, istehsalçı fərdi xərcləri minimuma endirməyə çalıĢır. Yəni 

fərdi  məsrəfləri  bаzаr  qiymətindən  çох  оlаn  sаhibкаr  itirəсəк, fərdi  məsrəfləri  bаzаr 

qiymətindən  аz  оlаn  sаhibкаrlаr  isə  əlаvə  mənfəət  götürəсəкlər.  Yəni  sahibkar 

minimum istehsal xərci ilə maksimum mənfəət götürməyə çalıĢır. 

 

Sahələrarası  rəqabət-Sahələrarası  rəqabətdə  isə  sahibkar  hansı  sahəyə 



investisiya  qoymağın  daha  səmərəli  ola  biləcəyini  əsas  götürür.  BaĢqa  sözlə  , 

müхtəlif  sаhələrdə  çаlıĢаn  каpitаl  sаhiblərinin  öz  каpitаllаrını  dаhа  gəlirli  sаhələrə 

qоymаq  uğrundа  аpаrdıqlаrı  rəqаbətdir.  Bunun  nəticəsində  də  müхtəlif  sаhələrdə 

yаrаnmıĢ  mənfəət  bаzаr  mехаnizmi  vаsitəsilə  bölünür  və  еyni  miqdаr  каpitаl 

sаhibləri  bərаbər  mənfəət  əldə  еdirlər.  Bu  mənfəətə  də  orta  mənfəət  deyilir.  Böyük 

iqtisadçı  Karl  Marks  bu  haqda  yazır  ki,  yаlnız  müхtəlif  istеhsаl  sаhələrindəкi 

каpitаllаrın  rəqаbəti  istеhsаl  qiymətini  yаrаdır  кi,  bu  dа  müхtəlif  sаhələr  аrаsındа 

mənfəət nоrmаsını tənləĢdirir. 

Bundan əlavə rəqabətin daha 2 əsas növü var:  

 



Sağlam rəqabət;  

 



Qeyri-sağlam rəqabət. 

Sağlam  rəqabət  olan  bazarda  kapitallar,  iĢ  qüvvələri  sərbəst  hərəkət  edir.  Bu 

bazarda qeyri-iqtisadi maneələr olmur. Amma təcrübədə və reallıqda bazarda sağlam 

rəqabət  olmur.  Bu  zaman  bir  müəssisə  qeyri-iqtisadi  metodlardan  istiadə  edərək  öz 

rəqibinə qalib gəlir. Bu qeyri-iqtisadi metodlara reklam, marka, dövlət məmurlarının 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə