Azərbaycan respublġkasi təLƏBƏ QƏbulu üZRƏ DÖVLƏt komġSSĠyasi



Yüklə 113,9 Kb.
Pdf görüntüsü
tarix27.10.2017
ölçüsü113,9 Kb.
#7150


 

 

AZƏRBAYCAN RESPUBLĠKASI  

TƏLƏBƏ QƏBULU 

ÜZRƏ DÖVLƏT KOMĠSSĠYASI 

www.tqdk.gov.az      ●     wap.tqdk.gov.az

 

 



 

Z A L  


N Ə Z A R Ə T Ç İ S İ N İ N  

TƏLİMATI 

(ali təhsil müəssisələrinin magistraturalarına  

qəbul imtahanının II mərhələsi üçün) 

 

Aşağıdakıları imtahana gətirmək qəti  



QADAĞANDIR!

 

 

 



 

 

BAKI – 2015 









-      

İmtahanın müddəti 1 saat 30  dəqiqədir.  

-

 



İmtahanın başlandığı elan edildikdən  1 saat keçənədək  və  imtahanın  son 

15 dəqiqəsi ərzində  bakalavrların getməsinə icazə verilmir. 

-

 



Cavab  kartları  ilə  yanaşı  sual  kitabçaları  (  yazılı  imtahanda  cavab 

vərəqləri) da mütləq yığılır. 

DĠQQƏT!

  Nəzarətçinin  imtahana  MOBĠL  TELEFON,  XARĠCĠ  YADDAġ 

QURĞULARI,  KALKULYATOR,  ƏL  ÇANTASI,  ÇANTA,    KĠTAB,  JURNAL,  

DƏFTƏR, CƏDVƏL və s. gətirməsi qəti qadağandır. 

DĠQQƏT!

  Ġmtahana  qol  saatı,  qara  və  tünd  göy  rəngdə  yazan  diyircəkli  qələm, 

nəzarətçi  təlimatını,  Ģəxsiyyət  vəsiqəsini  və  nəzarətçi  vəsiqəsini  GƏTĠRMƏYĠ 

UNUTMAYIN!

 

Nəzarətçi  imtahan  günü  vəsiqəsində  göstərilən  vaxtdan    gec  olmayaraq    imtahan  binasına 



gəlir. Şəxsiyyət  vəsiqəsini və nəzarətçi  vəsiqəsini təqdim etməklə imtahan binasına daxil 

olur.  


DĠQQƏT!

  Göstərilən  sənədlərdən  biri  olmadıqda  və  ya  sənədlər  arasında 

uyğunsuzluq olduqda nəzarətçi imtahana buraxılmır. 

Sənədlərini  imtahan  rəhbərinə  təqdim  edərək  qeydiyyatdan  keçir,  təyin  olunduğu  zalın 

kodunu    nəzarətçi  vəsiqəsində  qeyd  etdirir  və  vəsiqəni    yaxasına  taxır.  İmtahan  rəhbərindən 

imtahan zalını qəbul edir və hazırlıq işləri görür.   

Bakalavrlar imtahan zalına daxil olarkən nəzarətçi onların aşağıdakı sənədlərini:   

a) şəxsiyyəti təsdiq edən sənəd (Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət 

vəsiqələrini,  əcnəbilər  şəxsi  pasportlarını  və  ya  icazə  vəsiqələrini,  vətəndaşlığı 

olmayan  şəxslər  şəxsiyyət  vəsiqələrini  və  ya  icazə  vəsiqələrini,  qaçqın  statusu 

almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini); 

b) “İmtahana buraxılış vərəqəsi”. 

yoxlayır, imtahan zalına buraxır və hər bir bakalavrın onun “İmtahana buraxılış vərəqəsi”ndə 

göstərilmiş  sıra  və  yerdə  oturmasına  nəzarət  edir.  Şübhəli  hal  və  ya  sənədlərdə  hərf  səhvi 

olarsa (protokolun 11-ci bəndində qeyd etməklə) imtahan rəhbərinə məlumat verir.   

Bakalavrlardan  yuxarıda  göstərilən  sənədlərin  açıq  şəkildə  masanın  üstünə  qoymalarını 

tələb edir. 

Bu  təlimatdakı  “Bakalavrın  imtahanda  davranıĢ  qaydaları”nı  və  ya  yazılı  imtahan  verən 

bakalavrlar  üçün  “yazılı  imtahan  verən  bakalavrın  imtahanda  davranış  qaydaları”nı  ucadan 

oxuyur və bakalavrlara lazımi izahat verir. 

İmtahan  rəhbəri  cavab  kartları  bağlamasını  imtahan  zalına  gətirdikdə,  bağlamanı  açır  və 

aşağıdakı sənədlərin yerində olmasını yoxlayır: 

 



“Bakalavrların imtahan zalı üzrə yerləşmə siyahısı” - 1 nüsxə; 

 



Qəbul imtahanının gedişi haqqında protokol blankı - 1 nüsxə; 

 



Cavab kartları– “Yerləşmə siyahısı”ndakı  bakalavrların sayı qədər;  

 



Cavab kartlarını yığmaq üçün polietilen zərf - 1 ədəd; 

Cavab  kartları  paylanmamış  bakalavrlardan  zəruri  ehtiyaclarını  ödəmək  istəyənlərə  3-5 

dəqiqə vaxt verir. 

Yerləşmə siyahısını əvvəldən axıradək ucadan oxuyaraq bakalavrların yerləşmə siyahısında 

göstərilən sıra və yerdə oturmalarını yoxlayır.  

Sonra  1-ci  sıra  1-ci    yerdən  başlamaqla  cavab  kartından  bakalavrın  soyadını,  adını,  ata 

adını oxuyub, bunun şəxsiyyətini təsdiq edən sənəddəki soyad, ad və ata adı ilə eyni olduğunu 

yoxlayır və sənədin üzərindəki şəkli bakalavrla tutuşduraraq hər bir bakalavra ona məxsus olan 

cavab kartını verir.  

Bakalavrlara “Cavab kartı”nın  1-ci bölməsində  çap edilmiş  məlumatların düzgünlüyünü 

yoxladır.   



2-ci  bölmədə    bakalavrların  özləri  haqqında  məlumatları  yazmalarına  və  qaydalara  zidd 

hərəkətlərə  yol  verməyəcəyəkləri  barədə  Bəyannamə  ilə  tanış  olub  onu  imzaları  ilə  təsdiq 

etmələrinə nəzarət edir. 

Cavab kartının arxa üzündə  iş nömrəsinin kodlaşdırılmasını izah edir : “İş nömrənizin hər 

bir  rəqəmini  nəzərdə  tutulmuş  damalara  sol  xanadan  başlayaraq  rəqəmlərin  cavab  kartında 

göstərilmiş  nümunədəki  şablonuna  uyğun  olaraq  yazın,  hər  bir  damanın  altındakı  sütunda 

uyğun  rəqəmi  tapıb,  onun  yerləşdiyi  dairəni  tam  qaralayın.  Bu  zaman  diqqətli  olun:  hər 

sütunda  yalnız  bir  dairə  qaralanmalıdır.  Bu  bölmədə  həmçinin  soyadınızı,  adınızı  müvafiq 

sətirlərə yazın və imza edin.” 



DĠQQƏT! 

Nəzarətçi  bakalavrların  yerləĢmə  siyahısında  göstərilmiĢ  sıra  və  yerdə 

oturmasına,  hər  bir  bakalavra  yalnız  ona  məxsus  olan  “Cavab  kartı”nın  verilməsinə 

Ģəxsən məsuliyyət daĢıyır. 

İmtahan  rəhbəri  sual  kitabçaları  zərfini  imtahan  zalına  gətirdikdə,    zərfi  açaraq  sual 

kitabçalarını  sayır.  Kitabçaların  ümumi  sayının  “Bakalavrların  imtahan  zalı  üzrə  yerləşmə 

siyahısı”nda   göstərilən sayda olmasını yoxlayaraq qəbul edir.              

Hər  bir  bakalavra  məxsus  sual  kitabçasının  olub  olmamasını  kitabçanın  üzərində  çap 

edilmiş  məlumatları  –  bakalavrın  iş  nömrəsi,  soyadı,  adı  və  ata  adı,  proqram  nömrəsi  - 

yerləşmə siyahısında göstərilmiş eyni məlumatlarla tutuşdurmaqla  yoxlayır. 

Diqqətli olun! Bakalavra veriləcək sual kitabçasının üzərində onun iş nömrəsi, soyadı, adı, 

ata adı və proqram nömrəsi çap edilmişdir.  

Bakalavrlara elan edir: “Sual kitabçalarını sizə paylayacağam. Sual kitabçalarının üzərində 

sizin iş nömrəniz, soyadınız, adınız, ata adınız və proqramınızın nömrəsi çap edilmişdir. Sual 

kitabçalarını yalnız mən elan edəndə açmaq olar”.  

Sual kitabçalarının paylanmasına cavab kartlarının paylanmasında olduğu kimi 1-ci sıranın 

1-ci  yerindən  başlayır.  Sual  kitabçalarını  paylayarkən  üzərindən  bakalavrın  soyadını,  adını  və 

ata adını oxuyub ona təqdim edir.  

Sual  kitabçalarının  sayında  çatışmazlıq  olarsa,  sual  kitabçalarının  bakalavrlara  düzgün 

paylandığına bir daha əmin olduqdan sonra dərhal imtahan rəhbərinə məlumat verir. 



DĠQQƏT!

 Nəzarətçi  hər  bir  bakalavra  üzərində  onun  iĢ  nömrəsi,  soyadı,  adı  və  ata  adı 



çap edilmiĢ - ona məxsus sual kitabçasının verilməsinə Ģəxsən məsuliyyət daĢıyır.

 

 

Sual  kitabçaları  paylandıqdan  sonra,  səbəbindən  asılı  olmayaraq,  bakalavrların  imtahan 

zalından çıxıb bir daha imtahan zalına qayıtmasına  icazə vermir. 

Bakalavrlara  kitabçada  mətbəə  qüsurlarının  olub-olmadığını  yoxlamaq  üçün  kitabçanı 

vərəqlətdirir. Səhifəsi əskik, mətbəə qüsuru olan kitabçalar varsa, bu barədə imtahan rəhbərinə 

təcili olaraq məlumat verir və protokolun 11-ci bəndində qeyd edir.

   

Bakalavrlara “Sual kitabçaları”ndan istifadə etmə  qaydalarını izah edir . 



Bakalavrlara ixtisas üzrə biliklərini yoxlamaq üçün 50 test sualı təqdim olunur. 1) 1-

45 saylı suallar qapalı tipli test tapşırıqlarıdır. Bu sualların hər birinə verilmiş 5 cavabdan 

düzgün  hesab  etdiyi  bir  cavabı  seçir.  Cavab  kartında  müvafiq  sualın  nömrəsini  tapır  və 

nömrənin qarşısında seçdiyi cavaba uyğun ola dairəni tam qaralayır. Əgər bir suala cavab 

olaraq iki və daha çox dairə qaralanarsa, həmin cavab səhv hesab edilir. 2) 46-50 saylı suallar 

açıq tipli test tapşırıqlarıdır. Bu test tapşırıqlarının hər birinin cavabını (rəqəmlər, və varsa, 

nöqtə ardıcıllığını) bu cavab üçün nəzərdə tutulmuş damalara sol xanadan başlayaraq cavab 

kartındakı  nümunədə  göstərilən  şablona  uyğun  olaraq  yazır.  Sonra  hər  damanın  altındakı 

sütunda uyğun rəqəmi tapıb onun  yerləşdiyi dairəni tam qaralayır. Əgər eyni bir sütunda 





birdən çox dairə qaralanarsa, onda cavab səhv hesab edilir. Hər bir sualın düzgün cavabı 

bir balla qiymətləndirilir. Səhv cavabların nəticəsi düzgün cavabların nəticəsinə təsir etmir. 

 

4,  12,  24,  25,  29,  30,

 

41,

 

43,

 

44,

 

51,  52,  57,  58  və  60  saylı  qəbul  proqramlarını  seçən 

bakalavrlar  ixtisas  üzrə  test  tapşırıqlarını  cavablandırmaq  əvəzinə  yazılı  imtahan 

verməlidirlər. 

Bu  bakalavrlara  sual  kitabçalarının  paylandığı  vaxtda  cavab  kartı  və  sual  kitabçası 

əvəzinə üzərində onun iĢ nömrəsi, soyadı, adı, ata adı, bina və zalın kodu, yazı iĢinin dili, 

ixtisas  üzrə  yazı  iĢinin  mövzusunun  (və  ya  tərcümənin  mətninin)  və  ya  ixtisas  üzrə 

sualların çap olunduğu  cavab vərəqi verilir. Bu zaman  1-ci sıra 1-ci  yerdən başlamaqla 

cavab vərəqindən bakalavrın soyadını, adını, ata adını oxuyub, bunun şəxsiyyətini təsdiq edən 

sənəddəki  soyad,  ad  və  ata  adı  ilə  eyni  olduğunu  yoxlayır  və  sənədin  üzərindəki  şəkli 

bakalavrla tutuşduraraq hər bir bakalavra ona məxsus olan cavab vərəqini verir. 

Yazı işləri  50 ballı şkalada qiymətləndirilir. 

İmtahanın  başlanmasını  elan  edir  (imtahanın  13



00

-dan  tez  başlanması  qadağandır)  və 

imtahana 1  saat  30 dəqiqə vaxt ayrıldığını bildirir. İmtahanın başlandığı və qurtaracağı vaxtı 

lövhədə qeyd edir. 

   

DĠQQƏT! 

Nəzarətçi imtahanın təyin olunduğu vaxtda baĢlanmasına səy göstərməlidir. 

PROTOKOL SƏLĠQƏLĠ VƏ BÖYÜK ÇAP HƏRFLƏRĠ ĠLƏ YAZILMALIDIR. 

ONDA APARILAN QEYDLƏRĠN MƏNASI AÇIQ VƏ ANLAġIQLI OLMALIDIR.  

13

30

-a  qədər 

gecikən  bakalavrların  sənədlərini  yoxlayaraq  imtahana  buraxır  və  onlara 

əlavə vaxt ayrılmayacağını bildirir. Bakalavrın iş nömrəsini, soyadını, adının ilk hərfini və 

imtahan zalına daxil olma vaxtını protokolun 4-cü bölməsində qeyd edir. 

İmtahanın başlanmasından 30 dəqiqə keçdikdən sonra: 

a)

 



İmtahana  gəlməyən  hər  bir  bakalavrın  cavab  kartının  “Zal  nəzarətçisinin 

diqqətinə!”  bölməsindəki dairəni qaralayır;  

b)

 



İş  nömrəsini, soyadını, adının ilk hərfini protokolun 6-cı bəndinə qeyd edir

c)

 

“Yerləşmə  siyahısı”nda  həmin  bakalavrların  adları  qarşısında  “gəlmədi”  sözünü 

yazır;  (Yazılı  imtahan  aparılan  zallarda  isə  bakalvrın  gəlmədiyi  barədə  yerləşmə 

siyahısında və zal nəzarətçisinin protokolunda qeyd aparılır). 

İmtahanda  iştirak  etməyən  bakalavrların  cavab  kartlarını  (yazılı  imtahanda  cavab 

vərəqlərini) kartonların arasına qoyaraq imtahanın sonuna qədər  özündə saxlayır və heç kimə 

vermir. Sual kitabçalarını isə imtahan rəhbəri zala gəldikdə ona təhvil verir. 

İmtahan  zamanı  imtahan  rəhbəri  və  TQDK-nın    nümayəndəsindən    başqa  heç  kəsin  zala 

daxil olmasına icazə vermir.  

Rəsmi  icazəsi  olan  KİV  nümayəndəsinə  (müsahibə  götürməmək  şərti  ilə)  imtahan  zalına 

daxil olmamaq şərti ilə  müşahidə etməyə, çəkiliş aparmağa icazə verir. 

İmtahanın  gedişi  zamanı  imtahan  qaydalarına  riayət  olunmasına  ciddi  nəzarət  edir.  Əgər 

bakalavrlardan  imtahan  qaydalarını  pozan  varsa  (nizam-intizamın  pozulması,  köçürmə,  mobil 

telefon  və  başqa  rabitə  vasitələrini,  köməkçi  vasitələrdən-  kitab,  konspekt,  hesablama  maşını, 

cədvəl    imtahana  gətirmə  və  s.)  imtahan  rəhbəri  zala  gəldikdə  ona  məlumat  verir.  İmtahan 

rəhbərinin qərarına əsasən bakalavrın “Sual kitabçası”nı, “Cavab kartı”nı alır protokolun (7-ci 

bəndində)  “İmtahandan  xaric  olunanlar”  bölməsində  iş nömrəsini,  soyadını,  adının  ilk  hərfini 

və  xaric  olunma  vaxtını  qeyd  edir.  Protokolun  10-cu  bəndində  isə  səbəbi  göstərilməklə 

qeydiyyat aparır və onu imtahandan xaric edir. Xaric olunan bakalavrlardan köməkçi vasitələr 

və  rabitə  vasitələri  götürülübsə  (rabitə  vasitələrini  kağıza  bükdükdən  sonra),  bu  əşyaların 



üzərində xaric olunan bakalavrın iş nömrəsini, soyadını, adını  yazıb üzərində  imza etdikdən 

sonra imtahan rəhbərinə təhvil verir. 

İmtahanın  başlandığı  elan  edildikdən  1  saat  keçənədək  və  imtahanın  son  15  dəqiqəsi 



ərzində  bakalavrların  getməsinə  icazə  vermir.  Qalan  vaxt  ərzində  getmək  istəyən  hər  bir 

bakalavrın  Cavab  kartını    Sual  kitabçasını  (yazılı  imtahanda  cavab  vərəqini)  alır  və 

yalnız bundan sonra onların “İmtahana buraxılış vərəqəsi”ndə imza edir. 

İmtahanın  sonuna  15  dəqiqə  qalmış  cavabların  “Sual  kitabçası”ndan  “Cavab  kartı”na 

köçürülməsinin vacibliyini elan edir. 

ĠMTAHAN QURTARDIQDAN SONRA GÖRÜLƏN ĠġLƏR 

İmtahan  başladıqdan  1  saat  30  dəqiqə  sonra  imtahanın  qurtardığını  elan  edir. 

Bakalavrlardan  qələmlərini  masanın  üzərinə  qoymalarını  tələb  edir.  Bakalavrlardan    Cavab 

kartlarını  və  Sual  kitabçalarını  (yazılı  imtahanda  cavab  vərəqlərini)  yığır,  sayır,  yalnız 

bundan sonra növbə ilə onların “İmtahana buraxılış vərəqəsi”ndə imza edir. 

İmtahanda iştirak  edən və  etməyən bakalavrların  cavab  kartlarının ön üzünün aşağı sağ 

küncündəki  göstərilən “Yerləşmə siyahısındakı nömrə”yə uyğun olaraq onları artma ardıcıllığı 

ilə  yığır, imtahan rəhbərinin iştirakı ilə  zalda qalan bakalavrların gözləri qarşısında uca səslə 

sayır. 


Protokolda  və “Yerləşmə  siyahısı”nın sonunda adını, soyadını və vəsiqə nömrəsini tam və 

aydın şəkildə qeyd etməklə imza edir. 



“YerləĢmə  siyahısı”nı  və  “Cavab  kartları”nı  (yazılı  imtahanda  cavab  vərəqlərini) 

kartonların  arasına  yerləşdirir,  rezin  həlqələrlə  bağlayır  və  cavab  kartları  zərfinə  qoyur. 

İmtahan  rəhbərinin  iştirakı  ilə  zərfin  qapağındakı  lenti  qopararaq  zərfin  qapağını    yapışdırıb 

hamarlayır.  Zərfin  arxa  üzündəki  aktı  zalda  qalan  bakalavrlarla  birlikdə  tam  doldurub  imza 

edirlər. 

DĠQQƏT!  MöhürlənmiĢ  zərflərin    qapağının  açılması  qəti  qadağandır!  Nəzarətçi 

imtahanda  iĢtirak  edən  və  etməyən  bakalavrların  cavab  kartlarının  (yazılı  imtahanda 

cavab vərəqlərinin) yerində olmasına Ģəxsən məsuliyyət daĢıyır.  

Cavab kartları zərfini, sual kitabçalarını, protokolu, nəzarətçi  vəsiqəsini, zal nəzarətçisinin 

təlimatını imtahan  rəhbərinə təhvil verir . 

NƏZARƏTÇĠYƏ QƏTĠ QADAĞANDIR: 

1.

 



İmtahan  binasına  mobil  telefon,  xarici  yaddaş  qurğuları,  kalkulyator,  çanta,  kitab,  dəftər, 

jurnal və s. keçirmək; 

2.

 

İmtahan başlandıqdan sonra imtahan zalını tərk etmək, başqa imtahan zalına daxil olmaq; 



3.

 

Bakalavrın  “Cavab  kartı”nı,  “Sual  kitabçası”nı  (yazılı  imtahanda  cavab  vərəqini)  zaldan 



kənara çıxarmaq və ya çıxarılmasına şərait yaratmaq; 

4.

 



“Cavab  kartı”  və  “Sual  kitabçası”na  (yazılı  imtahanda  cavab  vərəqinə)  baxmaq,  sualları 

araşdırmaq və sualların məzmununu bakalavrlarla müzakirə etmək; 

5.

 

Bakalavra  başqasının  iş  nömrəsi,  soyadı,  adı,  ata  adı  yazılmış    “Sual  kitabçası”  (yazılı 



imtahanda cavab vərəqi ) vermək. 

6.

 



İmtahanın gedişi zamanı bakalavrlara kömək  etmək,  bakalavrın suallarına  cavab  vermək,  

onunla  söhbət etmək və yanında dayanıb cavablarına baxmaq; 

7.

 

İmtahan zamanı köçürmə hallarına şərait yaratmaq; 



8.

 

Cavab  kartı  və  Sual  kitabçasını  (yazılı  imtahanda  cavab  vərəqini)  təhvil  almamış 



bakalavrın “İmtahana buraxılış vərəqəsi”nə imza etmək; 

9.

 



Kənar şəxsləri imtahan zalına buraxmaq; 

10.


 

İmtahan zalının qapısını örtmək, qapının ağzında dayanmaq, dəhlizə baxmaq və ya siqaret 

çəkmək; 



11.


 

“Sual  kitabçası”nı  (yazılı  imtahanda  cavab  vərəqini)    götürüb  özü  ilə  aparmaq  və  ya 

başqasına vermək. 

TEST ĠMTAHANI VERƏN BAKALAVRA AĠD DAVRANIġ QAYDALARI 

(Nəzarətçi bu qaydaları uca səslə bakalavrlar üçün oxumalıdır!) 

1.

 

İmtahan  zalında  buraxılış  vərəqənizdə  göstərilən    yerdə  oturmalısınız.  Nəzarətçinin 



izahatını diqqətlə dinləməlisiniz. 

2.

 



İmtahan zamanı nizam-intizam qaydalarına ciddi əməl etməlisiniz.  

3.

 



İmtahan zamanı danışmaq, biri-birindən nə isə soruşmaq, başqasının cavablarına baxmaq,  

köçürmək,  köçürməyə  şərait  yaratmaq,  köməkçi  vasitələrdən    (kitab,  konspekt, 

kalkulyator, cədvəl) istifadə etmək və s.  qəti qadağandır. 

4.

 



İmtahan zamanı  davranış qaydalarına əməl etməyən bakalavrlar imtahandan xaric olunur 

və onların imtahan nəticələri ləğv edilir. 

5.

 

“Cavab kartı”nı və sual kitabçasını aldıqdan sonra oradakı məlumatları diqqətlə oxuyun. 



“Cavab  kartı”nda  sizin  soyadınız,  adınız,  atanızın  adı  və  iş  nömrəniz  çap  olunmuşdur. 

Orada hər hansı çatışmazlıq aşkar etdikdə bu haqda nəzarətçiyə məlumat verin.  

6.

 

“Cavab kartı” üzərində işləyərkən çox diqqətli olmaq lazımdır. “Cavab kartı” ancaq qara 



və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələmlə doldurulmalıdır. 

7.

 



“Cavab kartı”nı səliqə ilə doldurmalısınız. “Cavab kartı”nın ön üzündə özünüz haqqında 

məlumatları      yazmalı,    arxa üzündə  isə  iş  nömrənizi  damalara  yazıb  kodlaşdırmalısınız 

“Cavab kartı”ını qatlamaq, əzmək, bükmək və ya cırmaq olmaz. Korlanmış “Cavab kartı” 

dəyişdirilmir. 

8.

 

İmtahanın  başlandığı  elan  edilən  andan  suallara  cavab  vermək  üçün  ayrılan  1  saat  30 



dəqiqə vaxtdan səmərəli istifadə etməlisiniz. Cavabların “cavab kartı”nda qeyd olunması 

(uyğun dairələrin qaralanması) üçün sərf olunan vaxt bu müddətə daxildir. 

9.

 

Hesablamaları  və  qeydləri  aparmaq  üçün  “Sual  kitabçaları”nda  kifayət  qədər  ağ  yerlər 



ayrılmışdır. Buna görə də əlavə ağ kağızdan istifadə etməyə icazə verilmir. 

10.


 

Test sualları və onların cavabları  ilə əlaqədar  sual vermək qadağandır. Nəzərə alın ki, 

test  suallarında  və  onların  cavablarında  səhv  ehtimalı  çox  aşağıdır.  Bilin  ki,  hər  hansı   

sualda  səhv  olarsa  belə,  onda  həmin  sual  üzrə  Tələbə  Qəbulu  üzrə  Dövlət  Komissiyası 

bakalavrların xeyrinə lazımi qərar qəbul edəcəkdir. 

11.


 

İmtahan  başlandıqdan  1  saat  keçənədək  və  imtahanın  son  15  dəqiqəsi  ərzində  imtahan 

zalını tərk etməyə icazə verilmir.  

12.


 

İmtahanı  başa  çatdırdıqdan  sonra  “Cavab  kartı”nı  və  “Sual  kitabçaları”nı  nəzarətçiyə 

təhvil  verməlisiniz.  Sənədləri  sizdən  təhvil  alan  nəzarətçiyə  “İmtahana  buraxılış 

vərəqənizdə”  sənədləri qəbul etməsi haqda imza etdirməlisiniz.  

13.

 

“Cavab  kartı”nı  və  “Sual  kitabçaları”nı  nəzarətçiyə  şəxsən  təhvil  verməsəniz,  imtahan 



nəticələriniz ləğv olunacaqdır. 

14.


 

İmtahan  başa  çatdıqdan  sonra  Siz  zalda  qalıb  “Cavab  kartları”nın  zərfə  qoyulub 

bağlanmasında iştirak edib, zərfin qapağını öz imzanızla möhürləyə bilərsiniz. 

YAZILI (4, 12, 24, 25, 29, 30, 41, 43, 44, 51, 52, 57, 58 və 60 saylı proqramlar üzrə

İMTAHAN VERƏN BAKALAVRIN DAVRANIŞ QAYDALARI 

(Nəzarətçi bakalavrlar üçün bu qaydaları uca səslə oxumalıdır!)  

1.

 



İmtahan  zalında  buraxılış  vərəqənizdə  göstərilən    yerdə  oturmalısınız.  Nəzarətçinin 

izahatını diqqətlə dinləməlisiniz. 

2.

 

İmtahan zamanı nizam-intizam qaydalarına ciddi əməl etməlisiniz.  



3.

 

İmtahan  zamanı  danışmaq,  biri-birindən  nə  isə  soruşmaq,  başqasının  cavablarına 



baxmaq,  köçürmək, köçürməyə şərait yaratmaq, köməkçi vasitələrdən  (kitab, konspekt, 

kalkulyator, cədvəl) istifadə etmək və s.  qəti qadağandır. 




4.

 



İmtahan  zamanı    davranış  qaydalarına  əməl  etməyən  bakalavrlar  imtahandan  xaric 

olunur və onların imtahan nəticələri ləğv edilir. 

5.

 

Cavab  vərəqini  aldıqdan  sonra  oradakı  məlumatları  diqqətlə  oxuyun.  Cavab  vərəqi 



üzərində sizin iş nömrəniz, soyadınız, adınız, ata adınız, imtahan verəcəyiniz binanın və 

zalın kodu, yazı işinin dili, ixtisas üzrə yazı işinin mövzusu (və ya tərcümənin mətni) və 

ya  ixtisas  üzrə  suallar  çap  olunmuşdur.  Orada  hər  hansı  çatışmazlıq  aşkar  etdikdə  bu 

haqda nəzarətçiyə məlumat verin.  

6.

 

Cavab vərəqi üzərində işləyərkən çox diqqətli olmaq lazımdır. Cavab vərəqi ancaq qara 



və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələmlə işlənməlidir. 

7.

 



“Cavab  vərəqi”ndə  cavablarınızı  səliqəli  yazın.  Cavablarınız  üçün  nəzərdə  tutulmuş 

hissədən  kənarda  qeydlər  aparmaq  olmaz.  “Cavab  vərəqi”  şərti  kodlar  əsasında  anonim 

yoxlanıldığından  onda  imza  atmaq  və  ya  digər  fərqləndirici  məlumatlar  daxil  etmək 

olmaz. Korlanmış “Cavab vərəqi” dəyişdirilmir. 

8.

 

İmtahanın  başlandığı  elan  edilən  andan  suallara  cavab  vermək  üçün  ayrılan  1  saat  30 



dəqiqə vaxtdan səmərəli istifadə etməlisiniz. 

9.

 



İmtahan başlandıqdan  1 saat keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində imtahan 

zalını tərk etməyə icazə verilmir.  

10.

 

İmtahanı  başa  çatdırdıqdan  sonra  “cavab  vərəqi”ni  nəzarətçiyə  təhvil  verməlisiniz. 



“Cavab  vərəqi”ni  sizdən  təhvil  alan  nəzarətçiyə  “İmtahana  buraxılış  vərəqənizdə”    bu 

barədə imza etdirməlisiniz.  

11.

 

Cavab  vərəqini  nəzarətçiyə  şəxsən  təhvil  verməsəniz,  imtahan  nəticələriniz  ləğv 



olunacaqdır. 

12.


 

İmtahan  başa  çatdıqdan  sonra  siz  zalda  qalıb  cavab  vərəqlərinin  zərfə  qoyulub 

bağlanmasında iştirak edib, zərfin qapağını öz imzanızla möhürləyə bilərsiniz. 

 

Zal nəzarətçilərinin qiymətləndirilməsi meyarları 

 

1.



 

SƏNƏDLƏRLƏ Ġġ

 

1.1.



 

ĠĢtirakçıların sənədlərinin yoxlanılması və düzgün oturdulması – 1 bal :  

“İmtahan  başlandı”  və  “İmtahan  qurtaracaq”  sözlərinin,  kodlaşdırma  nümunəsinin 

lövhədə  yazılması,  imtahan  zalının  əyani  vəsaitlərin  olub  olmaması,  parta  və 

oturacaqların  vəziyyəti  baxımından  nəzərdən  keçirilməsi,  sıra  və  yerlərin  düzgün 

yapışdırıldığının yoxlanılması; iştirakçının müvafiq sənədləri əsasında identifikasiyasının 

doğru aparılması, zal, sıra və yerində düzgün əyləşdirilməsi; 

1.2.

 

ĠĢtirakçıları imtahanda davranıĢ qaydaları ilə tanıĢ etməsi – 1 bal :  

“İştirakçının  imtahanda  davranış  qaydalarının”  oxunması  və  izah  edilməsi;  cavab 

kartları  paylanmadan  öncə  zəruri  ehtiyacların  ödənilməsi  məqsədi  ilə  iştirakçıya  3-5 

dəqiqə  vaxt  verilməsi;  iştirakçıların  yerləşmə  siyahısına  uyğun  əyləşdirildiyinin 

yoxlanılması; 

1.3.

 

Ġmtahan sənədlərinin düzgün paylanması – 1 bal :  

Cavab  kartlarının  sıra  1,  yer  1-dən  başlayaraq  yerləşmə  siyahındakı  qanunuyğunluq 

əsasında operativ paylanması və paylama zamanı cavab kartından ad, soyad, ata adı ilə, 

şəxsiyyəti  təsdiq  edən  sənəddəki  uyğun  məlumatların  tutuşdurulmasına diqqət  edilməsi; 

cavab  kartlarının  doldurulması  ilə  bağlı  geniş,  dolğun  izahat  işinin  aparılması;  sual 

kitabçalarının  ümumi  və  variantlar  üzrə  sayılması,  variantlara  ayrılması,  yerləşmə 

siyahısına  və  cavab  kartının  3-cü  bəndinə  uyğun  olmaqla  ən  operativ  üsullarla 

paylanması; 


 

1.4.



 

Ġmtahan sənədlərini düzgün doldurulması və vaxtla bağlı qaydalara riayət – 1 bal :  

Saatın imtahan rəhbərinin və iştirakçıların saatı ilə eyniləşdirilməsi, imtahanın vaxtında 

başlanmasına  səy  göstərilməsi,  başlanma  və  qurtarma  vaxtlarının  lövhədə  qeyd 

olunması,  imtahan  müddətində  vaxtla  bağlı  qoyulan  məhdudiyyətlərə  riayət  olunması, 

nəzərdə  tutulan  vaxtda  gəlməyənlərin  müvafiq  sənədlərdə  qeyd  olunması,  iştirakçının 

təlimatda nəzərdə tutulan vaxt aralıqlarında zaldan buraxılmaması. 

1.5.

 

Sənədlərin qayda üzrə yığılması və bağlanması – 1 bal :  

İştirakçılardan  cavab  kartı  və/və  ya  sual  kitabçası  yığılarkən  operativlik  nümayiş 

etdirilməsi,  imtahana  buraxılış  vərəqəsinə  imtahanın  sonunda  müvafiq  sənədlər  (cavab 

kartı və/vəya sual kitabçası) iştirakçıdan təhvil alındıqdan sonra imza edilməsi, müvafiq 

sənədlərin  iştirakçıların  və  imtahan  rəhbərinin  iştirakı  ilə  sayılması,  cavab  kartları 

zərfinin təlimata uyğun hazırlanması və bağlanması. 

 

2.



 

ĠMTAHAN APARMASI: 

 

2.1.



 

Ġmtahanda sakitliyin təmin olunması – 1 bal :  

İştirakçıların  həm  imtahandan  öncə,  həm  də  imtahan  prosesində  öz  aralarında 

dialoqlarına  şərait  yaradılmaması;  imtahan  rəhbəri  və  digər  nəzarətçilərlə 

danışıqlarının  iştirakçıların  diqqətinin  yayınmasına  səbəb  olmaması;  ümumilikdə, 

imtahan zalında səssizliyin təmin olunması; 

2.2.

 

Etik davranıĢ qaydalarına riayət – 1 bal :  

İmtahan rəhbəri, iştirakçı və digər vəzifəli şəxsərlə təlimata uyğun ünsiyyət qura bilməsi, 

dil və üslubun etik davranış qaydaları çərçivəsində olması; 

2.3.

 

Auditoriyanı idarə etməsi – 1 bal : 

Auditoriyanı  ələ  alması,  informasiyanı  hədəf  kütləyə  doğru  çatdırması  və  təlqin  etmə 

keyfiyyətlərinin olması; 

2.4.

 

Fiziki imkanları və pedaqoq-müəllim keyfiyyətləri – 1 bal:  

Təmkinlilik  nümayiş  etdirməsi  və  emosional  yanaşmaması;  şəxsi  keyfiyyətlərinin 

(hərəkətlilik, operativ münasibət, sağlamlıq imkanlarının yetərli olması və s.) nəzarətçilik 

funksiyasını  yerinə  yetirməsinə  maneçilik  törətməməsi;  geyim  və  gigiyena  qaydalarına 

riayət edilməsində pedaqoq-müəllim səviyyəsinin saxlanılması; 

2.5.

 

Qayda pozuntularının qarĢısını alması və lazımi tədbirləri görməsi – 1 bal :  

Köçürmə  hallarının  və  digər  imtahanda  davranış  qaydalarının  pozulmasının  qarşısını 

almaq  üçün  təlimata  uyğun  tədbirlər  görməsi  (cavab  kartlarını  və  sual  kitabçalarını 

abituriyentlərin öz aralarında köçürmə məqsədi ilə dəyişdirməsinə, əl-qol hərəkətləri və 

digər  üsullarla  köçürməyə  cəhd  etmələri  kimi  hallara  imkan  verməməsi,  əyani 

vəsaitlərdən,  mobil  telefondan  və  s.  iştirakçının  imtahana  gətirməsi  qadağan  olunmuş 

vasitələrdən istifadəyə mane olması,). 

Qeyd:  Nəzarətçi iştirakçıya imtahan suallarını həll etməkdə kömək edərsə və  ya bilərəkdən 

köçürməyə  şərait  (  cavab  kartlarının  və  /  və  ya  sual  kitabçalarının  dəyişdirilməsi, 

cavabların  bir  iştirakçıdan  digərinə  ötürülməsi  və  s.)  yaradarsa,  digər  meyarlar  üzrə 

keyfiyyətlərindən asılı olmayaraq “2” qiyməti verilir və imtahandan kənarlaşdırılır. 



 

NƏZARƏTÇĠNĠN NƏZƏRĠNƏ! 

Təlimatda göstərilən tələblərin yerinə yetirilməsi TQDK tərəfindən araşdırılacaq, 

təlimata zidd hər hansı fakt aşkar edilərsə, müvafiq orqanlara məlumat verilməklə 

zəruri hüquqi tədbirlər görüləcəkdir. 


10 

CAVAB KARTININ ÖN ÜZÜ 

 

 

 



11 

CAVAB KARTININ ARXA ÜZÜ 

 

 



12 

Nəzarətçinin görəcəyi işlərin ardıcıllığı 

ĠMTAHAN BĠNASINDA OLMAQ

*

                                                                   10 

00   

 

                                                



ĠMTAHAN RƏHBƏRĠNĠN OTAĞINDA  

QEYDĠYYAT VƏ TƏLĠMAT                                                                           10 

10   

 

                                                



ĠMTAHAN ZALININ QƏBUL EDĠLMƏSĠ                                                   10 

30   

 

                                                



BAKALAVRLARIN YERLƏġDĠRĠLMƏSĠ                                            11

00 -  

12 

30   

 

                                               



 

DAVRANIġ QAYDALARININ OXUNMASI                                            12

30

-12

35

 

                                                



CAVAB KARTLARININ PAYLANMASI 

VƏ DOLDURULMASI                                                                               12

35

-12

55   

 

                                                



    SUAL KĠTABÇALARININ PAYLANMASI                                              12

55

-13

00   

 

                                                





ĠMTAHAN BAġLANDI” ELAN OLUNMASI

                                13

00

    

                                                



GƏLMƏYƏN BAKALAVRLAR BARƏDƏ 

SƏNƏDLƏġDĠRMƏNĠN APARILMASI                                                           13 

30   

 

                                               



 

ARZU EDƏN BAKALAVRLARIN GETMƏSĠ                                         14

00

-14

15

 

                                                



“ĠMTAHAN QURTARDI” ELAN OLUNMASI                                    

 14



30

   

                              

                                                



SƏNƏDLƏRĠN TƏHVĠL VERĠLMƏSĠ                                                             14 

40   

 

*  İmtahan binasına göstərilən vaxtdan gec olmayaraq gəlmək lazımdır. 

 

Yüklə 113,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə