Azərbaycan respublġkasi təLƏBƏ QƏbulu üZRƏ DÖVLƏt komġSSĠyasi



Yüklə 127,18 Kb.
Pdf görüntüsü
tarix27.10.2017
ölçüsü127,18 Kb.
#7149


 

 

AZƏRBAYCAN RESPUBLĠKASI  

TƏLƏBƏ QƏBULU 

ÜZRƏ DÖVLƏT KOMĠSSĠYASI 

www.tqdk.gov.az      ●     wap.tqdk.gov.az 

 

 

Z A L  

N Ə Z A R Ə T Ç İ S İ N İ N  



TƏLİMATI 

(

ümumi təhsil müəssisələrində təhsilalanların  



biliyinin yekun qiymətləndirilməsi imtahanı üçün

 )  


 

Aşağıdakıları imtahana gətirmək qəti 



QADAĞANDIR! 

 

 



 

BAKI – 2014 





-

 



Ġmtahanın müddəti 2 saatdır. 

-

 



“Ġmtahan  baĢlandı”  elan  edildikdən  sonra  30  dəqiqə  müddətində  

gecikən Ģagirdlər imtahana buraxılır.  

-

 



Ġmtahanın baĢlandığı elan edildikdən 1 saat keçənədək və imtahanın son 

15 dəqiqəsi ərzində Ģagirdlərin getməsinə icazə verilmir. 

-

 



Hər  bir  Ģagirdə  onun  iĢ  nömrəsi,  soyadı,  adı  və  atasının  adı  yazılmıĢ 

cavab kartı  verilir



 

-

 

Sual  kitabçaları  Ģagirdin  yerləĢmə  siyahısındakı  adının  qarĢısında 



göstərilmiĢ variantına uyğun olaraq paylanır. Sual kitabçasının variantı 

Ģagirdin cavab kartının 4-cü bölməsində də göstərilmiĢdir. 

-

 



ġagirdlərin “Sual kitabçası”nın ön üzündə iĢ nömrəsini, adını, soyadını 

və imtahan zalının kodunu  yazdıqlarına nəzarət ediməlidir. 

-

 



Test  tapĢırıqlarnı  cavablandırmaq  üçün  ayrılan  vaxt  ilk  1,5  saatdır.  

Ġmtahanın  baĢlandığı  elan  edildikdən  1,5  saat  keçdikdən  sonra  cavab 

kartları  yığılır və  cavab kartları  zərfinə  qoyularaq  imtahan rəhbərinin 

iĢtirakı ilə möhürlənir.  

-

 



Son  30  dəqiqə  ərzində  Ģagirdlər  sual  kitabçalarında  təqdim  olunmuĢ 

mövzu  üzrə  yazı  iĢi  yerinə  yetirirlər.  “Ġmtahan  qurtardı”  elan 

edildikdən  sonra  bütün  sual  kitabçaları  da  yığılır  və  sual  kitabçaları 

üçün  nəzərdə  tutulmuĢ  xüsusi  polietilen  zərfə  qoyularaq  imtahan 

rəhbərinin iĢtirakı ilə möhürlənir.  

 

 



 

DĠQQƏT!

  Nəzarətçinin  imtahana  MOBİL  TELEFON,  KALKULYATOR,  ƏL 

ÇANTASI, ÇANTA, KİTAB, JURNAL, DƏFTƏR, CƏDVƏL və s. gətirməsi qəti qadağandır. 

 

DĠQQƏT!

 İmtahana qol saatı, qara və tünd göy rəngdə yazan diyircəkli qələm, Ģəxsiyyət 

vəsiqəsini və nəzarətçi vəsiqəsini GƏTİRMƏYİ UNUTMAYIN! 

 

 



Nəzarətçi  imtahan  günü  vəsiqəsində  göstərilən  vaxtdan    gec  olmayaraq    imtahan 

binasına gəlir. ġəxsiyyət vəsiqəsini və nəzarətçi vəsiqəsini təqdim etməklə imtahan binasına 

daxil olur.  

 

DĠQQƏT!

  Göstərilən  sənədlərdən  biri  olmadıqda  və  ya  sənədlər  arasında  uyğunsuzluq 

olduqda nəzarətçi imtahana buraxılmır. 

 

 

Sənədlərini  imtahan  rəhbərinə  təqdim  edərək  qeydiyyatdan  keçir,  təyin 



olunduğu zalın kodunu  nəzarətçi vəsiqəsində qeyd etdirir və vəsiqəni  yaxasına 

taxır. 


İmtahan rəhbərindən imtahan zalını qəbul edir və hazırlıq işləri görür. 

Şagirdlər imtahan zalına daxil olarkən nəzarətçi onların aşağıdakı sənədlərini:  

  

"Ġmtahana buraxılıĢ vərəqəsi"ni;  

Ģəxsiyyəti təsdiq edən sənədin əslini: 

a)  Azərbaycan  Respublikasının  vətəndaşları  (16  yaşı  tamam  olmayan 

şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini; 






b)  əcnəbilər  şəxsi  pasportları  və  ya  icazə  vəsiqələrini,  vətəndaşlığı 

olmayan  şəxslər  şəxsiyyət  vəsiqələrini  və  ya  icazə  vəsiqələrini,  qaçqın 

statusu  almış  xarici  vətəndaşlar  və  onların  ailə  üzvləri  isə  qaçqın 

vəsiqələrini; 

16 yaĢı 2014-cü il aprelin 30-dək tamam olmayan Ģagirdlər, digər sənədlərlə 

yanaĢı,  təhsil    müəssisəsi  tərəfindən  verilmiĢ    və  fotoĢəkilləri  yapıĢdırılmıĢ  

arayıĢını  (arayışa  şagirdin  3x4  sm  ölçülü  şəkli  yapışdırılır  və  şəkil  möhürlə 

təsdiqlənir). 

diqqətlə  yoxlayır  və  sənədlərindəki  fotoşəkillərlə  şagirdin  uyğunluğunu 

tutuşdurub onları imtahan zalına buraxır. Hər bir şagirdin öz “İmtahana buraxılış 

vərəqəsi”ndə göstərilmiş  sıra  və yerdə oturmasına nəzarət  edir.



 

Şübhəli hal və 

ya sənədlərdə hərf səhvi olarsa (protokolun 11-ci bəndində qeyd etməklə) imtahan 

rəhbərinə məlumat verir.   

Şagirdlərdən  yuxarıda  göstərilən  sənədlərin  açıq  şəkildə  masanın  üstünə 

qoyulmasını tələb edir. 

Buraxılış  rejimi  başa  çatdıqdan  sonra  “Şagirdlərin  imtahanda  davranış 

qaydalarını” ucadan oxuyur və şagirdlərə lazımi izahat verir. 

 

İmtahan  rəhbəri  cavab  kartları  bağlamasını  imtahan  zalına  gətirdikdə, 



bağlamanı açır və aşağıdakı sənədlərin yerində olmasını yoxlayır: 

 

a.



 

“Şagirdlərin imtahan zalı üzrə yerləşmə siyahısı”-1 nüsxə

;

 

 

b.

 

İmtahanının gedişi haqqında protokol blankı - 1 nüsxə;

 

 

c.

 

Cavab  kartları  –  “Şagirdlərin  imtahan  zalı  üzrə  yerləşmə  siyahısı”ndakı  

şagirdlərin sayı qədər;

  

d.

 

Cavab kartlarını yığmaq üçün polietilen zərf - 1 ədəd; 

 

 

Yerləşmə  siyahısını  əvvəldən  axıradək  ucadan  oxuyaraq  şagirdlərin 



yerləşmə siyahısında göstərilən sıra və yerdə oturmalarını yoxlayır.  

 

Sonra cavab kartlarından şagirdlərin soyadını, adını oxuyaraq, 1-ci sıra 1-



ci yerdən başlayaraq, hər bir şagirdə onun iş nömrəsi, soyadı, adı və atasının adı 

yazılmış cavab kartını verir.  

Cavab  kartının  1-ci  bölməsində  şagirdin  iş  nömrəsi,  soyadı,  adı  və  ata  adı  çap 

edilmişdir.  Cavab  kartlarını  paylayarkən  şagirdin  soyadını,  adını  və  ata  adını  oxuyur,  bu 

məlumatın  onun  imtahana  buraxılış  vərəqəsində  və  şəxsiyyətini  təsdiq  edən  sənədində  də 

eyni olduğunu dəqiqləşdirir və cavab kartını ona təqdim edir. Uyğunsuzluq aşkar etdikdə 

imtahan rəhbərinə məlumat verir. 

“Cavab  kartı”nın  2-ci  bölməsində  iş  nömrəsinin  kodlaşdırılmasını 

əvvəlcədən lövhədə hazırlanmış nümunəyə uyğun olaraq izah edir və şagirdlərin 

iş nömrələrini kodlaşdırmalarına nəzarət edir. 




 

3-cü  bölmədə  şagirdlərin  özləri  haqqında  məlumatları  yazmalarına  və 



qaydalara zidd hərəkətlərə yol verməyəcəyəkləri barədə Bəyannamə ilə tanış olub 

onu imzaları ilə təsdiq etmələrinə nəzarət edir. 

 

 

  



DĠQQƏT!

 

Nəzarətçi Ģagirdlərin yerləĢmə  siyahısında göstərilmiĢ sıra və 

yerdə  oturmasına,  hər  bir  Ģagirdə  yalnız  ona  məxsus  olan  “Cavab 

kartı”nın verilməsinə Ģəxsən məsuliyyət daĢıyır. 

 

İmtahan  rəhbəri  sual  kitabçaları  zərfini  imtahan  zalına  gətirdikdə,    zərfi 



açaraq  sual  kitabçalarını  sayır.  Kitabçaların  ümumi  və  variantlar  üzrə  sayının 

“Şagirdlərin imtahan zalı üzrə yerləşmə siyahısı”nda   göstərilən sayda olmasını 

yoxlayaraq qəbul edir.              

 

Sual  kitabçalarını  variantlar  üzrə  ayırır.  Şagirdlərə  elan  edir:  “Sual 



kitabçalarını  sizə  paylayacağam.  Onun  cavab  kartınızın  4-cü  bölməsində 

göstərilən varianta uyğun olduğunu yoxlayın. Sual kitabçalarını  yalnız mən elan 

edəndə  açmaq  olar”.  Sual  kitabçalarını  “Şagirdlərin  imtahan  zalı  üzrə  yerləşmə 

siyahısı”nda  qeyd  olunmuş  varianta  uyğun  olaraq  paylayır.  Sual  kitabçalarında 

çatışmazlıq  olarsa,  sual  kitabçalarının  variantlar  üzrə  şagirdlərə  düzgün 

paylandığına  bir  daha  əmin  olduqdan  sonra  dərhal  imtahan  rəhbərinə  məlumat 

verir.

 

 



Sual  kitabçaları  paylandıqdan  sonra,  səbəbindən  asılı  olmayaraq, 

şagirdlərin  imtahan  zalından  çıxıb  bir  daha  imtahan  zalına  qayıtmasına    icazə 

vermir. 

Şagirdlərə  kitabçada  mətbəə  qüsurlarının  olub-olmadığını  yoxlamaq  üçün 

kitabçanı  vərəqlətdirir.  Səhifəsi  əskik,  mətbəə  qüsuru  olan  kitabçalar  varsa  bu 

barədə  imtahan  rəhbərinə  təcili  olaraq  məlumat  verir  və  protokolun  11-ci 

bəndində qeyd edir.

   


Şagirdlərə “Sual kitabçaları”ndan istifadə etmə  qaydalarını izah edir . 

Şagirdlərə  “Sual  kitabçası”nın  ön  üzündə  iş  nömrəsini,  adını,  soyadını  və 

imtahan zalının kodunu mütləq yazdırır. 

“Cavab kartı”nın cavablar üçün ayrılmış 5-ci bölməsi “Sual kitabçası”ndakı sualların 

ardıcıllığına  uyğun  olaraq  1-dən  60-dək  sıralanmışdır.  1-30  saylı  suallar  ana  dili  fənni 

üzrə, 31-60 saylı suallar riyaziyyat fənni üzrədir. Şagird hər suala verilmiş beş cavabdan 

(bunlar  A,  B,  C,  D,  E  hərfləri  ilə  işarələnmişdir)  düzgün  hesab  etdiyi  yalnız  bir  cavabı 

seçir və “Cavab kartı”nda ona uyğun dairəni qaralayır. Əgər bir suala cavab olaraq birdən 

çox dairə qaralayarsa, həmin cavab səhv hesab edilir.  

Test tapşırıqları üzrə ballar hesablanarkən yalnız “Cavab kartı”nda qaralanan cavablar 

nəzərə alınır. Səhv cavabların nəticələri düzgün cavablara təsir göstərmir.  

 





DĠQQƏT!

 

Nəzarətçi  hər  bir  Ģagirdə  onun  “Cavab  kartı”nda  göstərilmiĢ 



varianta uyğun “Sual kitabçası” verilməsinə Ģəxsən məsuliyyət daĢıyır.  

ĠMTAHAN BAġLANDIQDAN SONRA GÖRÜLƏN ĠġLƏR 

“İmtahan  başlandı”  elan  edir  (imtahanın  9-cu  siniflərdə  saat  10

00

-dan  (  11-ci 



siniflərdə  saat  15:00-dan)  tez  başlanması  qadağandır)  və  imtahana  2  saat  vaxt 

ayrıldığını  bildirir.  Hər  bir  fənn  üzrə  30  ədəd  olmaqla  təqdim  olunan  60  test 



tapşırığının  cavablandırılmasına  imtahanın  ilk  1,5 saat vaxtının  ayrıldığını  və 

cavabların cavab kartında qeyd olunması (uyğun dairələrin qaralanması) üçün 

sərf  olunan  vaxtın  da  bu  müddətə  daxil  olduğunu  və  bu  vaxt  bitdikdən  sonra 

cavab  kartlarının  yığılacağını  bildirir.  Son  30  dəqiqə  ərzində  isə  sual 

kitabçasında  təqdim  olunan  mövzu  üzrə  yazı  işi  yerinə  yetirməli  olduqlarını 

onların nəzərinə çatdırır. İmtahanın başlandığı və qurtaracağı vaxtı lövhədə qeyd 

edir. 


   

DĠQQƏT!

 

Nəzarətçi  imtahanın  təyin  olunduğu  vaxtda  baĢlanmasına  səy 

göstərməlidir. 

BURAXILIġ  ĠMTAHANIN  GEDĠġĠ  HAQQINDA  PROTOKOL 

ĠġLƏNƏRKƏN SƏLĠQƏLĠ, BÖYÜK ÇAP HƏRFLƏRĠ ĠLƏ, QEYDLƏR 

ĠSƏ MƏNASI AÇIQ VƏ ANLAġIQLI ġƏKĠLDƏ YAZILMALIDIR. 

 

Ġmtahan  baĢlandıqdan  sonra  30  dəqiqə  müddətində  gecikən şagirdin 

sənədlərini  yoxlayaraq  imtahana  buraxır  və  onlara  əlavə  vaxt  ayrılmayacağını 

bildirir.  İş  nömrəsini,  soyadını,  adının  ilk  hərfini  və  imtahan  zalına  daxil  olma 

vaxtını protokolun 4-cü bəndində qeyd edir. 

 

İmtahanın başlanmasından 30 dəqiqə keçdikdən sonra: 



a)

 

İmtahana  gəlməyən  hər  bir  şagirdin  cavab  kartının  “Zal  nəzarətçisinin 



diqqətinə” bölməsindəki dairəni qaralayır

b)

 



İş  nömrəsini,  soyadını,  adının  ilk  hərfini  protokolun 6-cı  bəndinə  qeyd 

edir; 

c)

 



“Yerləşmə  siyahısı”nda  həmin  şagirdlərin  adları  qarşısında  “gəlmədi” 

sözünü yazır; 

d)

 

1-ci  sıranın  1-ci  yerindən  başlayaraq  hər  bir  şagirdi  sənədlərindəki 



fotoşəkillərlə  tutuşdurur  (nəzarətçi  bu  iĢə  Ģəxsən  məsuliyyət  daĢıyır)

əgər  şagirdlərlə  onların  sənədlərindəki  fotoşəkillər  arasında  şübhəli  hal 




olarsa,  imtahan  rəhbərinə  təcili  məlumat  verir  və  protokolun  11-ci 

bəndində bu haqda  qeydiyyat aparır.  

 

İmtahanda iştirak etməyən şagirdlərin cavab kartlarını kartonların arasına 



qoyur. Sual kitabçalarını isə imtahan rəhbəri zala gəldikdə ona təhvil verir. 

 

İmtahan zamanı imtahan rəhbəri və TQDK-nın nümayəndəsindən  başqa 



heç kəsin zala daxil olmasına icazə vermir.  

 

Rəsmi  icazəsi  olan  KİV  nümayəndəsinə  imtahan  zalına  daxil  olmamaq 



şərti ilə  müşahidə etməyə çəkiliş aparmağa icazə verir. 

 

İmtahanın  gedişi  zamanı  imtahan  qaydalarına  riayət  olunmasına  ciddi 



nəzarət edir. Əgər şagirdlərdən imtahan qaydalarını pozan varsa (nizam-intizamın 

pozulması,  köçürmə,  mobil  telefon  və  başqa  rabitə  vasitələrini,  köməkçi 

vasitələrdən- kitab, konspekt, hesablama maşını, cədvəl  imtahana gətirmə və s.) 

imtahan rəhbəri zala gəldikdə ona məlumat verir. Ġmtahan rəhbərinin qərarına 



əsasən şagirdin “Sual kitabçası”nı, “Cavab kartı”nı alır. Protokolun 7-ci bəndində 

-  “İmtahandan  xaric  olunanlar”  bölməsində  iş  nömrəsini,  soyadını,  adının  ilk 

hərfini  və  xaric  olunma  vaxtını  qeyd  edir.  Protokolun  10-cu  bəndində  səbəbi 

göstərilməklə  qeydiyyat  aparır  və  onu  imtahandan  xaric  edir.  Xaric  olunan 

şagirdlərdən köməkçi vasitələr və rabitə vasitələri götürülübsə (rabitə vasitələrini 

kağıza  bükdükdən  sonra),  bu  əşyaların  üzərində  xaric  olunan  şagirdin  iş 

nömrəsini, soyadını, adını yazıb üzərində  imza etdikdən sonra imtahan rəhbərinə 

təhvil verir. 

İmtahanın başlandığı elan edildikdən 1 saat keçənədək və imtahanın son 

15 dəqiqəsi ərzində şagirdlərin getməsinə icazə vermir.  

Qalan  vaxt  ərzində  imtahan  zalını  tərk  etmək  istəyən  hər  bir  şagirdin 

cavab kartını və sual kitabçasını alır. Yalnız bundan sonra şagirdin cavab kartını 

və  sual  kitabçasını  təhvil  aldığı  barədə  “İmtahana  buraxılış  vərəqəsi”ndə  imza 

edir. 


Test  tapşırıqlarının  cavablandırılması  üçün  ayrılan  ilk  1,5  saatlıq 

müddətin qurtarmasına 15 dəqiqə qalmış cavabların “Sual kitabçası”ndan “Cavab 

kartı”na köçürülməsinin vacibliyini elan edir. 

İmtahanın  başlandığı  elan  edildikdən  1,5  saat  keçdikdən  sonra  test 

tapşırıqları  üçün  ayrılan  vaxtın  bitdiyini  şagirdlərə  elan  edir,  cavab  kartlarını 

kənara  qoymalarını  tələb  edir  və  onlara  sual  kitabçalarında  verilmiş  mövzu  üzrə 

yazı işinə başlamalarını söyləyir. İmtahanın sakitliyini pozmadan cavab kartlarını 

operativ  olaraq  yığır.  İmtahanda  iştirak  edən  və  etməyən  şagirdlərin  cavab  




kartlarının ön üzünün aşağı sağ küncündəki “Siyahıdakı nömrə”yə uyğun olaraq 

artma  ardıcıllığı  ilə  yığır.  Yerləşmə  siyahısını  da  cavab  kartları  ilə  birlikdə 

kartonların  arasına  qoyaraq  rezin  həlqələrlə  bərkidir.  İmtahan  rəhbərinin  iştirakı 

ilə polietilen zərfə qoyaraq lenti yapışdırır.  

“İmtahan  qurtardı”  elan  olunana  qədər  cavab  kartları  zərfini  özündə 

saxlayır. 

 

 



ĠMTAHAN QURTARDIQDAN SONRA GÖRÜLƏN ĠġLƏR 

 

İmtahan  başlandıqdan  2  saat  sonra  imtahanın  qurtardığını  elan  edir. 



Şagirdlərdən  qələmlərini  masanın  üzərinə  qoymalarını  tələb  edir  və  sual 

kitabçalarını operativ olaraq yığır

 

İmtahan  rəhbərinin  iştirakı  ilə  zalda  qalan  şagirdlərin  gözləri  qarşısında 



sual  kitabçalarını  sayır,  imtahanda  iştirak  edən  şagirdlərin  sual  kitabçaları  üçün 

nəzərdə tutulmuş xüsusi polietilen zərfə qoyaraq lenti yapışdırır. Imtahan rəhbəri 

zərfi imzası ilə möhürləyir və təhvil alır. 

Cavab kartları zərfinin üzərindəki akt imtahan rəhbəri, zal nəzarətçiləri və 

ən az üç şagird tərəfindən imzalanır və imtahan rəhbərinə təhvil verilir. 

 

Yalnız  bundan  sonra  növbə  ilə  şagirdlərin  “İmtahana  buraxılış 



vərəqəsi”ndə imza edir.  

DĠQQƏT!  MöhürlənmiĢ  cavab  kartları  və  sual  kitabçaları  zərflərinin 

qapağının açılması qəti qadağandır! Nəzarətçi imtahanda iĢtirak edən və 

etməyən  Ģagirdlərin  cavab  kartlarının  və  sual  kitbçalarının  yerində 

olmasına Ģəxsən məsuliyyət daĢıyır.  

 

Cavab  kartları  zərfini,  doldurulmuş  protokolu,  sual  kitabçaları  zərfini, 



nəzarətçi vəsiqəsini və nəzarətçi təlimatını, imtahan zalını tərk etmədən, imtahan  

rəhbərinə təhvil verir . 



 

NƏZARƏTÇĠYƏ QƏTĠ QADAĞANDIR: 

 

1.



 

İmtahana mobil telefon, kalkulyator, çanta, kitab, dəftər, jurnal, və s. gətirmək; 

2.

 

İmtahan  başlandıqdan  sonra  imtahan  zalını  tərk  etmək,  başqa  imtahan  zalına 



daxil olmaq; 

3.

 



Şagirdin  “Cavab  kartı”nı,  “Sual  kitabçası”nı  zaldan  kənara  çıxarmaq  və  ya 

çıxarılmasına şərait yaratmaq; 




4.

 



 “Cavab kartı” və “Sual kitabçası”na baxmaq, sualları araşdırmaq və sualların 

məzmununu şagirdlərlə müzakirə etmək; 

5.

 

Şagirdə  “Şagirdlərin  imtahan  zalı  üzrə  yerləşmə  siyahısı”nda  qeyd  olunmuş 



variantı dəyişərək  başqa variant “Sual kitabçası” vermək. 

6.

 



İmtahanın  gedişi  zamanı  şagirdlərə  kömək    etmək,  şagirdin  suallarına  cavab 

vermək, onunla söhbət etmək və yanında dayanıb cavablarına baxmaq; 

7.

 

İmtahan zamanı köçürmə hallarına şərait yaratmaq; 



8.

 

“Cavab  kartı”nı  və  “Sual  kitabçası”nı  təhvil  almamış  şagirdin  “İmtahana 



buraxılış vərəqəsi”nə imza etmək; 

9.

 



Kənar şəxsləri imtahan zalına buraxmaq; 

10.


 

 İmtahan zalının qapısını örtmək, qapının ağzında dayanmaq, dəhlizə baxmaq 

və ya siqaret çəkmək; 

11.


 

“Sual kitabçası”nı  götürüb özü ilə aparmaq və ya başqasına vermək. 



 

 

ġAGĠRDĠN ĠMTAHANDA DAVRANIġ QAYDALARI 

(Nəzarətçi bu qaydaları uca səslə Ģagirdlər üçün oxumalıdır!) 

 

1.

 



İmtahan zalında buraxılış vərəqənizdə göstərilən sıra və  yerdə oturmalısınız. 

Nəzarətçinin izahatını diqqətlə dinləməlisiniz. 

2.

 

İmtahan zamanı nizam-intizam qaydalarına ciddi əməl etməlisiniz.  



3.

 

İmtahan  zalında  danışmaq,  bir-birindən  nə  isə  soruşmaq,  başqasının 



cavablarına  baxmaq,    köçürmək,  köçürməyə  şərait  yaratmaq,  köməkçi 

vasitələrdən (telefon ,kitab, konspekt, kalkulyator, cədvəl və s.) istifadə etmək 

qəti qadağandır. 

4.

 



İmtahan  zamanı  davranış  qaydalarına  əməl  etməyən  şagirdlər  imtahandan 

xaric olunur və onların imtahan nəticələri ləğv edilir. 

5.

 

“Cavab  kartı”nı  aldıqda  oradakı  məlumatları  diqqətlə  oxuyun.  ”Cavab 



kartı”nda sizin soyadınız, adınız, atanızın adı və iş nömrəniz çap olunmuşdur. 

Bu  məlumatlarda  hər  hansı  çatışmazlıq  aşkar  etdikdə  bu  haqda  nəzarətçiyə 

məlumat verin. 

6.

 



“Cavab kartı” ilə işləyərkən diqqətli olmaq lazımdır. “Cavab kartı” ancaq qara 

və  ya  tünd  göy  rəngdə  yazan,  mürəkkəb  axıtmayan  diyircəkli  qələmlə 

doldurulmalıdır. 



10 

7.

 



”Cavab  kartı”nızı  sona  qədər  öz  qarşınızda,  əlinizin  altında  saxlayın.  Çünki 

yanınızda əyləşmiş şagird öz cavablarını səhvən sizin “cavab kartı”nıza yazıb 

onu korlaya bilər. KorlanmıĢ “Cavab kartı” dəyiĢdirilmir. 

8.

 



“Cavab  kartı”nı  səliqə  ilə  doldurmalısınız.  3-cü  bölmədə  özünüz  haqqında 

məlumatları  yazmalı,  2-ci  bölmədə  isə  iş  nömrənizi  damalara  yazıb 

kodlaşdırmalısınız.  “Cavab  kartı”ını  qatlamaq,  əzmək,  bükmək  və  cırmaq 

olmaz. 


9.

 

Sual  kitabçaları  paylandıqda  diqqətli  olmaq  lazımdır.  Nəzarətçidən  “Cavab 



kartı”nızda qeyd edilmiş varianta uyğun “Sual kitabçası” almalısınız. 

10.


 

Test  sualları  və  onların  cavabları    ilə  əlaqədar  sual  vermək  qadağandır. 

Nəzərə  alın  ki,  test  suallarında  və  onların  cavablarında  səhv  ehtimalı  çox 

aşağıdır. Bilin ki, hər hansı   sualda səhv olarsa belə, onda həmin sual üzrə 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası şagirdlərin xeyrinə lazımi qərar qəbul 

edəcəkdir. 

11.

 

“Sual  kitabçası”nın  üzərində  iş  nömrənizi,  soyadınızı,  adınızı  və  imtahan 



zalınızın kodunu yazmalısınız. 

12.


 

İmtahanın  başlandığı  elan  edilən  andan  ayrılan  2  saat  vaxtdan  səmərəli 

istifadə etməlisiniz. İlk  1,5 saat müddətində ana dili və riyaziyyat fənni üzrə 

hər birindən 30 sual olmaqla test tapşırıqlarına cavab verməlisiniz. Cavabların 

“cavab  kartı”nda  qeyd  olunması  (uyğun  dairələrin  qaralanması)  üçün  sərf 

olunan vaxt da bu müddətə daxildir. Bu müddət tamamlandıqda sizdən cavab 

kartları  yığılacaq.  Son  30  dəqiqə  ərzində  isə  sual  kitabçanızda  verilmiş 

mövzuda yazı işi yerinə yetirməlisiniz. 

13.

 

Hesablamaları və qeydləri aparmaq üçün “Sual kitabçası”nda kifayət qədər ağ 



yerlər  ayrılmışdır.  Buna  görə  də  əlavə  ağ  kağızdan  istifadə  etməyə  icazə 

verilmir. 

14.

 

İmtahan başlandıqdan 1 saat keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində 



imtahan  zalından  çıxmağa  icazə  verilmir.  Qalan  vaxt  ərzində cavab  kartınızı 

və sual kitabçanızı nəzarətçiyə təhvil verib imtahana buraxılış vərəqənizdə bu 

barədə  imza  edərək,  bir  daha    zala  qayıtmamaq  şərti  ilə,  imtahanı 

yekunlaşdıra bilərsiniz. 

15.

 

“İmtahan  qurtardı”  elan  edildikdə    sual  kitabçanızı    da  nəzarətçiyə  təhvil 



verməlisiniz. Cavab kartınızın  və sual kitabçanızın  təhvil alınması haqqında 

imtahana buraxılış vərəqənizdə nəzarətçiyə mütləq imza etdirin. 

16.

 

Cavab  kartınızı  və  sual  kitabçanızı  nəzarətçiyə  təhvil  verməsəniz, 



imtahan nəticələriniz ləğv olunacaqdır. 


11 

17.


 

İmtahan  başa  çatdıqdan  sonra  siz  “Cavab  kartları”nın  zərfə  qoyulub 

bağlanmasında iştirak edib, zərfin qapağını öz imzanızla möhürləyə bilərsiniz. 

 

NƏZARƏTÇĠNĠN NƏZƏRĠNƏ! 

Təlimatda göstərilən tələblərin yerinə yetirilməsi TQDK tərəfindən araşdırılacaq, 

təlimata zidd hər hansı fakt aşkar edilərsə, müvafiq orqanlara məlumat verilməklə 

zəruri hüquqi  tədbirlər görüləcəkdir. 

Zal nəzarətçilərinin qiymətləndirilməsi meyarları 

 

1.



 

SƏNƏDLƏRLƏ Ġġ

 

1.1.



 

ĠĢtirakçıların sənədlərinin yoxlanılması və düzgün oturdulması – 1 bal :  

“İmtahan başlandı” və “İmtahan qurtaracaq” sözlərinin, kodlaşdırma nümunəsinin 

lövhədə  yazılması,  imtahan  zalının  əyani  vəsaitlərin  olub  olmaması,  parta  və 

oturacaqların  vəziyyəti  baxımından  nəzərdən  keçirilməsi,  sıra  və  yerlərin  düzgün 

yapışdırıldığının 

yoxlanılması; 

iştirakçının 

müvafiq 

sənədləri 

əsasında 

identifikasiyasının doğru aparılması, zal, sıra və yerində düzgün əyləşdirilməsi; 

 

1.2.



 

ĠĢtirakçıları imtahanda davranıĢ qaydaları ilə tanıĢ etməsi – 1 bal :  

“İştirakçının  imtahanda  davranış  qaydalarının”  oxunması  və  izah  edilməsi;  cavab 

kartları paylanmadan öncə zəruri ehtiyacların ödənilməsi məqsədi ilə iştirakçıya 3-5 

dəqiqə  vaxt  verilməsi;  iştirakçıların  yerləşmə  siyahısına  uyğun  əyləşdirildiyinin 

yoxlanılması; 

 

1.3.

 

Ġmtahan sənədlərinin düzgün paylanması – 1 bal :  

Cavab kartlarının sıra 1, yer 1-dən başlayaraq yerləşmə siyahındakı qanunuyğunluq 

əsasında operativ paylanması və paylama zamanı cavab kartından ad, soyad, ata adı 

ilə,  şəxsiyyəti  təsdiq  edən  sənəddəki  uyğun  məlumatların  tutuşdurulmasına  diqqət 

edilməsi;  cavab  kartlarının  doldurulması  ilə  bağlı  geniş,  dolğun  izahat  işinin 

aparılması;  sual  kitabçalarının  ümumi  və  variantlar  üzrə  sayılması,  variantlara 

ayrılması,  yerləşmə  siyahısına  və  cavab  kartının  3-cü  bəndinə  uyğun  olmaqla  ən 

operativ üsullarla paylanması; 

 

1.4.



 

Ġmtahan  sənədlərini  düzgün  doldurulması  və  vaxtla  bağlı  qaydalara 

riayət – 1 bal :  

Saatın  imtahan  rəhbərinin  və  iştirakçıların  saatı  ilə  eyniləşdirilməsi,  imtahanın 

vaxtında başlanmasına səy göstərilməsi, başlanma və qurtarma vaxtlarının lövhədə 

qeyd  olunması,  imtahan  müddətində  vaxtla  bağlı  qoyulan  məhdudiyyətlərə  riayət 

olunması, nəzərdə tutulan vaxtda gəlməyənlərin müvafiq sənədlərdə qeyd olunması, 

iştirakçının təlimatda nəzərdə tutulan vaxt aralıqlarında zaldan buraxılmaması. 

 

1.5.



 

Sənədlərin qayda üzrə yığılması və bağlanması – 1 bal :  


12 

İştirakçılardan  cavab  kartı  və/və  ya  sual  kitabçası  yığılarkən  operativlik  nümayiş 

etdirilməsi,  imtahana  buraxılış  vərəqəsinə  imtahanın  sonunda  müvafiq  sənədlər 

(cavab  kartı  və/vəya  sual  kitabçası)  iştirakçıdan  təhvil  alındıqdan  sonra  imza 

edilməsi,  müvafiq  sənədlərin  iştirakçıların  və  imtahan  rəhbərinin  iştirakı  ilə 

sayılması, cavab kartları zərfinin təlimata uyğun hazırlanması və bağlanması. 

 

 

2.



 

ĠMTAHAN APARMASI: 

 

2.1.



 

Ġmtahanda sakitliyin təmin olunması – 1 bal :  

İştirakçıların  həm  imtahandan  öncə,  həm  də  imtahan  prosesində  öz  aralarında 

dialoqlarına  şərait  yaradılmaması;  imtahan  rəhbəri  və  digər  nəzarətçilərlə 

danışıqlarının  iştirakçıların  diqqətinin  yayınmasına  səbəb  olmaması;  ümumilikdə, 

imtahan zalında səssizliyin təmin olunması; 

 

2.2.



 

Etik davranıĢ qaydalarına riayət – 1 bal :  

İmtahan  rəhbəri,  iştirakçı  və  digər  vəzifəli  şəxsərlə  təlimata  uyğun  ünsiyyət  qura 

bilməsi, dil və üslubun etik davranış qaydaları çərçivəsində olması; 

 

2.3.

 

Auditoriyanı idarə etməsi – 1 bal : 

Auditoriyanı ələ alması, informasiyanı hədəf kütləyə doğru çatdırması və təlqin etmə 

keyfiyyətlərinin olması; 

 

2.4.

 

Fiziki imkanları və pedaqoq-müəllim keyfiyyətləri – 1 bal:  

Təmkinlilik  nümayiş  etdirməsi  və  emosional  yanaşmaması;  şəxsi  keyfiyyətlərinin 

(hərəkətlilik,  operativ  münasibət,  sağlamlıq  imkanlarının  yetərli  olması  və  s.) 

nəzarətçilik  funksiyasını  yerinə  yetirməsinə  maneçilik  törətməməsi;  geyim  və 

gigiyena 

qaydalarına 

riayət 

edilməsində 

pedaqoq-müəllim 

səviyyəsinin 

saxlanılması; 

 

2.5.



 

Qayda  pozuntularının  qarĢısını  alması  və  lazımi tədbirləri  görməsi  –  1 

bal :  

Köçürmə  hallarının  və  digər  imtahanda  davranış  qaydalarının  pozulmasının 

qarşısını  almaq  üçün  təlimata  uyğun  tədbirlər  görməsi  (cavab  kartlarını  və  sual 

kitabçalarını abituriyentlərin öz aralarında köçürmə məqsədi ilə dəyişdirməsinə, əl-

qol  hərəkətləri  və  digər  üsullarla  köçürməyə  cəhd  etmələri  kimi  hallara  imkan 

verməməsi,  əyani  vəsaitlərdən,  mobil  telefondan  və  s.  iştirakçının  imtahana 

gətirməsi qadağan olunmuş vasitələrdən istifadəyə mane olması,). 

 

Qeyd:  Nəzarətçi  iştirakçıya  imtahan  suallarını  həll  etməkdə  kömək  edərsə  və  ya 

bilərəkdən  köçürməyə  şərait  (  cavab  kartlarının  və  /  və  ya  sual  kitabçalarının 

dəyişdirilməsi,  cavabların  bir  iştirakçıdan  digərinə  ötürülməsi  və  s.)  yaradarsa, 

digər  meyarlar  üzrə  keyfiyyətlərindən  asılı  olmayaraq  “2”  qiyməti  verilir  və 

imtahandan kənarlaşdırılır. 

 



13 

ĠMTAHANININ GEDĠġĠ HAQQINDA PROTOKOLUN ÖN ÜZÜ 

 


14 

İMTAHANININ GEDİŞİ HAQQINDA PROTOKOLUN ARXA ÜZÜ 

 


15 

CAVAB KARTI NÜMUNƏSİ 

 


Nəzarətçinin görəcəyi işlərin ardıcıllığı 

 



illik 

11  

illik 

 



ĠMTAHAN RƏHBƏRĠNĠN OTAĞINDA  

        QEYDĠYYAT VƏ TƏLĠMAT       

7

45  

 

12

45  

 

 



ĠMTAHAN ZALININ QƏBUL EDĠLMƏSĠ                                                         

8

00   

 

13

00   

 

 



ġAGĠRDLƏRĠN YERLƏġDĠRĠLMƏSĠ                                                       

8

00 

-

  

9

20   

 

13

00 

-

  

14

20   

 

 



CAVAB KARTLARININ PAYLANMASI  

        VƏ DOLDURULMASI        

9

20 

-

  

9

50   

                        

14

20 

-

  

14

50   

                        

 



SUAL KĠTABÇALARININ VARĠANTLARA AYRILMASI                  

9

50 

-

  

9

55   

 

14

50 

-

  

14

55   

 

 



SUAL KĠTABÇALARININ PAYLANMASI  VƏ  

        ÖN ÜZÜNÜN DOLDURULMASI                                                        

9

55 

-10

00   

 

14

55 

-15

00   

 

 



“ĠMTAHAN BAġLANDI” ELAN OLUNMASI                                    

10

00

    

15

00

    

 



GƏLMƏYƏN ġAGĠRDLƏR BARƏDƏ  

           SƏNƏDLƏġDĠRĠLMƏNĠN (3 SƏNƏDDƏ) APARILMASI                              

10

30   

 

15

30   

 

 



ARZU EDƏN ġAGĠRDLƏR GEDƏ BĠLƏRLƏR                                      

11

00 

-11

45   

  16

00 

-16

45   

 

 



CAVAB KARTLARININ YIĞILMASI                                                               

11

30

 

16

30

 

 



“ĠMTAHAN QURTARDI” ELAN OLUNMASI  VƏ SUAL    

KĠTABÇALARININ YIĞILMASI                                                                                                         

12

00   

 

17

00   

 



 



SƏNƏDLƏRĠN ĠMTAHAN RƏHBƏRĠNƏ TƏHVĠL 

VERĠLMƏSĠ              

12

15   

 

17

15   

 

  

ИМТАЩА

Н 

РЯЩБЯРИ

НИН 

ОТАЬЫ  

                       

8

35

 

Yüklə 127,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə