Azərbaycan respublġkasi



Yüklə 239 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix08.01.2018
ölçüsü239 Kb.
#19995
  1   2   3   4   5   6


 

 



                                

                                

                             

AZƏRBAYCAN  RESPUBLĠKASI 

                        MƏDƏNĠYYƏT VƏ TURĠZM NAZĠRLĠYĠ  

            F. KÖÇƏRLĠ ADINA RESPUBLĠKA UġAQ KĠTABXANASI  

                                     ELMĠ-METODĠKA ġÖBƏSĠ                    

 

 

 

 

 

                                                                

                                                                

 

                                                          

(Teymur Elçinin 90 illik yubileyi ilə əlaqədar )      

                                                                                    

 

 

                                   

 

 

 

 

 

 

                           

Ustad qələmində uĢaq dünyası   

                                  

metodik vəsait

 

                  

                                

 

 



 

                                                       

 

 

 



 

 

                                                     



Bakı - 2014

 



 

                   



                                                    

                                                    Tərtibçidən: 

 

Əziz  uşaqlar!  Bu  il  sizlər  üçün  “Şəkərim,  duzum”,  “Torağayın  nəğmələri”, 



”Toğrul  babanın  nağıl  ağacı”,  “Qar  qız”,  “Qızulduz,  Yaşar    və  Nur  nənə”,  “Din, 

dan”,  “Bahar,  adlar,  uşaqlar”,  “Şeirlər,  sözlər,  nəğmələr”,  “Laylalar”,  “Balaca 

Aytən” kitablarında maraqlı şeirlər, nağıllar, nəğmələr qoyub getmiş sevimli şairimiz 

Teymur  Elçinin  90  illik  yubileyidir.  O,  sevə-sevə  dinlədiyiniz  “Bip-Bip  nəğməsi”, 

“Sərçə”,  “Bizim  həyət”  və  bir  çox  uşaq  nəğmələrin  də  müəllifidir.  Uşaq  yazıçısı 

olaraq şairin bu il 90 illik yubileyi münasibətilə keçirilən tədbirlərə kitabxanamız da 

qoşulacaq. 

Ədəbi fəaliyyətə erkən yaşlarından başlayan Teymur Elçin şeirlərinin dili sadə, 

qafiyələri  musiqili olduğundan  bu şeirlər yaddaşlarda  əbədi həkk olunub. Şeirlərinə 

yazılmış  mahnılarının  isə  bu  gün  də  uşaqlar  tərəfindən  sevilərək  oxunması  şairin    

unudulmamasından  xəbər  verir.  Şair  öz  yaradıcılığında  arxaik  sözlərə  belə  yeni 

nəfəs,  yeni  can  vermişdir.  Müxtəlif  xalqların  uşaq  yazıçıların  əsərlərini  böyük 

ustalıqla dilimizə tərcümə etmişdir. 

Yubiley  münasibətilə  hazırladığımız  bu  vəsaitdə  məqsədimiz  şairimizi  sizə 

daha  yaxından  tanıtmaqdır.  Onun  yaradıcılığında  yer  alan  təmsillər,  tapmacaları 

yenidən  uşaqlara  sevdirməkdir.Vəsait  iki  hissədən  ibarətdir:  “Giriş  hissə”,  və  

”Keçiriləcək tədbirlər”.  

Girişdə  şairin  həyat  və  yaradıcılığı  haqqında  məlumat  verilir,  II  hissədə  isə 

kitabxanada  şairin  yubileyi  ilə  bağlı  keçirilməsi  nəzərdə  tutulan  tədbirlər  haqqında 

danışılır,  həmçinin  şairin  yubilyar  kitablarından  2  kitabı,  onun  təbliği  formaları 

haqqında danışılır. Şairin xatirəsinə hazırlanan ədəbi-bədii gecədə isə  şair haqqında 

sitatlar, şeirlərinə hazırlanmış səhnəciklər, bədii kompozisiyalar verilmişdir.   

 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

 



                                             

                                             Həyat və yaradıcılığı: 

Əliyev Teymur Süleyman oğlu 1924-cü il martın 28-də Şuşa şəhərində anadan 

olmuşdur.  1931-ci  ildə  ailəliklə  Bakıya  köçmüşlər.  Burada  132  saylı  şəhər  orta 

məktəbini bitirdikdən sonra  ADU-nun filologiya fakültəsində təhsil almışdır (1941-

1948). Həmin ildən eyni zamanda "Gənc işçi" qəzeti redaksiyasında ədəbi işçi kimi 

fəaliyyətə  başlamışdır.  Azərbaycan  Radio  Komitəsində  ictimai-siyasi  verilişlər  baş 

redaksiyasında  ştatdankənar  müxbir  (1941-1942),  diktor,  redaktor,  məsul  redaktor 

(1942-1943), vəzifələrində işləmişdir.  

Yaradıcılığa erkən yaşlarında başlayan Teymur Elçinin “Azərbaycan” adlı ilk 

şeiri  1938  –  ci  ildə    Bakı  Pionerlər  evinin  dərc  etdiyi  şeirlər  məcmuəsində  çap 

edilmişdir.  “Qar  qız”,  “Bip-Bip”,  “Qulaq  asın,  danışım”,  “Qizulduz,  Yaşar  və  Nur 

nənə”, “Toğrul babanın nağıl ağacı” adlı kitablarında Azərbaycan uşaq ədəbiyyatının 

ən  gözəl  nümunələrini  yaratmış  şair,  Rus  və  digər  xarici  ölkə  ədəbiyyatı 

nümayəndələrinin  əsərlərini  də  dilimizə  böyük  ustalıqla  tərcümə  etmişdir.  Bu 

tərcümələrin  əksəriyyəti  orijinal  nümunədən  də  qüvvətli  alınmışdır.  Həmçinin 

elimizin,  dilimizin  qəhrəmanlıq  eposu  sayılan  “Kitabi  Dədə  Qorqud”  un  motivləri 

əsasında yazdığı  “Oğul Buğac”  poeması şairin yaradıcılığında uşaqlar üçün yazdığı 

ən  gözəl  nümunələrdəndir.  Əsərdə  o  “Kitabi  Dədə  Qorqud”  un,  bədii  quruluşunu 

saxlamaqla eposu uşaq dili ilə sadə dildə uşaq təfəkkürünə çatdırmışdır.  

Şairin  kitablarının  hər  biri  kiçikyaşlı  oxucular  üçün  xeyirxahlıq,  ülvi  hislər  və 

səmimiyyət  tərbiyə  edir.  Son  dövrlərdə  bu  kitablar    latın  qrafikası  ilə  çap  edilməsə 

də, kitabdakı şeirlər, nəğmələr məktəb kitablarında sevə-sevə çap edilir.  

Şairin  kitablarındakı  şeir  və  poemaların  əksəriyyəti  kiçikyaşlı  oxucular  üçün 

nəzərdə  tutulmuşdur.  Bu  isə  şairin  istedadı  ilə  yanaşı,  uşaq  aləmini  daha  dərindən 

bilməsindən xəbər verir. Onun qələmə aldığı şeirlər və poemaların sözlərindəki məna 

çaları  bir  növ  uşaqlara  müxtəlif  tərbiyəvi  fikirlər  aşılamaq,  ibrətamiz  həyat 

hadisələrini dərk etmək üçün gözəl vasitədir desək yanılmarıq.  

    

O  həmçinin  respublikamızda  uşaqlar  üçün  yazılmış  ən  gözəl  mahnıların 



sözlərinin  də  müəllifi  olmuşdur.  F.  Əmirov,  O.  Zülfüqarov,  A.  Rzayeva  və  başqa 

bəstəkarların şairin sözlərinə yazdığı mahnıları dillər əzbəridir. 

 

Onun uşaqlar üşün yazdığı “Qar Qız” pyesi 1983-cü ildə M. Qorki adına Gənc 



tamaşaçılar teatrında tamaşaya qoyulmuşdur.  

           Şair  20  mart,  1992-ci  ildə  vəfat  etmişdir.  Hazırda  Bakının  küçələrindən  biri 

şairin adını daşıyır.                                                     

 

 

 

                                                     




Yüklə 239 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə