Azərbaycan səFƏVİ DÖVLƏTİNİn venesiya və papaliqla münasiBƏTLƏRİ TÜRKİYƏ tariXŞÜnasliğinda



Yüklə 84,58 Kb.

tarix09.03.2018
ölçüsü84,58 Kb.


“GEO Strategiya”.-2015.-№ 1 (25).-S.7-12. 

 

AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİNİN VENESİYA VƏ PAPALIQLA 

MÜNASİBƏTLƏRİ TÜRKİYƏ TARİXŞÜNASLIĞINDA 

 

Dos. Tofiq Nəcəfli 

AMEA A.A. Bakıxanov adına Tarix institutunun elmi işlər üzrə direktor müavini 

 

Mərkəzləşdirilmiş  Azərbaycan  Səfəvi  dövlətinin  yaranması  və  getdikcə  daha  da  qüvvətlənməsi  Osmanlı 



imperiyası ilə müharibə vəziyyətində olan Avropa dövlətlərinin nəzər-diqqətinin yenidən Şərqə yönəlməsinə səbəb 

oldu.  Azərbaycan  Səfəvi  dövlətinin  banisi  I  Şah  İsmayılın  fəal  xarici  siyasət  yeritməsi  Avropa  diplomatiya 

dairələrində  belə  bir  ümid  doğurdu  ki,  Səfəvi  dövləti  Osmanlı  imperiyası  ilə  hərbi-siyasi  qarşıdurmada  Avropa 

dövlətlərinin  müttəfiqi  ola  bilər  [4,212].  I  Şah  İsmayılın  fəal  xarici  siyasəti  Qərbi  Avropa  dövlətləri  içərisində 

hamıdan  daha  tez  Papalıq  və  Venesiyanın  diqqətini  cəlb  etdi.  Məqsədimiz  bu  məqalədə  Azərbaycan  Səfəvi 

dövlətinin Venesiya və Papalıqla qarşılıqlı əlaqələrinin müasir Türkiyə tarixşünaslığında tədqiqi səviyyəsinə aydınlıq 

gətirməkdir. 

Osmanlı  dövləti  ilə  müharibə  vəziyyətində  olan  Venesiya  respublikası  özünün  ənənəvi  müttəfiqi  olan 

Ağqoyunlu dövlətinin yerində yeni, daha qüvvətli Səfəvi dövlətinin meydana gəlməsini sevinclə qarşıladı. İtaliyanı 

ələ  keçirmək  üstündə  Fransa  və  İspaniya  İtaliyada  uzun  sürən  müharibələrə  başladığı  üçün  İtaliya  dövlətlərindən 

lazımi  kömək  ala  bilməyən  Venesiya  Osmanlı  dövlətinə  qarşı  (1499-1502)  təkbaşına  müharibə  aparmağa  məcbur 

olmuşdu.  Məhz  buna  görə  də  Venesiya  hökuməti  bir  tərəfdən  Qaramanda  Osmanlılara  qarşı  mövcud  olan 

narazılıqdan istifadə etmək, digər tərəfdən Səfəviləri Osmanlılara qarşı müharibəyə cəlb etmək imkanını öyrənmək 

qərarına gəldi [11,173]. 

Uzun illər İstanbulda və Kiprdə yaşadığı üçün Şərq aləminə yaxından bələd olan Konstantino Laskari-Qaramana 

və Səfəvilərin hərbi düşərgəsinə yola salındı. O, Qaramana və Səfəvilərin hərbi düşərgəsinə səyahətdən qayıtdıqdan 

sonra, öz səfəri barədə Venesıya hökuməti qarşısında geniş hesabatla çıxış etdi. Beləliklə, Səfəvi dövlətinin Qərbi 

Avropa ilə ilk diplomatik təması Venesiya ilə yarandı [11,180; 2,90-91]. 

G.  Rota  yazır  ki,  Venesiya  senatının  Səfəvilərin  hərbi  ittifaq  yaratmaq  istəklərinə  baxmayaraq,  Osmanlılarla 

müharibənin sonunda Venesiyanın Səfəvilərlə diplomatik əlaqələrə daha az maraq göstərdiyindən xəbər verir. 1503-

cü  ildə  Kiprin  Venesiya  valisinin  Təbrizə  göndərdiyi  ankaralı  Muradın  missiyası  diplomatik  vəzifədən  daha  çox 

casusluq məqsədi daşımışdır [14,900]. 

1502-ci ilin dekabrında Osmanlı dövləti ilə Venesiya arasında 1499-cu ilin mayından bəri davam edən müharibə 

başa çatdı. İki dövlət arasında bağlanmış müqaviləni 1502-ci il dekabrın 14-də Osmanlı Sultanı, 1503-cü il mayın 20-

də isə Venesiya qolu imzaladı [5,411; 16,224; 11,182]. 

Buna  görə  do,  Səfəvilərin  Venesiya  respublikası  ilə  bu  ilk  diplomatik  təması  hər  iki  tərəfin  Osmanlı 

imperiyasına qarşı eyni zamanda hərbi əməliyyata başlaması ilə nəticələnmədi. 

Osmanlı  dövləti  ilə  sülh  bağlandığı  üçün  Venesiya  respublikası  G.  Rotanın  qeyd  etdiyi  kimi,  Səfəvilərlə 

diplomatik əlaqələrə daha az maraq göstərməyə başladı [14,900]. Bu dövrdə Venesiya hökuməti Səfəvi hökmdarının 

çağırışına cavab olaraq heç bir real addım atmadı. 

Qeyd  etmək  lazımdır  ki,  Səfəvi  dövlətinin  qərb  ölkələri  ilə  ilk  diplomatik  təmasından  aydın  olur  ki,  Şah 

İsmayılın  həmin  əlaqələri  yaratmaqda  başlıca  məqsədi  Avropa  ölkələri  ilə  ticarət  əlaqələrini  genişləndirmək  və 

Səfəvi ordusu üçün qərbdən odlu silahlar almaq idi. 

Qərbdən  göndəriləcək  odlu  silahlan  və  artilleriya  mütəxəssislərini  qəbul  etmək  üçün  Aralıq  dənizi  sahillərinə 

çıxış yolu əldə etmək lazım idi. Bunun üçün ya Osmanlı dövlətinə müharibə elan edib Qaraman sahillərinə çıxmaq, 

ya da Misir Sultanını məğlub edib Suriyanı tutmaq gərək idi. İ.H. Uzunçarşılının fikrincə, Şah İsmayılın Suriyanı ələ 

keçirmək niyyəti olmuşdu, buna görə də, qərb ölkələri ilə Misir əleyhinə danışıqlar aparmışdı. O, qərb dövlətlərini 

Aralıq dənizi tərəfdən Misirə qarşı qaldırmaq, özü isə Suriyaya qoşun çəkmək niyyətində idi [16,259]. 

Qızılbaşlığın  geniş  yayıldığı  Qaramanda  və  Suriyada  Səfəvilərin  təsiri  güclü  idi.  Bundan  istifadə  edən  Şah 

İsmayıl  öz  elçilərini  Qaraman  və  Suriya  vasitəsilə  göndərirdi.  Suriyadakı  Venesiya  konsulu  Səfəvi-Avropa 

əlaqələrinin tənzim olunmasında vasitəçilik edirdi. Səfəvi tacirləri 

[səh. 7-8]

 Hələbdə venesiyalilardan qırmızı parça 

alır, Dəməşqdə isə ipək və yun parçalar satırdılar. Venesiyanın Dəməşqdəki konsulu Bartolo Kontarini 1505-ci ilin 

avqustunda  öz  hökumətinə  məlumat  verirdi  ki,  əlində  Şah  İsmayılın  Venesiya  dojuna  yazılmış  məktubu  olan 



Qaraman  şahzadəsinin  elçisi  ilə  görüşmüşdür.  Kontorini  az  sonra  şahın  məktubunu  italyancaya  çevirtdirib 

Venesiyaya  yola  salmışdı.  1506-cı  ilin  yanvarında  Venesiyaya  yetişən  məktubda  deyilirdi  ki,  şah  Venesiyaya  əldə 

etdiyi  qələbələr  barədə  məlumat  verməklə  yanaşı,  Venesiya  hökumətinin  dostu  olmaq  arzusunda  oldugunu 

vurğulayırdı [14,900; 2,97; 11,188-189]. 

G.  Rota  yazır  ki,  1508-ci  ilin  sentyabrında  Cənubi  Yunanıstandakı  Nauplianın  Venesiya  valisi  Səfəvi  şahının 

dərviş  qiyafətində  olan  nümayəndəsi  ilə  görüşdü.  Onun  verdiyi  məlumata  görə,  Şah  İsmayıl  Venesiyanın  və 

xristianların dostudur və yaxınlarda Osmanlılara hücum edəcəkdir [14,900]. 

1509-cu  ilin  martında  Venesiya  gəmisində  I  Şah  İsmayılın  və  Qaraman  şahzadəsinin  elçisi  Venesiyaya  gəldi. 

Səfəvi elçiləri Venesiyada olduqca yaxşı qarşılandılar. Martin 9-da Səfəvi elçisi Venesiya hökuməti qarşısında çıxış 

etdi. Səfəvi elçisi Venesiya hökuməti ilə danışıqlar zamanı bildirdi ki, o, İtaliyadan Suriya yolu ilə odlu silahlar və 

artilleriya  mütəxəssisləri  aparmaq  üçün  gəlmişdir.  Səfəvi  ordusunun  Osmanlılara  qarşı  başlayacağı  hərbi 

əməliyyatlara  Venesiya  donanmasının  yardım  göstərməsi  tələb  edildi  [14,900].  A.  Allouş  Venesiya  qaynaqlarına 

istinad  edərək  yazır  ki,  I  Şah  İsmayıl  Zülqədəroğulları  üzərinə  yürüşdən  sonra  Osmanlı  imperiyasına  qarşı 

Venesiyanın yardımını əldə etmək üçün fəaliyyətini xeyli genişləndirdi. 

O,  beş  nəfərlik  Səfəvi  elçi  heyətini  top  ustalan  əldə  etmək  və  Osmanlı  dövlətinə  qarşı  hərbi  ittifaq  yaratmaq 

təklifi ilə Venesiyaya göndərdi. 1509-cu ilin mayında Səfəvi elçiləri Venesiyaya gəldi [2,100-101]. 

Venesiya hökuməti Səfəvi elçilərini nə qədər yaxşı qarşılasa da, danışıqlar heç bir real nəticə vermədi. Venesiya 

hökuməti  şah  İsmayılın  məktubuna  və  elçisinə  ancaq  “nəzakətli”  cavab  verməklə  kifayətlənməli  oldu.  Venesiya 

respublikası  Avropanın  ən  qüdrətli  dövlətləri  ona  qarşı  müharibəyə  başladığı  üçün  son  dərəcə  ağır  vəziyyətə 

düşmüşdü. Venesiya Kambre liqasında birləşmiş Avropa dövlətlərinə qarşı müharibə aparırdı. 1509-cu il mayın 14-

də  Aqnadello  döyüşündə  Venesiya  ordusunun  ağır  məğlubiyyəti  onun  varlığı  üçün  ciddi  təhlükə  yaratmışdı.  Buna 

görə  do,  Səfəvi  elçisi  heç  bir  nəticə  əldə  etmədən  sentyabrda  Kiprə  və  oradan  da  Suriyaya  gəldi  və  Dəməşqdəki 

Venesiya konsulu Pyerto Zenoya danışıqların nəticəsi barədə məlumat verdi [14,900; 11,193]. 

G.  Rotanın  fikrincə,  Venesiya  ilə  Səfəvi  dövləti  arasında  diplomatik  əlaqələrin  inkişafı  Venesiya  ilə  Məmlük 

dövləti arasında siyasi gərginliyin yaranmasına səbəb oldu. Suriyada qızılbaş təsirinin güclənməsindən narazı qalan 

və  Osmanlı  imperiyası  ilə  yaxınlıq  edən  Misir  Sultanı,  Osmanlı  kəşfiyyatının  təkidi  ilə  Səfəvi  dövləti  və  Qərb 

ölkələri arasında vasitəçilik etdikləri üçün Venesiyanın Dəməşqdəki və Qahirədəki konsulları Pyetro Zeno və Toma 

Kontarinini  zindana  atdırdı.  Yalnız  Venesiya  hökuməti Pyetro  Zeno  ilə  Səfəvi  elçiləri  arasındakı danışıqların  şəxsi 

xarakter daşıması barədə rəsmi izahat verdikdən sonra Venesiya konsulları azad olundular [11,193]. 

Bu  bir  daha  göstərir  ki,  I  Şah  Ismayıl  yaxınlaşmaqda  olan  Səfəvi-Osmanlı  müharibəsi  ərəfəsində  Avropa 

dövlətlərini  qərbdən  Osmanlı  imperiyasına  qarşı  qaldırmaq  üçün  yenidən  Venesiya  hökumətinə  müraciət  etməli 

olmuşdu.  1510-cu  ildə  o,  hətta  bu  məqsədlə  əslən  Kiprli  olan  Nikolo  Sororu  Təbrizdən  Həbbə  qayıdan  italyan 

tacirlərinə qoşaraq elçi kimi yola salmışdı. Lakin elçinin şahın məktubu ilə birlikdə ələ keçməsi Venesiya ilə Misir 

arasındakı siyasi gərginliyin yaranmasına gətirib çıxardı. 

Bu  hadisə  Səfəvi-Venesiya  əlaqələrində  durğunluq  dövrünün  başlanmasını  göstərdi.  G.  Rotanın  fikrincə,  bir 

tərəfdən  Venesiyanın  Osmanlı  imperiyasına  qarşı  sakitləşdirici  siyasətə  üstünlük  verməsi,  digər  tərəfdən  Çaldıran 

döyüşündə  məğlub  olan  Səfəvilərin  daxili  vəziyyəti  və  ardınca  da  Şah  İsmayılın  vəfat  etməsi  bu  durğunluğa  öz 

təsirini göstərdi [14,901]. 

Qeyd etmək lazımdır ki, əvvəlki dövrlərdə olduğu kimi, I Şah İsmayılın Çaldıran döyüşü ərəfəsində də Venesiya 

respublikasını Osmanlı imperiyasına qarşı qaldırmaq planı baş tutmadı. Bu zaman Venesiya hökumətinın başı İtaliya 

müharibələrinə (1494- 1559) qanışdığı üçün Osmanlı imperiyasını Səfəvi dövlətinin əlilə zəiflətməyə çalışır, özü isə 

həm Osmanlı, həm də Misirlə münasibətlərini sahmanda saxlamaq siyasəti yeridirdi [11,196]. 

Osmanlı  imperiyasının  daha  da  qüvvətlənməsi,  Avropa  ölkələrini  Şərqlə  birləşdirən  bütün  karvan  yolları 

üzərində nəzarəti qəti olaraq  ələ keçirməsi bir sıra qərb dövlətləri kimi  Venesiyanı da Osmanlı imperiyasına qarşı 

düşmənçilik siyasətindən əl çəkərək onunla yaxınlaşmaq siyasətinə keçməsinə səbəb oldu. Buna görə də. Çaldıran 

döyüşündən sonra Venesiya ilə Səfəvi dövləti arasında diplomatik əlaqələr arxa plana keçdi. 

Bu,  Venesiya  respublikasının  ikili  siyasət  yeritdiyini  aydın  göstərirdi.  Sultan  Süleymanın  Azərbaycana  1533-

1535-ci illər yürüşü başa çatan zaman Venesiyadan Tomazo Moçeniq adlı diplomat  Sultanın yanına göndərildi. O, 

həm Səfəvilər dövlətinə səfərinin nəticələri ilə bağlı Sultanı təbrik etməyi, həm də Venesiyadan Suriyaya göndərilən 

malların gömrük haqqının artırılması və müqavilənin bəzi maddələrinin pozulması ilə bağlı şikayət etmək istəyirdi 

[7,493; 10,45]. 



Qeyd  etmək  lazımdır  ki,  1537-ci  ilin  avqustunda  Osmanlı  ordusunun  Venesiya  mülkü  olan  Korfu  adasına 

hücumu  iki  dövlət  arasında  1503-cü  ildən  bəri 

[səh.  8-9]

  davam  edən  sülhün  pozulması  demək  idi.  Açıq 

düşmənçiliyin üzə çıxmasına cəld reaksiya verən Venesiyanın “Onlar Şurası” Səfəvi şahı 1 Təhmasibin yanma Dojun 

məktubu ilə öz təmsilçisini göndərmək qərarına gəldi. Onun qarşısına qoyulan vəzifə Səfəvi şahını Osmanlı sultanına 

qarşı  hərbi  əməliyyatlara  təşviq  etmək  idi.  Bu  çətin  və  təhlükəli  tapşırığın  icrası  kiprli  Mikele  Membreyə  həvalə 

edildi [17,5]. 

1539-cu il martın 1-də o, Nikosiyadan yola düşdü, Anadolu yarımadası və Qara dənizdən keçərək Gürcüstana 

çatdı və Səfəvilərin əlində olan Lori qalasına gəldi. Avqust ayında о, I Şah Təhmasibin Mərənd yaxınlığmdakı yay 

düşərgəsinə gəldi. Sonra o, Səfəvi dövlətinin paytaxtı Təbrizə gəldi və bir il sarayda qaldı [17,5,6]. M. Membre ib I 

Şah Təhmasibin ilk görüşündə şahın “Müqəddəs Liqa”ya münasibətinin müsbət olduğu üzə çıxdı [10,46]. 

İ.H.  Uzunçarşılının  fikrincə,  Osmanlı  imperiyası  əleyhinə  ittifaqın  yaradılmasında  Roma  papası  fəallıq 

göstərirdi.  Osmanlı  imperiyası  ilə  Venesiya  arasında  sülh  müqaviləsinin  olduğu  bir  vaxtda  Venesiyanı  bu  ittifaqa 

sövq  edən  də  Roma  papası  III  Pavel  idi  [16,374;  10,46].  Papalıq,  Venesiya,  Almaniya  və  Avstriya  Osmanlı 

imperiyası və Fransaya qarşı birgə fəaliyyət göstərməyə razılaşdılar və bununla da 8 fevral 1538-ci ildə “Müqəddəs 

Liqa” yaratdılar [10,46]. 

Lakin 1538-ei il sentyabrın 28-də Osmanlı donanmasının Preveze dəniz döyüşündə müttəfiqlərin donanmasını 

darmadağın  etməsi  Venesiyanı  Osmanlı  imperiyası  ilə  sülh  müzakirələrinə  başlamağa  vadar  etdi.  Bu  məqsədlə 

İstanbula  göndərilən  elçi  1539-cu  ilin  aprelin  əvvəllərində  geri  qayıtdı  və  sülhə  ümidlərin  olduğunu  xəbər  verdi 

[7,505; 10,46]. Bu Venesiya hökumətinin ikili siyasət yeritdiyini bir daha göstərdi. Sülh danışıqlarına başlamaq üçün 

İstanbula elçi göndərən Venesiya, məhz bu dövrdə Səfəvi sarayına öz nümayəndəsi M. Membreni yollayaraq I Şah 

Təhmasibi Osmanlı imperiyasına qarşı müharibəyə sövq etməyə çalışdı. 

Şah  Təhmasib  İstanbulda  Osmanlı-Venesiya  danışıqlarının  gedişi  barədə  dəqiq  məlumat  əldə  edənə  kimi  M. 

Mebrenin Səfəvi sarayından dönüşü yubadıldı. Lakin Venesiyanın Osmanlı imperiyası ilə sülh danışıqlarının davam 

etməsi  Səfəvi-Venesiya  danışıqlarına  öz  təsirini  göstərdi.  M.  Membre  yazır:  “Bunlar  baş  verdikdən  sonra  onun 

İstanbuldakı  xəfiyyələrindən  xəbər  gəldi  ki,  Əlahəzrət  Venesiya  Sinyorluğunun  səfiri  sülh  istəyərək  Türkün 

sarayında olub. Beləliklə. mən özümü sarayda rüsvay olunmuş kimi hiss etdim, çünki о vaxt şah məni, əvvəl dediyim 

kimi, təyin etdiyi səfirlə birgə göndərmək üçün hər şeyi hazırlamışdı” [17,66]. 

Beləliklə.  M.  Membrenin  missiyası  Venesiya  hökumətinin  ikili  siyasət  yeritməsi,  Osmanlı  imperiyası  ilə  sülh 

danışıqları aparması nəticəsində öz əhəmiyyətini itirdi. Buna görə də I Şah Təhmasib Venesiya hökumətinin ikiüzlü 

siyasət yeritməsinə qəzəblənmiş və M. Membrenin saraydan getməli olduğunu bildirmişdi. 

Türkiyə  tarixçilərinin  qənaətim  görə,  1528-1540-cı  illər  Osmanlı-Venesiya  müharibəsi  Osmanlı imperiyasının 

qələbəsi ilə başa çatdı. 1540-cı il oktyabrın 20-də iki dövlət arasında bağlanmış müqaviləyə əsasən, müharibə zamanı 

Osmanlıların ələ keçirdiyi bütün ərazilər Osmanlıların əlində qaldı; Venesiya Osmanlı imperiyasına 300 min dukat 

məbləğində  təzminat  ödədi  [16,379;  6,220].  Bununla  belə,  Venesiya  Osmanlı  imperiyası  ərazisi  vasitəsilə  Şərqlə 

ticarət əlaqələri saxlamaq hüququnu itirmədi [11,232-233]. 

Osmanlı Sultanı 1540-cı ildə Venesiya və 1547-ci ildə isə Avstriya-Almaniya bloku ilə sülh bağlayaraq dərhal 

Səfəvi  dövlətinə  qarşı  yeni  müharibəyə  hazırlaşmağa  başladığı  üçün  daim  Səfəvi  şahının  Osmanlılara  qarşı 

müharibəyə təhrik edən Venesiyanın Səfəvi dövləti ilə münasibətləri yenidən durğunluq dövrünə daxil oldu. 1555-ci 

ildə  Səfəvi  dövləti  ilə  Osmanlı  imperiyası  arasında  Amasiya  sülh  müqaviləsinin  bağlanması  Avropada  böyük 

narahatlığa səbəb oldu [11,239]. 

G. Rotanın qeyd etdiyi kimi, XVI əsrin II yarısında Osmanlı imperiyası ilə müharibənin başlanması diplomatik 

əlaqələrin yenidən canlanmasına səbəb oldu [14,901]. Osmanlı imperiyasına qarşı təkbətək müharibə aparmağa qadir 

olmayan  Venesiya  ənənəvi  müttəfiqi  olan  Səfəvi  dövləti  ilə  əlaqə  yaratdı.  Məqsəd  Səfəviləri  arxadan  Osmanlı 

dövlətinə qarşı qaldırıb onun hərbi qüvvələrini iki cəbhəyə parçalamaq idi [11,253]. 

Venesiya hökumətinin 1570-ci il oktyabrın 27-də Venesiyadan vətənə qayıdan Səfəvi taciri Xoca Əli ilə I Şah 

Təhmasibə  göndərdiyi  məktubunda  iki  dövlət  arasındakı  “qədim  və  səmimi  dostluq  münasibətləri”  xatırladılır, 

Venesiya  respublikasının  Osmanlı  imperiyasına  qarşı  müharibə  üçün  gördüyü  hərbi  hazırlıq  barədə  məlumat 

verilirdi. Venesiya hökuməti Şah Təhmasibi inandırmağa çalışırdı ki, əgər Səfəvi dövləti şərqdən, Venesiya və başqa 

xristian  dövlətləri  isə  qərbdən  eyni  zamanda  hücuma  keçsələr,  Osmanlı  hərbi  qüvvələrini  iki  cəbhəyə  parçalayıb 

məğlub etmək olar [11,253-254]. 

1570-ci ilin sonlarında Osmanlı ordusunun Kipri ələ keçirməsi tərkibinə Venesiya, İspaniya və Roma papasının 

daxil  olduğu  və  osmanlılara  qarşı  yönəlmiş  “müqəddəs  ittifaqın”  yaradılmasını  xeyli  sürətləndirdi.  Venesiya 




hökuməti  Osmanlılara  qarşı  ittifaq  yaratmaq  məqsədilə  tanınmış  diplomat  Vinçenso  Alessandrini  xüsusi  tapşırıqla 

1571-ci ilin əvvəllərində Xoca Əlinin ardınca I Şah Təhmasibin sarayına yola saldı [15,119]. 

1571-ci il iyulun 17-də Təbrizə, avqustun 14-də isə Qəzvinə gələn italyan diplomatı Vinçenso Alessandri I Şah 

Təhmasiblə  görüşə  bilməsə  də,  onun  oğlu  Heydər  Mirzənin  qəbuluna  düşərək  Venesiya  hökumətinin  I  Şah 

Təhmasibə  göndərdiyi  məktubu  ona  təqdim  etdi.  Venesiya  diplomatının  bu  missiyası  uğursuz  oldu.  Çünki  Səfəvi 

hökmdarı Osmanlı imperiyası ilə bağlanmış Amasiya (1555) sülhünü pozmağa niyyətli olmadığını nümayiş etdirdi 

[14,901]. 

Göründüyü kimi, Venesiya respublikasının Səfəvi dövlətini Osmanlı imperiyasına qarşı qaldırmaq planı növbəti 

dəfə də baş tutmadı. 

1572-ci  il  noyabrın  16-da  papa  V  Piy  (1566-1572)  I  Şah  Təhmasibə  məktub  göndərərək  xristian  dövlətlərin 

silahının gücünü mədh edərək şaha xristian dövlətlərlə birlikdə həqiqi düşmənlərə qarşı birgə mübariz aparmaq üçün 

əlverişli  vəziyyətin  yarandığını  bildirdi.  Papanın  Səfəvi  şahına  xüsusi  müraciəti heç  şübhə  yox  ki,  Qərb  dövlətləri 

arasında Osmanlılara qarşı mübarizədə əsas rol oynayan və “müqəddəs ittifaq”ın üzvü olan İspaniya kralı II Filippin 

razılığı ilə edilmişdi [15,120]. 

1578-1590-cı illər Səfəvi-Osmanlı müharibəsi zamanı Osmanlı imperiyasına qarşı təkbaşına müharibə aparmağa 

qadir  olmayan  Azərbaycan  Səfəvi  dövləti  onun  hərbi  qüvvələrini  iki  cəbhəyə  parçalamaq  məqsədilə  yenidən  Qərb 

dövlətlərinə  müraciət  etdi.  1579-cu  ilin  sonlarında  təcrübəli  diplomat  Xoca  Məhəmmədin  başçılığı  altında  yeddi 

nəfərdən  ibarət  elçi  heyəti  Venesiyaya  yola  salındı  [11,263].  G.  Rota  yazır  ki,  1580-ci  ilin  aprelində  Venesiyaya 

çatan Səfəvi elçisi Xoca Məhəmməd Venesiya doju tərəfindən çox yaxşı qarşılandı. Venesiya Müqəddəs 

[səh. 9-10]

 

liqanı tərk edərək 1573-cü ildə Osmanlı imperiyası ilə sülh bağlamışdı. Buna görə də Xoca Məhəmmədin apardığı 



danışıqlara baxmayaraq, Venesiya bağladığı sülhü davam etdirməyi üstün tutdu [14,901]. 

XVI  əsrin  sonlarında  osmanlı  imperiyasına  qarşı  birgə  mübarizə  aparmaq  zərurəti  Avropa  dövlətlərini,  о 

cümlədən  Venesiyanı  Səfəvilərə  yaxınlaşdıran  başlıca  amil  olaraq  qalırdı.  Səfəvi  dövləti  ilə  )  osmanlı  imperiyası 

arasında yeni müharibənin başlaması Venesiya respublikasının mənafeyinə uyğun idi. 

Osmanlı imperiyasının Habsburqlarla müharibə əziyyətində olduğunu bilən Şah Abbas başqa Qərb dövlətlərini 

də Osmanlılara qarşı müharibəyə qaldırmaq siyasəti əridirdi. Bu məqsədlə Səfəvi  hökmdarı, ilk növbədə İtaliya ilə 

mənəvi əlaqələri genişləndirdi [11,271]. 

1600-cü ilin mayında Iffət bəyin başçılığı etdiyi Səfəvi elçiləri Venesiyaya gəldilər. İyunun 8-də Venesiya doju 

I  Şah  Abbasın  elçilərini  qəbul  etdi.  Səfəvi  elçisi  danışıqlar  zamanı  Venesiya  dojuna  bildirdi  ki,  onun  hökmdarı 

Venesiya ilə ənənəvi ticarət əlaqələrini davam etdirmək niyyətindədir [ 11,271 ]. G. Rotanın fikrincə, Səfəvi çisinin 

adı Əsəd bəy olmuşdur. vaxtı ilə Berşe tərəfindən onun adı yanlış olaraq Efet kimi tələffüz olunmuşdur. Əsəd bəy 

şahın adından mal alıb satmaq və Antoni Şerliyə pul çatdırmaq məqsədilə göndərilmişdi. O vətənə döndüyü zaman 

Bağdadda ölmüşdür [14,901-902]. 

V. Öztuna yazır ki, Şah Abbas Osmanlı dövlətini məğlub etməyin və III Murad dövründə ələ keçirilən ərazilərin 

geri  alınmasının  asan  olmayacağını  dərk  edən  böyük  əsgər,  dövlət  və  siyasət  adamı  idi.  Avropada  geniş  müharibə 

aparan  Osmanlı  dövlətini  Şərqdə  məğlub  etmək  üçün  ciddi  hazırlıqlar  görmək  lazım  idi.  Buna  görə  Osmanlı 

dövlətinin Avropadakı düşmənləri ilə müştərək hərəkət etmək lazımdı. I Şah Abbas da belə hərəkət etdi. Səfəvi şahı 

1599-cu  ildə  Hüseynəli  bəy  Bayatı  Antoni  Şerlinin  müşayiəti  ilə  Avropaya  göndərdi.  Şahın  ittifaq  təklifi  Osmanlı 

basqısı altında olan Avropada hərarətlə qarşılandı [13,177]. 

1601-ci ilin yazında Səfəvi elçi heyəti Praqada imperator II Rudolfla danışıqları başa çatdıraraq İtaliya hərəkət 

etdi. Səfəvi elçiləri Şimali İtaliyaya çatdıqda məlum oldu ki, Venesiya Osmanlı dövləti ilə danışıqlar aparır və buna 

görə də Şah Abbasın elçilərini qəbul edə bilməyəcəkdir [9,251 qeyd 15; 14,901; 3,247; 1,492,11,282]. Buna görə də, 

Hüseynəli  bəy  Bayat  Venesiyaya  səfəri  təxirə  salaraq  Florensiyaya  getdi.  Florensiya  hersoqu  ilə  danışıqları  başa 

çatdırdıqdan  sonra  1601-ci  il  aprelin  5-də  Romaya  çatdı.  Roma  papası  VIII  Klement  (1592-1605)  aprelin  12-də 

Səfəvi  elçilərini  qəbul  etdi.  Hüseynəli  bəy  Bayat  papa  ilə  danışıqlar  zamanı  bildirdi  ki,  əgər  xristian  dövlətləri 

qərbdən Osmanlı imperiyasına qarşı vahid cəbhədə müharibəyə başlasalar, onun hökmdarı şərqdən 150 min nəfərlik 

süvari və 60  minlik piyada ilə hücuma keçəcəkdir; bu şərtlə ki, Qərb dövlətləri Səfəvi hökmdarının razılığı  və  ya 

iştirakı olmadan Osmanlı imperiyası ilə danışıqlar aparmasınlar [11,282; 3,247- 248]. 

Türkiyə  tarixçilərinin  qənaətinə  görə,  Romada  olan  zaman  Hüsenəli  bəylə  Antoni  Şerli  arasında  ciddi  ixtilaf 

yaranır. Buna səbəb, Antoni Şerlinin 1600-cü il dekabrın 11-də imperator II Rudolfun I Şah Abbasa yazdığı cavab 

məktubu  ilə  birlikdə  Səfəvi  hökmdarının  xristian  krallara  göndərdiyi  məktubların  da  daxil  olduğu  diplomatik 



sənədlər  qovluğu  oğurladılaraq  Osmanlı  baş  vəzirinə  çatdırmasıdır.  Buna  görə  də,  Antoni  Şerli  elçi  heyətindən 

ayrılaraq aradan çıxdı [9,251; 8,151; 3,247; 1,492]. 

1602-ci ildə I Şah Abbasın Hüseynəli bəy Bayat və Antoni Şerli ilə bağlı məlumat əldə etmək və üzərində qızıl 

hərflərlə  şahın  adı  yazılmış  dəmir  əlcəyi  çatdırmaq  üçün  göndərdiyi  venesiyalı  tacir  Angelo  Qradenigo  Venesiya 

doju tərəfindən qəbul edildi [14,902]. 

Bu bir daha göstərir ki, əsrin başlanğıcında Səfəvi-Venesiya əlaqələri genişlənməkdə davam etmişdir. 1603-cü il 

martın 5-də “şahın xüsusi nümayəndəsi və böyük istedad sahibi” olan Fəthi bəyin başçılığı altında 9 nəfərlik Səfəvi 

elçi heyəti Venesiyaya gəldi. Fəthi bəy I Şah Abbasın məktubunu Venesiya dojuna təqdim etdi [14,902; 11,273]. 

Lakin Fəthi bəy Venesiyadan aldığı odlu silahlan və şaha göndərilən hədiyyələri Səfəvi sarayına yetirə bilmədi. 

1603-cü  ilin  sentyabrında  Səfəvi-Osmanlı  müharibəsi  başlandığı  üçün  Venesiyadan  qayıdan  Səfəvi  elçiləri  Aralıq 

dənizinin  Suriya  sahilinə  çıxan  kimi  Osmanlılar  onları  yaxaladılar  və  Venesiyadan  gətirdikləri  bütün  malları 

müsadirə etdilər. Suriyadakı Venesiya konsulunun səyləri nəticəsində Fəthi bəyin mallarının yalnız bir qismini xilas 

etmək mümkün oldu [14,901; 11,275]. 

Səfəvi-Osmanlı  müharibəsi  (1603-1612)  davam  etdiyinə  görə  Osmanlı  ərazisi  vasitəsilə  Avropaya  rəsmi  elçi 

heyəti göndərmək mümkün olmadığı üçün Şah Abbas Fəthi bəyin səfirliyindən xəbər bilmək və Venesiyanı Osmanlı 

dövlətinə qarşı müharibəyə qaldırmaq üçün 1609-cu ildə erməni taciri Xoca Kirakosu, 1610-cu ildə isə Xoca Səfəri 

Venesiyaya göndərdi [14,901; 11,277]. 

Səfəvi  elçiləri  ilə  aparılan  danışıqlar  zamanı  Venesiya  hökuməti  Səfəvi  dövləti  ilə  ənənəvi  dostluq 

münasibətlərini  davam  etdirəcəyini  bildirdi  və  Fəthi  bəyin  bütün  əmlakı  xüsusi  aktla  Xoca  Səfərə  təhvil  verildi 

[11,272-273]. 

G. Rotanın fikrincə, 1613-cü ildə Səfəvi tacirləri Ələddin Məhəmməd və Xoca Şahsuvar Venesiyaya gəlmişdi 

[14,901].  I  Şah  Abbasın  Venesiya  hökumətinə  yazdığı  1613-cü  il  tarixli  məktubundan  aydın  olur  ki,  o,  Osmanlı 

dövləti ilə yaranmış sülh münasibətlərindən istifadə edərək İtaliya ilə ticarət əlaqələrini genişləndirməyə çalışırdı. O, 

Venesiya  hökumətini  əmin  edirdi  ki,  “əgər  Venesiya  şəhərindən,  həmçinin  Venesiya  torpaqlarından  olan  xristian 

tacirləri  bizim  məmləkətə  ticarətə  gəlsinlər,  biz  onları  yaxşı  qarşılayacaq  və  hər  cür  kömək  göstərəcəyik;  onlara 

istədikləri hər şeyi, arzu etdikləri bütün malları almaq üçün hər cür imkan yaradacağıq” [11,194- 195]. 

G.  Rotanın  fikrincə,  Səfəvi  şahının  bütün  bu  yaxşılıqlarına  baxmayaraq,  Venesiya  hökumətinin  öz  səfirini 

göndərərək bunlara qarşılıqlı cavab vermədiyi görünür. 

Buna səbəb, 1608-ci ildə I Şah Abbasın Hələbdə olan Venesiya konsulu Ciovanni Françesko Saqredoya “İran 

konsulu”  admı  verməsi  və  1611-ci  ildə  onu  Venesiya  şəhərində  və  bütün  Venesiya  torpaqlarında  “özünün 

nümayəndəsi” təyin etməsi idi [14,901]. 

1621-ci ilin əvvəllərində Xoca Şahsuvarın və zəngin Təbriz tacirlərindən Hacı Eyvazın başçılığı altında Səfəvi 

elçiləri Venesiyaya gəldi [ 14,901; 11,298-299]. Səfəvi elçiləri 1621-ci il fevralın 1-də Venesiya hökuməti tərəfindən 

qəbul  edildi.  Səfəvi-Venesiya  danışıqlarında  ticarət  məsələlərinə  üstünlük  verildi.  İki  ölkə  arasında  ticarət 

əlaqələrinin genişləndirilməsi zərurəti qeyd edildi [11,299]. 

G.  Rotanın  fikrincə,  1627-ci  ilin  sonlarında  Hələbdəki  Venesiya  konsulu  Ciovanni  Francesko  qardaşı  oğlu 

Alviseni Səfəvilərlə ticarət etmək məqsədilə çağırdı. Venesiya hökuməti 1629-cu ildə ona İrana getməyə ıcazə verdi. 

O,  Hələbə  gələn  zaman  Şah  Abbasın  öldüyündən  xəbər  tutdu  və  Şah  Səfinin  adına 

[səh.  10-11]

  etimadnamə 

hazırlanması üçün gözləməli oldu. Az sonra isə Venesiyaya qayıtdı. 1630-cu ildə Xosrov paşanın yürüşü ilə bağlı 

quru yolu bağlandığı üçün bu səfəri gerçəkləşdirmək mümkün olmadı. Beləliklə, Saqredonun Venesiyanın quru yolla 

həyata  keçirilən  ipək  ticarətini  bir  daha  canlandırmaq  və  İranda  ticarət  faktoriyası  yaratmaq  üçün  hazırladığı  plan 

gerçəkləşdirilmədi [14,901]. 

1634-cü  ildə  Şah  Səfinin  taxta  keçməsini  xəbər  vermək  və  I  Şah  Abbasla  Alvise  Saqredo  arasındakı  əlaqələri 

xatırlatmaq  məqsədilə  Əli  Balinin  başçılığı  altında  Səfəvi  elçi  heyəti  Venesiyaya  gəldi.  Əli  Bali  Səfəvi  şahına 

məxsus ipəyin satışından sonra satıcılar arasında ortaya çıxan münaqişə nəticəsində zərbxanaya yerləşdirilən pulları 

geri almaq vəzifəsini həyata keçirməli idi [14,901-902]. 

G.  Rotanın  fikrincə,  1645-ci  ildə  Osmanlı  dövləti  ilə  Krit  adası  üstündə  müharibənin  başlanması  Venesiyanın 

Səfəvi  dövləti  ilə  diplomatik  əlaqələrinin  yenidən  fəallaşmasına  gətirib  çıxardı.  1645-ci  ildə  Venesiya  respublikası 

Polşaya  səfir  göndərdiyi  Ciovanni  Tiepolonu  Səfəvi  şahına  yazılmış  məktubu  Səfəvi  sarayına  göndərilən  və  Polşa 

elçisi  Jerzi  İliczeni  müşayiət  edən  dominikan  keşişi  Antonio  da  Fiandraya  verdi.  Bunun  ardınca  isə  Venesiya 

hökuməti  tacir  Domonike  de  Santesi  Hələb  yolu  ilə  Səfəvi  sarayına  göndərdi.  1647-ci  ilin  noyabrında  isə  keşiş 

Ferdinado Geoverida həm papanın və həm də Venesiya respublikasının elçisi kimi Səfəvi sarayına yola salındı. Onlar 




Səfəvi  şahının  Venesiya  ilə  dostluq  münasibətində  olduğunu,  lakin  hərbi  ittifaqla  bağlı  kəskin  cavab  vermədiyini 

nəzərdə  tutan  məktubu  ilə  geri  döndülər.  Venesiya  elçisi  keşiş  Antonio  Gioverida  II  Şah  Abbasın  (1642-  1666) 

Qəndahara  yürüşünə  ciddi  hazırlıq  görüldüyünün  şahidi  olmuş  və  bu  şəhərin  ələ  keçirilməsindən  sonra  şahın 

Bağdada yürüş edəcəyinə heç bir şübhə qalmadığını” çatdırmışdır [14,902]. 

Qeyd etmək lazımdır ki, 1639-cu ildə Səfəvi və Osmanlı dövlətləri arasında Qəsri-Şirin sülhü bağlandığı üçün 

Qərb  dövlətlərinin,  о  cümlədən  Venesiya  respublikasının  Səfəvi  şahını  Osmanlılara  qarşı  yeni  müharibəyə  cəlb 

etmək  siyasəti  heç  bir  nəticə  vermədi.  XVII  əsrin  II  yarısında  Səfəvi  və  Venesiya  respublikası  arasında  qarşılıqlı 

əlaqələr  daha  çox  diplomatik  xarakter  daşımış,  Səfəvi  şahının  və  senatın  din  xadimləri  vasitəsilə  məktublar 

göndərməsi ilə kifayətlənmişlər. 1661 və 1662-ci illərdə Venesiya hökumətinin Səfəvi şahını müharibəyə cəlb etmək 

məqsədilə  göndərdiyi  məktublar,  eləcə  də  1669-cu  ildə  naxçıvanlı  Mateos  Avanik  vasitəsilə  göndərilən  məktublar 

cavabsız  qaldı.  1673-cü  ildə  Şah  Süleyman  (1666-1694)  dominikan  keşişlə  Venesiya  hökumətinə  göndərdiyi 

məktubunda  1669-cu  ildə  Osmanlıların  Kandiyə  qalasını  ələ  keçirməsi  və  müharibənin  başa  çatmasından  məyus 

olduğunu bildirdi [14,902]. 

G. Rotanın fikrincə, sonrakı illərdə də Venesiya hökuməti Səfəvi dövləti ilə diplomatik əlaqələri davam etdirdi. 

1695-ci  ildə  papa  nümayəndəsi,  1697-ci  ildə  Pietro  Paolo  Piqnatelli  və  1699-cu  ildə  isə  Felike  Maria  da  Sellano 

vasitəsilə Səfəvi sarayına məktublar göndərildi. 

Bu  məktublarda  Səfəvi şahı  Osmanlılarla  müharibəyə  təhrik  edilir  və Venesiya  respublikasının  Səfəvi  şahı  ilə 

xoş münasibətdə olduğu vurğulanırdı [14,902]. 

Azərbaycan  Səfəvi  dövləti ilə 

[səh.  11-12]

  Venesiya  respublikası  arasında  qarşılıqlı  əlaqələrin  müasir Türkiyə 

tarixşünaslığında tədqiqi səviyyəsinin öyrənilməsi göstərir ki, bu əlaqələr iki mərhələdən keçmişdir. XVI əsri əhatə 

edən  birinci  mərhələdə  tərəflərdən  hər  biri  digərini  Osmanlı  imperiyasına  qarşı  mübarizədə  əsasən  müttəfiq 

saymışdılar.  Bu  məqsədlə  bir-birinə  elçilər  göndərmişdilər.  XVII  əsrdə,  ikinci  mərhələdə  isə  qarşılıqlı 

münasibətlərdə iqtisadi ticarət əlaqələri üstünlük təşkil etmişdi. Bu məqsədlə daha çox tacirlər göndərilmişdi. 

I  Şah  Abbas  və  xələfləri  dövründə  də  Səfəvi-Venesiya  münasibətlərində  daha  çox  iqtisadi-ticarət  əlaqələri 



üstünlük təşkil etmişdir [14,903]. 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə