Azərbaycan Skautlar Assosiasiyasının Milli Komitəsinin iclasının protokolu



Yüklə 254,18 Kb.
səhifə4/7
tarix08.12.2017
ölçüsü254,18 Kb.
#14637
növüQaydalar
1   2   3   4   5   6   7


18. İŞÇİLƏRİN MADDİ MƏSULİYYƏTİ



18.1. Bütün işçilər İşə götürənə bilavasitə vurduqları zərərə görə maddi məsuliyyət daşıyırlar.
18.1.Əmək Məcəlləsində müəyyənləşdirilmiş prosedurlara müvafiq olaraq İşçilər məhdud və ya məhdudiyyətsiz maddi məsuliyyətə cəlb olunurlar.

  1. Milli Komitənin üzvləri Rüfət Vəlizadə çıxış etdi və Azərbaycan Skautlar Assosiasiyasının Liderlər üçün Təlimlər proqramı haqqında aşağıdakı əsasnamənin mətninin təsdiq edilməsini təklif etdi:

Məqsədlər:

  1. Azərbaycan Skautlar Assosiasiyasının (bundan sonra “ASA”) böyükböyükyaşlı fəal üzvlərinə onların ASA tərəfindən təyin olunmuş xüsusi vəzifələrinin icra edə bilmələri üçün təlim prosedurlarını təsvir etmək.

  2. Təlim modulunun hər səviyyəsinin xüsusi məqsədlərini təsvir etmək.

  3. İştirak etmə şərtlərini və ASA – da Lider və böyükyaşlıların rollarını nəzərdə tutan istənilən təlim modulunun nəticələrinin qiymətləndirilməsi meyarlarını təsvir etmək.

  4. ASA – nın təlim heyətini, eləcə də, ASA – nın təlimçilərinin iyerarxiyasında irəli sürüləcək prosedurları təsvir etmək.

Ön söz:

ASA – nın lider və böyükyaşlı üzvlər üçün təlim Proqramı bir Lider üçün ASA – nın iyerarxiyasında olan vəzifəsindən irəli gələn skaut funksiyalarını lazımi qaydada yerinə yetirməsi üçün lazım olan xüsusi bilik və bacarıqlar ilə bağlı beş müxtəlif təhsil və şəxsi inkişaf sahələrinə bölünür.

Yuxarıda qeyd olunan beş təhsil və inkişaf sahəsi aşağıdakılardır:

  1. Əsas skaut təlimi

  2. Xüsusi skaut bacarıqları təlimi

  3. Ümumi təhsil

  4. Davamlı Təlim Proqramı

  5. Təlimçilərin təlimi

TƏSVİR:

  1. Əsas Skaut Təlimi:

Bu təlim bölməsinin məqsədi Skaut Liderinə onun xidmət göstərdiyi yaş qrupuna müvafiq olaraq praktikada istifadə etmək üçün üç mərhələdə müvafiq bilik və bacarıqların verilməsidir.

Bu bölməni təşkil edən modular aşağıdakılardır:

  1. Açıq hava Skaut fəaliyyəti bacarıqları (məsələn, təşəbbüsçülük, düşərgə salma, yemək bişirmə, atəşdən istifadə, səmtləşdirmə, ilkin tibbi yardım, elementar təbiət elmləri, ətraf mühitin mühafizəsi, elementar meteoroloji bacarıqlar və s.). Bu bölmə Başlanğıc Təlim adlanır və ASA – da olan hər bir fəal böyükyaşlı və hər bir Rəhbər, üzvdən birinci mandat idarəetməsinə nail olması tələb olunur.

Bu təlimin Müddəti 4 təlim günüdür ki, bunun da ilk 2-si nəzəri təlimə həsr olunur və 3-cü və 4-cü günlər isə bütün gecə düşərgə salmaqla açıq havada keçirilən praktiki fəaliyyətlərə həsr olunur. Təlim alanlar 2-3 üzvdən ibarət olan kiçik komandalara bölünürlər və təlimin ikinci hissəsi zamanı birlikdə işləyirlər.

Əgər təlim alanlar bu təlim prosedurlarının bütün tələblərini yerinə yetirərlərsə, onlar təlimin Lider Təlimçisi və Milli Təlim Komissari tərəfindən imzalanmış Sertifikat ilə mükafatlandırılırlar və onlara bir halqadan ibarət xüsusi boyun boğaz örpəyii taxmaq üstünlüyü dərəcəsi verilir.

Başlanğıc Təlim Köməkçi Təlimçi və onun komandası (hər 6 təlim alan üçün bir təlimçi) tərəfindən aparılır. Təlim alanların minimum sayı 2 və maksimum sayı isə 24 – dür. İştirak edənlərin yaşı 18 üzərində olmalıdır və onlar ASA – nın üzvləri olmalıdırlar.

  1. Bu bölmədəki təlimin ikinci səviyyəsi Baza (Əsas) Təlim adlanır. Bu təlimin məqsədi aşağıdakıları nəzərdə tutan modulların diqqətə çatdırılmasıdır: i) Skaut metodu, əsas Skaut dəyərləri və onlar üçün müvafiq üsulları nəzərdə tutan pedaqoji vasitələr, alətlər yanaşmalar. ii) xüsusi dəstənin Strukturu (Mauqli skaut, Skaut, Cəngavər skautlər), xüsusi yaş qrupunun xarakteristikası (Mauqli skaut, Skaut, Cəngavər skautlər), Skaut Metodunun xüsusi yaş qrupuna tətbiq olunması üçün xüsusilə istifadə olunan “alətlər” (Mauqli skaut, Skaut, Cəngavər skautlər), Bilik Tədris Planı (Mənəvi Fiziki İntellektual İdraki Emosional) və şəxsi inkişaffərqləndirmə nişanları sistemi. iii) Xüsusi yaş qrupunda növ, struktur, planlaşdırma, icra etmə qiymətləndirmə fəaliyyətləri (Mauqli skaut, Skaut, Cəngavər skautlər). iv) Xüsusi yaş qrupunda Liderlik (Mauqli skaut, Skaut, Cəngavər skautlər). Bütün bu modullara xüsusi yaş qrupunun Dəstəsində İşlərin necə uğurla icra edilməsi baxımından yanaşılır.

Baza Təlim xüsusilə Köməkçisi və Akella Liderləri, Köməkçi və Skaut Rəhbərləri, Köməkçi və Cəngavər skaut Rəhbərləri Qrup Skaut Ustadları Komissarəri üçün müəyyən olunur.

Bu təlimin Müddəti 4 təlim günüdür ki, bunun da ilk 2-si nəzəri təlimə həsr olunur və 3-cü və 4-cü günlər isə xüsusi yaş qrupunda (Mauqli skaut, Skaut, Cəngavər skautlər) praktiki modelləşdirmə fəaliyyətlərinə həsr olunur.

Təlim alanlar 4-6 üzvdən (Mauqli skautlar), 3-4 üzvdən (Cəngavər skautlər) və ya patrul olan 6-8 üzvdən (Skautlar) ibarət kiçik komandalara bölünürlər ki, onlar da öz tam təlim müddətləri ərzində əməkdaşlıq edirlər və özlərini Mauqli skaut, Skaut və Cəngavər skaut kimi “aparırlar”.

Əgər təlim alanlar bu təlim yarım bölməsinin bütün tələblərini yerinə yetirərlərsə, onlar təlimin Lider Təlimçisi və Milli Təlim Komissari tərəfindən imzalanmış Başlanğıc Təlimi Sertifikatı ilə mükafatlandırılırlar və onlara iki halqadan ibarət xüsusi boyun boğaz örpəyii taxmaq üstünlüyü dərəcəsi verilir.

Baza Təlim Təlimçi (3 muncuq) və ya Rəhbər Təlimçi (4 muncuq) və onun komandası (hər 6 təlim alan üçün bir təlimçi) tərəfindən aparılır. Təlim alanların minimum sayı 8 və maksimum sayı isə 36-dır. İştirak edənlərin yaşı 19-un üzərində olmalıdır və onlar öz Başlanğıc təlimlərini Baza Təlimdə iştirak etmədən ən az altı a öncə uğurla bitirmiş ASA üzvləri olmalıdırlar. Əgər təlim alan öz Başlanğıc Təlimində uğurla iştirak etmişdirsə, o, istənilən yaş qrupunun istənilən Baza Təlimində iştirak edə bilər.

  1. Taxta Nişanı Təlimi. Bu təlim Beynəlxalq təlim Standartları üzrə həyata keçirilir və hər bir yaş qrupu (Mauqli skaut, Skaut, Cəngavər skaut) üçün səmtləşdirilmişdir və üç pillədən ibarətdir: i) Praktiki təlim sessiyası (6 gün müddətli), ii) Tezis (Skaut dəyərləri Skaut Metodu (3), Skaut Metodunun Dəstə (Mauqli skaut, Skaut, Cəngavər skaut) fəaliyyətləri və gənclər proqramını nəzərdə tutan praktiki yollar ilə tətbiq olunması (5) Dəstədə Rəhbərin yükü (məsuliyyəti) (2) ilə bağlı 10 suala/ və ya problem təhlilinə yazılı formada cavab vermək), iii) Skaut fəaliyyətlərinin qiymətləndirilməsi (onlardan ən az 2-sinin). Ii) və iii) mərhələləri zamanı ASA təlim heyətinin bir üzvü (Təlimçi və ya Rəhbər Təlimçi) təlim alanlara onların Taxta nişanı əldə etmələri məqsədi ilə öz tapşırıqlarını bitirmələri üçün məsləhətçi kimi kömək edir.

Praktiki təlim sessiyası hissəsi ərzində Taxta nişanı sessiyası ilə əlaqədar təlim alanlar Mauqli skaut/ Skaut/ Cəngavər skaut Dəstəsinin üzvü kimi iştirak edirlər. Onlar Mauqli skaut /Skaut/ Cəngavər skaut standartının təsirinə məruz qalırlar, iştirak edirlər, planlaşdırırlar, onu icra edirlər və qiymətləndirirlər. Onlar həmçinin Skaut Metodu Skaut Dəyərləri, skaut metod və bacarıqlarının plana tətbiq olunması üsulları, Mauqli skaut/ Skaut/ Cəngavər skautləri üçün fəaliyyətləri icra etmək və qiymətləndirmək kimi mühüm modullara aid təlimlərə də cəlb olunurlar. Onlar həmçinin Biki tədris planında (Mənəvi Fiziki İntellektual İdraki Emosional) şəxsi inkişaf fərqləndirmə nişanı sistemini dərinliyi ilə izah edirlər. Sonda onlar müxtəlif Skautinq yaş qruplarında müxtəlif Liderlik yüklərini (məsuliyyətini) vurğulayırlar.

Bütün bu modullara Dəstədə Xüsusi işlərin niyə bu cür uğurlu şəkildə edilməsi baxımından yanaşılır. Taxta Nişanı Təlimi xüsusilə Köməkçisi və Akella Rəhbərləri, Köməkçi və Skaut Ustad Rəhbərlər, Köməkçi və Cəngavər skaut Ustad Rəhbərləri Qrup Skaut Ustadları Komissarəri üçün müəyyən olunur.

Bu təlimin Müddəti 6 təlim günüdür ki, bu müddət iştirak edənlərin xüsusi yaş qrupu (Mauqli skaut, Skaut, Cəngavər skaut) ilə əlaqədar olaraq bərabər şəkildə nəzəri və praktiki təlim sessiyalarına həsr olunur.

Təlim alanlar 4-6 üzvdən (Mauqli skautlar), 3-4 üzvdən (Cəngavər skautlər) və ya patrul olan 6-8 üzvdən (Skautlar) ibarət kiçik komandalara bölünürlər ki, onlar da öz tam təlim müddətləri ərzində əməkdaşlıq edirlər və özlərini Mauqli skaut, Skaut və Cəngavər skaut kimi “aparırlar”.

Əgər təlim alanlar bu təlim yarım bölməsinin bütün tələblərini yerinə yetirərlərsə, onlar ASA-nın Prezidenti, Baş Milli Komissar və Milli Təlim Komissari tərəfindən imzalanmış Taxta nişanı Diplomu ilə mükafatlandırılırlar və onlara rəsmi təlim sessiyaları ərzində bütün dünyada məşhur olan Bios Mclaren Klanının dama – dama parçadan hazırlanmış Gilvel boğaz örpəyiini taxmaq üstünlüyü verilir.

Onlara Taxta Nişanı sahiblərinin illik iclasında nail olunur. O, hər zaman məşhur iki muncuqlu Taxta Nişanlı uniforma geyinir.

Taxta Nişanı təlimləri Lider Təlimçi və onun komandası tərəfindən aparılır (hər 5 təlim keçən şəxsə bir təlimçi). Təlimdə iştirak edən şəxslərin minimum sayı 12, maksimum sayı isə 36 nəfər təşkil edir. İştiraççılarin minimal yaşı 20 yaş olmalıdır və Taxta Nişanı Təlimlərində işitrak etməzdən azı 6 ay öncə Baza təlimlərini uğurla başa vurmuş ASA üzvləri arasında seçilir. Əgər təlimdə iştirak edən şəxs Baza Təlimlərində uğurla iştirak edibsə, onda o, Baza Təlim Sertifikatını almış olduğu yaş qrupunun Taxta Nişan Təlimində iştirak edə bilər.

  1. Xüsusi Skaut Vərdişləri ilə bağlı Təlimlər

Bu təlim hissəsinin məqsədi iki əsas alt-qruplarda Skaut liderinin xidmət göstərdiyi yaş qrupu ilə bağlı tətbiq etdiyi bilik və vərdişlər təqdim etməkdir.

Bu hissəni özündə birləşdirən modulllar aşağıdakılardır:

  1. Hər hansı yaş qrupuna (Mauqli skautlar, Skautlar, Cəngavər skaut, Böyükyaşlılar) cəlb olunmuş Skaut Liderləri tərəfindən görülmüş baza pedaqoji Skaut işlərinə aid.

Bu alt-qruplarda baza modullar aşağıdakılardır: i) Mauqli skaut / Skaut/Cəngavər skautnin Düşərgə Təlimatçısına təlim keçirilməsi və ii) kiçik qayıqlarda şkipper kimi fəaliyyət göstərməsi üçün təlim keçirilməsi (6-10nəfər, 30 fut uzunluğunda); və burada Skautlar və Cəngavər skautlər avar çəkir və üzür. Bu təlim modulları təlimlərin qayəsini təqdim etmək üçün xüsusi bacarıqlara malik olan Təlimçi və ya Lider Təlimçilər tərəfindən idarə olunur.

Xüsusilə, Mauqli skaut / Skaut / Cəngavər skaut Düşərgələri liderlərinə düşərgə üçün müvafiq sahənin seçilməsi, ASA iyerxiyasına müraciət edilməsi, spesifik düşərgə fəaliyyətində iştirak etmək üçün lisenziya əldə etmək kimi bacarıqları ilə bağlı təlim keçirilməsi modulunda. Sahələrdən istifadə etmək üçün icazə alınması məqsədilə müraciət edin, düşərgənin salınmasında yardım göstərmiş bütün tərəflərə düzgün PR tətbiq edin, maliyyə büdcəsini hazırlayın, təhlükəsiz düşərgənin salınması üçün lazım olan avadanlıqların siyahəsini hazırlayın, spesifik yaş qrupunda olan uşaqların və yeniyetmələrin qəbul etdikləri qida və düşərgənin qida rasionu ilə bağlı balanslaşdırılmış plan hazırlayaraq icra edin, düşərgə müddətində düşərgə iştirakçılarının səhhətində baş verə biləcək kiçik problemlərin ortadan qaldırılmasına yardım etmək üçün İlkin Yardımın əsaslarını bilin və tətbiq edin. Nəhayət, düşərgədə düzgün Mauqli skaut / Skaut / Cəngavər skaut proqramını tətbiq edin ki, düşərgə spesifik qrupun illik proqramını tamamlaya və spesifik komandanın üzvlərinin pedxaqoji ehtiyaclarını ödəyə bilsin. Sonuncu hissə 4 günlük model düşərgə zamanı həyata keçirilir.

Bu təlim sessiyasını Təlimçi və ya Lider Təlimçi aparır. Təlimdə iştirak etmək üçün namizəd ilk olaraq özünün spesifik yaş qrupuna aid Baza Təlimdə uğurla iştirak etmiş olmalıdır. Bu bacarığı nişanlamaq üçün uniformanın üzərində xüsusi fərqləndirici nişan əlavə edilir.

Xüsusilə, Skautlar və Cəngavər skautlərin avar çəkərək üzdüyü kiçik ölçülü qayıqlarda (6-10 nəfər, 30 fut uzunluqda) şkipper olmaq üçün təlim modulu təhlükəsizlik məsələlərində, eləcə də tətbiq etmək və dəniz tədbirlərində iştirak edəcək azböyükyaşlılara təlim keçmək üçün texnikalarda önə çəkilən modullardan ibarətdir. Bu 6 günlük təlim sessiyalarında xüsusi gəmi təlimləri də keçirilir.

Bu təlim sessiyasını Təlimçi və ya Lider Təlimçi aparır. Təlimdə iştirak etmək üçün namizəd ilk olaraq özünün spesifik yaş qrupuna aid Baza Təlimində uğurla iştirak etmiş olmalıdır.

Xüsusi gəmiçilik bacarıqlarının akkreditasiyası milli aidiyyatı qurum tərəfindən təsdiqlənməlidir. Bu bacarığı nişanlamaq üçün uniformanın üzərində xüsusi fərqləndirici nişan əlavə edilir.

  1. B. Xüsusi bilik və bacarıqlarla ilə bağlı Skaut liderləri ASA-da vəzifə öhdəliklərini tam olaraq bilməlidirlər.

Bu təlimlər ilə bağlı althissənin spesifik modullarında aşağıdakı mövzulara müraciət edilir:

Pionerlik (Fransız üslubu), İlkin Yardım (Böyükyaşlılar üçün Yüksək bacarıqlar), geniş miqyaslı sahələrdə Gəmiçilik və İdman oriyentrinin tapılması, Dağa dırmanma və NCO üzvlərinin Skout proqramının və ASA-ın spesifik məqsədlərinin ehtiyaclarının yerinə yetirilməsi üçün ASA-ın uyğun hesab etdiyi digər spesifik mövzular.

  1. Ümumi təhsil :

Bu Fəsildə biz ASA-ın Lider və böyükyaşlı üzvlərinin ASA-ya xidmətlərini yaxşılaşdırmaqdan ötrü istifadə edə biləcəyi geniş bilik və bacarıqlar təqdim edən spesifik məsələlərə müraciət edirik.

Məsələn:

Uşaqların qorunması strategiyası;

Xüsusi bacarıqlara malik uşaqların Skaut proqramına cəlb olunması;

Gənclərin Skaut tədbirlərinə təşfiq edilməsi;

Günümüzün qlobal ətraf-mühitində gənclərə olan ehtiyac;

Ətraf-mühitin qarşılaşdığı təhlükələr: Qlobal yanaşma;

Bu və ya digər nümunələr Liderlərimiz və böyükyaşlı üzvlərimiz tərəfindən verilib və bu ehtiyaclara müraciət edilməsi üçün xüsusi təlim modulları planlaşdırılır və icra olunur.

Bu modullar bu təlim sessiyalarında iştirak edən hər bir sahədə çoxlu mütəxəssislər cəlb edib. Bu xüsusi məlumatları ASA-ın yaş qruplarında təqdim edilmiş və tətbiq edilmiş skaut proqramları ilə vəhdət halına gətirməyə cəhdlər Skaut təlimçilərinin vəzifəsidir.

Bu sessiyaları Təlimçi və ya Lider Təlimçisi və ASA-ın təlimçi üzvləri və spesifik sahədəki mütəxəssislərindən ibarət komanda aparır. Sessiyanın müddəti 20 təlim saatından çox ola bilməz.

  1. Davamlı (Fasiləsiz) Təlim Proqramı

Zona Təlim Proqramları Davamlı (Fasiləsiz) Təlim Proqramına (CTP) əsaslanır və ya qeyri-rəsmi təlim modulu (ITM) əsasən praktiki bələdçidir və skaut proqramının spesifik sahəsidir. O, həmçinin ASA liderlərinin yerli (Zona səviyyəli) ehtiyaclarına diqqət yetirir. Onlar kiçik qruplar şəklində tədris olunur (iştirakçıların sayı 20-dən çox ola bilməz) və əsas diqqəti xüsusi praktiki məsələlərə yönəldir (məs: Mauqli skaut və ya Skaut və ya Cəngavər skautlərdə fərqləndirici (əla göstəricilərinə görə) nişan (bəc) sisteminin tətbiq edilməsi. Proqramın müddəti 5 təlim saatından çox ola bilməz (45 dəq təlim sessiyası). Onlar əsasən “etməklə öyrənmək” texnikası ilə tədris edilir və Zona Təlim Komissarinin nəzarəti altında olur. Bu pqoram hər il Zona Lideri tərəfindən ASA-ın yaş qruplarının spesifik ehtiyacları əsasında planlaşdırılır.

ASA-ın Təlim personalının üzvləri və spesifik sahədə təcrübəyə malik liderlər bu illik təlim proqramını təhvil vermək üçün Zona Təlim Komissarinə yardım edir.

  1. Təlimçilərə Təlim Keçirilməsi

Təlim proqramının bu hissəsində əsas diqqət ASA Təlimçilərinə Təlim Keçirilməsinə verilir ki, NCO Zona və Milli Təlim Proqramı səviyyəsində bacarıqlarını sərgiliyə bilməsi üçün təlim personalı imkanına malik olsun.

ASA-ın Təlim personalına yardım göstərmək istəyən istənilən şəxs aşağıdakı tələblərə cavab verməlidir:

i) Təlim keçməkdə şəxsi marağa və bacarığa malik olmalı

ii) ASA Komandasının istənilən yaş qrupunda fəal Lider olmalı və vəzifəsinin icrası ilə bağlı müsbət nüfuza malik olmalı

iii) Komandanın spesifik yaş qrupu üçün Taxta Nişanına (Bəcə) sahib olmalı

iv) Zona Təlim Komissari tərəfindən tövsiyə olunmalı

İlkin işə cəlb olunmadan sonra namizəd üç təlim modulunu uğurla başa vurmalıdır.

  1. Şəxsin spesifik Taxta Nişanına (Bəcinə) sahib olub-olmamasından asılı olmyaraq, həmin şəxsin Skaut dəyərlərinin pedaqoji əhəmiyyətini anlamaq və Skaut metodlarının ASA-ın bütün yaş qruplarında necə tətbiq edilməsini qavramaq üçün təlim keçəcəyi ümumi təlim modulu. Bu modulun müddəti 2 təlim günüdür (20 təlim saatı). Bu modul qarışıq heyətə (bütün yaş qrupuna malik Taxta Nişanı (bəc) sahibləri təlimçiləri) malik olan Lider təlimçi tərəfindən aparılır.



  1. Növbəti modul Mauqli skaut, Skaut və Cəngavər skautnin metodları ilə bağlı spesifik təlimlər ilə əlaqdar şəxsin sahib olduğu Taxta Nişanının tipi ilə müəyyən edilir. Bu modulda əhəmiyyətli yaş qruplarına dair bütün spesifik məsələlər təhlil edilir və bacarıqlar standartlaşdırılır. Lider təlimçinin və onun bu yaş qrupundan təcrübəyə malik heyətinin apardığı bu iki günlük təlim modulundan iştirak etmək üçün şəxs öncəki təlim mərhələlərində uğurla iştirak etmiş olmalıdır .



  1. Təlimçilərə Təlim Keçirilməsi” modulunun növbəti hissəsi də digər adi mərhələdir (şəxsin sahib olduğu Taxta Nişanın tipi ilə bağlı). 1 təlim günü ərzində təşkil ediləcək və Təlimçi tərəfindən keçirilən bu təlim mərhələsində spesifik təlim texnikası, eləcə də kommunikasiya və təqdimat bacarıqları də tədris ediləcək.

Bütün üç mərhələni uğurla başa vurduqdan sonra milli təlim komitəsi milli Şuraya Taxta Nişanına malik olduğu yaş qrupunun Lideri üçün Təlimçi Köməkçisi vəzifəsi üçün 2 illik lisenziyaının verilməsini təklif edəcək.

Bütün təlimçi köməkçiləri ən azı iki formal təlim modulunda (İlkin, Baza və Xüsusi), eləcə də hər il Zona səviyyəsində təşkil edilən dörd davamlı təlim proqramında iştirak etməlidir.

Minimum 2 illik zaman və milli təlim komitəsi tərəfindən Təlimçi Köməkçisi vəzifəsini icra etmək üçün səlahiyyət verilmiş və eləcə də inkişaf etmək marağı nümayiş elətdirən şəxslər Lider Təlimçisi vəzifəsi üçün növbəti təlim səviyyəsində iştiraka dəvətlidir.

Əlavə olaraq, Təlimçi vəzifəsinə kimi irəliləmək üçün Təlimçi Köməkçisi Baza Təlimləri və ASA-ın bütün yaş qruplarının Düşərgə Rəhbərləri üçün nəzərdə tutulan təlimlərində uğurla iştiirak etmiş olmalıdır.

Bu modul sahib olduqları Taxta Nişanından asılı olmayaraq Təlimçi Köməkçiləri üçün ümumidir. Bu modulunun müddəti iki təlim günü təşkil edir və Milli Təlim Komissari tərəfindən aparılır. Lider Təlimçilərin apardıqları “Təlimçilərin Təlimi” modulu və təlimi Taxta nişanı istisna olmaqla bu modulun məqsədi iştirakçıların bütün Formal təlimlərdə və eləcə də ASA-ın davamlı təlim proqramlarında Lider rolunu əldə etmələri üçün onlar üçün bilik və bacarıqlar təqdim etməkdir.

Xüsusilə, belə təlimlərin mövzuları aşağıdakılardır:

  • Təlimdə iştirak edən şəxslərin təhsillə bağlı ehtiyaclarının aşkar edilməsi və onların həlli ilə bağlı yollardan istifadə

  • Formal və ya davamlı təlim proqramların təşkili

  • Təlimçi heyətinin seçilməsi və onlara təlimlərin keçilməsi, vəzifələrinin icrası

  • Təlimçi səviyyəsi ilə bağlı təlim modulunun icrası və qiymətləndirilməsi

  • Təlim moduluna dəstək hissənin təşili və təlim modulu ilə bağlı məsələlərin maliyyələşdirilməsi.

  • ASA-dakı vəzifələri ilə bağlı təlim keçirildikdən sonra qrup və komanda Liderlərinin daha yaxşı nəticə göstərmələrini təmin etmək üçün “keçilmiş dərslərin “ onlara ötürülməsi.

Təlim modullarını uğurla başa vurduqdan sonra, Milli Təlim Komitəsi Milli Şuraya Taxta Nişanına sahib olduğu yaş qrupunun Lideri üçün iki illik Təlim lisenziyasının verilməsi təklifini edəcək.

Bütün təlimçilər ən azı iki formal təlim modulunda (İlkin, Baza və Xüsusi), eləcə də hər il Zona səviyyəsində təşkil edilən dörd davamlı təlim proqramında iştirak etməlidir.

Minimum 2 illik zaman və milli təlim komitəsi tərəfindən Təlimçi vəzifəsini icra etmək üçün səlahiyyət verilmiş və eləcə də inkişaf etmək marağı nümayiş elətdirən şəxslər Lider Təlimçisi vəzifəsi üçün növbəti təlim səviyyəsində iştiraka dəvətlidir.

Əlavə olaraq, Lider Təlimçi vəzifəsinə irəliləmək üçün Təlimçi əlavə olaraq azı iki Taxta Nişanına malik olmalıdır.

Bu modul sahib olduqları Taxta Nişanından asılı olmayaraq Təlimçilər üçün ümumidir. Bu modulunun müddəti iki təlim günü təşkil edir və Milli Təlim Komissari tərəfindən aparılır. Lider Təlimçilərin apardıqları “Təlimçilərin Təlimi” modulu və təlimi Taxta nişanı istisna olmaqla bu modulun məqsədi iştirakçıların bütün Formal təlimlərdə və eləcə də ASA-ın davamlı təlim proqramlarında Lider rolunu əldə etmələri üçün onlar üçün bilik və bacarıqlar təqdim etməkdir.

Xüsusilə, belə təlimlərin mövzuları aşağıdakılardır:

  • Təlimdə iştirak edən şəxslərin Zona və Milli səviyyədə təhsillə bağlı ehtiyaclarının aşkar edilməsi və onların həlli ilə bağlı yollardan istifadə

  • ASA-ın Milli Təlim heyətinin seçilməsi və onlara təlimlərin keçilməsi, vəzifələrinin icrası (Təlimçi Köməkçisi, Təlimçi və Lider Təlimçi)

  • Zona və Milli səviyyədə təlim modulunun icrası və qiymətləndirilməsi

  • Təlim moduluna dəstək hissənin təşili və təlim modulu ilə bağlı məsələlərin maliyyələşdirilməsi.

  • ASA-dakı vəzifələri ilə bağlı təlim keçirildikdən sonra Təlimçi heyətin daha yaxşı nəticə göstərmələrini təmin etmək üçün “keçilmiş dərslərin “Milli təlim komitəsinə ötürülməsi

Təlim modullarını uğurla başa vurduqdan sonra, Milli Təlim Komitəsi Milli Şuraya Taxta Nişanına sahib olduğu yaş qrupunun Lideri üçün iki illik Lider Təlimi lisenziyasının verilməsi təklifini edəcək.

ASA-nın Təlimçi Heyətinin fərqləndirici nişanları

Bütün təlimçi heyət köynəklərinin sol cibinin üstündə beynəlxalq aləmdə tanınan fərqləndirici nişan olan uniforma geyinir.

Təlimçilər Taxta nişanları üzərində üç muncuq taxırlar.

Lider Təlimçilər Taxta nişanları üzərində dörd muncuq taxırlar.

Milli Təlim Komissari Taxta nişanları üzərində beş muncuq taxırlar.

Bütün təlim heyəti normal təlim modulları zamanı beynəlxalq aləmdə tanınmış Gilwell boğaz örpəyii taxırlar. Bütün digər tədbirlərdə isə onlar ASA-nın milli boğaz örpəyiini və Təlim səviyyəsinin Taxta Nişanını taxır.

Formal və qeyri-formal modullar üzrə təlim keçən böyükyaşlıların uğurunun qiymətləndirilməsinə dair qaydalar

Bütün formal və qeyri-formal təlim modullarında bütün təlimçilər təlim moduluna cavabdeh olan heyət tərəfindən aşağıdakı meyarlardan istifadə edilməklə qiymətləndirilirlər:

  • Təlim zamanı iştirak. Təlimdə iştirak edən şəxs təlim modulunun maksimum 10%-i buraxa bilər.

  • Fəal iştirak və təlim zamanı tədris edilmiş bilik və bacarıqlar. Təlimdə iştirak edən şəxslərin hər biri tədbirlərdə və təlimlərdə iştirak etmək bacarıqları üzrə qiymətləndiriləcək.

  • Təlimdə iştirak edən şəxslər ilə təlimçilər arasında əməkdaşlıq və rabitə qurmaq bacarığı. Təlimdə iştirak edən şəxslərin hər biri yuxarıdkaı bacarıqlar üzrə təlim zamanı nümayiş elətdirdikləri bacarıq əsasında qiymətləndirləcək.

  • Davranış və Skaut Ruhu. Təlimdə iştirak edən şəxslərin hər biri yuxarıda göstərilən davranış göstəricilər üzrə qiymətləndjriləcək.

Əlavə yazı və icra bacarıqları da Taxta Fərqləndir Nişanı və “Təlimçilərin Təlimi” modulu zamanı qiymətləndiriləcək.

Əgər təlimdə iştirak edən şəxslər əhəmiyyətli dərəcədə yuxarıda xatırladılan meyarlara cavab verməzlərsə, onda onların modullarda iştirakı uğursuz hesab ediləcək və onlar gələcək təlim sessiyalarında eyni modulu yenidən izləməli olacaqlar. Onların Zona və Qrup Liderləri onların göstəriciləri ilə bağlı məlumatlandırılacaqlar.

Təlimçi Heyətin ASA-da təlim vəzifələri ilə bağlı göstəricilərinin qiymətləndirilməsi qaydası.

ASA-ın hər hansı formal və ya qeyri-formal təlim sessiyalarında iştirak edən işçi heyəti aşağıdakı qaydada qiymətləndiriləcək:

  • Təlim sessiyasının sonunda, yazılı şəkildə təlimdə iştirak edən şəxslər tərəfindən: - təlim keçmək bacarıqları, onların çatdırdıqları bilik və bacarıqların əhəmiyyəti və onların təqdimatlarının keyfiyyəti və səmərəliliyi. Əlavə olaraq, onların Skaut ruhu, eləcə də onların istər təlimdə işitirak edən şəxslər, istərsə də ştat üzvləri ilə əməkdaşlıq bacarıqları qiyətləndiriləcək. 1-dən 10-a kimi rəqəmlərdən istifadə edilməklə qiymətləndirilmə aparıalcaq və müvafiq izahat 3-8 arasındadır.

  • İştirak etdiyi təlimin Lideri tərəfindən. Eyni meyarla onlar yazılı şəkildə onların göstəricilərini qiymətləndirirlər. Əlavə bacarıq və çatışmazlıqlar Milli Təlim Komissarinə ünvanlanır.

  • Nəhayət, Milli Təlim Komissari ilə illik müsahibə ilə.

Bütün bu məsələlər Milli Təlim Komitəsi ilə müzakirə edilir. Onun lisenziya dövrü başa çatdıqdan sonra bütün belə məlumatlar Milli Təlim Komissarinə göndəriləcək və Milli Təlim Komissari Milli Şuraya namizə ilə bağlı təkliflər irəli sürəcək. Milli Şura ya davam ilə bağlı qərar verəcək, ya da Təlim Heyətinin gələcəkdə inkişafı və ya ləğvi ilə bağlı qərar qəbul edəcək.

Milli Təlim və Skautinqdə Böyüklər sub - Komitəsi

Bu Şura ibarətdir: Lider Təlimçi (4), Təlimçi (3) və Təlimçi Köməkçisi (2). Bundan başqa, o, Təlim Heyətində olan üzvlərin ümumi sayını müəyyən etməli və Liderlərimizə verilmiş təlim sessiyalarını qiymətləndirməlıdir.

Şuraya rəhbərliyi Milli Təlim Komissari edir və o, ASA-ya daxil olan istənilən yaş qrupuna hər il verilməli olan spesifik təlim məsələləri ilə bağlı Milli Komitə üzvləri ilə əməkdaşlıq edir.

Sözügedən qərarlar daha sonra çap edilərək Milli Şuraya göndəriləcək.

Milli Təlim Komitəsi istənilən yüksək səviyyəli təlim məsələsini göndərir.

Milli Təlimçilərin İclası

Belə iclaslar hər üç ildən bir Milli Təlim Komissari tərəfindən çağırılır və Təlim Heyətinin bütün üzvləri burda işitrak etməyə dəvətlidirlər.

Hər hansı Təlim ilə əlaqəli məsələlərin həlli ilə bağlı adımlar atmaq və Təlimlərlə ilə bağlı Milli Şuraya spesifik tədbirlər təklif etmək onun öhdəliklərina daxildir.

Qərara alındı:



  1. Azərbaycan Skautlar Assosiasiyasının yeni strukturu haqqında əsasnamənin aşağıdakı mətni təsdiq edilsin:



  1. Ümumi müddəalar

    1. Bu Əsasnamə Azərbaycan Skautlar Assosiasiyasının (bundan sonra – Assosiasiya) Nizamnaməsinin icra edilməsinin təmin olunması və mövcud idarə etmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə işlənib hazırlanmışdır.

    2. Bu Əsasnamə Assosiasiyanın təkmilləşdirilmiş strukturunu əks etdirir.

  2. Assosiasiyanın strukturu aşağıdakı kimidir:

    1. Baş Assambleya

      1. Milli Komitə, Prezident daxil olmaqla

      2. Auditor Komissiyası

      3. Fəxri Prezident

    2. Milli Komitə Assosiasiyanın icra edici orqanını – Milli Komissarlar Surasının üzvlərini müəyyən edir.

    3. Milli Komissarlar Şurası aşağıdakı üzvlərdən ibarətdir

  • Milli Baş Komissar

  • Milli Baş Komissarın köməkçisi

  • Milli Təlim Komissarı

  • Beynəlxalq komissarın köməkçisi

  • Beynəlxalq komissarın köməkçisi

  • Milli Üzvlər üzrə Komissar

  • Milli Mauqli skautlar Komissarı

  • Milli Skautlar Komissarı

  • Milli Cəngavər skautlar Komissarı

  • Milli Etika üzrə Komissar

  • Milli İctimai Əlaqələr və Kommunikasiyalar üzrə Komissar

    1. Milli Baş Komissar Baş ofisin işçilərini seçir

    2. Milli Komitə və Milli Komissarlar Şurası Sub – Komitələrin üzvlərini müəyyən edir.

    3. Assosiasiyanın aşağıdakı sub – komitələri mövcuddur:

  • Milli Resurslar üzrə Sub – Komitə

  • Milli Təlim və skautinqdə böyüklər Sub – Komitəsi

  • Milli Gənclər Proqramı sub – Komitəsi

  • Milli İctimai əlaqələr Sub – Komitəsi

  • Milli mükafatlar və təltiflər üzrə Sub – Komitə

  • Milli Etika üzrə Sub – Komitə

  1. Bölgələr

    1. Assosiasiyanın aşağıdakı Bölgələri mövcuddur (Əlavə 1: Xəritə):

      1. Bakı şəhəri

      2. Abşeron

      3. Quba – Xaçmaz

      4. Şirvan

      5. Aran

      6. Lənkaran

      7. Qarabağ

      8. Gəncə - Qazax

      9. Şəki – Zaqatala

      10. Naxçıvan

    1. Hər bölgənin aşağıda göstərilən vəzifələri olmalıdır:

      1. Bölgə Baş Komissarı

      2. Bölgə Baş Komissarın köməkçisi

      3. Bölgə Təlim Komissarı

      4. Bölgənin Üzvlər üzrə Komissarı

      5. Bölgənin Mauqli skautlar üzrə Komissarı

      6. Bölgənin Skautlar üzrə Komissarı

      7. Bölgənin Cəngavər skautlar üzrə Komissarı

      8. Bölgə İctimai Əlaqələr Komissarı

  1. Rayonlar

    1. Assosiasiyanın bölgələri rayonlara bölünür və Azərbaycan respublikasının mövcud inzibati bölgəsinə görə müəyyənləşir (Əlavə 2: Xəritə).

  2. Qruplar

    1. Rayonlar qruplara bölünür. Hər qrupun Baş Rayon Komissarı və Baş rayon Komissarın Köməkçisi olmalıdır.

    2. Bir rayonda 7 qrupdan artıq qrup olduğu halda, Bölgə səviyyəsində olan vəzifələr rayon səviyyəsində ASA-nın Milli Komitəsinin qərarı ilə yaradılır.

    3. Bir rayonda 20 dən artıq qrup olduğu halda Bölgə ASA-nın Milli Komitəsinin qərarı ilə bölünür.

    4. Bir qrupda 3 (üç) dəstəyə qədər ola bilər.

  3. Dəstə

    1. Qruplar Dəstələrə bölünür.

    2. Dəstədə 24 – 30 nəfər ola bilər.

  4. Patrul

    1. Dəstələr patrullara bölünür

    2. Patrulda 5/6 + 1 patrul lideri ola bilər.



  1. Assosiasiyanın yeni strukturunun sxematik görünüşü aşağıdakı kimi olmalıdır.



  1. Təsdiqləmə, dəyişik və düzəlişlər etmək üçün prosedurlar

    1. Bu Əsasnamə qüvvədə olan iş sənədi kimi lazımi qaydada Milli Komitə tərəfindən təsdiqlənmiş, Prezident tərəfindən imzalanmış və möhürlənmiş və imzalandığı tarixdən etibarən qüvvəyə minir.



  1. Azərbaycan Skautlar Assosiasiyasının daxili intizam qaydalarının aşağıdakı mətni təsdiq edilsin:



Yüklə 254,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə