Azərbaycan Skautlar Assosiasiyasının Milli Komitəsinin iclasının protokolu



Yüklə 0,64 Mb.
səhifə1/6
tarix26.09.2017
ölçüsü0,64 Mb.
#1691
növüQaydalar
  1   2   3   4   5   6

Azərbaycan Skautlar Assosiasiyasının

Milli Komitəsinin iclasının

PROTOKOLU

Bakı şəhəri 18 may 2014-cü il

İştirak edirlər: 5 nəfər

Gündəlik məsələ:



  1. Azərbaycan Skautlar Assosiasiyasının Milli Komitəsi üçün Qayda və Normaların təsdiq edilməsi;

  2. Azərbaycan Skautlar Assosiasiyasının Skautların Etik davranış qaydalarının təsdiq edilməsi;

  3. Azərbaycan Skautlar Assosiasiyasının Böyüklərin Etik davranış qaydalarının təsdiq edilməsi;

Gündəlik səs çoxluğu ilə təsdiq olundu.

Dinlənildi:



  1. Azərbaycan Skautlar Assosiasiyasının Milli Komitə üzvləri Aleksandr Metreveli və Rüfət Vəlizadə çıxış etdilər Azərbaycan Skautlar Assosiasiyasının Milli Komitəsi üçün Qayda və Normaların aşağıdakı mətnin təsdiq edilməsini təklif etdilər:



  1. Ümumi müddəalar

    1. Bu Qayda və normalar (bundan sonra – Qaydalar) Azərbaycan Skautlar Assosiasiyasının (bundan sonra – Assosiasiya) Nizamnaməsinin icra edilməsinin təmin olunması və mövcud idarə etmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə işlənilib hazırlanmışdır.

    2. Bu Qaydalar Baş Assambleya ilə bağlı bəzi məsələlərə aydınlıq gətirir, Assosiasiyanın Milli Komitəsinin və sub - komitələrinin təyinat proseduru, funksiya və fəaliyyətlərini tənzimləyir.

    3. Assosiasiyanın Ali idarə etmə orqanı Baş Assambleyadır (bundan sonra – Assambleya).

    4. Assambleya hər il illik büdcənin və Assosiasiya tərəfindən yerinə yetirilmiş işlərin təsdiqlənməsi, eləcə də, Assosiasiyanın rüb ortası ilə əlaqədar zəruri məsələlərinin həll olunması üçün iş iclası keçirməlidir.

    5. Assambleya Milli Komitənin üzvlərinin və Prezidentin səs verməsi ilə ümumi Strategiyanın qəbul olunması və Assosiasiyanın uzun müddətli məsələlərinin həll olunması üçün hər 3 ildə bir ümumi iclas keçirəcəkdir.

    6. Milli Komitə Azərbaycan Skautlar Assosiasiyasının siyasət və qərar verən orqanıdır. Onun üzvləri Hərəkətin maraqlarını ümumilikdə və Assosiasiyanın maraqlarını xüsusi olaraq nəzərə almalı, dövlət qanunlarına hörmət etməli və nəzərə almalı və ölkənin dövlət gənclər siyasətinə, Avrasiya Regional və ÜSHT Konstitutsiyalarına, Assosiasiyanın Nizamnamə və Qaydalarına riayət etməlidirlər.

    7. Assosiasiya öz Komitə üzvləri üçün maraqların (daxili və xarici) toqquşmasının potensiyal sahələrini nəzərə alır. Komitə üzvləri öz vəzifələrini yerinə yetirən zaman maraqların toqquşmasını istisna edirlər. Assosiasiya Komitənin fəaliyyət göstərən və yeni gələn üzvləri ilə xüsusi rəsmi öhdəliklər təqdim edir.

    8. Milli Komitənin bütün üzvləri könüllü əsasla fəaliyyət göstərirlər.

    9. Milli Komitə Assambleya qarşısında hesabat verir.

    10. Milli komitə üçün üzvlər Assambleya iclası zamanı üstün (reytinq) səsvermə ilə seçiləcəkdir. Üzv ola bilməyən namizədlər hər hansı bir vakansiya yarandığı hallar üçün ehtiya olaraq nəzərdə saxlanılacaqdır.

    11. Hər bir şəxs Milli Komitəyə iki dəfədən artıq seçilə bilməz.

    12. Milli Komitənin üzvləri heç bir istisna mandata malik deyillər.

2. Milli Komitənin Tərkibi.

2.1. Assosiasiya Nizamnaməsinin 6.3. fəslinə əsasən Milli Komitə aşağıdakı struktura malik olacaqdır:

  • ASA- nın Prezidenti

  • Beynəlxalq əlaqələr üzrə Səlahiyyətli Nümayəndə

  • Resurslar (Skautinq üzrə böyüklər) üzrə Səlahiyyətli Nümayəndə

  • Gənclər Proqramı üzrə Səlahiyyətli Nümayəndə (cari olaraq həmçinin növbəti Baş Assambleyaya qədər Milli Baş Komissar kimi fəaliyyət göstərir)

  • Xəzinədar

  • İctimai Əlaqələr üzrə Səlahiyyətli Nümayəndə

  • Katib

2.2. Prezidentin rolu və öhdəlikləri Assosiasiyanın Nizamnaməsində müəyyənləşdirilir.

2.3. Hər bir Milli Komitə üzvünün rolu və öhdəlikləri müvafiq vəzifə təlimatında müəyyən olunur və vəzifələrin təyin olunmasından (Assambleyada seçkilər baş verdikdən sonra birinci Komitə iclası zamanı) və ya kooptasiyadan sonra Prezident və müvafiq Komitə üzvü tərəfindən imzalanacaqdır.
3. İclaslar

3.1. Milli Komitənin iclası iclasda onun 5 üzvünün iştirak etdiyi halda qanuni hesab olunacaqdır.

3.2. İclas və gündəmdə duran məsələ haqqında xəbərdarlıq iclasdan 10 gün əvvəl bütün üzvlərə Katib tərəfindən Assosiasiyada qəbul olunmuş rəsmi əlaqə vasitələri ilə ən az birinin istifadə olunması ilə veriləcəkdir.

3.3. İclaslar iki ayda bir dəfədən az olmayaraq lazım olduğu qədər sayda keçiriləcəkdir.

3.4. İclaslar açıq və ya qapalı ola bilər:

3.4.1. Açıq iclaslar – Komitə üzvlərindın başqa digər dəvət olunmuş şəxslərin, məsələn, digər komitə və sub - komitə üzvlərinin, dövlət Komissarərinin, könüllülərin, muzdlu heyətin, xarici məsləhətçilərin, ASA üzvlərinin, qonaqların xüsusi məsələlər üçün iştirak edə bildiyi iclas. Bu cür dəvət olunmuş şəxslərin iştirakı əvvəlcədən Milli Komitə üzvləri ilə razılaşdırılmalıdır.

3.4.2. Qapalı iclaslar – yalnız Milli Komitə üzvlərinin, Auditorlar Komitəsinin və Milli Komitə ilə razılaşdırılmış digər şəxslərin iştirak etməli olduğu iclas.

3.5. Milli Komitənin iclasları aşağıdakılar tərəfindən təşkil olunmalıdır:

- Prezident və ya onun olmadığı zaman onun yerinə fəaliyyət göstərən şəxs,

- Müvafiq qərarı olan iclasın müvafiq protokula uyğun olaraq Auditor Komissiyası tərəfindən.

3.6. İclasın Sədri Prezident və ya onun olmadığı hallarda başqa bir təyin olunmuş Komitə üzvü olur.

3.7. Katib protokolların aparılmasına, tərəfdaşlara Komitə qərarı barədə iclasdan 10 gün sonra məlumat verilməsinə cavabdehdir.

3.8. Katib protokolların təhlükəsiz olaraq saxlanılmasına cavabdehdir. İclas zamanı təqdim və müzakirə olunan bütün əlavə materiallar və sənədlər də həmçinin protokola əlavə olunmalı və saxlanılmalıdır.
4. Milli Komitənin funksiyaları aşağıdakılar olacaqdır:

4.1. Assambleyanın iclasları arasında Assambleya adından fəaliyyət göstərmək; onun qərar, tövsiyyə və siyasətlərini yerinə yetirmək və onlara nəzarət etmək.

4.2. Skaut Hərəkətini Azərbaycanda irəlilətmək və inkişaf etdirmək.

4.3. Assosiasiyanın prinsip və siyasətlərinin məqsədləri üçün və onlara uyğun olaraq onun filialları və yaxın təşkilatları arasında əməkdaşlıq təşkil etmək.

4.4. Maliyyə və əmlak, Komitə üzvlərinin, böyük rəhbərlərin və könüllülərin, stajorların təyin olunması və istefaya çıxması ilə əlaqədar bütün məsələlərdə qaydalara uyğun olaraq hərəkət etmək.

4.5. Assosiasiyanın Nizamnaməsi, Təlimatları, qayda və normaları, siyasətlərinə aid məsələlər üzrə qərarlar qəbul etmək.

4.6. Assosiasiyanın gələcək inkişafı üçün istiqamətlər /prioritetlər işləyib hazırlamaq və Assambleyaya təklif etmək. Strategiyada qeyd olunan şərtlərə uyğun olaraq onları qiymətləndirmək və baxışdan keçirtmək.

4.7. Xüsusilə aidiyyatı sub - komitələrdə olan əməkdaşlıqlar vasitəsilə Assambleya və Komitə qərarlarının təcrübədə yerinə yetiriləcəyini təmin etməklə, Assosiasiyanın icraedici orqanı olan Milli Müvvəkillər Assambleyasının işini dəstəkləmək.

4.8. Auditor Komissiyasının seçilmiş üzvləri ilə əməkdaşlıq etmək.

4.9. Assosiasiyanın vəzifəli şəxslərini (könüllülər və muzdlu heyət) təyin etmək.

4.10. Assosiasiyanın strukturuna uyğun olaraq filialların bölgələrdə qeydiyyatdan keçməsi, onların qeydiyyatdan çıxarılması və fəaliyyətlərinin dayandırılması və s. ilə məşğul olmaq və onların qayda və işlərinin Assosiasiya Nizamnaməsi, Qayda və normalarına bağlı olmasını təmin etmək.

4.11. Nöqsanlı hərəkətlərə yol verən Assosiasiya üzvləri üçün intizam prosedurları və hərəkətləri ilə bağlı olan normaları işləyib hazırlamaq.

4.12. Assosiasiya büdcəsini müzakirə etmək və təsdiqləmək.

4.13. İllik xarici maliyyə hesabatları üçün təftiş olunmuş hesablar qəbul etmək.

4.14. Milli Baş Komissardən illik şifahi hesabatları qəbul etmək və təsdiqləmək.

4.15. Assambleyanın ümumi iclasında Assambleyaya təqdim etmək üçün illik hesabları və illik hesabatı təsdiq etmək.

4.16. Mübahisə halında istənilən şəxsin üzvlüyünü müəyyən etmək.

Xitam vermə haqqında qərar Assosiasiyada olan ən ağır cəzadır. Səhlənkar üzvün dəlilləri onun mandatlı təyinat üzrə fəaliyyət göstərdiyi bütün iyerarxiya səviyyələrində və sonra isə Milli Baş Komissardən Milli Komitəyə qədər dinləniləcəkdir. Əgər Milli Komitə üzvləri bu vəziyyətin Assosiasiya üzvlüyünün aradan qaldırılması ilə cəzalandarılmasının lazım olduğunu düşünərlərsə, onlar həmin şəxsin işini dayandıra və bunu növbəti Assambleyaya təklif edə bilərlər. Əgər bu cür qərara 50+% səs verilərsə, o zaman üzvlüyə avtomatik olaraq xitam verilir. Bu xüsusi məsələ Assosiasiyanın Nizamnaməsi, Üzvlük Qayda və normaları və Assosiasiyada Böyüklər və Skautlar üçün Davranış Kodlarında aydın şəkildə təsvir olunmuşdur.

4.17. Lazım gəldiyi kimi və lazım olan hallarda hər hansı bir xüsusi məsələ ilə məşğul olmaq üçün müəyyənləşdirilmiş işə götürmə müddəti və müəyyən olunmuş funksiyalar ilə istənilən sub - komitə təyin etmək.

4.18. Sub - komitələrin tövsiyyələrini nəzərə almaq və təsdiq etmək.

4.19. Assosiasiyanın Missiyası, Arzusu, prioritetləri və hədəflərinə uyğun olaraq uzun müddətli Milli Hərəkət Planı işləyib hazırlamaq məqsədi ilə filialları və milli səviyyədə hərəkət planını möhkəmləndirmək.

4.21. Stategiya və Hərəkət planının yerinə yetirilməsinə nəzarət etmək və vaxtaşırı olaraq baxış keçirtmək.

4.22. Assosiasiyanın siyasət, qayda və normalarına baxış keçirtmək və daimi əsaslarla dəyişikliklərin edilməsini Ümumi Assambleyaya tövsiyyə etmək. Əgər lazım olan dəyişikliklər (aşağıda qeyd olunduğu kimi) üçün məsuliyyət daşıyan xüsusiləşdirilmiş heç bir sub - komitə olmazsa, Milli Komitənin üzvləri öz iclasları zamanı bunun üzərində kimin çalışacağına qərar verirlər və müəyyən olunmuş işə götürmə müddəti və müəyyən olunmuş funksiyalar ilə müvafiq şəxs və ya müvəqqəti yarım – komissiya təyin edirlər.

4.23. Assosiasiya Nizamnaməsi və Təlimatlarından nəticəsi olaraq meydana çıxan digər funksiyaları icra etmək.

5. Səsvermə

5.1. Hər səs verən üzvün bir səs vermə haqqı olacaqdır.

5.2. Qərarlar iştirak edən üzvlərin səsverməsi və səsvermənin sadə üstünlüyü ilə qəbul olunacaqdır.

5.3. Milli Komitənin üzvləri Komitənin səsvermə hüququ olan başqa bir üzvünə verilmiş səlahiyyətli nümayəndə vasitəsilə səs verə bilərlər, lakin heç bir üzv birdən çox səlahiyyətli nümayəndə qəbul edə bilməz.

5.4. “BƏLİ” və “XEYR” səslərinin bərabər olduğu halda, Prezidentin səsi həlledicidir.

6. Kooptasiya

6.1. Milli Komitədə olan üzvlüyə aşağıdakı səbəblərdən biri olduğu halda xitam veriləcəkdir:

- üzrlü səbəb olmadan ardıcıl olaraq beşdən çox Komitə iclasında iştirak etməmək və ya ardıcıl olaraq 9 aydan çox bir müddətdə Assosiasiya fəaliyyətlərinə qarışmamaq;

- istefa;

- sağlamlıq ilə bağlı səbəblər üzündən vəzifələrini icra edə bilməmək;

- məhkəmə qərarının həyata keçirilməsi halında;

- Assosiasiyada Böyüklər üçün Davranış Koduna uyğun olaraq müəyyən edilmiş və təsdiqlənmiş maraqların toqquşması olduğu hallarında.

- ölüm.

6.2. Milli Komitə Assambleyanın növbəti toplantısına qədər son Assambleya seçkilərinin nəticələrinə əsaslanmış reytin əsasında dərhal Milli Komitəyə yeni üzvlər təyin edir.

6.3. Əgər işi tərk edən üzvün yerinə yeni üzv təyin etmək mümkün olmazsa, həmin şəxs tərəfindən icra olunan vəzifə və öhdəliklər digər fəaliyyətdə olan Komitə üzvü ilə əlavə səs vermə hüququ verilmədən növbəti Assambleyaya qədər bölüşdürüləcəkdir.

7. Sub - komitələr

7.1. Aidiyyatı sahələrdə Milli Komissarər Assambleyasının inzibati işlərini dəstəkləmək üçün Milli Komitə və Ümumi Assambleyaya yardım etmək məqsədi ilə aşağıda sadalanan sub - komitələr ola bilər:

  • Milli Resurslar üzrə sub - komitə

  • Skautinq və Təlim üzrə Milli Böyüklər üzrə sub - komitə

  • Milli Gənclər Proqramı üzrə sub - komitə

- Milli İctimai Əlaqələr üzrə sub - komitə

- Milli Emblemlər və Mükafatlar üzrə sub - komitə

- Milli Etika üzrə sub - komitə

7.2. Sub - komitələr üçün işə götürmə müddəti Ümumi Assambleyaya müvafiq olaraq 3 il olacaqdır.

7.3. Yuxarıda qeyd olunan sub - komitələrə əlavə olaraq, digər sub - komitələr /layihə qrupları Milli Komitə tərəfindən xüsusi məqsədlər (və ya müəyyən olunmuş layihə) üçün və müəyyən müddətə təyin olunacaqdır.

7.4. Sub - komitələrə üzvlərin təyin olunması:

7.4.1. Hər bir sub - komitə üçün Sədr Milli Komitə tərəfindən təyin olunacaqdır. Ümumi qaydaya görə, tətbiq olunması mümkün hallarda, hər bir Komitənin Sədrinin müvafiq fəaliyyət sahəsində olan Milli Komissar olması nəzərdə tutulur.

7.4.2. Hər bir komitə üzrə digər üzvlər Milli Komitə tərəfindən aidiyyatı komitənin sədrinin tövsiyyəsi üzrə nəzərə alınacaq və təyin olunacaqlar.

7.4.3. Milli Baş Komissar və ya onun nümayəndəsi (və ya Milli Komitədən bir səlahiyyətli nümayəndə) hər bir komitə üzrə komitələrin bütün digər üzvləri kimi ekvivalent statusa malik olan vəzifə üzrə hüquqları əsasında fəaliyyət göstərən şəxs olacaqdır.

7.4.4. Bütün bu cür komitələr məsuliyyət daşımalıdır və son qərar üçün bütün tövsiyyələr Milli Komitəyə edilməlidir.

7.4.5. Sub - komitə üzvləri üçün işə götürmə müddəti 3 il olacaqdır və onlar hər bir Ümumi Assambleyadan sonra təyin olacaqlar. Eyni sub - komitənin eyni üzvü ardıcıl olaraq iki dəfədən artıq təyin olunmayacaqdır.

7.5. Üzvlük və yetərsay:

Hər bir komitədə 3-dən 7-yə qədər (və ya xüsusi məqsəd üçün lazım gələrsə daha çox) üzv ola bilər. İstənilə sub - komitə iclasında minimum olaraq üç üzvün iştirakı yetərsay yaradacaqdır.

7.6. Sub - komitələrin tərkibi və funksiyaları:

7.6.1. Milli Resurslar üzrə sub - komitə

Tərkib. Resurslar üzrə sub - komitə aşağıdakılardan ibarət olacaqdır:

a) Milli Komitə tərəfindən təyin olunmuş Sədr.

b) Xəzinədar

c) Milli Komitə tərəfindən namizədliyi irəli sürülmüş ən az bir üzv və

e) Milli Komitə tərəfindən namizədliyi irəli sürülməli olan 1 məsləhətçi /ekspert (əgər lazım gələrsə).

Funksiyalar. Milli Resurslar üzrə sub - komitənin funksiyaları aşağıdakılar olacaqdır:

a) Assosiasiyanın maliyyə və əmlakının müntəzəm əsaslarla artırılması üçün yolların və vasitələrin tapılması da daxil olmaqla onun maliyyə və bütün əmlakı ilə əlaqədar məsələlərin müzakirə olunması.

b) Təsdiq olunması üçün Assosiasiyanın illik büdcəsini araşdırmaq, planlaşdırmaq və Milli Komitəyə tövsiyyə etmək.

c) Təsdiqlənməsi üçün hesabların təftiş olunmuş rəsmi hesabatlarını baxışdan keçirtmək və Milli Komitəyə tövsiyyə etməks.

d) Xüsusi kömək və məsləhət üçün Assosiasiya üzvü olmayan istənilən şəxsi dəvət etmək səlahiyyətinə malik olmaq.

e) Hər Milli Ümumi Assambleyadan əvvəl xəzinədar vasitəsilə, assosiasiyanın maliyyə vəziyyəti barədə hesabat hazırlamaq və yerləşdirmək.

Hesabların İdarə olunması: Bütün vəsaitlər Maliyyə sub - komitəsinin məsləhətinə əsasən müəyyən banklarda saxlanılmalıdır və vəzifəli şəxslər hesabları aşağıdakı kimi idarə edəcəklər:

a) Prezident və Xəzinədar iki təsdiqlənmiş imza sahibi olacaqlar, lakin hesabların idarə olunması üzrə istənilən iki başqa imzanın etibarlı olması üçün seçim banka veriləcəkdir.

b) Onlardan hər hansı birinin olmadığı hallarda, seçim Milli Komitə tərəfindən namizədliyi irəli sürülə biləcək başqa şəxslərə veriləcəkdir.

7.6.2. Milli Təlim və skautinqdə Böyüklər üzrə sub - komitə

Tərkib. Milli Təlim və skautinqdə Böyüklər üzrə sub - komitə aşağıdakılardan ibarət olacaqdır:

a) Milli Komitə tərəfindən təyin olunmuş Sədr.

b) Böyükyaşlı Resurslar üzrə Səlahiyyətli Nümayəndə

c) Gənclər Proqramı üzrə Səlahiyyətli Nümayəndə – Milli Baş Komissar

d) Milli Təlim Komissari

d) Lazım gələrsə, bölgələr tərəfindən namizədliyi irəli sürülməli olan üzvlər.

e) Sub - komitə regional filialın razılığı ilə təlim komandasının istənilən üzvünü dəvət edə bilər.

f) Milli Baş Komissar və ya onun nümayəndəsi (və ya Milli Komitədən bir səlahiyyətli nümayəndə) vəzifə üzrə hüquqları əsasında fəaliyyət göstərən şəxs qismində

Skautinq üzrə Milli Böyüklər üzrə sub - komitənin funksiyaları aşağıdakılar olacaqdır:

a) Ümumi Assambleyanın təsdiqləməsi üçün Skautinq üzrə Milli Böyüklər siyasətini Skautinq üzrə Dünya Böyükləri siyasətinə müvafiq olaraq hazırlamaq və ona düzəlişlər etmək.

b) Assosiasiyada olan bütün funksiyalar üçün cəlb etmə təlimi və qiymətləndirmə sistemini hazırlamaq və yeniləmək.

c) Milli təlim sistemini işləyib hazırlamaq və milli səviyyədə təlimatçılar komandası təyin etmək

c) Ən az 3 ildə bir dəfə və ya lazım gələrsə, daha çox, Skautinq üzrə Böyüklərin idarə olunması və gələcək üçün planlaşdırılması baxımından assosiasiyada baş verən proqresi baxışdan keçirtmək.

7.6.3 Milli Gənclər Proqramı üzrə sub - komitə

Tərkib. Milli Gənclər Proqramı üzrə sub - komitə aşağıdakılardan ibarət olacaqdır:

a) Milli Komitə tərəfindən təyin olunmuş Sədr.

b) Gənclər Proqramı üzrə Səlahiyyətli Nümayəndə – Milli Baş Komissar

c) Mauqli Skautlar, Skautlar, Cəngavər Skautlar üçün Milli Komissarlar

d) Milli Təlim Komissari

e) Böyükyaşlı Resurslar üzrə Səlahiyyətli Nümayəndə – Milli Komitə üzvü

f) Əgər lazım gələrsə, bölgələr tərəfindən namizədliyi irəli sürülməli olan üzvlər.

g) Sub - komitə istənilə 1-2 üzvü sahədə, consultant, ekspert / məsləhətçi qismində dəvət edə bilər.

i) Milli Baş Komissar və ya onun nümayəndəsi (və ya Milli Komitədən bir səlahiyyətli nümayəndə) vəzifə üzrə hüquqları əsasında fəaliyyət göstərən üzv qismində

Milli Gənclər Proqramı üzrə sub - komitənin funksiyaları aşağıdakılar olacaqdır:

a) Gənclər Proqramı üzrə Səlahiyyətli Nümayəndəyə - Milli Komitənin üzvünə Dünya Proqramı Siyasətinə müvafiq olaraq Milli Gənclər proqramı siyasətinin işlənib hazırlanmasında yardım etmək.

b) Ən az 3 ildə bir dəfə Assosiasiyanın Gənclər Proqramına baxış keçirtmək və əgər lazım gələrsə, gənc insanların və cəmiyyətin dəyişən ehtiyaclarını qarşılamaq məqsədi ilə dəyişikliklər edilməsini təklif etmək.

c) Sülh layihələri, ətraf mühit üzrə təhsil, ictimai fəaliyyətlər, həssas qruplar və milli azlıqlar ilə Skautinq kimi xüsusi tədbirlərin Gənclər proqramına inteqrasiya olunmasını təklif etmək.

d) Lazım olan bütün hallarda, xüsusi mövzular üçün xüsusi komitə təyin olunmasını Milli Komitəyə təklif etmək.

  1. Ehtiyaclara nəzarət etmək və Milli prioritetlər və social ehtiyaclara əsasən Assosiasiya tərəfindən xüsusi layihələrin başlanılmasını təklif etmək.

  2. Mükafatlar üzrə sub - komitə vasitəsilə Ümumi Assambleyaya gənc insanlar və böyük rəhbərlər üçün xüsusi tanınma, fəqrlənmə işarələri və mükafatlar üzrə məsləhətlər vermək.

7.6.4. Milli İctimai Əlaqələr üzrə sub - komitə

Tərkib. Milli İctimai Əlaqələr üzrə sub - komitə aşağıdakılardan ibarət olacaqdır:

a) Milli Komitə tərəfindən təyin olunmuş Sədr.

b) İctimai Əlaqələr üzrə Səlahiyyətli Nümayəndə

c) Lazım gələrsə, bölgələr tərəfindən namizədliyi irəli sürülməli olan üzvlər.

d) Sub - komitə İT, əlaqələr və İƏ sahəsində konsultantlar, texniki ekspertlər və məsləhətçilər dəvət edə bilər.

e) Milli Baş Komissar və ya onun nümayəndəsi (və ya Milli Komitədən bir səlahiyyətli nümayəndə) vəzifə üzrə hüquqları əsasında fəaliyyət göstərən üzv qismində

Milli İctimai Əlaqələr üzrə sub - komitənin funksiyaları aşağıdakılar olacaqdır:

a) Milli Komitəyə İctimai Əlaqələrə dair məsələlər və mülkü, təhsil, dini, social rifah, gənclər təlimatları və yaxın təşkilatlar ilə əlaqə məsələləri üzrə məsləhət və tövsiyyələr vermək.

b) Skautinq adlarının, loqolarının və brendlərinin ölkədə mövcud qaydalara əsaəsn qanuni olaraq mühafizə olunmasını təmin etmək.

c) Müsbət obraz yaratmaq üçün layihələri öyrənmək və yerinə yetirmək və yerli və milli səviyyədə cəmiyyət daxilində tanınmanı artırmaq.

d) Assosiasiya üçün İƏ üzrə vasitələr işləyib hazırlamaq.

e) Assosiasiya daxilində, DSHT daxilində və xarici tərəfdaşlar ilə əlaqə şəbəkəsi yaratmaq və onu dəstəkləmək.

7.6.5. Milli Emblem və Mükafatlar üzrə sub - komitə

Tərkib. Assosiasiyanın Emblem və Mükafatlar üzrə sub - komitəsi aşağıdakıalrdan ibarət olacaqdır:

a) Milli Komitə tərəfindən təyin olunmuş Sədr.

b) Lazım gələrsə, bölgələr tərəfindən namizədliyi irəli sürülməli olan üzvlər.

c) Gənclər Proqramı və Böyüklər üzrə Resurslar üzrə Səlahiyyətli Nümayəndələr

d) Milli Baş Komissar və ya onun nümayəndəsi (və ya Milli Komitədən bir səlahiyyətli nümayəndə) vəzifə üzrə hüquqları əsasında fəaliyyət göstərən üzv qismində.

Funksiyalar. Milli Emblem və Mükafatlar üzrə Komitənin funksiyaları aşağıdakılar olacaqdır:

a) Assosiasiyada emblemlər, mükafatlar və tanınmalar üçün qayda və normalar işləyib hazırlamaq və onları Ümumi Assambleyanın qəbul etməsi üçün yerləşdirmək

b) Assosiasiyanın gənc və yaşlı üzvləri haqqında və onların müxtəlif sahələrdə görkəmli fəaliyyətləri haqqında məlumat toplamaq.

b) Assosiasiyanın meyarlarına uyğun olaraq fərdlərin hərəkətə verdikləri töhfələri tanımaq üçün Milli Komitəyə müvafiq mükafatlar tövsiyyə etmək.

c) Lazım gəldiyi bütün halalrda, mükafatlar üzrə meyarlar, emblemlərdə baş verən dəyişikliklər və tanınma formalarını təhlil etmək və Milli Komitəyə onlara düzəlişlər etmək barədə tövsiyyələr vermək.


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə