Azərbaycan ssr elmlər akademiyasi tariX İnstitutu şAHİn fəRZƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/46
tarix14.10.2017
ölçüsü2,8 Kb.
#4596
1   ...   10   11   12   13   14   15   16   17   ...   46

29 
 
Şah  öldükdə  bir  qayda  olaraq  çaxnaşma  düşür,  başqa  ölkə  hökmdarları, 
yaxud  şahın  övladları,  xüsusilə  qüdrətli  əmir  və  yüksək  vəzifə  sahibləri  taxtı  öz 
xeyirlərinə ələ keçirməyə çalışırdılar [64, 248b; 65, 136, 463-475]. 
Şahzadə:  Həsən  bəy  Rumlu  və  başqa  tarixçilər  şahzadələr  haqqında  da 
maraqlı məlumatlar vermiş, onların həyatını, dövlətdə rolunu, əxlaq, qabiliyyət və 
bacarığını  təsvir  etmişlər.  Həsən  bəy  Rumlu  adətən  şahın  vəfatından  sonra  onun 
övladlarının adlarını bir-bir sadalayır [64, 225b, 245b; 65, 11, 89]. 
Dövlət işlərində təcrübə əldə etməkdən ötrü şahzadələr vilayətlərə hakim 
təyin  edilir  və  beləliklə,  ―sınaq  dövrü‖  keçirirdilər  [64,  248b].  Hakim  şahzadəyə 
hakimiyyət rəmzi kimi təbil, bayraq və ordu verilirdi [97, 294]. Azyaşlı şahzadə bir 
qayda  olaraq,  ―lələ‖  adlanan  tərbiyəçi  əmirə  tapşırılırdı.  Hakim  şahzadənin 
ixtiyarına verilən yerin bütün inzibati işləri lələ vasitəsilə idarə edilirdi. 
 Şahzadələr  hakimiyyəti  ələ  keçirməkdən  ötrü  çox  vaxt  bir-birləri  ilə 
mübarizə edirdilər [65, 253, 315]. Şahzadə lələ və özünün başqa himayəçilərindən 
ötrü bir gəlir vasitəsi idi, çünki onlar şahzadənin adından hərəkət edir, böyük sərvət 
toplayırdılar  [74,  61].  İdarə  etdikləri  yerlərdə  şahzadənin  də  idarəedici  divanı 
olurdu  [81,  257b;  97,  186].  Bəzən  isə  şahzadələr  təyin  olunduqları  yerə  özləri 
getmir, oraya etibarlı nümayəndələrini göndərməklə kifayətlənirdilər [74, 62-63]. 
Lələ:  Qaraqoyunlu  dövlətinin  ilk  illərinin  təsvirini  verən  hadisələr  şərh 
edilərkən ―Əhsənüt-təvarix‖də lələ istilahı ―atabəy‖ kimi işlənmiş və Qara Yusifin 
oğlu Pirbudağın Əmir Qara adlı atabəyinin adı çəkilmişdir [66, 85]
13
  
Lələ  bu  vəzifəyə  şəxsən  şah  tərəfindən  təyin  edilir  və  şahzadənin  bütün 
hərbi,  mülki  və  mali  işlərini  onun  adından  idarə  edirdi  [66,  325].  Bu  vəzifəyə 
namizəd,  əsasən,  hökmdarın  yaxın  qohumlarından  olardı  [11,  38].  Sam  Mirzənin 
lələsi  Durmuş  xan  Şamlu  öləndən  sonra  onun  qardaşı  Hüseyn  Şamlu  gənc 
şahzadənin yeni lələsi olmuşdu [61, 239]
14
 
Lələ  adlı-sanlı  əmirlərdən  də  təyin  edilirdi  [88,  254].  Ağqoyunlu 
dövlətində  böyük  rol  oynamış  əmir  Sufi  Xəlil  bir  müddət  şahzadə  Baysunqurun 
(Sultan Yaqubun oğlu) lələsi olmuşdu [65, 495]. Əmirin lələliyə keçirilməsi onun 
tərəfindən  böyük  bir  hadisə  kimi  qiymətləndirilir  və  əmir  bu  münasibətlə  böyük 
ziyafət  verirdi  [65,  154],  çünki  azyaşlı  şahzadəyə  lələ  olan  əmirin  böyük 
səlahiyyəti olurdu [66, 325]. Cahanşah İsfahan əyalətini oğlu Məhəmmədi Mirzəyə 
verərkən,  ―şahzadə  hələ  həddi-buluğa  çatmadığından‖  əyalətin  bütün  işləri  lələ 
Məhəmmədə tapşırılmışdı [66, 325]. 
Təsadüfi deyil ki, lələyə bəzən ―etimadüd-dövlə‖ deyilmişdir [81, 274a]
15

Xandəmirin  yazdığına  görə,  əyalətin  bütün  səlahiyyəti  lələnin  ixtiyarında  idi  [84, 
553]. 
                                                             
13
  ―Kitab-i  Diyarbəkriyyə‖  əsərində  Uzun  Həsənin  də  lələsi  ―atabəy‖  adlandırılmışdır  [56,  190]. 
İskəndər bəy Münşi isə bu sözü ―atalıq‖ kimi işlətmişdir [58, 61] 
14
 Durmuş xan Şamlu I Şah İsmayılın arvadı Taclı bəyimin qardaşı idi [83, 81] 
15
 ―Etimadüd-dövlə‖ baş vəzirin titulu olmuşdur 


30 
 
İlk səfəvi şahları şahzadə anadan olan kimi ona lələ təyin edirdilər. Belə 
ki, 938 (1531/32)-ci ildə doğulan şahzadə Məhəmmədə Sam Mirzənin sabiq lələsi 
Hüseyn  xan  Şamlu  lələ  təyin  edilmişdi.  Əbdi  bəy  Şirazinin  məlumatına  görə, 
―şahzadəni əzəmətlə onun evinə aparıb, ona tapşırdılar‖ [81, 257b]. 963 (1555/56)-
cü  ildə  anadan  olan  Heydər  Mirzəyə  Şah  Təhmasib  dövlətin  vəkili  Məsum  bəy 
Səfəvini lələ təyin etmişdi [65, 490; 81, 273b]. 
Bir  müddət  Şirvanın  hakimi  olan  Əlqas  Mirzəyə  müxtəlif  vaxtlarda  iki 
lələ  təyin  olunmuşdu.  Onun  axırıncı  lələsi  Qazi  xan  Təkəlunun  qətlindən  sonra 
Əlqas  Mirzə  lələsiz  qalmışdı  [81,  255b].  Görünür  ki,  şahzadədə  işləri  müstəqil 
idarə etmək qabiliyyəti yaranarkən daha lələyə ehtiyac qalmırdı. 
Əmirül-üməra:  (XV-XVI  əsrlərdə  Azərbaycanda  dövlətin  idarə 
olunmasında  şahdan  sonra  birinci  yerdə  əmirül-üməra  durur  və  ölkənin  hərbi 
qüvvələrinə başçılıq edirdi [36, 198; 30, 77]. ―Əhsənüt-təvarix‖ və dövrün başqa 
mənbələrində  böyük  səlahiyyətə  malik  olan  bu  vəzifənin  sahibi  ―məlikul-üməra, 
məlik-i əzəm, əmir-i bozorg, əmir-i əzəm‖ adlandırılmış [66, 126, 235; 61, 288] və 
―ölkə işlərinin idarəsi‖nin onun əlində olduğu göstərilmişdir [65, 185] 
Həsən bəy Rumluya görə əmirül-üməraya məxsus olan möhür ―ali divanın 
başqa möhürlərindən yuxarıda vurulurdu‖ [65, 107]. 
XV-XVI  əsrlər  boyu  əmirül-üməra  ölkədəki  ən  yüksək  vəzifələrdən  biri 
sayılırdı.  Qaraqoyunlu  dövlətinin  ilk  vaxtlarında  bu  dövlətin  əmirül-üməraları 
Bəstam Cagirlu [66, 37, 46] və Əmir Qaraman [66, 115] olmuş və onlar ayrı-ayrı 
vaxtlarda bu vəzifəni icra etmişlər. 
Baysunqur  Ağqoyunlunun  əmirül-ümərası  Fərrux  bəy  adlı  bir  əmir 
olmuşdur [66, 630] 
Həsən bəy Rumlu əmirül-üməranın dövlətdə əsas sima olduğunu göstərir. 
Belə  ki,  Qara  Yusif  əsir  aldığı  Sultan  Əhməd  Cəlayirini  öldürmək  istəmədiyinə 
baxmayaraq, əmirül-üməra Bəstam Cagirlunun istəyinə qarşı durmaqdan çəkinmiş 
və ölüm hökmü verməyə məcbur olmuşdu [66, 68]. 
Bizim müəllifə görə, əmirül-üməra ―dövlətin ixtiyar sahibi‖ idi [66, 126, 
184]. 930 (1523/24)-cu ildə vəzir Cəlaləddin Xandəmir Təbrizinin yandırılıb həlak 
edilməsinə səbəb əmirül-üməra Div sultan Rumlunun hökmü olmuşdu [66, 184]. 
XV  əsrdə  əmirül-üməra  mənsəbinin  iki  şəxs  tərəfindən  icra  edilməsi 
faktına təsadüf olunmursa, XVI  əsrin müəyyən illərində əmirül-üməralığın şərikli 
aparılması halına rast gəlinir. Mənbələrin məlumatına görə, 906 (1500/01)-cı ildə 
İsmayıl Səfəvi Şirvanı alarkən, onun döyüşçülərindən Hüseyn bəy Şamlu və Abdal 
bəy Dədə əmirül-üməra idilər [98, 137a; 61, 288]. 936 (1529/30)-cı ildə isə I Şah 
Təhmasib  öz  bacısı  oğlanları  Hüseyn  xan  və  Abdulla  xanı  əmirül-üməra  etmişdi  
[65, 238; 81, 256b; 58, 49]. 
Bu  vaxta  qədər  tədqiqat  əsərlərində  əmirül-üməra  vəzifəsinin  şərikli 
aparılmasına dair mülahizə yürüdülməmişdir. Ancaq yuxarıda yazılan məlumatdan 
görünür  ki,  müəyyən  müddətdə  bu  vəzifə  müştərək  icra  edilmişdir.  Fikrimizin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə