Azərbaycan ssr elmlər akademiyasi tariX İnstitutu şAHİn fəRZƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/46
tarix14.10.2017
ölçüsü2,8 Kb.
#4596
1   2   3   4   5   6   7   8   9   ...   46


 
İctimai  vəziyyətinə  görə  Həsən  bəy  Rumlu  yüksək  feodal  təbəqəsinə 
mənsub  olmuşdur.  Buna  görə  də,  təbiidir  ki,  ―Əhsənüt-təvarix‖  əsərində,  əsasən, 
feodal  sinfinin  mənafeyi  müdafiə  edilmiş,  xalq  kütlələrinin  apardığı  mübarizəyə 
mənfi münasibət bəslənilmişdir. Müəllif buna görə də, mənbənin tədqiq edilməsinə 
sinfi baxımdan yanaşmağı qarşısında duran əsas məsələlərdən biri hesab etmişdir. 
Monoqrafiya üzərində işlənərkən Azərbaycanın XV – XVI əsrlər tarixinə 
aid əksər tarixi mənbələrdən də səmərəli şəkildə istifadə edilmişdir. Qaraqoyunlu, 
Ağqoyunlu, Səfəvi, Şirvan və Şəki hökmdarlarının şəcərə cədvəlləri, müxtəlif tayfa 
və  qəbilə  adları,  bir  çox  islahatlar  və  Həsən  bəy  Rumlunun  işlətdiyi  Azərbaycan 
sözlərinin siyahısı kitabın sonuna əlavə edilmişdir. 
Əsərin  yazılması  və  çapa  hazırlanmasında  Azərbaycan  SSR-in  əməkdar 
elm  xadimi,  Azərbaycan  SSR  EA-nın  akademiki  Ə.Ə.  Əlizadənin,  prof.  İ.P. 
Petruşevskinin,  tarix  elmləri  namizədi  O.F.  Akimuşkinin,  Azərbaycanın  XIII  – 
XVIII  əsrlər  tarixi‖  şöbəsinin  əməkdaşlarından  tarix  elmləri  doktorları  O.Ə 
Əfəndiyevin, Ə.Ə. Rəhmaninin, M.X. Heydərovun, tarix elmləri namizədləri S.M. 
Onullahinin və V.Z. Piriyevin bir sıra qeyd  və arzuları nəzərə alınmışdır. Müəllif 
onlara öz dərin minnətdarlığını bildirir. 
 
I FƏSİL 
 
HƏSƏN BƏY RUMLUNUN HƏYATI VƏ  
ONUN  “ƏHSƏNÜT-TƏVARİX” ƏSƏRİ 
 
Azərbaycanın  tarixçisi  Həsən  bəy  Rumlunun  həyatı  haqqında  məlumat 
olduqca azdır. ―Əhsənüt-təvarix‖ və onun müəllifinin fəaliyyəti ilə B.A. Dorn [105, 
227 - 278], V.Xanıkov [104, 26], Ç.Riyö [117, 36 - 37], Ç.N. Seddon [120, 307 - 
313],  V.Minorski  [111,  449  -  455],  Ç.A.  Stori  [121,  306  -  308],  Məhəmməd 
Möhsün [100, 287], A.A. Romaskeviç [42, 8 - 10], İ.P. Petruşevski [39, 27 – 30; 
40, 249], M. Abidova [25,5], M.X. Nemətova [10, 62], O.Ə. Əfəndiyev [52, 17  - 
18],  C.  İbrahimov  [30,  9],  S.  Nəfisi  [85,  223  -  224],  Ə.  Hayeri  [86,  1069]  kimi 
onlarca  şərqşünas  alim  maraqlanmış  və  fikirlər  söyləməyə  çalışmışlarsa  da,  özü 
barədə  müəllifin  yazdıqlarından  əlavə  bir  şey  əldə  edə  bilməmişlər.  Lakin  Həsən 
bəy  Rumlunun  tərcümeyi-halını  ətraflı  işıqlandırmağa  səy  edən  İran  tədqiqatçısı 
Ə.H.  Nəvayinin  ―Əhsənüt-təvarix‖in  Tehran  nəşrinə  yazdığı  ―Müqəddimə‖ 
xüsusilə qeyd olunmalıdır [66, 13 - 32]. 
İstər Həsən bəy Rumludan əvvəl, istərsədə sonra yaşamış bir sıra orta əsr 
tarixçiləri,  o  cümlədən  də  ―Əhsənüt-təvarix‖  əsərinin  müəllifi  barədə  ətraflı 
məlumatın  olmaması  heç  də  təəccüb  doğurmamalıdır,  çünki  o  dövrün 
ədəbiyyatında  əsasən  hökmdarların  həyatı  qələmə  alınır,  fəaliyyəti  hərtərəfli 
işıqlandırılırdı. Məhz bu səbəbdən də, başqaları haqqında cildlərlə əsər yaradan bir 



 
çox  tarixçinin  tərcümeyi-halı  kölgədə  qalır,  onlar haqqında    yalnız  kiçik  qeydlər 
edilirdi. 
Azərbaycanın  rumlu  qəbiləsindən  olan  və  sonralar  bu  qəbilənin  adı  ilə 
tanınan  Həsən  bəy  Rumlu  hicri  937-ci  ildə  (1530/31)  Qum  şəhərində  anadan 
olmuşdur  [65,  238]
2
.  O,  ehtimal  ki,  hələ  kiçik  ikən  atasını  itirmişdir.  Müəllif 
əsərinin  heç  bir  yerində  atasının  kimliyi,  onun  cəmiyyətdəki  mövqeyi  və  s. 
cəhətləri  barədə  danışmamış,  ancaq  dəfələrlə  babası  Əmir  sultan  Rumlunu 
xatırlamışdır. Belə ki, 943 (1536/37)-cü ildə I Şah Təhmasibin (hakimiyyət illəri: 
1524  –  1576)  fərmanı  ilə  Gilana  hakim  təyin  edilən  Bəhram  Mirzə  (I  Şah 
Təhmasibin  kiçik  qardaşı)  gilanlıların  ona  qarşı  müxalifəti  nəticəsində    məğlub 
olaraq Qəzvinə gəldiyi vaxt Həsən bəy Rumlu öz anası ilə ―Əmir sultan Rumlunun 
əcdadına tiyul
3
‖ kimi verilən həmin şəhərdə yaşayırdı [65, 278]. Əgər o zamanlar 
öz  yaşlı  Həsənin  atası  sağ  olsaydı,  oğlu  onu  xatırlar  və  sonralar  qələmə  alacağı 
salnamədə adını çəkərdi. Şahzadə Bəhram Mirzənin Qəzvində öz ailəsi tərəfindən 
qarşılanması  barədə  Həsən  bəy  Rumlu  belə  yazmışdır:  ―Bu  sətirlərin  müəllifi 
Həsən  bəy  Rumlu  o  vaxtlarda  Qəzvində  idi...  Anamla  onu  qarşıladıq  və  şahanə 
çadırlar, pul, yaxşı atlar və qiymətli mallar verdik‖ [65, 278]. Həsən bəy ailəsinin 
səfəvi  şahzadəsinə  verdiyi  zəngin  əşyalara  bu  nəslin  varlı  təbəqəsinə  mənsub 
olduğunu göstərir. 
946  (1539\40)-cı  ildə  Həsən  bəy  Rumlunun  həmişə  adı  ilə  fəxr  etdiyi 
babası vəfat etdi [65, 278]. O, vaxt hələ yeniyetmə olan gələcək qorçi (xüsusi şah 
alayının  döyüçşüsü)  və  tarixçi,  Əmir  sultan  Rumlunun  vəfatına  qədər  heç  bir 
mülki,  ya  hərbi  xidmətdə  olmamış,  baba  və  anasının  himayəsində  yaşamışdı. 
Babasının ölümü isə onun sakit həyatında mühüm dəyişiklik yaratdı və o, özünün 
dediyi kimi, ―qorçilik möhnətinə giriftar oldu‖ [65, 295]. 
Gənc Həsən bəyin hərbi xidmətdə keçirdiyi iki ildə elə bir mühüm hadisə 
olmamış  və  onun  bu  vaxt  ərzində  fəaliyyəti  əsərdə  xatırlanmamışdır,  lakin  948 
(1541/42)-ci  ildə  I  Şah  Təhmasibin  qorçiləri  sırasında  o,  səfəvi  qoşununa  tabe 
olmaqdan 
boyun 
qaçıran 
Xuzistan 
valisi 
Əlaüddövlə 
İsmayılın 
cəzalandırılmasından ötrü Dizful şəhərinə tərəf hərəkət etmiş və 980 (1572/73)-ci 
ilədək səfərlərdə ―əzəmətli ordu ilə getmiş və hadisələrin çoxunu şəxsən müşahidə 
etmişdir‖ [65, 301]. 
I  Şah  Təhmasib  hərbi  səfərlərini  davam  etdirdikcə  Həsən  bəy  Rumlu  da 
onu  müşayiət  edir,  qorçilər  sırasında  döyüşürdü.  953  (1546/47)-cü  ilin  qışında  I 
Şah  Təhmasib  Gürcüstana  hücum  etmək  fikrinə  düşdü.  Həsən  bəy  Rumlunun 
göstərdiyi  birinci  igidliklə  bu  yürüş  vaxtı  tanış  oluruq.  ―O  vaxt  Əmir  sultan 
Rumlunun nəvəsi Həsən bir dəstə rumlu və çəpəni (tayfa adıdır – Ş. F) qorçiləri ilə 
                                                             
2
 Ç.N. Seddon, Ç.A. Stori, İ.P. Petruşevski və O.Ə Əfəndiyev yuxarıda adları çəkilən əsərlərində Həsən 
bəy  Rumlunun  h.  938-ci  ildə  doğulduğunu  qeyd  etmişlər.  Halbuki  müəllifin  özü  h.  937-ci  ildə 
doğulduğunu bildirmişdir. 
3
 Bu qeyri-irsi feodal torpaq mülkiyyəti forması haqqında aşağıda məlumat veriləcəkdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə