Azərbaycan ssr elmlər akademiyasi tariX İnstitutu şAHİn fəRZƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/46
tarix14.10.2017
ölçüsü2,8 Kb.
#4596
1   2   3   4   5   6   7   8   9   ...   46


 
amansız kəbrlər dəstəsinə düçar oldu. Bu həqir
4
  Şahqulu  adlı  bir  çəpəni  qorçi ilə 
hücum etdi. Onları dağıdıb bir hissəsini yaraladıq və öldürdük. Bir neçə əsir tutub 
qayıtdıq‖ [65, 316]. 
Həsən bəy  Rumlunun göstərdiyi ikinci hünər bu hadisədən 4 il sonra baş 
vermişdir.  957  (1550/51)-ci  ildə  Kürdüstanın  Şəhrizur  şəhərinin  valisi  Bəgə 
Ərdalan bir dəstə döyüşçü ilə qızılbaşların əlində olan Sürxab qalasının yaxınlığına 
gəlib  çıxmışdır.  Bunu  eşidən  I  Şah  Təhmasib  Bəgənin  üstünə  qoşun  yollayır. 
―Əhsənüt-təvarix‖də  oxuyuruq:  ―O  gün  bu  sətirlərin  müəllifi  olan  Həsən  Rumlu 
Zülm  (?)  qalasına  yaxın  olan  bir  təpədə  bir  dəstə  kürdlə  vuruşdu...  Bir  kürd... 
Şahverdi bəyi tutmaq istədikdə, bu həqirin yoldaşı Hüseynqulu xəlifə fəryad etdi: 
―Ey  cavanlar,  ya  döyüşün,  ya  da  qadın  paltarı  geyinin‖.  Ancaq  onlar  elə 
qorxmuşdular ki, atlardan düşüb, özlərini yüz məşəqqətlə dağdan atdılar. Bu fəqir 
Hüseynqulu  xəlifə  ilə  hücuma  keçərək  kürdləri  dağıtdı  və  Şahverdi  bəyi  ata 
mindirib geri qayıtdı. Qorçiləri təqib etməkdə olan 40 nəfər kürdlə vuruşa-vuruşa 
aradan çıxdıq [65, 345 - 346]‖. 
―Əhsənüt-təvarix‖ salnaməsini yüksək qiymətləndirən tarixçi İsgəndər bəy 
Münşi  Hindistan  padşahı  Hümayunun  (hakimiyyət  illəri:  1530  -  1555)  951 
(1544/45)-ci  ildə  səfəvi  sarayına  gələrək,  I  Şah  Təhmasibə  qiymətli  hədiyyələr 
təqdim etdiyi vaxt Həsən bəy Rumlunun da həmin məclisdə iştirak etdiyini bildirir 
[59,  99],  lakin  bizim  müəllif  nədənsə  bu  məclisdəki  iştirakı  barədə  məlumat 
verməmişdir. 
―Əhsənüt-təvarix‖dən məlum olur ki,  Həsən bəy  Rumlu elm öyrənməklə 
də məşğul olmuşdur: ―Bu sətirlərin müəllifi o böyük şəxsin (Mövlana ƏbülHəsənin 
–  Ş.  F)  hüzurunda  təcrid  elmini  öyrəndi‖  [65,  411].  Həsən  bəy  Rumlu  alim 
Cəmaləddin  Mahmud  Şirazinin  yanında  bədii  sənətin  bir  sahəsi  olan  şəmsiyyəni 
öyrəndiyini də xatırlamışdır [65, 142]. 
I  Şah  Təhmasibin  vəfatına  qədər  sarayda  yaşayıb,  öz  əsərini  yazmaqla 
məşğul olan müəllif, səfəvi şahları tarixində ən qəddar bir şahın – II Şah İsmayılın 
hökmranlığı  zamanı  (1576  –  1577)  baş  verən  hadisələri  kənardan  izləmiş, 
salnamənin  davamı  üçün  məlumat  toplamış  və  II  Şah  İsmayılın  öldürülməsindən 
bir qədər əvvəl 985 (1577)-ci il hadisələrini də qələmə almışdır. 
Həsən  bəy  Rumlu  öz  çoxcildli  əsərinin  sonuncu  cildini  İsmayıl  Mirzəyə 
(II Şah İsmayıla) ithaf etmişdir. Bu haqda onun belə bir qeydi vardır: ―Bu pərişan 
kəlmələrin  müəllifi...  Həsən  bu  cildi  də  gənc  şahzadə  İsmayıl  Mirzənin  adına 
yazmışdır‖ [65, 1]. 
Ə.  Nəvayi  Həsən  bəy  Rumlunun  II  Şah  İsmayılın  tərəfdarı  olduğunu 
bildirir  [66,  18,  20],  lakin  Həsən  bəyin  özü  bu  haqda  susmuşdur.  II  Şah  İsmayıl 
dövründə  bizim  tarixçinin  Səfəvi  dövlətinin  paytaxtı  Qəzvində  yaşayıb-
yaşamaması da müəyyən deyildir. 
                                                             
4
 Əsərdə ara-sıra təsadüf olunan ―bu həqir, bu fəqir‖ ifadələri müəllifin özünə aiddir. 



 
I  Şah  Təhmasibin  vəfatından  sonra  Həsən  bəy  Rumlu  doğulduğu  Qum 
şəhərinə gedir. Onun harada qaldığı müddət barədə dəqiq məlumat yoxdur. Yalnız 
985  (1577)-ci  ildə  taxta  əyləşməkdən  ötrü  Qəzvinə  gedən  Məhəmməd 
Xudabəndənin  hüzuruna  gələn  müəllifin  şah  tərəfindən  hörmətlə  qarşılanması  və 
―şaha yaxın adamlar‖ zümrəsinə daxil edilməsi məlumdur [65, 500]. 
Yuxarıda  qeyd  olunduğu  kimi,  ―Əhsənüt-təvarix‖dəki  hadisələrin  təsviri 
985 (1577/78)-ci ili də əhatə etdikdən sonra qırılır və əsər natamam qalır. Təəssüf 
ki,  Həsən  bəy  Rumlunun  nə  qədər  yaşaması  və  salnaməni  nə  səbəbə  tamamlaya 
bilməməsi barədə hələlik heç bir məlumat yoxdur. 
―Əhsənüt-təvarix‖dən  bəhs  edərkən,  hər  şeydən  əvvəl,  onun  cildərinin 
miqdarı haqqında danışmaq lazımdır. Bu məsələ xüsusunda bir neçə fikir vardır: 
1.
 
Əsər 12 cilddən ibarət olmuşdur. 
2.
 
Əsər 12 cilddən ibarətdir və sonuncu 11-ci cilddir. 
3.
 
Əsər 10 cilddə (yaxud hissədə) qələmə alınmışdır. 
Birinci  fikrin tərəfdarları  sırasında  İ.P.  Petruşevski  [39,  28],  M.  Abidova 
[25,5],  M.X.  Nemətova  [10,  62],  O.Ə.  Əfəndiyev  [52,  17],  .  C.M.  İbrahimov 
[30,9],  S.B.  Aşurbəyli  [27,  8],  S.M.  Onullahi  [11,  36]    istifadə  etmiş  olduqları 
cildlərin XI və XIII cildlər olduğunu göstərmişlər. İranda nəşr olunan ―Rahnoma-
ye  ketab‖  məcəlləsində  də  ―Əhsənüt-təvarix‖in  Ç.N.  Seddon  tərəfindən  edilən 
nəşrinin  XII  cild  olması  və  əsərin  XI  cildinin  1349-cu  ildə  (1970)  Tehranda  çap 
etdirilməsinə  dair məlumat  dərc  olunmuşdur  [70,  179].  Lakin  salnamənin  cildləri 
haqqında  birinci  fikri  sübuta  yetirən  dəlilə  istər  onun  Leninqraddakı  əlyazma 
nüsxəsində, istərsə də Ç.N. Seddon nəşrində təsadüf olunmur,  əksinə, Həsən bəy 
Rumlu I Şah İsmayılın həyat və fəaliyyətinin təsvirinə başlayarkən, qələmə aldığı 
cildin  X  cild  olduğunu  göstərmişdir  ki,  bu  barədə  bir  qədər  sonra  danışılacaqdır. 
Bəs nəyə əsasən tədqiqatçıların əksəriyyəti ―Əhsənüt-təvarix‖in əldə olan cildlərini 
XI və XII cildlər olduğunu söyləmişlər? 
Məlumdur ki,  sovet  alimlərindən ilk  dəfə İ.P.  Petruşevski  bu  salnamənin 
12 cild olduğunu bildirmiş, lakin fikrini əsaslandırmamışdır. O, həmçinin bizimdə 
istifadə etdiyimiz ―Əhsənüt-təvarix‖in Leninqrad əlyazma nüsxəsinə və əsərin Ç.N. 
Seddon  nəşrinə  müraciət  etmişdir,  lakin  onun  fikrini  təsdiq  edə  biləcək  məlumat 
həmin  nüsxələrin  heç  birində  yoxdur.  Ehtimal  ki,  İ.P.  Petruşevskidən  sonra 
―Əhsənüt-təvarix‖ə müraciət edən tədqiqatçılar da onun fikrini əsas tutaraq, əsərin 
12 cilddə yazıldığını göstərmişlər. 
―Əhsənüt-təvarix‖  əsərinin  cildləri  barədə  söylənən  ikinci  fikir  M.İ. 
Şəmsinindir.  O  yazır:  ―Əsər  12  cilddən ibarətdir.  Lakin  onun  yalnız  10  və  11-ci 
cildləri dövrümüzə qədər gəlib çatmışdır‖ [24, 9]. Həsən bəy Rumlu və  ―Əhsənüt-
təvarix‖ əsəri haqqında  olan müxtəlif mənbə və tədqiqat əsərləri araşdırılarkən, biz 
heç  yerdə  M.İ.  Şəmskinin  bu  fikrini təsdiq  edə  biləcək  fakta rast  gəlmədik.  M.İ. 
Şəmsi sözünə davam edərək yazır: ―Əhsənüt-təvarix‖ kitabı 1931 – 1934-cü illərdə 
Çarlz Seddon tərəfindən tərtib edilərək iki cilddən ibarət çap olunmuşdur. 1495 – 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə