Azərbaycan ssr elmlər akademiyasi tariX İnstitutu şAHİn fəRZƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/46
tarix14.10.2017
ölçüsü2,8 Kb.
#4596
1   2   3   4   5   6   7   8   9   ...   46


 
1577-ci illər hadisələrindən bəhs edən 2-ci cilddə Kürdüstan tarixi haqqında daha 
ətraflı  məlumat  verildiyi  üçün  tədqiqat  işimizdə,  əsasən,  həmin  cilddən  istifadə 
etmişik [24, 9]. Onun dediyindən belə çıxır ki, Ç.N. Seddon əsərin hər iki cildini 
çap etdirmişdir. Ancaq məlum olduğu kimi, bu belə deyildir. Salnamənin yalnız bir 
cildi  Ç.N.  Seddon  tərəfindən  nəşr  etdirilmişdir.  M.İ.  Şəmsinin  2-ci  cild  kimi 
qələmə  verdiyi  kitab  isə,  əsərin  Ç.N.  Seddon  nəşrinin  ingilis  dilinə  müxtəsər 
tərcüməsidir. 
―Əhsənüt-təvarix‖in cildləri haqqında irəli sürülmüş üçüncü fikir isə A.A. 
Romaskeviçə   məxsusdur. O,  əsərin Leninqrad  əlyazma nüsxəsinə əsasən məlum 
cildlərin XI və XII yox, IX və X  cildlər olduğunu bildirmişdir [42, 8].  Doğrudur, 
bu barədə ondan çox-çox əvvəl B.A. Dorn məlumat vermişdir, lakin o onları IX və 
X cildlər deyil, hissələr kimi göstərmişdir [105, 277]. 
Beləliklə,  ―Əhsənüt-təvarix‖  əsərinin  Leninqrad  əlyazma  nüsxəsinə 
əsasən, demək olar ki, bu salnamə 10 cilddə yazılmışdır. Belə ki, Həsən bəy Rumlu 
əsərin  X  cildinin  əvvəlində  üzərində  işlədiyi  cildin  X  cild  olduğunu  bildirərək 
yazır: ―Əhsənüt-təvarix‖in X cildində Şah İsmayılın dövləti idarə etmək istəməsi... 
barədə yazılmışdır‖ [64, 117]. 
Əgər  aralarında  olan  bəzi  kiçik  fərqləri nəzərə almasaq,  görmək  olar  ki, 
―Əhsənüt-təvarix‖in Ç.N. Seddon tərəfindən nəşr edilən mətni Leninqrad əlyazma 
nüsxəsinin  müvafiq  cildinin  eynidir,  lakin  bu  nəşrdə  əsərin  əlyazma  nüsxəsində 
olan ―X cild‖ sözü yazılmadığından onun neçənci cild olduğu göstərilməmişdir. 
V.  F.  Minorski  ―Əhsənüt-təvarix‖in  Ç.N.  Seddon  nəşrindən  üç  il  sonra 
həmin  nəşr  haqqında  rəy  yazmış  və  naşirin  bu  sahədə  etdiyi  xidməti  yüksək 
qiymətləndirmişdir,  lakin  tədqiqatçı  salnamənin  başqa  əlyazma  nüsxələrindən 
istifadə  etmədiyindən  əsərin  neçə  cild  olması  xüsusda  fikir  söyləməmişdir  [110, 
449 - 457]. Ç.N. Seddonun özü də ―Əhsənüt-təvarix‖in əvvəlki cildləri barədə söz 
açmasına  baxmayaraq,  nəşr  etdiyi  cildin  neçənci  olduğunu  bildirməmişdir  [120, 
311]. Elə  buna  görə  də, alman  şərqşünası  V.  Hins  II  Şah  İsmayılın həyatına həsr 
etdiyi  monoqrafiyada  əsas  mənbələrdən  biri  kimi  istifadə  etdiyi  ―Əhsənüt-
təvarix‖in  (Ç.N.  Seddonun  nəşrinin)  neçənci  cild  olmasını  göstərməmişdir  [108].  
E.  Qlasen  isə  Qazi  Əhməd  Quminin  ―Xülasətüt-təvarix‖  (―Tarixçilərin  xülasəsi‖) 
kitabı əsasında qələmə aldığı  tədqiqat əsərində ―Əhsənüt-təvarix‖in son cildlərinin 
XI və XII cildlər olduğunu bildirmişdir [108, 17]. İngilis tədqiqatçısı Ç.A. Stori də 
birinci  fikrin  tərəfdarları  sırasındadır  [121,  306].  ―Əhsənüt-təvarix‖  əsərinin 
cildlərinin miqdarı və əlimizdə olan cildlərin neçənci olduğu barədə birinci fikrin 
tərəfdarları  çoxluq  təşkil  edirlərsə  də,  Həsən  bəy  Rumlunun  yaşadığı  dövrdən  az 
sonra  üzü  köçürülən  [42,  8]  salnamənin  Leninqrad  nüsxəsindəki  həmin  cümlə 
əlimizdə  sanballı  bir  sübut  olduğundan,  biz  də  əsərin  cəmi  10  cilddə  yazıldığı 
fikrinin tərəfdarıyıq. 
―Əhsənüt-təvarix‖ in son IX və X cildlərindən başqa yazılmış ilk cildlərin 
taleyi  barədə  hələlik  heç  bir  məlumat  yoxdur,  lakin  dövrümüzə  gəlib  çatmayan 


10 
 
həmin  cildlərin  bəziləri  haqqında  müəllifin  özü,  yeri  gəldikcə,  məlumat  verir.  O, 
salnamənin  X  cildinin  sonunda  bir  çox  vilayətlərin  təfsilatını  əsərin  əvvəlki 
cildlərində qələmə  aldığını  göstərmişdir  [65, 460].  Bundan başqa, müəllif  VI  cild 
haqqında  yalnız  bir  yerdə  məlumat  vermiş  [65,  141],  VII  cildi  isə  iki  dəfə 
xatırlatmışdır  [65,  141,  495].  Əsərin  VI  cildi  haqqında  Həsən  bəy  Rumlunun 
verdiyi  məlumat  belədir:  ―VI  cilddə  yazıldığı  kimi,  onun  əlini  kəsdikləri  üçün 
(xəttatlığı)  öz  qızına  öyrətdi‖  [65,  141].  Bu  cümlədə  haqqında  danışılan  şəxs 
məşhur  xəttat  İbn  Müqlədir.  Onun  yaşadığı  illəri  müəyyən  etməklə  ―Əhsənüt-
təvarix‖in  VI  cildinin  təxminən hansı  dövrü  əhatə  etmiş  olduğunu  söyləmək  olar. 
Əgər  İbn  Müqlənin  272  (885/86)-cı  ildə  təvəllüdünü  və  328  (939/40)-ci  ildə 
öldüyünü nəzərə  alsaq,  belə  nəticəyə  gəlmək  olar  ki,  əsərin  VI  cildi  10  və  11-ci 
əsrlərin müəyyən illərini əhatə edibmiş. 
Əsərinin VII cildini isə Həsən bəy Rumlu belə xatırladır: 1. ―Ondan sonra 
Abbasi xəlifəsi Müstəsimin qulu Yaqut (xəttat) oldu. Onun haqqında da VII cilddə 
yazılmışdır‖  [65,  141].  2.  ―Nadir  hadisələrdəndir  ki,  Misir  padşahı  İsmayıl  ibn 
Hafizəddinüllah  da  özünün  Nəsir  adlı  bir  cavan    (oğlanı)  tərəfindən  bu  cür 
öldürüldü. Onun haqqında VII cilddə təfsilatı ilə yazılmışdır‖ [65, 495]. Həsən bəy 
Rumlunun birinci cümlədə işarə etdiyi şəxs xəttat Yaqur Qulamdır. O, Qazan xanın 
hakimiyyəti dövründə (1295 – 1304) yaşı yüzü ötdükdən sonra vəfat etmişdir [14, 
48].  Bu  xəttatın  yaşadığı  illərə  əsasən  VII  cilddə  12  və  13-cü  əsr  hadisələrinin 
işıqlandırıldığı təxmin edilə bilər. 
Əgər salnamənin VI cildinin 10, 11, VII cildinin isə 12, 13-cü əsrləri əhatə 
etdiyini  nəzərdə  tutsaq,  bu  qənaətə  gəlmək  olar  ki,  VIII  cild  XIV  əsrlə  bağlı 
olmuşdur. IX əsrin 15, X cildinsə 16-cı əsrə aid olduğu məlumdur. Bunlardan bir 
daha təsdiq edilir ki, Həsən bəy Rumlu salnaməni 12 yox, 10 cilddə yazmışdır. 
―Əhsənüt-təvarix‖in  əvvəlki  cildlərinin  bir  zamanlar  mövcud  olmasının 
müəllifdən başqa heç kim tərəfindən göstərilməməsi və habelə onların dövrümüzə 
gəlib çatmaması həmin cildlərin bir vaxtlar həqiqətən də mövcudluğu fikrinə qarşı 
şübhə oyatmamalıdır, çünki göstərdiyimiz kimi, Həsən bəy Rumlu əsərinin əvvəlki 
cildləri haqqında elə inamla məlumat vermişdir ki, ona inanmamaq üçün əlimizdə 
heç bir əsas yoxdur. 
Şərqşünas alimlərdən F. Tauer [66, 26] və F. Sümer [56, müqəddimə] isə 
―Əhsənüt-təvarix‖in son iki cildindən əlavə qələmə alındığı güman edilən əvvəlki 
cildləri barədə öz fikirlərini bildirərək bunların əslində yazılmadığını söyləmişlər. 
Çoxcildli  bir  salnamə  kimi  yazılan  ―Əhsənüt-təvarix‖  barədə  düşünərkən, 
həqiqətən  də,  qarşıya  belə  bir  sual  çıxmaya  bilməz:  Əgər  salnamənin  əvvəlki  8 
cildi,  doğrudan  da,  bir  zamanlar  mövcud  olmuşdursa,  nə  üçün  həmin  cildlər 
müəllifdən başqa heç bir orta əsr tarixçisi tərəfindən xatırlanmamışdır? 
Məlumdur ki, tarixi  əsərin qiyməti onun yazıçı yaşayan dövr hadisələrini 
əks  etdirən  ilkin  mənbə  olmasındadır.  Məsələyə  bu  baxımdan  yanaşdıqda, 
―Əhsənüt-təvarix‖  əsərinin yalnız  X cildi dövrün ilk mənbəyi sayıla  bilər, çünki 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə