Azərbaycan ssr elmlər akademiyasi tariX İnstitutu şAHİn fəRZƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/46
tarix14.10.2017
ölçüsü2,8 Kb.
#4596
1   2   3   4   5   6   7   8   9   ...   46

13 
 
onun həbsi əbədi zindan demək idi‖ [73, 547]. Mir Yəhya Qəzvini də Cahanşahın 
etimadsız, bədxasiyyət, pis əməllərə mail şəxs olduğunu göstərir [96, 122a]
6

―Əhsənüt-təvarix‖ əsərində xətt və xəttatlar haqqında da maraqlı qeydlər 
vardır  [65,  140  -  142].  Məşhur  xətttatlar  sırasında  Azərbaycan  xəttatı  Mir  Əli 
Təbrizinin  də  adını  çəkmiş  və  onun  haqqında  nisbətən  geniş  məlumat  vermişdir 
[65, 142]. 
Salnamədə  o  zaman  müəllifə  məlum  olan  gəmi  növləri  haqqında  da 
yazılmışdır [65, 37 - 38]. Tüfəngin Avropada icad olunduğunu bildirən Həsən bəy 
Rumlunun mülahizələri maraq kəsb edir [64, 266b]. 
Qeyd  etmək  lazımdır  ki,  salnamə  yazılarkən  bəzi  məkan  adları  müəllif 
tərəfindən  dəqiq  müəyyənləşdirilmədiyindən  sətirlərdə  bəzən  ad  yerinə  nöqtələr 
qoyulmuş  və  sonradan  həmin  yerlər  doldurulmamışdır  [65,  382,  414,  494]. 
Bununla, Həsən bəy Runlunun dəqiqliyə riayət etdiyi bir daha nəzəri cəlb edir. 
Beləliklə,  dövrün  feodal  sinfinə  mənsub  olan  Həsən  bəy  Rumlunun 
tərcümeyi-halı  və  onun  tarixi  irsinin  bütövlükdə  öyrənilməsi  bir  zərurət  kimi 
qarşıya  çıxmışdır,  çünki  ―Əhsənüt-təvarix‖  əsərində  təsvir  edilən  ictimai-iqtisadi 
və  siyasi  tarix  məsələləri  əhəmiyyətli  olduğu  vıə  Azərbaycan  tarixçisinin 
qələmindən çıxdığı üçün olduqca səciyyəvidir. 
 
II FƏSİL 
       
“ƏHSƏNÜT-TƏVARIX” ƏSƏRİNİN ÖYRƏNİLMƏSİ 
“Əhsənüt-təvarix”in tədqiq olunma tarixi 
 
 
Tarixşünaslıqda  ―Əhsənüt-təvarix‖  əsərinə  XIX  əsrin  ikinci  yarısından 
etibarən tez-tez müraciət edilməsi özündən əvvəl və sonra yazılan tarixi mənbələr 
içərisində bu salnamənin xüsusi əhəmiyyəti olduğunu bildirir. 
Görkəmli  rus  şərqşünası  B.A.  Dorn  (1805  –  1881)  əsərin  ilk 
tədqiqatçılarından  biri  olmuşdur.  O,  ―Əhsənüt-təvarix‖in  qısa  məzmununu  oxucu 
və tədqiqatçıların nəzərinə çatdıran ilk alimdir [105, 277 - 278]. B.A. Dorn Xəzər 
dənizinin  cənub  sahilində  yerləşən  vilayətlərin  tarixi  coğrafiyasına  həsr  etdiyi 
müntəxabata  22  müəllifin  əsərindən  parçalar  daxil  etmişdir  ki,  onların  arasında 
                                                             
6
 Lakin Həqiqinin  ―Şerlər‖ kitabının müqəddiməsində oxuyuruq: ―Cahanşah Həqiqi hakimiyyət başına 
gəldikdən  sonra,  hər  şeydən  əvvəl,  qanlı  müharibələrə  son  qoymuş  və  Azərbaycanda  Qaraqoyunlu 
dövlətini  möhkəmləndirməyə  müvəffəq  olmuşdur‖  [23,  3].  Doğrudur,  atası  Qara  Yusifin  (hakimiyyət 
illəri: 1406 – 1420) yaratdığı dövlətə uzun illər başçılıq edən Cahanşah həmin dövləti möhkəmlətmişdi, 
lakin  yuxarıdakı  fikrin  müəllifin  Lətif  Hüseynzadənin  yazdığının  əksi  olaraq,  Cahanşah  nəinki  qanlı 
müharibələrə  son  qoymuş,  hətta bütün ömrü  boyu öz  qohum-qardaşı,  övladları,  qonşu  ölkələrin  dövlət 
başçıları ilə vuruşmuş, qanlar tökmüşdür. Şairi şerlərinə görə qiymətləndirmək lazımdır. Onun şəxsiyyət 
və  fəaliyyətinə  gəldikdə  isə,  tarixi  faktlarla  tanış  olmaq  və  mənbələrin  verdiyi  məlumatlara  istinad 
etmək gərəkdir. 


14 
 
―Əhsənüt-təvarix‖  əsərindən  də  Gilan  və  Təbəristan  tarixinə  aid  hissələr  vardır 
[106, 375 - 431]. 
Salnamənin  Britaniya  muzeyində  saxlanılan  nüsxəsi  haqqında  məlumat 
verən  Ç.  Riyö  müəllif  haqqında  belə  yazır:  ―Həsən  bəy  Rumlu  948  (1541/42)-ci 
ildən 980 (1572/73)-cü ilə qədər Şah Təhmasibin xidmətində olmuş, şəxsən bir çox 
yürüş  və  hadisələrdə  iştirak  etmişdir‖  [118,  36  -  37].  Oxucunun  diqqətini  bu 
məsələyə cəlb edən Ç. Riyö ―Əhsənüt-təvarix‖ salnaməsinin son cildindəki bir sıra 
hadisələrin müəllif müşahidəsinin məhsulu  olduğunu bildirmişdir. 
―Əhsənüt-təvarix‖  və  onun  müəllifi  haqqında  nisbətən  geniş  məlumat 
verən Ç.N. Seddonun xidməti xüsusilə qeyd olunmalıdır [120, 309 - 311]. O yalnız 
Həsən bəy Rumlu haqqında məqalə yazmaqla kifayətlənməmiş və bildiyimiz kimi, 
―Əhsənüt-təvarix‖in  son  cildini  Hindistanın  Baroda  şəhərində  nəşr  etdirmişdir. 
Naşir  kitabın  əvvəlində  ―Ön  söz‖  yazmış  və  mətni  3  əlyazma  nüsxəsi  əsasında 
tərtib  etdiyini  göstərmişdir.  Ç.N.  seddon  1934-cü  ildə  həmin  cildin  ingilis  dilinə 
müxtəsər tərcüməsinin də nəşrinə müvəffəq oldu [119]. 
Başqa  bir  ingilis  şərqşünası  E.  Braun  ―Şah  Təhmasib  dövrünü 
işıqlandıran‖ əsas fars mənbəyinin ―Əhsənüt-təvarix‖ olduğunu göstərmişdir [107, 
84]. O, salnaməni ―gözəl əsər‖ adlandırır [107, 84 - 85]. E. Braun 942 (1535/36)-cı 
ildə  özbək  xanı  Übeyd  tərəfindən  Herat  şəhərinin  alınması  və  yerli  əhalinin 
cəzalandırılmasını  şərh  edərkən  Həsən  bəy  Rumlunun həmin hadisəni  əks  etdirən 
qeydlərini misal gətirmiş, məhz onun təsvirinə əsaslanmışdır [107, 94 - 95]. 
Görkəmli  şərqşünas  V.  F.  Minorski  ―Əhsənüt-təvarix‖in  Ç.N.  Seddon 
nəşrindən bir qədər sonra bu nəşrə rəy yazmış və Həsən bəy Rumlunun işlətdiyi bir 
neçə türk (Azərbaycan) istilahının izahını vermişdir [111, 449 - 455]. O, naməlum 
müəllif  tərəfindən  yazılan  və  Səfəvi  dövlətinin  idarə  sistemini  təsvir  edən 
―Təzkirətül-müluk‖ əsərini nəşr edərkən, məynə yazdığı tədqiqat xarakterli ―Giriş‖ 
və  şərhlərdə  başqa  mənbələrlə  yanaşı  ―Əhsənüt-təvarix‖dən  də  istifadə  etmişdir 
[99] 
II Şah İsmayılın həyat və fəaliyyətini yazarkən alman tədqiqatçısı V. Hins 
üçün ―Əhsənüt-təvarix‖in son cildi ən mühüm mənbələrdən biri olmuşdur [109, 25, 
26...]. 
Qeyd  etmək  lazımdır  ki,  xarici  ölkə  şərqşünasları  ―Əhsənüt-təvarix‖ 
əsərindən  ən  çox  siyasi  hadisələrə  aid  materialları  götürməyə  çalışmışlar,  lakin 
sovet  tarixşünaslığında  bu  salnamədən  yalnız  siyasi  tarix  məsələlərinin  deyil, 
həmçinin bir sıra ictimai-iqtisadi problemlərin həllində geniş istifadə edilmişdir. 
A.A. Romaskeviç ―Əhsənüt-təvarix‖ə yüksək qiymət vermişdir [42, 9]. O, 
salnaməni  ―olduqca  lazımlı‖  bir  tarix  kitabı  adlandıraraq,  hər  iki  cildin  qısa 
məzmununu təsvir etmiş, salnamənin dilinin sadə, lüzumsuz rəngarənglikdən uzaq 
və şer parçaları ilə zəngin olduğunu göstərir [42, 9 - 10]. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə