Azərbaycan ssr elmlər akademiyasi tariX İnstitutu şAHİn fəRZƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/46
tarix14.10.2017
ölçüsü2,8 Kb.
#4596
1   2   3   4   5   6   7   8   9   10   ...   46

15 
 
―Türkmən və Türkmənistan tarixinə dair materiallar‖ kitabının II cildində 
A.  K.  Arendsin  ruscaya  tərcüməsi  ilə  ―Əhsənüt-təvarix‖  əsərindən  bəzi  hissələr 
dərc olunmuşdur [42, 56]. 
İ.P. Petruşevski yazdığı bir sıra məqalə və geniş həcmli əsərlərində Həsən 
bəy  Rumlunun  məlum  salnaməsindən  çox  geniş  istifadə  etmişdir [25, 114  –  152; 
36, 153 – 210; 38, 214 - 224]. Onun Azərbaycan və Ermənistanda XVI – XIX əsrin 
əvvəllərindəki  müxtəlif  feodal  münasibətlərinə  həsr  olunan  sanballı 
monoqrafiyasının  yazılmasında    Həsən  bəy  Rumlunun  zəngin  məlumatları 
əhəmiyyətli  yer  tutur.  İ.P.  Petruşevskinin  fikrincə,  I  Şah  İsmayılın  hakimiyyəti 
illərində  baş  verən  hadisələri  qələmə  alarkən  Həsən  bəy  Rumlu  başqa  mənbələrə 
əsaslanmışdır,  lakin  I  Şah  Təhmasib  və  II  Şah  İsmayılın  həyat  və  fəaliyyəti 
dövründə  olan  əhvalatların  təsviri  zamanı  onun  əsəri  ilk  mənbə,  həm  də  birinci 
dərəcəli ilk mənbə‖ sayılır [39, 29]. İ.P. Petruşevski  ―Həsən bəy Rumlunun əsəri 
tarixçilər üçün çox qiymətlidir‖ qənaətinə gəlir [39, 29]. 
Məlumdur  ki,  ―Əhsənüt-təvarix‖  əsəri  əhatə  etdiyi  dövrün  siyasi 
hadisələrini işıqlandırmaqla yanaşı, yeri gəldikcə, ədəbiyyat, ədəbi simalar, coğrafi 
ərazi, incəsənət, mədəniyyət və iqtisadiyyat haqqında da məlumat verir. N. Filroze 
iqtisadiyyata  dair  material  olan  səfəvi  dövrü  məxəzləri  içərisində  ―Əhsənüt-
təvarix‖  əsərinin  də  adını  çəkmiş,  irəli  sürdüyü  bəzi  mülahizələrini 
əsaslandırmaqdan ötrü bu salnaməyə müraciət etmişdir [50, 88]. 
―Azərbaycan Səfəvi dövləti və onun banisi Şah İsmayıl‖ haqqında geniş 
məlumat  olan  əsərlərdən  biri  kimi  ―Əhsənüt-təvarix‖  Ş.  Məmmədbəylinin  də 
diqqətini özünə cəlb etmişdir [32, 3]. 
―Salnaməçi  Həsən  bəy  Rumlunun  ―Əhsənüt-təvarix‖  əsəri  Qərbi  İran  və 
Azərbaycan  tarixi  üçün  olduqca  əhəmiyyətlidir‖  fikrini  söyləyən  M.  Abidova 
ağqoyunlu  dövlətinə  həsr  etdiyi  tədqiqat  işində  bu  salnamənin  IX  cildinin 
materiallarından  geniş  istifadə  etmiş  və  ―Həsən  bəy  Rumlunun  əsərində  başqa 
mənbələrdə  olmayan  olduqca  qiymətli  və  orijinal  məlumatlar  vardır‖  hökmünü 
vermişdir. [25, 5]. 
O.  Ə.  Əfəndiyev  kitab  və  bir  sıra  məqalələrində  Həsən  bəy  Rumlunun 
əsərinə dəfələrlə istinad etmişdir [51, 151 – 180; 52, 18, 19...; 54, 66; 55, 27]. XVI 
əsrin  əvvəllərində  Azərbaycan  Səfəvi  dövlətinin  yaranmasına  həsr  olunan 
monoqrafiyasında O. Ə. Əfəndiyevin ―Əhsənüt-təvarix‖in  IX cildinə də dəfələrlə 
müraciət etdiyini görmək olur [52, 18, 49...]. Şah İsmayılın Azərbaycan və İranın 
rəsmi  şahı  kimi  tanınmasının  osmanlı  sultanı  Bayazid    tərəfindən  qəbul  edilməsi 
(1504). I Sultan Süleymanın Azərbaycana (1534, 1535, 1548, 1554), qızılbaşların 
Gürcüstana (1516, 1517, 1521) olan hərbi yürüşlərini və onların hansı illərdə baş 
verdiyini, XVI əsrdə Azərbaycanın ictimai-iqtisadi vəziyyətini şərh etməkdə, başqa 
mənbələrlə yanaşı, ―Əhsənüt-təvarix‖in də müəllifə böyük  köməyi dəymişdir [55, 
28 - 29]. 


16 
 
M.X. Nemətova XIV – XVI əsr şirvan tarixini araşdırarkən şirvanşahların 
ikinci  mərkəzi  şəhəri  olan  Bakının  1500-cü  ildə  səfəvi  qoşunu  tərəfindən 
mühasirəyə alınmasını, I Şah İsmayılın Şirvana hücumunu, şirvanşahların məşhur 
qalalarını (Gülüstan, Buğurd, Sürxab) və s. Şirvanla bağlı başqa məsələləri öyrənib 
tədqiq etmək üçün ―Əhsənüt-təvarix‖ əsərindən də istifadə etmişdir [10, 62, 79...] 
Ə.  Ə.  Rəhmani  1571  –  1573-cü  il  Təbriz  şəhər  yoxsullarının  üsyanı 
haqqında  İskəndər  bəy  Münşinin  verdiyi  məlumatın  Həsən  bəy  Rumlunun 
əsərindən götürüldüyünü yazır [41, 152]. Ə. Ə. Rəhmaniyə görə, XVI əsrin axırı – 
XVII  əsrin  əvvəllərində  yaşayıb  –  yaradan  Azərbaycan  tarixçisi  İskəndər  bəy 
Münşi  ―Əhsənüt-təvarix‖  əsərini  yüksək  qiymətləndirmiş  və  ―tarix-i  aləmaray-i 
Abbasi‖ni yazarkən Həsən bəy Rumlunun salnaməsinə dəfələrlə əsaslanmışdır [41, 
34]. 
H.  H.  Zərinəzadə  fars  dilində  əsərlər  yaratmış  bir  sıra  azərbaycanlı 
müəllifin,  o  cümlədən  Həsən  bəy  Rumlunun  da  əsərində  təsadüf  olunan 
Azərbaycan  sözlərinin  nahaqdan  işlənmədiyini  göstərir:  ―...çünki  farsca  yazan  və 
danışan  hər  bir  azərbaycanlının  yazı  və  danışığında  Azərbaycan  dilinə  aid  bəzi 
xüsusiyyətlərin əks etdirilməsi şübhəsiz bir faktdır‖ [7, 146]. 
―Ağqoyunlular dövlətinin tarixini işıqlandıran mənbələr içərisində orta əsr 
Azərbaycan tarixçisi  Həsən bəy  Rumlunun əsəri mühüm yer tutur‖ deyə  yazan C. 
M. İbrahimov [30, 9] ―Əhsənüt-təvarix‖in məlumatlarından da səmərələnmişdir. 
S.B. Aşurbəyli Bakı tarixi ilə əlaqədar bir sıra məsələlərdə ―azərbaycanlı 
tarixçi Həsən bəy  Rumlu tərəfindən yazılan olduqca qiymətli XVI  əsr salnaməsi‖ 
olan ―Əhsənüt-təvarix‖ə istinad etmişdir [27, 8, 79]. 
XV  əsr  Azərbaycan  dövlət  quruluşunun  öyrənilməsi  və  o  zaman  ölkədə 
olan bir sıra vergilərin müəyyən edilməsi üçün S. M. Onullahi ―Əhsənüt-təvarix‖in 
IX  cildindən  istifadə  etmiş,  Ağqoyunlu  dövlətində  əmirül-üməra, əmir, qorçibaşı, 
sədr, vəzir, divan əmiri vəzifələrinin şərhində bu salnaməyə də əsaslanmışdır [11, 
36, 37; 12, 57]. 
Ə. Rəhimov ―Əbdi bəy Şirazi‖ adlı monoqrafiyasında I Şah İsmayılın qız 
övladları haqqında məlumatı Həsən bəy Rumludan götürmüşdür [13, 141]. 
M.  X.  Heydərov  səfəvi  hakimiyyətinin  ilk  dövründə,  xüsusilə  I  Şah 
Təhmasib  zamanında  tüfəngçi  və  topçu  dəstələrinin  yaranması  və  odlu  silahın 
yayılmağa  başlamasını  göstərərkən,  Həsən  bəy  Rumlunun  məlum  əsərindən  də 
bəhrələnmişdir [28, 25]. 
Şərəf xan Bidlisinin ―Şərəfnamə‖ əsəri kürd xalqının tarixi mənbəyi kimi‖ 
monoqrafiyasının  müəllifi  M.İ.  Şəmsi  Kürdüstan  tarixi  ilə  əlaqədar  bir  çox 
məsələnin araşdırılmasında tez-tez  ―Əhsənüt-təvarix‖ə əsaslanmışdır.  O  yazır:  ―... 
həmin  əsər  XVI  əsrin digər  mənbələrində nisbətən  Kürdüstan  tarixi haqında həm 
zəngin və həm də düzgün məlumata malikdir‖ [24, 8 - 9]. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə