12
mənbələrdən biri də RəĢidəddinin «Cami-ət-təvarix» əsəridir [30]. RəĢidəddin
(1247-1318) Abaqa xan dövründə (1265-1281) saray həkimi, Qazan xan (1295-
1304) və Sultan Ulcaytu Məhəmmədin (1304-1316) hakimiyyəti dövründə isə
Elxanilər dövlətinin baĢ vəziri olmuĢdur [31].
RəĢidəddin ailəsi ilə birlikdə uzun müddət Təbrizdə yaĢamıĢ, «Rəb-i
RəĢidi» adlanan Ģəhərciyin əsasını qoymuĢ, Təbriz kimi böyük bir Ģəhərin idarə
olunmasında baĢ vəzir və iri feodal kimi bilavasitə iĢtirak etmiĢdir. Digər
tərəfdən, RəĢidəddin ölkənin idarə olunmasına dair «Dəstur əl-məmləkə»
adlanan qanunnamə tərtib etmiĢ və Qazan xanın fərmanı ilə həmin qanunnamə
uzun müddət icra olunmuĢdur [32].
«Cami-ət-təvarix» əsərində RəĢidəddin Təbrizin siyasi hadisələri ilə
yanaĢı, Ģəhərin ictimai-iqtisadi vəziyyətinə dair də müəyyən məlumat verir.
Məsələn, 1265-ci il iyun ayında Abaqa xan tərəfindən Təbrizin paytaxt olması,
1297-ci il oktyabr ayının 5-də «ġam Qazan»ın əsasının qoyulması, 1302-ci ildə
Təbriz əhalisinin bir sıra vergilərdən azad edilməsi, ġam Qazan və Təbrizin bir
sıra memarlıq abidələri haqqında məlumatları göstərmək olar [33].
Təbrizin ictimai-iqtisadi tarixinin tədqiqi baxımından əhəmiyyətli
mənbələrdən biri də «ġərəf» təxəllüsü ilə məĢhur olan Abdulla ibn Fəzlullah
ġirazinin «Təcziyət-ül-əmsar və təzciyət-ül-əsar» («Tarix-i Vəssaf») əsəridir
[34]. Vəssaf xeyli müddət Elxanilər divanında iĢləmiĢ və h. 692 (1292-93)-ci
ildə Təbrizdə olmuĢdur [35].
Bu əsərdə Təbrizin iqtisadi vəziyyəti haqqında müəyyən materiallar
vardır. Vəssaf əsərində bir sıra hadisələrə öz tənqidi münasibətini bildirmiĢdir.
O, Tacəddin ƏliĢahın Təbrizdə tikdirdiyi məscid binası üçün 500 tümən sərf
etdiyini tənqid edərək yazır: «Əgər bu pul əkinçilər üçün toxumpulu... və sair
ehtiyaclara sərf olunsaydı, ölkə xeyli abadlaĢardı [36].
Sovet tarixĢünaslığında ilk dəfə tədqiqata cəlb etdiyimiz mənbələrdən
biri də bir müddət Təbrizdə yaĢamıĢ tarixçi Əbülqasim KaĢaninin Ulcaytu
Məhəmmədin hakimiyyəti dövrünü əhatə edən «Tarix-i Ulcaytu» əsəridir.
Əsərin məziyyəti ondan ibarətdir ki, burada hadisələr ilbəil, dəqiq tarixləri ilə
təsvir olunmuĢdur. Bu ondan irəli gəlir ki, Ulcaytunun hakimiyyəti dövründə
baĢ verən hadisələrin çoxunun iĢtirakçısı olan Əbülqasim təfərrüata varmadan
hadisələri qısa və konkret Ģəkildə təsvir etmiĢdir. «Tarix-i Vəssaf»-da olduğu
kimi, bu əsərdə də Təbrizə dair elə məlumat vardır ki, onlara dövrün digər
mənbələrində rast gəlmirik [37].
Orta əsr Azərbaycan tarixçisi Əbubəkr Qütbi əl-Əhərinin «Tarix-i
ġeyx Üveys» adlı əsəri Azərbaycan Ģəhərləri, o cümlədən Təbriz haqqında bir
sıra maraqlı məlumat verir. Bu məlumatın əsas hissəsi Təbrizin siyasi tarixinə
aid olsa da, Təbrizdə feodal zülmü nəticəsində geniĢ xalq kütləsinin
vəziyyətinə dair materiallar xeyli qiymətlidir [38].
13
Təbrizin tarixini tədqiq etmək baxımından maraqlı məlumat verən
müəlliflərdən ġəhabəddin Abdulla ibn Lütfül-la (hafiz Əbru) 1386-cı ildə
Təbrizdə olarkən ToxtamıĢın qoĢunlarının Təbrizi bərbad hala salmasının və
Teymurun Təbrizə yürüĢünün müĢahidəçisi olmuĢdur [39].
Həmdulla Müstəfi Qəzvininin oğlu Zeynəddinin «Zeyli tarix-i qozidə»
adlı əsəri ilk məxəz kimi xüsusi əhəmiyyətə malikdir. Həmin əsərdə 1344-cü
ildə Təbrizdə baĢ vermiĢ üsyan haqqında ətraflı məlumat verilir [40].
Orta əsr Azərbaycan tarixçisi ġam Qazanlı Nizaməddin ġami h. 804
(1401-1402)-cü ildə Teymurun göstəriĢi ilə onun müharibə və fütuhatını
qələmə almıĢdır. Ömrünün sonlarında Təbrizə qayıtmıĢ ġami h. 812 (1409)-ci
ildə orada vəfat etmiĢdir. Həmin mənbədən h. 798 (1395-96)-ci ildə Təbrizdə
MiranĢaha qarĢı üsyan baĢ verdiyi məlum olur. Bundan əlavə, digər orta əsr
tarixçiləri kimi Nizaməddin ġami də əhalinin aĢağı təbəqəsini «dərviĢ»,
«züəfa», «füqəra», «rüaya» adlandırmıĢdır [41].
Əbdürrəzzaq Səmərqəndi, Məhəmməd ibn XavəndĢah (Mirxond)
(1433-1498) öz əsərlərində Təbrizin siyasi tarixi ilə yanaĢı, Teymurilər və
Qaraqoyunluların hakimiyyəti dövründə Ģəhərin iqtisadi-ictimai və mədəniyyət
məsələlərinə də toxunmuĢlar. Mirxond əsərinin sonunda Təbriz haqqında
ayrıca, 3 səhifə həcmində məlumat vermiĢ və Təbrizi «Azərbaycanın ən
məĢhur Ģəhəri» adlandırmıĢdır [42].
Ağqoyunlu sülaləsinin hakimiyyəti dövrünə həsr edilmiĢ iki əsər
mövcuddur. Onlardan biri Əbubəkr Tehraninin «Tarix-i Diyarbəkriyyə» [43],
digəri isə Fəzlullah Ruzbehan Xünəsinin [44] Ağqoyunlu hökmdarı Sultan
Yaquba həsr etdiyi «Tarix-i aləm aray-i Əmini» əsəridir. Hər iki əsərdə
Azərbaycan Ģəhərləri, o cümlədən Təbrizin siyasi, iqtisadi və ictimai
hadisələrinə müəyyən qədər yer verilsə də, lazımi qədər tədqiq olunmamıĢdır.
XXVI-XVII əsrlərdə Səfəvilərin hakimiyyəti dövrünə aid bir sıra
tarixi əsərlər yazılmıĢdır. Ġ. P. PetruĢevskinin qeyd etdiyi kimi, bu dövrdə
Azərbaycanla Ġran xalqları arasında mədəni əlaqə daha da möhkəmlənir. Buna
görə də həmin dövrdə yaĢamıĢ Ġran tarixçilərinin əsərlərində Azərbaycan
tarixinə nisbətən çox yer verilir [45].
Azərbaycan Səfəvi dövlətinin yaranıb möhkəmlənməsi, Azərbaycanın
və eləcə də onun paytaxtı Təbriz Ģəhərinin siyasi hadisələrin düyün nöqtəsi
olmaqla yanaĢı, həm də ölkənin iqtisadi mərkəzi rolu oynaması istər-istəməz
Azərbaycan və Ġran tarixçilərinin diqqətini cəlb etmiĢdir. Məhz buna görə də bu
dövrün tarixi əsərlərində Təbrizdə baĢ verən hadisələrin iĢıqlandırılması diqqət
mərkəzində idi.
Bu dövrdə yazılmıĢ tarixi əsərləri iki qismə bölmək olar. Həmin
əsərlərin bir qismi (anonim «Tarix-i ġah Ġsmayıl», Xondəmirin (1475-1536),
«Həbib-üs-siyər fi əxbari əfrad əl-bəĢər», Yəhya Qəzvininin (1481-1555)
«Lübbət-təvarix», XurĢah ibn Qubad əl-hüseyninin (1565-ci ildə vəfat
Dostları ilə paylaş: |