47
gəliri 2 min tümən olduğu halda, 1340-cı ildə 209 tümənə enmiĢdi. Atabəylərin
hakimiyyəti dövründə ildə Arrandan 300 tümən, 1340-cı ildə isə 30 tümən 3
min dinar, yəni 10 dəfə az vergi toplanmıĢdı. ġirvanın mədaxili 100 tüməndən
11 tümənə enmiĢ, yəni təqribən 9 dəfə azalmıĢdı [38].
ġübhəsiz, belə bir vəziyyət Təbriz Ģəhərinin də iqtisadi həyatına ağır
təsir göstərmiĢdi. Sultan Cəlaləddin XarəzmĢahın hakimiyyəti dövründə ticarət
yolları daha təhlükəli vəziyyətə düĢmüĢdü. Tacirlərin gediĢ-gəliĢi kəsilmiĢdi.
H. 624 (1226-27)-cü il hadisələrindən bəhs edən ibn-əl-Əsir yazır: «Ġvaiyyə
türkman tayfa baĢçıları Xoy əhalisindən xərac aldıqdan sonra... Təbriz ətrafında
ticarət karvanını qarət edib, onların çoxlu pul və parçalarını talam etmiĢdilər.
Ərzrumdan qoyun alıb Təbrizə aparan tacirlərin qarĢısını kəsib, 20 min baĢdan
ibarət qoyunlarını almıĢdılar. Tacirlərdən qəsb olunmuĢ saysız-hesabsız
qənimətlər içərisində çoxlu arĢın malı var idi ki, bunların bir qismi hələ də
açılmamıĢ taylarda dururdu» [39]. Hətta vəzirlərin özləri də qarətlə məĢğul
olurdular. Cəlaləddinin vəziri ġərəf əl-Mülk ġamdan Azərbaycana gəlmiĢ 70
nəfərdən ibarət Ġsmaililərin ticarət karvanını qarət etdirib, özlərini
öldürtdürmüĢdü [40]. Belə bir soyğunçuluq ticarətin inkiĢafına ağır
zərbə vururdu: ĠĢ o yerə çatmıĢdı ki, Təbrizin illik gəliri Sultan Cəlaləddinin
atlarının yem puluna belə çatmırdı. Təbrizdə olan xassə torpaq və əmlakdan
heç bir gəlir mümkün deyildi. Xoy Ģəhəri kimi Təbriz də xarabalığa
çevrilmiĢdi. Nəsəvi sözünə davam edərək yazır ki, ağır və fəlakətli vəziyyət
yaranmıĢdı. Halbuki əvvəllər yalnız Kuzekonan qəsəbəsi xəzinəyə daha çox
gəlir verirdi [41].
Ġbn əl-Əsir XII əsrlə XIII əsrin 20-ci illərini müqayisə edərək yazırdı
ki, Atabəy Cahan Pəhləvan (1172-1186) və ondan qabaqkı hökmdarlar
dövründə Azərbaycan və Arranın mal-dövləti və əhalisi çox idi... Sultan
Cəlaləddinin dövründə isə bu vilayətlər xarabalıqa çevrildi [42].
Monqollar üç dəfə Təbrizə hücum etdilər. Təbrizlilər onlara
hədiyyələr verməklə Ģəhərin talan edilməsinin qarĢısını aldılar [43]. Bu
vəziyyət digər Ģəhərlərə nisbətən Təbrizin abad qalmasına səbəb oldusa da,
onun daxili və xarici ticarətinə ağır zərbə endirdi. Çünki digər Ģəhərlərlə
iqtisadi əlaqəyə girmədən heç bir Ģəhər daxili və xarici ticarətini inkiĢaf etdirə
bilməz. Elxani hökmdarları ilə Qızıl Orda xanları arasında gedən ardıcıl
vuruĢmalar da ticarət yollarının bərbad hala düĢməsinə səbəb olmuĢdu. Hülakü
xanın hakimiyyəti dövründə Təbriz ilə Marağada Qızıl Orda hökmdarı Bərəkə
oğlunun (1256-1266) adamları istədikləri kimi hərəkət edirdilər. Bərəkə
oğlunun Təbrizdəki ticarət nümayəndələri (ortaqan) oradakı mühüm ticarət
sahələrini öz əllərinə keçirmiĢdilər. Onlar ticarətdə Ģərik olmaq üçün yerli
Təbriz tacirlərinə böyük məbləğdə pul vermiĢdilər. 1264-cü ildə həmin ortaqlar
cəzalandırılır, onların malları və verdikləri borc pullar isə Təbriz tacirlərinə
qalır. Bərəkə oğul da həmin ildə Təbrizdən Qızıl Orda ölkəsinə mal aparıb
48
satan tacirləri öldürtdürür. Beləliklə, Təbrizin daxili və xarici ticarətinə ağır
zərbə endirilir. Yalnız Keyxatunun (1291-1295) hakimiyyəti dövründə
Elxanilər ilə Qızıl Orda Ģəhərləri arasında ticarət münasibətləri müvəqqəti də
olsa qaydaya düĢür. Vəssaf həmin dövrdə Arran ərazisindən çoxlu miqdarda
ticarət karvanı keçməsindən bəhs edərək yazır: «Arabaların, qulların, at və
qoyunların çoxluğundan Arran ərazisi təlatümə gəlmiĢdi. Bir müddət fasilədən
sonra yenə də tacirlər zərif mallar satmağa baĢladılar» [44].
Keyxatunun hakimiyyəti dövrünə qədər ölkədə ticarət tənəzzül dövrü
keçirirdi. BaĢqa karvan yollarında da ticarətin vəziyyəti ağır idi. Hələ Arğunun
hakimiyyəti dövründə (1286-1291) Kenuya tacirləri ona müraciət edərək ticarət
yollarının qaydaya salınmasını və Ġran körfəzində liman düzəldilməsini xahiĢ
etmiĢdilər [45].
Təbriz sənətkarlarının hazırladıqları malların dövlət tərəfindən bazar
qiymətindən aĢağı qiymətə alınması da ticarətə ağır zərbə endirirdi. Bundan
əlavə müxtəlif adlar altında alınan vergilər: tamğa [46], bac və sair ticarətin və
sənətkarlığın inkiĢafına maneçilik törədirdi. Hələ Abaqa xan dövründə (1265-
1282) ayrı-ayrı Ģəhərlərdə tamğaçı təyin edilir, sənətkar və tacirlərdən tamğa
vergisi alırdılar. Həmin dövrdə Əmir Əli Təbriz tamğaçısı təyin olunmuĢdu
[47]. Bundan əlavə, Təbriz Ģəhnəsi Narduy Axtaçı sənətkar və tacirlərdən zorla
vergi alırdı [48].
H. 641 (1243-44)-ci ildə Mankfulad Təbriz sənətkarları üzərində
basqaq [49] təyin edilmiĢdi. Sənətkarlardan alınan verginin miqdarı o qədər
çox idi ki, onlar vergi verməkdən imtina edirdilər [50]. H. 642 (1244-45)-ci
ildə ġərəfəddin Xarəzmi vergi toplamaq üçün Təbrizə göndərilmiĢdi. O,
Bəqayaye-mal (keçmiĢdən qalan vergiləri) adilə əhalidən zorla vergi tələb
edirdi. Cəmaləddin Əli TəfreĢi ona müavin (nayib) təyin olunmuĢdu. Onlar
əhaliyə zülm etməkdə əlbir idilər. Cüveyni yazır ki, ġərəfəddin Təbrizə
getdikdən sonra ötən illərin hesabına əhali üzərinə çoxlu vergi qoydu.
Xondəmir qeyd edir ki, nəticədə Təbriz və bir sıra digər Ģəhərlərin əhalisinin
vəziyyəti xeyli ağırlaĢdı [51[. ġərəfəddin Xarəzmi və Cəmaləddin Əlinin
Təbriz əhalisinə zülmü barədə dövrün Ģairi Zəccaci bir beyt Ģer yazmıĢdır.
Sonuncu beytinin tərcüməsi belədir:
Bir adam göyə də uçsa, səndən canını qurtara bilməz [52].
Cüveyni Mankfuladın Təbriz əhalisinə zülmünü belə təsvir edirdi.
«Təbriz müsəlmanları, hətta rəis, Ģeyx, varlı, yoxsul, cavan və qocalar üzərində
həddən artıq vergi qoyulmuĢdu. ġəri baxımdan dul qadın və yetim uĢaqlardan
vergi alınması nəhy (qadağan) edildiyi halda, onlardan da vergi alınırdı.
ġəhərdə qadın və yetim uĢaqların, məzlum və yoxsulların ah-naləsi göylərə
ucalırdı. Hər küçədə iĢgəncə, hər evdə yad bir adam-vergi yığan məmur var idi.
Aman və möhlət vermədən onlardan qızıl tələb edirdilər. QardaĢ-qardaĢın, ata-
oğulun dərdini çəkə bilmirdi». Nəhayət, Əmir Arqunun əmrilə h. 647 (1249-
Dostları ilə paylaş: |