79
sahələrində iĢləyən muzdur qulların aldığı gündəlik məhsul payı onların geyim
xərcinə belə çatmadığı üçün qul sahibi onları geyimlə təmin edirdi [282].
«Mukatibati-RəĢidi»də qulların iqtisadi-sosial və məiĢət məsələlərinə
dair lazımi məlumat yoxdur. Lakin «Vəqfnameyi-rəbi RəĢidi»də qulların
iqtisadi-sosial vəziyyətinə dair müəyyən məlumat verilir. RəĢidəddinin
«Vəqfnamə»sində deyilir ki, onun həmiĢə 440 qulu olmalı, ata və ya ana
öldükdə oğlanlarından biri atasını əvəz etməli idi. ÖlmüĢ qulun oğlu olmadıqda
digər yerdən qul alınıb yerinə qoyulmalı idi. Qadın qul öldükdə digər qulların
qızlarından birini arvadı ölmüĢ qula ərə verməli, o da qul kimi iĢləməli idi.
Boya-baĢa çatmıĢ, ərə verilməli qız olmadıqda mütəvəlli digər yerdən kəniz
alıb, ölmüĢ qadın qulun yerinə qoyurdu.
RəĢidəddinin 20 türk qulu da var idi. Onların içərisində kənkana,
rəssama, kamançaçalana təsadüf edilirdi. Bu qulların hər birinə gündə 3 batman
çörək verilirdi. Qulların əməyi müqabilində onlara çatmalı məhsul payının bir
hissəsi saxlanılırdı ki, qul öldükdə onun dəfninə xərclənsin [283].
Qulların hər birinə gündəlik iĢ norması verilirdi. Yalnız həmin
normanı yerinə yetirmiĢ qula çörək verilirdi. ĠĢ vaxtı qulları 10 nəfərlik
dəstələrə ayırır, onlardan ən bacarıqlısını dəstələrə baĢçı təyin edirdilər. Gündə
100 nəfər qul bağda iĢləməli idi. Hər yüz nəfər qula da qullardan biri baĢçı
təyin olunurdu. Gündəlik çörəkdən əlavə, baĢçı qul ildə 100 dinar alırdı.
Qulların hər birinə gündə iki batman çörək çatırdı. 30 nəfər kənkana ayrılıqda
gündəlik iĢ norması verilirdi. 50 kəz (48-50 metrə qədər) iĢ görüldükdə onlara
müəyyən edilmiĢ məbləğin dörddə üç hissəsi verilirdi. BaĢçı qul onları boĢ
dayanmağa qoymamalı idi [284].
RəĢidabad və Fəthabad bağlarında bağbanlıq, bel vurmaq, tənək
baĢları kəsmək, ağacları təmizləməklə məĢğul olanlara gündəlik çörəkdən əlavə
iĢlədikləri sahədə əlavə edilən məhsulun dörddə bir hissəsini verirdilər [285].
Bir sahədə iĢ qurtardıqda mütəvəlli onları digər sahədə iĢə cəlb edirdi [286].
RəĢidəddin hər bir qul ailəsinə iki baĢ inək tapĢırırdı. Qul bu inəkləri bəsləməli
və onlardan bala almalı idi. Əldə edilən süd və yağın dörddə bir hissəsi,
həmçinin iki toyuq və 100 yumurta qula verilirdi. Cücə və yumurtaların dörddə
üç hissəsi qula çatırdı. Lakin qullara təhvil verilmiĢ iki toyuq və 100 yumurta
həmiĢə mövcud olmalı idi [287].
Qulların son taleyi haqqında RəĢidəddin heç bir söz demir. Yalnız 20
nəfər türk qul haqqında yazır: «Onlardan biri öldükdə, əgər oğlu varsa,
əvəzində oğlanlarından birini qoymaq lazımdır. Onlardan hər birinə üç batman
çörək verilməli idi. Taqsırları olmadıqda mütəvəlli onları iĢdən azad edə
bilməzdi, müəyyən taqsırı olduqda, mütəvəlli özü onun haqqında qərara gələ
bilərdi [288]». Buradan aydın olur ki, qullar irsi muzdur qullara çevrilirlər.
Nəsillər törəyib boya-baĢa çatdıqda onlar da qula çevrilir və iĢə cəlb
80
olunurdular [289]. Qulların sayı azalmamalı, onlar ömürlərinin sonunadək qul
olaraq qalmalı idilər.
Təbrizdə dilənçilər də var idi. «Təzukat-i Teymuri»də deyilir: «Mən
əmr etdim ki, hər bir kənd və ya Ģəhər iĢğal olunduqdan sonra dilənçiləri
toplayıb, onlara gündəlik çörək versinlər. Bundan əlavə, onları damğalayıb
birdə dilənçilik etməyə qoymasınlar» [290].
Beləliklə, Ģəhər əhalisinin əksər hissəsini sənətkarlar və tacirlər təĢkil
etməklə yanaĢı, burada yoxsul təbəqələr, o cümlədən qullar da olmuĢdur.
Təbriz əhalisinin ictimai bərabərsizliyi, sinfi ziddiyyətləri daha da
kəskinləĢdirirdi.
* * *
XIII-XV əsrlərdə Azərbaycanın digər Ģəhərlərində olduğu kimi,
Təbrizdə də baĢ verən sinfi mübarizədə əsasən sənətkarlar, xırda alverçilər, bir
sözlə, istismar olunan, vergi verən təbəqə iĢtirak edir, hətta çox vaxt hərəkatın
baĢçısı olurdular.
Təbrizdə sinfi mübarizənin aĢağıdakı formaları mövcud idi [291].
1. Antifeodal mübarizədə çox vaxt Ģəhərin aĢağı təbəqələri elliklə
Ģəhəri tərk edir və ya kütləvi surətdə sənətkarlıq emalatxanaları və dükanları
bağlayırdılar. Bəzi tədqiqatçılar Ģəhəri elliklə tərk etməyi sinfi mübarizənin
passiv deyil, aktiv müqavimət forması hesab edirlər [292]. Biz də bu fikrə
tərəfdarıq. Çünki sinfi mübarizənin bu forması vasitəsilə feodal cəmiyyətini
iqtisadi cəhətdən sarsıtmaq mümkün olurdu.
2. Kollektiv surətdə feodalların ayrı-ayrı tələblərini rədd etmək,
yaxud vergi verməkdən boyun qaçırmaq.
3. Yadelli iĢğalçılara qarĢı azadlıq hərəkatında iĢtirak etməklə yanaĢı,
bu hərəkatı antifeodal mübarizəyə çevirmək. Çünki iri feodallar iĢğalçı
hökmdarlarla tez saziĢə girirdilər. Onlar öz mal-dövlətlərini qoruyub saxlamaq
naminə ölkəni iĢğalçılara təqdim etməyə hazır idilər. Lakin aĢağı təbəqə son
nəfəsə qədər öz vətəninin istiqlaliyyəti uğrunda iĢğalçılara qarĢı qətiyyətlə
vuruĢurdu. Bslə bir Ģəraitdə yadelli iĢğalçılara qarĢı aparılan müharibə eyni
halda daxili feodallara qarĢı çevrilirdi ki, bu da sinfi xarakter daĢıyırdı.
4. Ġstismar olunan, əzilən təbəqə və ya sinif Ģəhər hakimindən və ya
dövlət məmurlarının özbaĢınalığından kollektiv surətdə dövrün hökmdarlarına
Ģikayət ərizələri verirdilər.
5. Yoxsullar dəstələr halında birləĢərək karvan yollarında iri tacirlərin
və feodalların mallarını qarət edirdilər.
6. Sinfi mübarizənin ən yüksək forması Ģəhərin aĢağı təbəqələrinin
hakim feodal sinfinə qarĢı silahlı üsyanı idi.
XIII əsrin 20-ci illəri Təbriz əhalisinin Cəlaləddin XarəzmĢah və onun
məmurlarının özbaĢınalığına qarĢı mübarizəsi ilə səciyyəvidir. Belə ki,
Cəlaləddin XarəzmĢah Təbrizdə hökmranlıq etdiyi dövrdə (1225-1231) onun
Dostları ilə paylaş: |