Azərbaycan ssr elmlər akademġyasi tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/116
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17063
  1   2   3   4   5   6   7   8   9   ...   116



 
AZƏRBAYCAN SSR ELMLƏR  
AKADEMĠYASI TARĠX ĠNSTĠTUTU 
 
 
 
 
 
SEYĠDAĞA ONULLAHĠ 
 
 
 
 
 
XIII-XVII ƏSRLƏRDƏ TƏBRĠZ ġƏHƏRĠ 
 
(Sosial-iqtisadi tarixi) 
 
 
 
 
 
 
 
 
 
 
“Elm” nəĢriyyatı 
Bakı – 1982 
 
 



 
Azərbaycan SSR Elmlər Akademiyasi Redaksiya – 
NəĢriyyat ġurasının qərarı ilə çap olunur. 
 
 
 
 
 
 
 
 
 
 
 
Redaktorlar: M.X.Heydərov,  
R.A.Məmmədov 
 
 
 
 
 
 
 
 
 
 
O    10605 – 000    42 - 82 
           M – 655 – 82 
 
© “Elm” nəĢriyyatı, 1982 
 
 



 
GĠRĠġ 
  
Vətənin azadlığı uğrunda canlarından keçmiş  
mərd mübarizlərin əbədi xatirəsinə iltaf olunur. 
 
Yüksək  zirvəli  Səhəndin  Ģimal  təpələrinin  (Yanıq  dağlarının)  və 
qırmızı  rəngli  Surxab  dağının  ətəyində  yerləĢən  Təbrizin  3000  illik  tarixi 
vardır.  Bu  qədim  Ģəhər  XIII-XVII  əsrlərdə  sənətkarlıq,  ticarət  və  mədəniyyət 
mərkəzi  kimi  bütün  dünyada  məĢhur  olmuĢdur.  Təbriz  orta  əsrlərdə  uzun 
müddət  böyük  dövlətlərin  paytaxtı  olmuĢ,  Ġran  və  Azərbaycanda  baĢ  verən 
siyasi hadisələrin mərkəzinə çevrilmiĢdir. 
Təəssüflə  qeyd  etməliyik  ki,  Azərbaycan  tarixinin  ən  az  iĢlənilmiĢ 
problemlərindən  biri  feodalizm  dövründəki  Ģəhərlərin,  o  cümlədən  Təbriz 
tarixinin  tədqiqi  məsələsidir.  Halbuki  orta  əsr  feodal  Ģəhərləri  tarixinin 
öyrənilməsi  Sovet  tarix  elminin  aktual  problemlərindən  biridir.  Belə  bir 
problemi - Ģəhərlərin qanunauyğun əmələ gəlib inkiĢaf etməsini, sənətkarlıq və 
ticarətin Ģəhərin iqtisadi həyatında rolunu, ictimai münasibətləri, sinfi mübarizə 
və onun formalarını, Ģəhərin iqtisadi inkiĢaf və tənəzzülünü, onun səbəbləri və 
mərhələlərini, habelə bir sıra baĢqa məsələləri öyrənmədən feodal cəmiyyətini 
tam, hərtərəfli təhlil və tədqiq etmək mümkün deyildir. 
Böyük  Oktyabr  Sosialist  inqilabının  qələbəsindən  və  Azərbaycanda 
Sovet  hakimiyyəti  qurulduqdan  sonra  tarixçilərimiz  qarĢısında  geniĢ  imkanlar 
açılmıĢ, Azərbaycanın orta əsr Ģəhərləri tarixinin tədqiqi sahəsində diqqətəlayiq 
iĢlər  görülmüĢ,  bir  sıra  sanballı  tədqiqat  əsərləri  yazılmıĢdır.  Lakin  müxtəlif 
dillərdə  olan  və  dövrümüzə  qədər  gəlib  çatan  ilk  mənbələrin  azlığı,  arxeoloji 
iĢlərin hələ lazımi səviyyədə aparılmaması, bir sıra ilk yazılı mənbələrin Sovet 
Ġttifaqında  olmaması  üzündən  Azərbaycan  feodal  Ģəhərlərinin  tarixinin 
yazılmasında müəyyən çətinliklər qarĢıya çıxır. 
Marksizm-leninizm  nəzəriyyəsinə  əsaslanan  Sovet  alimləri  orta  əsr 
Azərbaycan Ģəhərlərinin ictimai-iqtisadi məsələlərinin tədqiqi sahəsində bir sıra 
mühüm elmi nəticələr əldə etmiĢlər. 
Ġranın  müasir  burjua  tarixçiləri  öz  əsərlərində  Ģəhərlərin  ictimai-
iqtisadi və mədəni həyatına deyil, onun əsasən siyasi tarixinin tədqiqinə geniĢ 
yer  vermiĢlər.  Bu  tədqiqatçılar  tarixi  hadisələri  də  burjua  ideologiyası 
baxımından  Ģərh  edirlər.  Məhz  buna  görə  də  onların  əsərlərində  təsvirçilik, 
faktları sadəcə sadalamaq prinsipi üstün yer tutur. 
V.  Ġ.  Lenin  vaxtilə  yazmıĢdı:  «Marksdan  əvvəlki  «sosiologiya»  və 
tarixĢünaslıq,  olsa-olsa,  ora-buradan  götürülüb  iĢlənilmiĢ  faktları  toplayır  və 
tarixi  prosesin  ayrı-ayrı  cəhətlərini  təsvir  edirdi.  Marksizm  bütün  ziddiyyətli 
təmayüllərin məcmusunu tədqiq edərək bunları cəmiyyətin müxtəlif siniflərinin 
həyat və istehsalının dürüst müəyyən edə bilən Ģəraiti kimi götürərək ayrı-ayrı 



 
«üstün»  ideyaları  seçmək  və  ya  bunların  təfsirində  subyektivizmi  və 
özbaĢınalığı  aradan  qaldıraraq,  istisnasız  olaraq  bütün  ideya  və  təmayüllərin 
köklərini  məhsuldar  qüvvələrin  vəziyyətində  aĢkara  çıxararaq  ictimai-iqtisadi 
formasiyaların  törəməsi,  inkiĢafı  və  dağılması  prosesini  mükəmməl,  hərtərəfli 
öyrənmək yolunu göstərmiĢdir» [1]. 
V.  Ġ.  Leninin  bu  fikrini  eynilə  Ġranın  müasir  burjua  tarixçilərinə  də 
Ģamil etmək olar. Onlar topladıqları materialları təsviri xarakterdə Ģərh edərək 
tarixi prosesin yalnız ayrı-ayrı cəhətlərinə diqqət yetirir, məhsuldar qüvvələrin 
inkiĢaf  tarixi  əvəzinə  ayrı-ayrı  Ģəxsiyyətlərin,  Ģah  və  hökmdarların  tarixini 
yazırlar.  Bu  tədqiqatçılar  məhsuldar  qüvvələrin  inkiĢafının  bu  vaxta  qədər 
mövcud  olan  bütün  cəmiyyətlərin  tarixinin  (ibtidai-icmanın  tarixindən  baĢqa) 
siniflər  mübarizəsi  tarixi  olduğunu  inkar  edirlər.  Məhz  buna  görə  də  Ġran  və 
Avropa  burjua  alimlərinin  əsərlərində  siyasi  tarix  məsələlərinə  daha  çox  yer 
verilir, ictimai-iqtisadi məsələlərin tədqiqi isə kölgədə qalır. 
Müasir  Ġran  alimi  Bastani  Parizi  son  zamanlar  Səfəvilər  dövlətinin 
iqtisadi məsələlərinə həsr etdiyi əsərində yazır: «Bəziləri belə bir əqidədədirlər 
ki,  «iqtisadiyyat  ictimaiyyatın  bazisidir».  Lakin  müəllif  iqtisadi  amili 
məhsuldar qüvvələrdə, istehsal münasibətlərində deyil, təbii amillərdə görür. O, 
təbii  amil  dedikdə  su,  külək,  yağıĢ  və  qarı  nəzərdə  tutur  və  belə  bir  nəticəyə 
gəlir  ki,  bunlar  tarixin  əmələ  gəlməsində  ən  böyük  amil  hesab  olunur  [2]. 
Göründüyü kimi, bu tədqiqatçılar tarixin yaradıcısı olan xalqı əsla nəzərə almır, 
marksizmin əksinə çıxaraq tarixi hadisələrin inkiĢafında coğrafi mühiti və təbii 
amilləri  əsas  götürürlər.  Onlar  siyasi  məsələləri  Ģahların  və  ayrı-ayrı 
hökmdarların  Ģəxsiyyəti,  bir  sözlə,  tarixi  subyektlərlə  bağlayaraq  məhsuldar 
qüvvələrə və insanların istehsal münasibətlərinə əhəmiyyət vermirlər. 
XIX əsrin axırlarından son illərə qədər Ġran tarixĢünaslığında orta əsr 
Ģəhərlərinin,  o  cümlədən  Təbrizin  tarixinə  dair  əsərlər  məhz  bu  ruhda 
yazılmıĢdır. 
Məhəmməd  Həsən  xan  Səniüddövlənin  «Mirat-ül-büldani-i,  Naseri» 
adlı  əsərlərində  Təbriz  Ģəhərinin  siyasi  tarixinə  dair  nisbətən  müfəssəl 
məlumata təsadüf edilir. Həmin əsərində müəllif ilk dəfə olaraq bir sıra Avropa 
səyyahları və missionerlərinin Təbriz haqqında qeydlərinin xarici dillərdən fars 
dilinə tərcüməsini vermiĢdir [3]. 
XIX əsrin sonlarında Nadir Mirzə «Tarix və coğrafiye dar-üs-səltəne-
ye Təbriz» adlı tarixi-etnoqrafik əsərini yazmıĢdır [4]. 
V. F. Minorskinin «Ġslam ensiklopediyası»na «Təbriz» baĢlığı altında 
yazdığı  məqalə  sonralar  müəyyən  əlavələrlə  Ġran  alimi  Əbdüləli  Karəng 
tərəfindən  fars  dilinə  tərcümə  edilərək  nəĢr  olunmuĢdur  [5].  Ġ.  P.  PetruĢevski 
haqlı  olaraq  həmin  əsəri  «Ġlk  mənbələrə  əsaslanaraq  Təbriz  tarixi  haqqında 
yazılmıĢ yeganə ümumi və nisbətən müfəssəl tarixi oçerk» adlandırmıĢdır [6]. 
Bu əsər Təbriz Ģəhərinin əsasən siyasi tarixinə həsr edilmiĢdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə