Azərbaycan ssri elmlər akademiyasi tariX İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/131
tarix17.10.2017
ölçüsü5,01 Kb.
#5159
  1   2   3   4   5   6   7   8   9   ...   131


 
 
 
 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI  
TARİX İNSTİTUTU 
 
 
 
 
 
M.X.ŞƏRİFLİ 
 
IX ƏSRİN İKİNCİ YARISI – XI ƏSRLƏRDƏ AZƏRBAYCAN FEODAL 
DÖVLƏTLƏRİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı-2013


 



 

 Redaktor:   
 
 
 
AMEA Tarix İnstitutunun direktoru, 
 
 
 
 
 
 
tarix elmləri doktoru, professor,  
müxbir üzv Yaqub Mahmudov 
 
 
Çapa hazırlayan:  
 
 
Filologiya elmləri doktoru, 
“Xarici ölkələr ədəbiyyatı və ədəbi  
əlaqələr şöbəsinin baş elmi işçisi 
Şərifli Tamara 
 


 

 
Mən  atamın  –  professor  Şərifli  Məmmədəli  Xəlil 
oğlunun  “IX  əsrin  ikinci  yarısı  –  IX  əsrlərdə 
Azərbaycan  feodal  dövlətləri”  monoqrafiyasını  rus 
dilinə  tərcümə  etmişəm  və  əsər  2012-ci  ildə  “Kavkaz” 
nəşriyyatında işıq üzü görüb. 
Bu tədqiqatın rus dilinə tərcüməsini atam – professor 
Şərifli  Məmmədəli  Xəlil  oğlunun  unudulmaz  xatirəsinı 
ithaf edirəm. 
 
 
ТАНЫНМЫШ ALIM, PEDAQOQ VƏ ELM TƏŞKILATÇISI 
 
2009-cu  il  martın  20-də  Azərbaycan  tarixi  elmində  öz  elmi  əsərləri  ilə 
dərin  iz  buraxmış  görkəmli  tarixçi-alim,  şərqşünas,  tarix  elmləri  doktoru, 
professor  Məmmədəli  Xəlil  oğlı  Şəriflinin  anadan  olmasının  100  ili  tamam 
olду. 
O,  əmək  fəaliyyətinin  əvvəlində,  1924-cü  ildən  1935-ci  ilədək  uzun 
müddət  ərzindя  maarif  sahəsində  işləmiş,  Azərbaycanın  bir  çox  rayonlarında 
(Göyçay, Qonaqkənd, Şuşa) müəllimlik etmişdir. 
1931-ci ildə Ali Pedaqoji İnstitutun tarix fakultəsinə daxil olmuş, 1935-ci 
ildə  institutu  fərqlənmə  diplomu  ilə  bitirmişdir.  Tələbəlik  illərində  fars,  ərəb, 
türk dillərini öyrənmiş M.X.Şərifli elmə böyük maraq göstərmiş, Azərbaycanın 
orta  əsrlər  tarixi  ilə  daha  çox  maraqlanmışdır.  Elmi-tədqiqat  fəaliyyətinə 
həvəsi,  tarixə  ciddi  marağı  sonralar  onun  bütür  həyatının  əsas  işinə 
çevrilmişdir. 
1938-ci  ildə  o,  SSRİ  Elmlər  Akademiyasının  Azərbaycan  filialının  Tarix 
İnstitutunda aspiranturaya daxil olmuş, Azərbaycan tarixi üzrə ixtisaslaşmışdır. 
Aspiranturanı 1941-ci ildə Leninqradda bitirmiş, elə həmin ilin mayında Tarix 
İnstitutunun  elmi  əməkdaşı  olmuş  və  burada  ömrünün  axırınadək  fasiləsiz 
işləmişdir. 
1944-cü  ildə  M.X.Şərifli  “Azərbaycan  Qazan  xanın  hakimiyyəti 
dövründə”  mövzusunda  dissertasiya  müdafiə  edərək  tarix  elmləri  namizədi 
alimlik  dərəcəsi  almış,  Ali  Attestasiya  Komissiyasının  (Moskva  şəhəri)  qərarı 
ilə “Azərbaycan tarixi” kafedrasının dosenti vəzifəsinə təsdiq edilmişdir. 


 

Professor  M.X.Şərifli  təkcə  tarix  sahəsində  deyil,  həm  də  ədəbiyyat, 
dilçilik, poeziya, astronomiya sahəsində geniş bilikləri olan alim idi. Hər dəfə 
söhbət zamanı  onun ensiklopedik bilikləri,  bütün sahələrə  aid geniş  məlumatı 
bizi heyran edirdi. 
40-cı illərdən başlayaraq professor M.X.Şərifli Azərbaycanda tarix elmini 
yaradanların  sırasında  olmuşdur.  Onun  çoxsaylı  elmi  tədqiqatlarında  IX-XIII 
əsrlərdə Azərbaycan tarixinin əvvəllər az tədqiq olunmuş və ya qətiyyən tədqiq 
olunmamış məsələləri işıqlandırılmışdır. 
Professor  M.X.Şərifli  Azərbaycan  SSR  Elmlər  Akademiyasının  Tarix 
İnstitutunu  yaradanlardan  biri  olmuşdur.  l941-ci  ildən  başlayaraq  Elmlər 
Akademiyasında  bütün  məhsuldar  fəaliyyəti  dövründə  o,  dəfələrlə  rəhbər 
vəzifələrə təyin etmişdir.  
1943-1952-ci  illərdə  Azərbaycan  SSR  Elmlər  Akademiyası  Tarix 
İnstitutunun  əvvəlcə  direktor  müavini,  sonra  isə  direktoru  vəzifələrində 
çalışmışdır.  Onun  portreti  bu  gün  də  institutda  digər  direktorların  portretləri 
arasında asılmışdır. 
1952-1969-cu  illərdə  professor  M.X.Şərifli  Tarix  İnstitutunun  aparıcı  və 
perspektivli  şöbələrindən  biri  olan  “Orta  əsrlər  tarixi”  şöbəsinə  rəhbərlik 
etmişdir.  Şöbədə  böyük  elmi-tədqiqat  işi  aparılır,  həmçinin  yüksək  ixtisaslı 
kadrlar - tarix elmləri namizədləri və doktorları hazırlanırdı. 
Professor  M.X.Şəriflinin  elmi-tədqiqat  fəaliyyəti  onun  pedaqoji, 
maarifçilik  fəaliyyəti  ilə  sıx  bağlı  idi.  1941-1958-ci  illərdə  o,  əvəzçilik 
qaydasında Azərbaycan Dövlət Universitetində, həmçinin Azərbaycan Pedaqoji 
İnstitutunda Azərbaycan tarixindən dərs demiş və xüsusi kurslar aparmışdı. 
Bolqarıstan  hökumətinin  dəvəti  ilə  professor  M.X.Şərifli  1953-1954-cü 
illərdə  Sofiya  Universitetinə  ezam  edilmiş,  orada  türk  dilində  Azərbaycan 
tarixindən mühazirələr oxumuş, xüsusi kurs aparmış və səmərəli pedaqoji işinə 
görə Sofiya Universitetinin rektorluğu tərəfindən təşəkkür almışdı. 
Professor  M.X.Şərifli  gözəl  mühazirəçi  idi,  həmişə  müasir  biliklərin 
fövqündə  dururdu,  ilkin  mənbə  rolunu  daşıyan  faktların  nəhəng  kütləsi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə