244
hakim feodallar sinfın in bu iki əsas meylinin nisbəti ilə müəyyənləĢirdi. Feodal
quruluĢu Ģəraitində irsi idarəçilik sistemi müəyyən mənada hakimlərin ölkənin
(vilayətin) abadlaĢdırılmasına, məhsuldar qüvvələrin inkiĢaf etdirilməsinə marağını
təmin edirdi. Xüsusilə qeyd etmək lazımdır ki, v ilayət hakimin in vəfatı, yaxud
inzibati qaydada vəzifədən kənar edildiy i təqdirdə yeni hakim yalnız mərkəzi
hökumətin təsdiqi, Ģahın xüsusi fərmanı əsasında vəzifənin icrasına baĢlaya bilərdi.
Yerli hakimiyyət orqanları isə irsilik qaydasına əməl olun masına can atır və bir çox
hallarda uğur qazana bilird ilər. 50 ildən artıq bir müddət ərzində Səfəvilər
dövlətinin paytaxtında yaĢamıĢ fransız missioneri Rafael dü Man yazırdı: "Burada
(Səfəv ilər imperiyasında. - məsul red.) hakim olan üç zümrə - bəylərbəyilər, xan lar,
sultanlar vilayətləri "yeməkdədirlər". "Bu və ya digər vilayəti kim idarə edir?" sualı
əvəzinə, " Bu və ya digər v ilayəti "yeyən" kimd ir?" sualın ı verirlər".
Təbriz hakimləri əsrin ortalarında çox zaman Səfəvi o rdusunun ali baĢ
ko mandanı vəzifəsin i də icra etməkdə idilər. Bu, A zərbaycanın cənub vilayətlərinin
iqtisadi imkanların ın, strateji əhəmiyyətinin artması ilə izah edilməlidir. Lakin
XVII əsrin sonlarına doğru Səfəvi dövlətinin ü mu mi böhranı Ģəraitində iki
vəzifənin bir Ģəxs tərəfindən bu cür icrası A zərbaycan üçün faydalı olmad ı. Çünki
ali baĢ ko mandan vəzifəsinin yerinə yetirilməsi zəru rəti ço x zaman Təbriz hakimin i
Ģəhərdən uzaqlaĢmağa məcbur ed ird i. Beləliklə ölkənin cənub vilayətləri illərlə
bəylərbəyilərin yaxın adamları ikinci dərəcəli Ģəxslər tərəfındən idarə olunurdu. Bu
vəziyyət isə Azərbaycanın iqtisadi və siyasi həyatına mənfi təsir göstərirdi. Əsrin
ikinci yarısında mü xtəlif bölgələrdə yaĢayan əhalinin kütləvi Ģikayətlərinə əsasən
hakimlərin tez-tez dəyiĢilməsi faktı diqqətl xüsusilə cəlb edir.
XVII əsrin son onillikləri ərzində Osmanlı Türkiyəsinin Səfəv i dövləti
ərazilərinə müdaxilə təhlükəsi aradan qalxmıĢdı. Çünki Osman lı imperiyası
tənəzzül mərhələsini yaĢadığı dövrdə Cənubi Azərbaycan vilayətlərin in, Təbrizin
idarəsi mülki məmurların əlinə keçdi. Maliyyə sahəsində ixtisaslaĢmıĢ məmurlar
idarə iĢlərində xüsusi fəallıq nü mayiĢ etdirirdilər. Mü xtəlif vaxtlarda Azərbaycanın
vəziri vəzifəsində olmuĢ iki qardaĢ - M irzə Sadıq və M irzə, Ġbrah im bu sahədə xey li
fərqləndilər (Təbrizdə mövcud olan iki bazar indiyədək onların adların ı daĢıyır).
Qarabağ vilayəti Ziyad oğlu Qacar nəslin in nümayəndələri tərəfindən idarə
olunurdu. Qeyd etmək lazımd ır ki, bu nəslin nümayəndələri Qarabağı XIX əsrin
əvvəllərinədək idarə etmiĢdilər. XVII əsrin 30-cu illərinin əvvəllərində Qarabağ
baĢqa tayfadan olan hakimin (Davud xan ın) idarəsinə verildi. Lakin bu sınaq
uğursuz oldu, Ziyadoğlu Qacai nəsli vilayətin idarəçiliyi vəzifəsində bərpa edildi.
Bu dövrdə Qarabağın siyasi həyatı sabitliy i ilə səciyyəvi olmuĢ, Səfəv i
dövləti həyatında baĢ vermiĢ ağır böhran prosesi bu vilayətin inkiĢafına az təsir
245
göstərmiĢdi. Siyasi baxımdan bu dövrdə Qarabağın vəziyyəti Gü rcüstandakı Ģəraitlə
sıx əlaqədar id i. Nü munə üçün göstərmək o lar ki, ġah Su ltan Hüseynin
hakimiyyətinin ilk illərində (XVII əsrin 90-cı illərinin ikinci yarısı) XI Georg inin
baĢçılığı altında Gürcüstanda üsyan baĢ vermiĢ, Qarabağın hərbi hissələri üsyanın
yatırılmasında iĢtirak etmiĢdi. Lakin Gəncə-Qarabağ bəylərbəyi Abbasqulu xan
Ziyadoğlu Qacarın və Kartli çarı XI Georgin in dostluq münasibətləri hadisələrin
müsbət sonluqla baĢa çatmasında böyük rol oynamıĢdı. Bununla əlaqədar olaraq hər
iki ö lkən in əhalisi XVIII əsri n isbətən dinc Ģəraitdə qarĢıladı.
XVII əsrin əvvəllərində ġirvan Ģimaldan Rusiya dövləti ilə həmsərhəd idi.
Məhz buna görə də bu dövrdən etibarən Krım tatarların ın Dərbənd keçidi ilə
Azərbaycana müdaxilələrinə son qoyuldu və Vl əsrin sonları XVII əsrin
əvvəllərindən baĢlayaraq Moskva dövlətinin Azərbaycana ticarət-iqtisadi
müdaxiləsi gücləndi. Rus ekspansiyasının həyata keçirilməsində ġirvana xüsusi
əhəmiyyət verilirdi. Mənbələr təsdiq edir ki, Azərbaycan-Rusiya ticarət əlaqələri
ziddiyyətli Ģəkildə inkiĢaf edirdi. Rus dövləti Azərbaycana ucuz xammal mən bəyi
və əmtəələrin əlveriĢli satıĢ bazarı kimi yanaĢır, digər dövlətlərin Azərbaycana
ticarət müdaxiləsinə əngəl törədirdi.
XVII əsrin ortalarında ruslar ġirvanın Ģimal sərhədləri boyunca (ġimali
Qafqazda) bir sıra qalalar tikməyə baĢladılar. Bu qalalar Rusiya dövlətinin strateji
məqsədlərinə xid mət etməli id i. Ġsfahanda, Ģah sarayında bu məlu mat narahatlıq və
etiraz hissləri ilə qarĢılandı. ġah rusların həyata keçirdikləri tədbirlərə mane olmaq
məqsədilə fərman verdi. 1653-cü ildə Səfəv i hərbi hissələri ilə ruslar arasında
silahlı toqquĢma baĢ verdi. ġah ın hərbi qüvvələrinə ġirvan hakimi Xosrov xan
baĢçılıq edird i. Rusiya çarı Aleksey Mixayloviç (1645-1676) münaqiĢənin inkiĢaf
etməsinə imkan vermədi. Rus nümayəndə heyəti Ġsfahana göndərild i. Ruslar ġirvan
bəylərbəyi Xosrov xanın vəzifəsindən kənar olunması və edam edilməsi tələbini
irəli sürdülər. MünaqiĢə 1662-ci ilədək davam etdi.
XVII əsrin ikinci yarısında Azərbaycanm siyasi həyatında Xəzərsahili
bölgələrə so xulmuĢ Don kazaklarına qarĢı mübarizə əhəmiyyətli yer tutur. 1668-ci
ilin yayında Stepan Razinin baĢçılığı ilə A zərbaycan ərazisinə təĢkil edilmiĢ kazak
yürüĢləri xüsusilə qeyd olunmalıdır. Bu yürüĢ zaman ı kazaklar Dərbənddə sahilə
çıx-dılar, Niyazabadı, ġabranı qarət və talan etdilər. Lakin onların Bakıya yürüĢü
uğursuzluqla nəticələndi. Stepan Razin güclü müqavimətdən ehtiyat edərək Ģəhəri
təcili surətdə tərk etməli o ldu. Qarətçilər dəstəsi Xəzərin cənub sahillərinə hərəkət
etməyə baĢladı. Kazak hərəkatının yatırılmasında Səfəv i dövləti və Moskva
knyazlığ ı eyni dərəcədə ma raqlı idi. Moskva knyazlığı üsyanı yatırmaqla da xili