256
dağıdılmıĢdı. 1643-cü ildə Maku qalası II ġah Abbasın fərmanı ilə yerlə yeksan
edildi.
O dövrdə Azərbaycanın iqtisadi həyatında Xalxal, Sərab və Zəncan
Ģəhərlərinin də rolu az olmamıĢdır. Bu Ģəhərlər karvan ticarəti yolları üzərində
yerləĢirdi və orada mü xtəlif məhsullar istehsal edən emalatxanalar mövcud idi.
Ölkənin Ģimalında yerləĢən ƏrəĢ, Qəbələ və Niyazabad Ģəhərləri isə bu dövrdə
tamamilə süquta uğradı.
ġəhər əhalisinin gəlirin in əsas hissəsini sənətkarlıq istehsalı və ticarət təĢkil
edirdi. Əkinçilik, bağçılıq, heyvandarlıq əhalinin əksəriyyətinin - sənətkarlar və
xırda tacirlərin əlavə gəlir mənbəyi id i.
Azərbaycan Ģəhərlərində yüzlərlə sənət növü vardı. Sənətkarlıqda
ixtisaslaĢma prosesi davam edir, bir sıra yeni istehsal sahələri, o cü mlədən çin i
qablar və pəncərə ĢüĢəsi istehsalı meydana gəlir: odlu silah istehsalı geniĢlənirdi.
Yaln ız toxuculuqda onlarla mü xtəlif istehsal sahəsi mövcud idi. Bütün bunlara
baxmayaraq, sənətkarlıqda əmək bölgüsü (iri feodal emalatxanaları - karxanalar
istisna olunmaqla) məhdud xarakter daĢıyırd ı.
Əsas və ən geniĢ yayılmıĢ sənətkarlıq sahəsi toxuculuq id i.To xuculuq
Ģəhərlərin iqtisadiyyatında çox mühü m yer tuturdu. Əsrin 30-cu illərində
Azərbaycanda və qonĢu ölkələrin Ģəhərlərində "sənətkarların ço xu pambıq və ipək
parçalar istehsalı ilə məĢğul olan, onlardan ço x gö zəl, sadə, zərli parçalar hazırlayan
toxucu, boyaqçı və ya bəzəkçi rəssamlardan ibarət idi" (Oleari).
Nəin ki Ģəhərlərin, hətta bir ço x kəndlərin iqtisadiyyatı toxuculuq məmulatı
istehsalı və xammal istehsalı ilə bağlı id i. ġirvan vilayəti böyük toxuculuq
emalatxanasını xatırladırd ı. ġirvanın xam ipəyi və ipəkçilik məmu latı beynəlxalq
əhəmiyyət kəsb edirdi. Xam ipək hasilatı sahəsində ġirvan Yaxın və Orta ġərqdə
ikinci yeri tuturdu (Gilandan sonra). Hesablamalara görə, XVII əsrdə bu vilayətdə
hasil edilən xam ipəyin həcmi təqribən 100-125 min puda bərabər idi. Xam ipək
Təbrizdə, Naxçıvanda, Marağada, Gəncədə də hasil edilirdi. Yalnız Təbrizdə 40
min pudadək ipək istehsal olunurdu.
XVII əsrdə Azərbaycanın ən böyük toxuculuq mərkəzi Təbriz idi. Təbriz
eyni zamanda bütün Yaxın və Orta ġərqin ən iri sənətkarlıq mərkəzlərindən biri
olmuĢdur. Ölkədə mühü m to xuculuq mərkəzləri Ərdəbil, ġamaxı, Gəncə,
Naxçıvan, Marağa, ƏrəĢ, IV Mərənd, Xoy və Ordubad Ģəhərləri idi. Müxtəlif növ
parça və toxuculuq məmulatı istehsalında Ģəhərlər arasında müəyyən dərəcədə
ixtisaslaĢma vardı. Təbriz əsasən qızılı və gümüĢü saplarla iĢlən miĢ məxmər, atlaz,
nazik ipək parçalar, ala -bəzək ipək və pambıq parçalar, qumaĢ çalma, ipək və
pambıq örtüklər istehsalında, Ərdəbil tafta, sadə pambıq parçalar, ipək və yun
257
qurĢaqlar, ġamaxı tafta, darayı, qızıl və gü müĢlə to xunmuĢ yaylıq lar, kəlağayı, ad i
və zərbaf çadırlar, Naxçıvan rəsmli parçalar (qələmkar), süfrəlik parçalar, Bakı
qumaĢ parçalar hazırlan masında ixtisaslaĢmıĢdı.
Bu dövrdə Azərbaycanda 100-dən artıq ipək, pambıq və yun parça növü
mövcud olmuĢdur. Pamb ıq parça istehsalı öz həcminə görə birinci yeri tuturdu.
Ġstehsal olunmuĢ parçaların xeyli hissəsi Asiyanın və Avropanın mü xtəlif ö lkələrinə
ixrac edilird i.
Orta əsrlərdə A zərbaycanda ən geniĢ yayılmıĢ sənətkarlıq növlərindən biri
xalçaçılıq olmuĢdur. XVI-XVII əsrlərdə xalçaçılıq Azərbaycanda həm bədii
xüsusiyyətlərinə, həm də istehsalın həcminə görə ö z inkiĢafının ən yüksək
səviyyəsinə çatmıĢdı. Təbriz və onun ətrafı nəinki A zərbaycanın, hətta bütün ġərqin
ən iri xalçaçılıq mərkəzinə çevrilmiĢdi.
XVII əsrin Azərbaycan Ģəhərlərində boyaqçı və dəri mə mulat ı hazırla maq la
məĢğul olan ço xlu sənətkar (dabbağlar, yəhər və yüyən -qayıranlar, p inəçilər,
tuluqçular) vardı. Dabbağların əksəriyyəti q iy mətli dəri istehsalı ilə məĢğul idi.
Təbriz nəin ki A zərbaycanda, bütün Yaxm və Orta ġərqdə tumac və baĢqa qiymətli
dərilər istehsalında ixtisaslaĢmıĢ ən iri sənətkarlıq mərkəzi kimi tanın ırdı. Naxçıvan,
Azadciran mahalı ġərq in və Avropanın bir çox ölkələrini boyaqotu (marena) ilə
təmin edird i. Bu b itki istehsahnda ikinci yeri ġirvan vilayəti tuturdu.
ġəhərlərdə metaliĢləmənin mü xtəlif sahələri in kiĢaf etmiĢdi. DaĢkəsəndəki
dəmir filizi və Təbriz yaxın lığındakı mis yataqlarından hələ istifadə olunmurdu.
Lakin metaliĢləmə əsasən baĢqa ölkələrindən ixrac olun muĢ xammalla təmin
edilird i. Bu, xüsusilə müharibələr dövründə metaliĢləmən in vəziyyətinə mənfi təsir
göstərirdi.
Lakin polad, mis, qızıl, gümüĢ məmu latı istehsalında Azərbaycan ustaları
dünya Ģöhrəti qazanmıĢdılar. Təbriz zərgərlik, toptökmə dəmir məmulatı (qıfıl,
yiyə, bıçaq, balta və s.), Ərdəbil yüksək key fiyyətli qılınc və xəncərlər, ġa ma xı və
Lahıc mis məmu latı, silah və zireh li paltarlar, Bakı poladiĢləmə, Gəncə mü xtəlif
dəmir məmulatı (nal, bıçaq və s.), Ordubad fıtillə alıĢan ağır tüfənglər istehsalı
sahəsində ən mühüm sənətkarlıq mərkəzləri idi. Od lu silahlar (top və tüfəng) XVII
əsrdə təkmilləĢir, həm istehsalda həm də hərbi iĢdə daha geniĢ yayılırd ı. Bunlara
baxmayaraq, odlu silahlar istehsalında Səfəvi dövləti Avropa ölkələrindən, habelə
Osmanlı imperiyasından geri qalırdı.
XVI əsrin sonu - XVII əsrin əvvəlləri dulusçuluq və ĢüĢə məmulatı
istehsalında yeni dövr idi. Bu zaman çin i qablar və pəncərə ĢüĢəsi istehsalı
geniĢlənmiĢdi.