222
Osmanlı-Səfəv i müqaviləsindən sonra Sultaniyyə, Səcas və Zəncanın geniĢ
ərazilərində, Dövlətyar xan baĢda olmaqla, kürd Siyah mənsur tayfasının
hakimiyyəti möhkəmləndi. Bu tayfa Os manlı-Səfəvi rnüharibələri zamanı Səfəvi
ordusunu arxadan gücləndirmək məqsədilə Xorasandan buraya köçürülmüĢdü.
Siyah-nənsur tayfası iki dövlət arasında müəyyən olunmuĢ sərhədlərin mühafizəsi
vəzifəsini yerinə yetirirdi. XVI əsrin 80-ci illərin in sonlarına doğru Dövlətyar xan
ölkədə yaran mıĢ iğtiĢaĢlardan istifadə etməyi qərara almıĢ, Səfəvilər sarayının
əleyhinə çıxmıĢ, Səcasda qala tikdirmiĢdi. Mənbələr təsdiq edir ki, yerli əhali
(azərbaycanlılar) Dövlətyar xan ı dəstəkləməmiĢ, onun ətrafına əsasən ―qiyamçı
kürdlər" toplaĢmıĢdılar. Bu dəstələr vaxtaĢırı olaraq ətraf bölgələrə hücumlar edir,
ticarət karvanlarının azad hərəkətinə maneçilik törədir, tacirlərin sərvətini qarət
edirdilər. 1592-ci ildə Dövlətyar öz qalasında mühasirə edildi və Ģah ordusuna
təslim oldu. O, Qəzv in Ģəhərinə aparıld ı, 300 nəfər qiyamçı kürd tayfa əyanı ilə
birgə mərkəzi meydanda edam edildi. Beləliklə, Səfəv ilərin sərəncamındakı
Azərbaycan ərazilərində siyasi sabitlik bərqərar o lundu.
Ərdəbil Ģəhəri və onun ətraf əraziləri Səfəv i dövlətin in xüsusi nəzarəti
altında olmuĢdur. Ərdəbil v ilayəti bir ənənə olaraq Səfəvi sarayında xüsusi etibar
qazanmıĢ Ģəxslərin idarəsinə verilirdi. Ərdəbil hakimləri ço x zaman bir neçə
vəzifəni yerinə yetirir, iri vəqf mü lklərinin himayəçisi kimi çıxıĢ edird ilər.
Qeyd etmək lazımd ır ki, Azərbaycanın böyük hissəsinin Osman lı
hakimiyyəti altında olduğu müddət ərzində I ġah Abbas Azərbaycanı yenidən
Səfəvi dövləti tərkibinə qaytarmaq fıkrindən əl çəkməmiĢdi. O, Səfəvi dövləti
tərkib ində qalmıĢ torpaqları vahid "Azərbaycan vilayəti" ad ı altında idarə edirdi.
Qərargahı Ərdəbildə olan bu inzibati vahidin ilk hakimi vəzifəsinə 1592 -ci ildə
Zülfüqar xan Qaraman lı təyin edildi və o, bu ərazidə siyasi-iqtisadi sabitliyə nail
oldu.
I ġah Abbas Xəzərin cənub sahillərindəki vilayətlərin (Gilan, Mazandaran,
Astrabad və s.) müstəqilliyə o lan meyillərini aradan qaldırmaq məqsədilə ard ıcıl
hərbi əməliyyatlar həyata keçird i. Bu əməliyyatlara ü mu mi rəhbərliyi I ġah Abbas,
hərbi ko mandanlığı isə Fərhad xan Qaraman lı icra edird i. I ġah Ġs mayılın məĢhur
sərkərdələrindən olmuĢ Bayram xan Qaraman lın ın xələfləri (Fərhad xan, Zülfüqar
xan, Əlvənd Sultan) XVI əsrin 90-cı illərin in baĢlanğıcında Səfəvi dövlətinin siyasi
həyatında önəmli rol oynamağa baĢladılar. Fərhad xan Səfəvi ordusunun baĢ
ko mandanı (sipəhsalar) təyin edildi, onun qardaĢı Zülfüqar xan Səfəvi
Azərbaycanın bəylərbəyi oldu.
Ərdəbil hakimi təyin olunmuĢ Zülfüqar xan qardaĢı Əlvənc Sultanı
Lənkəran hakimi vəzifəsinə irəli çəkdi. Lakin Əlvənd xanı ö z vəzifəsin in icrasına
223
baĢlaya bilmədi, çünki Astara hakimi Həmzə xan Lənkəran ı və ətraf əraziləri ələ
keçirmiĢdi.
Bu dövrdə Azərbaycanın Ģərq vilayətlərində (Kür çayının sağl sahilində)
mərkəzi Astara olan TalıĢ feodal malikanəsi yaran mıĢdı. Bu siyasi quru m Səfəvi
dövlətinin hakimiyyətini qəbul etmək istəmird i. Əmir Həmzə xan bu təmayülün
bariz ifadəçisi idi. O, Səfəv i - Osman lı müharibələri zamanı atası Bayandur xan
TalıĢa qarĢı çıxıĢ etmiĢ, Astara bölgəsinin idarəsini ö z əlində cəmləĢdirmiĢd.
Nəticədə Fərhad xanın və Zülfüqar xanın böyük qardaĢı Rüstəm xan Qaraman lı
hakimiyyətdən uzaqlaĢdırılmıĢdı. Əlvəndin Lən kəran hakimi təyin olun ması
xəbərin i almıĢ Həmzə xan höku mət qoĢunlarına qarĢı çıxıĢ etdi. Lakin qiyamçı
məğ lub oldu və TalıĢı dağlarında tikilmiĢ Sindan qalasında gizləndi. Qala
mühasirəyə alındı, talıĢlar müqaviməti dayandırdılar. Həmzə xan ġirvana getdi,
oradan isə qaçaraq osmanlılara sığındı.
Beləliklə, 1593-cü ildən etibarən Səfəvi dövlətin in tərkib ində qalmıĢ bütün
Azərbaycan əraziləri vahid bəylərbəyilikdə birləĢdirilmiĢdi. Fərhad xan Qaraman lı
və Zülfüqar xan Qaramanlı Səfəvi A zərbaycanını növbə ilə idarə edirdilər.
Azərbaycan bəylərbəyiliy inin silah lı qüvvələrinin sayı 1595-ci ildə 10 min nəfərə
çatırdı. Bəylərbəyiliyin maddi əsasını möhkəmləndirmək məqsədilə ġah I Abb as
bəylərbəyi və ġeyx Səfiəddin məqbərəsinin vəqf mülkləri nin mütəvəllisi
vəzifələrin i birləĢdirdi. 1594-cü ildə bu vəzifələr Fərhad xanın ixtiyarına verilmiĢdi.
Azərbaycan xalqının azadlıq mübarizəsi. Cəlalilər hərəkatı. Təxminən
20-30 il davam edən Osman lı ha kimiyyəti nəticəsində Azərbaycan dövlətçiliyin in
inkiĢafına ağır zərbə dəydi, əhali fəlakətlə üzləĢdi. XVI əsrin ilk üç rübü ərzində
Osmanlı istilasının ağırlığın ı çəkmiĢ Azərbaycan əhalisi QızılbaĢ dövlətini
qiymətləndirir, Ģiəliy i qızğın surətdə müdafiə edir və müstəqil siyasi inkiĢaf arzusu
ilə mübarizəyə qalxırd ı.
Azərbaycanın qərb vilayətləri və bölgələri əsasən osmanlıların tərəfındə
çıxıĢ etmiĢ kürd feodalların ın ixtiyarına verilmiĢdi. Osman lı iĢğalı dövründə
Maku, Ordubad və ġərur vilayətləri Mahudi tayfasından olan kürd feodalları
tərəfindən idarə edilird i. Urmiya vilayətində kürd Bəradust tayfasından olan Əli
bəy hakim id i. Xoy və onun ətrafı nüfuzlu kürd feodalı kimi tanın mıĢ ġahqulu
Bəlilanın oğullarının hakimiyyətinə tabe edilmiĢdi. Marağa ərazisi u zun müddət
ərzində kürd feodalı Əmir bəy Mukrin in hökmran lığ ı altında olmuĢdur.
Osmanlı imperiyasında fəaliyyətdə olan "Torpaqların idarə olun ması"
haqqında qanuna əsasən yeni iĢğal olunmuĢ ərazilərdə yaĢayan əhalidən vergilərin
alın ması, mü kəlləfıyyətlərin müəyyən olunması üçün əhalinin və təsərrüfatın
siyahıyaalın ması keçirilird i. ġərəf xan Bidlisi Təbrizdə və Cənubi A zərbaycanda